Üçcildlik Azərbaycan dilçiliyi müntəxəbatı



Yüklə 186,46 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü186,46 Kb.
#76788


Üçcildlik Azərbaycan dilçiliyi müntəxəbatı

 

 



  

Hər  bir  elm  öz  tarixini  yaratmaq,  özünü  təsdiq 

etmək  üçün  müəyyən  inkişaf  yolu  keçməlidir.  Dünya 

dilçiliyindən,  türkolojidən  heç  də  geri  qalmayan 

Azərbaycan  dilçiliyi  yüksələn  xətt  üzrə  inkişaf 

etməkdədir.

 

Orta  yüzilliklərdə  təməli  qoyulmuş 

Azərbaycan  dilçiliyi  çox  sürətlə  inkişaf  edərək  öz 

nüfuzunu  daha  da  artırdı.  Sonrakı  dövrlərdə  elmi 

qrammatikamız  formalaşdı,  güclü  potensialı  olan 

Azərbaycan  dilçi  kadrları  yetişdi,  dilçiliyimizin  yeni 

sahələri meydana gəldi, dilçiliyimizin nəzəri səviyyəsi 

yüksəldi, tətbiqi genişləndi.

 

Dilçilik  tariximiz  görkəmli  alimlərimiz



-

dilçilərimiz 

tərəfindən  də  yüksək  qiymətləndirilmişdir:  "Dilçiliyimizin 

cəmi  60  il  müddətində  keçdiyi  inkişaf  yolu  keçmişin  bir 

neçə  əsrindən  qat

-q

at  artıq  olmuşdur"  (akademik  A.A. 



Axundov);  "Azərbaycan  dilçiliyi  oktyabr  meyvəsidir" 

(Ə.Dəmirçizadə).

 

Beləliklə,  bu  dövrlərdə  Azərbaycan  dilçiliyi  bir  elm  kimi  tam  formalaşa  bildi. 



Dilçiliyimizin  eninə  və  dərininə  inkişafı  həmin  dövrləri  səciyyələndirən  ən  başlıca 

amillərdəndir.

 

Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və 



ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı  haqqında  Azərbaycan  Respublikası 

Prezidentinin  sərəncamında  deyildiyi  kimi,  "1945

-

ci  ildə  Azərbaycan  Elmlər  Akademiyası 



təşkil  olunduqdan  sonra  Azərbaycan  dilçiliyi  yeni  mərhələyə  qədəm  qoydu.  1969

-

cu  ildə 



müstəqil  Dilçilik  İnstitutunun  fəaliyyətə  başlaması  ilə  dilşünaslıq  elmimizin  sürətli  inkişaf 

yolu  tutaraq  ardıcıl  şəkildə  müvəffəqiyyətlər  qazanması 

üçün möhkəm zəmin yarandı".

 

Bununla belə, Azərbaycan dilçiliyinin həllini tapmamış 



problemləri  də  mövcuddur.  Bu  problemlərdən  biri  də 

Azərbaycan  dilçiliyi  tarixindən  ayrılmaz  olan  dilçilik 

müntəxəbatının  hazırlanması  və  nəşri  məsələsidir. 

Müntəxəbatın  indiyə  kimi  olmaması  ancaq  təəssüf  doğura 

bilərdi.

 

Artıq  üçcildlik  "Azərbaycan  dilçiliyi  müntəxəbatı" 



Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyevin 

29  may  2012-

ci  il  tarixli  sərəncamına  əsasən  nəşr 

olunmuşdur. Müntəxəbatlar Azərbaycan xalqının üm

ummilli 

lideri  Heydər  Əliyevin  anadan  olmasının  90  illiyinə  həsr 

edilmişdir.  Qeyd  edək  ki,  müntəxəbatlar  akademik 

A.A.Axundovun 

və 

AMEA


-

nın 


müxbir 

üzvü 



K.M.Abdullayevin  rəhbərliyi  altında,  filologiya  elmləri  doktoru,  professor  F.Y.Veysəllinin 

ümumi  redaktəsi  ilə  nəşr  edilmişdir.  I  cildin  tərtibçisi,  izah  və  şərhlərin  müəllifi,  filologiya 

elmləri  üzrə  fəlsəfə  doktoru  T.Quliyev,  II  cildin  tərtibçisi,  izah  və  şərhlərin  müəllifləri 

filologiya elmləri doktorları, professorlar S.Mehdiyeva, S.Sadıqova və İ.Tahirov

dur, III cildin 

tərtibçisi, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İ.Kazımovdur. Nəşrin 

hazırlanmasında redaktə işlərini filologiya elmləri doktoru professor M.Mahmudov, filologiya 

elmləri  üzrə  fəlsəfə  doktoru,  dosent  E.İnanç,  professor  S.Sadıqova  və  İ.Tahirov  yerinə 

yetirmişlər. Mətnlərin toplanmasında filologiya elmləri doktoru, professor İ.Məmmədlinin də 

əməyini qiymətləndirmək olar.

 

Hər üç cilddə "Ön söz" verilmiş, burada Azərbaycan dilçiliyinin dünəni, bu günü izah 



olunmuş  və  sabahı  proqnozlaşdırılmışdır.  Eyni  zamanda  Kamal  Abdullayev  və  Fəxrəddin 

Veysəllinin yazdıqları "ön söz"də dilimizə və dilçiliyimizə dövlət qayğısı əsaslandırılmışdır. 

Burada deyilir: "Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi 

əhəmiyyət  daşıyan  məsələləri  müasir  tədqiqat  metodlarının  köməyilə  az  və  ya  çox 

dərəcədə  işlənib  hazırlanıb,  fonetika  və  fonologiya,  morfologiya  və  morfonologiya, 

leksikoqrafiya  və  leksikologiya,  sintaqmatika,  praqmatika  və  semantika  sahələrində 

müəyyən  tədqiqatlarımız  və  uğurlarımız  danılmazdır.  Azərbaycanda  son  20  il  ərzində 

ümumdünya  dilçiliyinin  tərkib  hissələri  olan  semiotika,  transliterasiya,  terminologiya, 

neyrolinqvistika,  etnolinqvistika,  psixolinqvistika  və  uşaq  dilçiliyi  kimi  yeni  elm  sahələri 

formalaşmağa  başlamışdır.  İndi  bizdə  rusistika,  germanistika,  romanistika,  mətn  dilçiliyi, 

funksional  dilçilik  və  koqnitiv  dilçilik  sahəsində  yeni  istiqamətlər  formalaşmaqdadır,  bu 

aspektlər üzrə ciddi elmi araşdırmalar aparılır" (s.6).

 

Qeyd edək ki, Azərbaycan dilçiliyinin inkişaf konsepsiyasına müvafiq olaraq aparılan 



tədqiqatlar  təkcə  şəxsi  karyera  üçün  aparılmamış,  dövlətin,  cəmiyyətin  maraq  və 

ehtiyaclarına xidmət etmişdir (akademik R.Mehdiyev).

 

Bu  gün  yüksək  səviyyədə  hazırlanmış  müntəxəbat 



d

dünya 



elm 

məkanına 

inteqrasiya 

kimi 


qiymətləndirilməlidir.

 

Müntəxəbatın I cildi Mahmud Kaşğarlıdan I Türkoloji 



Qurultaya  qədərki  dövrü  əhatə  edir.  Bu  cild  vaxtı  ilə 

Azərbaycan  dili  haqqında  söylənmiş  fikir  və  mülahizələri 

özündə  inikas  etdirir.  Həmin  cilddə  Mahmud  Kaşğarlı, 

Mirzə  Kazımbəy,  Bəkir  Çobanzadə,  Ə.Cəfəroğlu  kimi 

görkəmli türkoloqların elmi əsərlərindən müəyyən hissələr 

və  fraqmentlər  verilmişdir.  I  cilddə  eləcə  də  I  Türkoloji 

Qurultayın  materiallarından

-

məruzələrdən  seçmələr  və 



onlar barədə dilçilərimizin verdikləri dəyərli fikirlər, qiymət 

əksini tapmışdır.

 

I Türkoloji Qurultayın tarixi əhəmiyyəti bəllidir. 1926



-

cı ildən sonra orada deyilmiş fikirlər, oxunmuş məruzələr 

arxivlərin künc

-

bucağında qalmış, məlumatsızlıq xeyli müddət davam etmişdir. Azərbaycan 



öz  müstəqilliyini  qazanandan  sonra  F.Ağazadənin,  Aşmarin  Nikolayın,  B.Çobanzadənin, 

F.Köprülüzadənin,  Şerba  Levin,  Nikolay  Yakovlevin,  Hənəfi  Zeynallının  məruzələri  əldə 




edildi və bu müntəxəbatda da çap həllini tapdı. Birinci Türkoloji Qurultayın məruzələrindən 

seçmələrdə  Türk  dilində  imla  qaydaları  (F.Ağazadə),  türkologiyanın  keçmişi  və  onun 

hazırkı vəziyyəti haqqında (Aşmarin Nikolay), türk ləhcələrinin yaxın qohumluğu haqqında; 

elmi  terminologiya  sistemi  haqqında  (B.Çobanzadə),  türk  xalqlarında  ədəbi  dilin  inkişafı 

(F.Köprülüzadə),  doğma  dilin  tədrisi  metodikasında  ən  yeni  cərəyanlar  (Şerba  Lev), 

orfoqrafiyanın  əsas  prinsipləri  və  onların  sosial  əhəmiyyəti  (Şerba  Lev),  türk  millətlərinin 

sosial və mədəni şəraiti ilə əlaqədə əlifba sisteminin qurulması proqramı (N.Yakovlev), türk 

dilləri  üzrə  elmi  terminologiya  sistemi  haqqında  (H.Zeynallı)  maraqlı  tarixi  məlumatlara 

yiyələnmək mümkündür.

 

Müstəqillik  illərində  respublikamızda  Birinci  Türkoloji  Qurultayın  80  illiyi  təntənəli 



şəkildə keçirildi. Dünyanın əksər ölkəsindən dəvət olunmuş alimlər bu qurultayda yaxınd

an 


iştirak  etdilər.  Tarixi  məruzələrə  müxtəlif  baxışlar  formalaşdı.  Müntəxəbatın  I  cildində 

qurultaydakı  məruzələrə  verilmiş  dəyərləndirmələr  də  bu  baxımdan  xüsusilə  seçilir. 

A.Axundovun  "Birinci  Türkoloji  Qurultay  və  müasir  türk  dünyası",  T.Hacıyevin  "Bir

inci 


Türkoloji Qurultayın ədəbi dil məsələləri", S.Mehdiyevanın "Azərbaycan dili tarixi Türkoloji 

Qurultay  işığında",  Əbülfəz  Quliyevin  "80  ildə  qədim  türk  etnonimlərinin  öyrənilməsi 

məsələləri", M.Musaoğlunun "Türkoloji dilçilik Birinci Türkoloji Qurultaydan öncə və sonra", 

F.Veysəllinin  "I  Türkoloji  Qurultay 

80  il  əvvəl,  sonra  və  əlifbamızın  həll  olunmamış 



problemləri".  Bu  qiymətləndirmə  meyarları  da  sözügedən  müntəxəbatda  görünür  və  bu 

vəsaitin dəyərini bir daha artırır.

 

Müntəxəbatın  II  cildi  I  Türkoloji  Qurultaydan  XX  əsrin  60



-

cı  illərinə  qədərki  dövrü 

əhatə  edir.  Bu  mərhələni  N.Ağazadə,  Q.Bağırov,  C.Cəfərov,  S.Cəfərov,  M.Cahangirov, 

Ə.Dəmirçizadə,  Ə.Əfəndizadə,  F.Kazımov,  A.Qarayev,  Ə.Mahmudov,  H.Mirzəzadə, 

R.Məhərrəmova,  Ə.Orucov,  M.Hüseynzadə,  Ə.Şükürlü,  M.Şirəliyev,  M.Tağıyev, 

Z.Tağızadə,  A.Vəliyev,  F.Zeynalov  kimi  görkəmli  dilçilər  təmsil  etmişlər.  Həmin  dilçilər 

haqqında da müəyyən biblioqrafik məlumat verilir, onların ən lazımlı əsərlərindən parçalar 

müntəxəbatın  sözügedən  cildində  verilmişdir.  Həmin  parçalardan  məlum  olur  ki, 

N.Ağazadə  müasir  Azərbaycan  ədəbi  dilində  şəkil  kateqoriyasını  ilk  dəfə  modallıq 

kateqoriyası  ilə  müqayisədə  öyrənmiş,  Q.Bağırov  dilimizdə  fellərin  leksik

-semantik 

inkişafını  xalqımızın  tarixi  inkişafı  ilə  bağlı  araşdırmış,  C.Cəfərov  tədqiqatlarını  üç 

istiqamətdə

metodiki,  tərcüməçilik  və  leksikoqrafik,  elmi



-

nəzəri  yönlərdə  qurmuş, 

S.Cəfərov  dilimizin  lüğət  tərkibini,  söz  yaradıcılığı  prosesini  hərtərəfli  araşdırmış, 

M.Cahangirov  Azərbaycan  milli  ədəbi  dilinin  təşəkkülü,  təkamülü,  aparıcı  üslubları 

haqqında öz sözünü demiş, Ə.Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixini dövrləşdirmiş, 

müasir  dilimizin  fonetikası,  üslubiyyatı,  tarixi  qrammatikası  barədə  tutarlı  fikirlər  demiş, 

Ə.Əfəndizadə  Azərbaycan  dili  orfoqrafiyasının  prinsipləri,  qaydaları  və  tədrisinin  elmi 

əsaslarını  müəyyənləşdirmiş,  düzgün  yazı  təliminin  əsas  problemlərini  tədqiq  etmiş, 

F.Kazımov  dilimizdə  fonemi  müəyyənləşdirmək  üsullarını  aydınlaşdırarkən  dilimizin  sait 

fonemləri üçün güclü mövqe söz kökünü hesab etmiş, məsələyə saitlərin fonematik mənası 

baxımından  yanaşmış,  ingilis  dili  ilə  müqayisələr  aparmış,  A.Qarayev  müasir  Azərbaycan 

dilində  Avropa  mənşəli  sözlərin  semantik

-

statistik  təhlilini  vermiş,  həmin  sözlərin  izahlı 



lüğətini  yaratmış,  Ə.Mahmudov  Azərbaycan  dilinin  fonetik  sisteminin  və  onunla  əlaqədar 

olan fonetik hadisə və qanunların dəqiq və hərtərəfli təhlilini aparmış, H.Mirzəzadə nəsr dili, 

tarixi fonetika, tarixi morfologiya haqqında əsaslı təhlillər vermiş, R.Məhərrəmova ədəbi dil 

tariximiz,  funks

ional üslublar, tarixi qrammatika, leksika məsələlərinə dair çoxsaylı kitablar 

yazmış, Ə.Orucovun ən böyük xidməti Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsaslarının 




hazırlaması  və  həmin  lüğətin  dörd  cilddə  nəşr  etməsi  olmuş,  M.Hüseynzadə  Dövlət 

mükafatına  layiq  görülmüş  morfologiya  yazmış,  Ə.Şükürlü  qədim  türk  yazılı  abidələrinin 

dilini  tədqiq  etmiş,  dilimizə  məxsus  köməkçi  nitq  hissələrinin  fonomorfoloji  inkişaf  tarixini 

nəzərdən  keçirmiş,  M.Şirəliyev  Azərbaycan  dialektologiyasının,  Bakı  dialektinin  əsaslarını 

hazırlamış, M.Tağıyev rusca

-

azərbaycanca frazeoloji lüğətlərin nəzəri və praktik məsələləri 



ilə  məşğul  olmuş,  Z.Tağızadə  eksperimental  fonetika,  mürəkkəb  cümlə  məsələlərinə 

aydınlıq  gətirmiş,  A.Vəliyev  Azərbaycan  dilində  keçid  şivələrini  xüsusi  tədqiqat  obyekti 

seçmiş,  F.Zeynalov  türk  dillərində  nitq  hissələrini  təsnif  etmiş,  əsas  və  köməkçi  nitq 

hissələrinin müqayisəli qrammatikasını yaratmışdır.

 

Göründüyü  kimi,  tərtibçilər  sözügedən  müəlliflərin  çox  dəyərli  və  bir



-

birindən  fərqli 

konsepsiyalarını əks etdirən mətnlərə müraciət etmişlər.

 

Həcmcə  ən  böyük  cild  III  cilddir.  Müntəxəbatın  III  cildi  XX  əsrin  60



-

cı  illərindən 

günümüzə  qədərki  dövrü  əhatə  edir.  Bu  mərhələni  müntəxəbatda  görkəmli  və  tanınmış 

dilçilər 

Ə.Abdullayev,  M.Adilov,  V.Aslanov,  A.A



xundov,  H.Bayramov,  Z.Budaqova, 

T.Hacıyev,  Ə.Cavadov,  A.Ələkbərov,  T.Hacıyev,  M.Qasımov,  M.Qarayeva,  A.Qurbanov, 

A.Məmmədov, V.Məmmədəliyev, Y.Seyidov təmsil etmişlər. Müəllif

-

tərtibçi Ə.Abdullayevin 



"Azərbaycan  dilində  r

-

n  nisbəti"  məqaləsini,  həmçinin  onun  "Müasir  Azərbaycan  dilində 



tabeli  mürəkkəb  cümlələr"  monoqrafiyasından  "Müasir  Azərbaycan  dilində  mürəkkəb 

cümlənin  təkamül  meyilləri"  adlı  parçanı,  M.Adilovun  M.Füzulinin  poetik  dili  və  üslubunu 

əks  etdirən  "Semantik

-

üslubi  xüsusiyyətlər"  adlı  hissəni,



 

V.Aslanovun  Azərbaycan  dilinin 

tarixi  leksikologiyasına  dair  tədqiqlərindən  rekonstruksiya  (bərpa)  problemi  kimi  maraqlı 

parçanı,  A.Axundovun  "Ümumi  dilçilik"  kitabından  "Dilin  daxili  quruluşu  məsələləri",  eləcə 

də 

"Seçilmiş 



əsərləri"ndən 

"Felin 


zamanlarının 

qrammatik 

və 

məna 


xüsusiyyətləri",

  

H.Bayramovun  "Azərbaycan  dili  frazeologiyasının  nəzəri  əsasları" 



kitabından  "Frazeoloji  cümlələr",  "Azərbaycan  frazeologiyasının  məna  quruluşu", 

Z.Budaqovanın  "Müasir  Azərbaycan  dilində  sadə  cümlə"  monoqrafiyasından  "Cümlənin 

əlamətləri",  Ə.Cavadovun  "Müasir  Azərbaycan  ədəbi  dilində  sintaktik  vahidlərin  sırası" 

monoqrafiyasından  "Dil  vahidlərinin  sıralanması  sistemi",  A.Ələkbərovun  "Müasir 

Azərbaycan dilinin semasiologiyası" (kollektiv) kitabında verilmiş "Leksik semantikanın bəzi 

metodoloji məsələləri", həmçinin də onun "Müasir Azərbaycan dili" əsərində verilmiş "Söz 

nəzəriyyəsinə  giriş",  T.Hacıyevin  "Azərbaycan  ədəbi  dili  tarixi"  fundamental  cildlərindən 

"Azərbaycan  ədəbi  dilinin  dövrləri",  M.Qasımovun  "Azərbaycan  dili  terminologiyasının 

əsasları"  kitabından  "Terminin  spesifikası",  M.Qarayevanın  "Sintaksariy  i  modelirovanie 

yazıkovıx  universaliy"  əsərindən  "İerarxiçeskaya  svyaz  strukturı  yazıka",  A.Qurbanovun 

"Azərbaycan  dilinin  onomalogiyası"  kitabından  "Giriş",  A.Məmmədovun  "Tyurkskiye 

soqlasnıye:  anlaut  i  kombinatorika"  kitabından  "Teoretiçeskiye  voprosı  sravnitelno

-

istoriçeskoqo  izuçeniya  soqlasnıx  tyurkskix  yazıkov:  anlaut  i  kombinatorika", 



V.Məmmədəliyevin  "Ərəb  dilçiliyi"  kitabından  "Misir  qrammatika  məktəbi",  "Misir  ərəb 

dilçiliyi" və Y.Seyidovun "Azərbaycan dilində söz birləşmələri" adlı monoqrafik tədqiqatının 

mühüm hissələrini seçmişdir.

 

Azərbaycan  dilçiliyi  tarixində  belə  dövrləşmə  yenidir  və  həmçinin  də  həqiqi  inkişaf 



tarixini və dilçilik mühitini əks etdir

ir. 


Bu  müntəxəbatlar  böyük  türkoloq  alim  Mahmud  Kaşğaridən  üzü  bəri  görkəmli  və 

tanınmış  dilçilərin  seçilmiş  əsərlərinin  ən  yaxşı  hissələrindən  ibarətdir.  Xrestomatiya 




materiyaları  keçilən  dövrü  tam  əks  etdirir.  Bunları  seçilmiş  əsərlər  məcmuəsi,  eləcə  də 

dərslik  də  adlandırmaq  olar.  Həmin  müntəxəbatlara  müəlliflərin,  alimlərin  seçilmiş 

əsərlərindən və ya onların hissələrindən ibarət dərs vəsaiti kimi də baxmaq olar. Seçilmiş 

materiallar,  əlbəttə,  digər  materiallardan  öz  məziyyətləri,  dəyəri  ilə  seçilən,  fərqlənən 

parçalardır.

 

Mütəxəssislərin,  dissertant  və  doktorantların,  tələbələrin  çox  çətinliklə  əldə  etmək 



istədikləri  dilçilik  mətnləri  bu  toplularda  öz  əksini  tapmış  olduğu  üçün  aparılacaq  tədqiqat 

işlərini də asanlaşdıra bilər. Bu baxımdan da müntəxəbatlar dəyərini qoruyub saxlayır.

 

Çox  yaxşı  haldır  ki,  tərtibçilər  bəzi  müəlliflərin  əsərlərinin  bir  çoxundan  parçalar 



vermişlər, bu da müntəxəbatın əhəmiyyətini bir daha artırır. Məsələn, Əhməd Cəfəroğlunun 

"Azəri ləhcəsində bəzi monqol ünsürləri", "Şərqdə və

 

Qərbdə Azəri ləhcəsi tədqiqləri", "Dil 



guşəsi", "Azəri sözlüyü" bu cür parçalardandır və ayrıca məqalə təşkil edir.

 

Müntəxəbatda  izah  və  şərhlər  öz  yığcamlığı  və  parçanın  müəllifi  barədə  əsaslı 



məlumat verməsi ilə fərqlənir. Mətnlər həm Azərbaycan, həm də

 

rus dillərindədir. Məsələn, 



M.Kazımbəyin  məşhur  qrammatikasından  ("Obşaya  qrammatika  turesko

-tatarskoqo-

yazıka"  əsəri  həm  rus,  həm  də  Azərbaycan  dillərində  verilmişdir.  Həmin  parçanı  dilimizə 

Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

 

A.Ələkbərova çevirmişdir.



 

Müntəxəbatın  başlıca  məziyyətlərindən  biri  də  müəlliflərin  digər  əsərlərinin  də 

siyahısının sonda verilməsidir. Bu da oxucunu həmin parça müəllifinin başqa əsərləri ilə də 

tanış olmaq imkanı yaradır.

 

Müntəxəbatda  təqdim  olunan  bəzi  mətn  hissələrinin  dili  sadələşdirilmişdir.  Məsələn, 



Bəkir  Çobanzadənin  1929

-

cu  ildə  "Azərnəşr"  tərəfindən  çap  edilmiş  "Türk  qrameri" 



əsərindən verilmiş hissə tərtibçi T.Quliyev tərəfindən düzgün olaraq anlaşmanı təmin etmək 

üçün sadələşdirilmişdir.

 

Müntəxəbatlarda  "Ad  göstəricisi",  "Özək  sözlər"  də  yerinə  görə  münasibdir,  vəsaitlə 



daha yaxından, intensiv tanış olmaq işini yüngülləşdirir.

 

Müntəxəbata  düşməyən  dilçilərimiz  də  var.  Bu  layihə  davamlı  olduğu  üçün  gələcək 



tədqiqatlarda  həmin  çatışmazlıq  da  nəzərə  alınmalıdır.  Belə  dəyərli  bir  işin  bəzi 

səhifələrinin  texniki  tələblərə  cavab  verməməsi  təəssüf  doğurur.  Buna  baxmayaraq, 

müntəxəbatlar milli dilçilik elmimizin inkişafına yeni bir töhfə kimi dəyərləndirilə bilər.

 

 



Yüklə 186,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə