Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

Linqvistik  tipologiya
67
Əsas  dilçilik  məktəbləri 
Qədim hind dilçiliyk məktəbi
Qədim  hind  dilçiliyinin  tarixi  eramızdan  1500  il  əəvvələ 
gedib  çıxır.  Hind  dilçiliyinin  yaranmasının  səbəbi  müqəddəs 
himnlərin dili olan sanskrit ilə xalq dili sayılan prakrit arasın-
da  fərqlənmələrin  baş  verməsindən  ibarətdir.  Prakritdən  xalq 
dili kimi daha çox istifadə olunurdu. Sanskrit isə dini ayinlərin, 
mərasimlərin icrasında daha çox istifadə edilirdi. Beləliklə də, 
sanskrit getdikcə öz informasiya vəzifəsindən uzaqlaşmağa baş-
layırdı. Yəni əhali arasında sanskritin işlənməsinə bir məhdudiy-
yət yaranırdı. Belə bir fərqin baş verməsi sanskrit istifadəçilə-
rini təlaşa salırdı. Çünki sanskrit unudulsa idi, dini mərasimlər 
və ayinlər yaddan çıxmaq təhlükəsi ilə üzləşə bilərdi. Odur ki, 
sanskriti itib getməkdən və prakritin assimliyasiya təsirlərindən 
qorumaq lazım gəlirdi. Qədim hind dilçiliyi məhz belə bir prob-
lemin həlli məqsədi ilə yaranmışdır. Qədim hind dilində qoru-
nub saxlanmalı olan sanskrit mənbələri bunlar idi:
1.Riq – veda (himnlər kitabı)
2.Sama – veda (müqəddəs şeirlər kitabı)
3.Yacur – veda (Qurban mərasimi kitabı)
4.Atharva  - veda (Ovsunlar (cadugərlik) kitabı)
Qədim hindlilərin sanskrit dilinin qorunması üçün ilə veda-
ların dil quruluşu məsələləri də təhlil edilirdi. Bunlar aşağıdakı-
lardan ibarət idi:
1.Şiqşa – fonetika və tələffüz məsələləri
2.Nirukta – leksikologiya və etimologiya
3.Viyakaranda – qrammatika 
4.Üslubiyyat və poeziya (çxanda) məsələləri


Mübariz Yusifov
68
Qədim Hindistanın görkəmli dilçisi eramızdan əvvəl IV əs-
rin  ikinci  yarısında  yaşamış  Panini  olmuşdur.  Qədim  sanskrit 
dilinin quruluşunu təsvir edən Panini dili sistem kimi başa dü-
şürdü,  nitq  hadisələrini  (6  nitq  hissəsini)  fərqləndirirdi.  Onun 
təhlilində söz əsası, kök, şəkilçi, daxili fleksiya, intonasiya, vur-
ğu barədə fikirlər mühüm yer tuturdu. Panini, həmçinin, dialekt 
fərqlənmələrini də diqqətdən yayındırmırdı. 
Qədim hind dilçiliyi nümayəndələri sırasına eradan üç əsr əv-
vəl yaşamış Vararuçi, Katyayana, iki əsr əvvəl yaşamış Patancali, 
eramızın I əsrində yaşamış Amara kimi dilçilər də daxildir. 
Qədim hind dilçiliyində fonetik vahidlər xüsusi təsvir olunur. 
Onların fizioloji akustik xarakteri barədə aydın məlumatlar verilir. 
Qarammatika sahəsində maraqlı araşdırmalar aparılırdı. Adlar və 
fellər barədə, sözlərin əlaqə formaları və cümlələr barədə indiyə 
qədər də öz əhəmiyyətini itirməyən fikirlər irəli sürülürdü. 
Yunan dilçilik məktəbi
Yunan dilçiliyinə iki əsas məktəb daxil idi: 
1.Yunan dilçiliyi 
2. İsgəndəriyyə qrammatikası 
Yunan dilçiliyi Yunanıstanın özündə yaranmışdır. Bu mək-
təblərin tədqiqat üsulları arasında fəqrlər var idi. Yunan dilçilik 
məktəbində  dilçiliyin  nəzəri  məsələləri,  həmçinin  ritorika  və 
üslubiyyat kimi shələr öyrənilirdi. Bu məktəbin nümayəndələri 
Demokrit, Platon, Aristotel kimi böyük filosoflər olmuşlar. 
İsgəndəriyyə  qrammatikası  məktəbində  dilçiliyin  prak-
tik  məsələlərinin  öyrənilməsi  üstünlük  təşkil  edirdi.  Norma-
tiv qrammatikanın tədqiqinə və təhlilinə üstünlük verilirdi. Bu 
məktəbin  nümayəndələri  filosoflar  yox,  dilçilər  olmuşlar.  Bu 
məktəbdə mübahisəli məslələr adlar və əşyalar arasında əlaqə-
nin  olub-olmamasında  idi. 


Linqvistik  tipologiya
69
İsgəndəriyyə  məktəbinin  ən  görkəmli  nümayəndələrindən 
biri  Samofrakiyalı Aristrax  idi.  O,  eramızdan  əvvəl  200-cü  – 
150-ci illərdə anadan olmuşdur. Onun şagirdi Dionisi eramızın 
100-cü ilində anadan olub. Bu dilçilik məktəbinin ənənələri üzrə 
fonetikaya,  morfologiyaya,  leksikologiyaya  və  sintaksisə  dair 
çoxlu  tədqiaqtlar  aparılmışdır.
Ərəb dilçilik məktəbi
Bu məktəb eramızın VII-VIII əsrlərində yaranmışdır. Böyük 
inkişaf yolu IX-X əsrlərə aiddir. Ərəb dilçiliyi də hind dilçiliyi  
kimi dini mənbələrin dilini ərəb dialektlərinin təsirindən qoru-
maq məqsədini əsas tuturdu. Ərəb dilçiliyi məktəbinin əsas nü-
mayəndələri bunlar idi: Sibəveyhi (793-cü ildə ölüb) leksikoq-
raf, milliyətcə fars; Əbu-Übeyda (770-837) yunan, saqan-hindli; 
Xətib Təbrizi üslubiyyatçı, Azərbaycanlı. 
Ərəb dilçiliyi məktəbinin nümayəndələrinin fonetikaya, le-
sikoqrfiya və qrammatikaya aid çoxlu əsərləri var idi. 
Ərəblər səs və hərfi bir-birindən fərqləndirirdilər. Bu da yu-
nan və hind dilçiliyi ilə müqayisədə üstünlük idi. Fonetikada səs-
lərin və səsdəki mənalılığın müəyyənləşdirilməsi fonetika sahə-
sində irəliləyiş idi. Ərəb alimləri sait və samitləri fərqləndirir və 
samitlərin tələffüz yuvalarını dəqiqliklə təsvir edirdilər. Samit-
lərin 16 əmələgəlmə yerini göstərirdilər. Bu da təcrübi (eksperi-
mental) fonetikanın olmadığı dövrdə böyük irəliləyiş idi. Əsas 
əsərlər bunlar idi: Əli ibn Sina- “Danışıq səslərinin  səbəbləri”, 
İhva- “Sosioloji fonetika”, Sibəveyhi -“Əl-kitab” (qrammatika)
Daxili fleksiya və şəkilçilərin iştirakı ilə sözdüzəltmə yol-
larını yaxşı izah edirdilər. Söz köklərini üç samit əsasında izah 
edirdilər: məktəb – k-t-b, kitab – k-t-b, məktub - k-t-b, katib – 
k,t,b; natiq – n, t, q, nitq – n, t,q  məntiq – n, t, q; hökm – h, k, m, 
hakim – h, k, m; təhkim – h, k, m, həkim – h, k, m.


Mübariz Yusifov
70
Ərəb dilçiliyində ənənəvi qaydaya çevrilmiş bu modellərdən 
istifadə indi də qalır. Ərəb dilçilik məktəbinin modelləri başqa 
dillərə  də  tətbiq  edilirdi.    Məsələn,  Mahmud  Kaşğarinin  “Di-
van-i lüğət-it-türk” adllı əsəri türk dillərinin  müqayisəsinə həsr 
olunsa da təhlil üsulu ərəb dili modellərinə əsaslanırdı. Mahmud 
Kaşğarinin sintaksisə həsr olunmuş “Kitabi-cəvahürül-nəhv fil-
lüğət-it-türk” adlı əsəri də olmuşdur ki, bu əsər indiyə qədər əldə 
edilməmişdir. Qədim dilçilikdə sintaksisə az yer verildiyindən, 
əlbəttə, bu əsərin dəyəri ölçüyəgəlməzdir.
 Müqayisəli tarixi dilçilik məkətbi
(XIX  əsr)  Müqayisəli  tarixi  dilçilik  məkətbinin  nümayən-
dələri bunlar idi: Frans Bopp, Ramus Raks, Yakov Qrimm, Alek-
sandr Vostokov. Bunlar bir-birindən asılı olmayaraq Hind-Avro-
pa dillərinin müqayisəli tarixi qrammatikasına dair tədqiqatlar 
aparmışlar.
Frans Bopp (1791-1867) fransız dilçisidir, əsas əsərləri bun-
lardır:
1. Yunan, latın, fars və german dillərinin təsrifi ilə müqa-
yisədə və mətnin orijinalında, dəqiq vəznli tərcümədə Pamayana 
və Mahabaratadan epizodlarla və Vedaların təfriqələrlə sanskri-
tin  təsrif sistemi” (1816)
2. “Sanskrit, zend, erməni, yunan, latın, Litva, köhnə slav-
yan, qot və alman dilərinin müqayisli qrammatikası” 1833-1852 
(I cild), 1861 (II cild), 1868-1870 (III cild) 
Frans Bopp dillərin tipologiyasını belə göstərirdi:
1)  həqiq söz kökü olmayan dillər
2)  birləşmə qabiliyyəti olan təkhecalı söz kökləri olan dillər 
3)  üç samitlə səciyyələnən ikihecalı söz kökləri olan dillər
Ramus Rask (1787-1832) Danimarka dilçisidir. 25 dil bilir-
di. “Qəddim Şimal dili sahəsində tədqiqat və yaxud island dili-
nin mənşəyi” əsərinin müəllifidir..


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə