Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

Linqvistik  tipologiya
71
Yakov  Qrimm  (1785-1863)  alman  dilçisidir.  Əsas  əsərləri 
bunlardır.
1)  “Alman qrammatikası” (1819-I, -1837 II, III, IV cildlər)
2)  “Alman dilinin tarixi” (1848)
Dil kökləri haqqındakı fikri bu idi ki, onların tərkibində aşa-
ğıdakı elementlər durur: Hind-Avropa – bh, dh, gh; german – b, 
d, g; Hind-Avropa – b, d, g; german p, t, k; Hind-Avropa – p, t, 
k; german – f, th, h.
Aleksandr Vostokov. (1781-1864) Rus dilçisidir. Peterburq 
EA-nın akademiki olub. Əsas əsərləri bunlardır: 
1)  “Slavyan dili haqqında mülahizələr” – 1820
2)  “Kilsə-slavyan dilinin lüğəti” (1858-1861)
Fəlsəfi dilçilik məktəbi
  Fəlsəfi  dilçilik  məktəbi  Vilhelm  fon  Humboldtun  adı  ilə 
bağlıdır. (1767-1835) Dilçiliyin fəlsəfi məsələləri bu məşhur al-
man  dilçisinin  aşağıdakı  əsərlərində  ümumiləşdirilir:
1)“Yava adasındakı kavi  dili haqqında” (1836-1839)
2)“İnkişafın  müxtəlif  dövrlərinə  tətbiq  edilməklə  dillərin 
müqayisəli  şəkildə  öyrənilməsi  haqqında”  (1830-1835)
Onun əsərlərində dilə bir sistem kimi yanaşılır. Eyni zaman-
da Vilhelm Humboldt dili fərdlərin mənəvi həyatı və təfəkkü-
rü üçün əsas göstərici hesab edirdi. Başqa sözlə, dili ayrı-ayrı 
fərdlərin məhsulu kimi başa düşürdü. Humboldta görə dil xalq 
ruhunun ifadəsi idi. Onun fikrincə, xalq təbiətlə və cəmiyyətlə 
dil vasitəsi ilə əlaqədə olur.
 Naturalizm dilçilik məktəbi
Avqust Şleyxer (1821-1868) məşhur alman dilçisidir. Natu-
ralizm dilçilik məktəbinin banisi olmuşdur. Əsas əsərləri aşağı-
dakılardan ibarətdir:
1) “Dillərin müqayisəli tarixinə dair” (1848)
2) “Avropa dilləri” (1850)


Mübariz Yusifov
72
3) “Müqayisəli dilçilik tədqiqləri” (1850)
4) “Kilsə slavyan dilinin morfologiyası” (1852)
5) “Litva dili üzərində təlimat” (1855 -1857)
6) “Alman dili” (1959)
Avqust Şleyxerin naturalist görüşləri onda idi ki, o dili səs 
materiallarından  yaranmış  ən  yüksək  təbiət  orqanizmi  hesab 
edirdi. O, dili canlı orqanizmlərin canlı həyatından fərqləndir-
mirdi. Canlı orqanizmlərin sadə başlanğıcdan mürəkkəb forma-
ya doğru və qocalmaq mərhəsinə  kimi davamlı prosesini A.Ş-
leyxer dilə də tətbiq edirdi. Dillərin inkişafının birinci mərhələ-
sini  kök  dillərə,  ikinci  mərhələsini  aqlütinativ  dillərə,  üçüncü 
mərhələsini isə flekiv dillərə aid edirdi. “Dillərdə sonralar niyə 
dəyişiklik olmadı?” sualına isə fantastika ilə cavab verirdi. Onun 
mülahizəsinə  görə  tarixəqədərki  dövrdə  dilə  ruh  hakim  olub. 
Sonra isə ruh dildən uzaqlaşıb. Nəticədə dildə qocalma, dağılma 
prosesi  başlanır.
Psixoloji dilçilik məktəbi
Heyman Şteyntal (alman dilçisi, 1823-1899), A.A.Potebnya 
(ukraynalı, rus dilçisi)
Heyman Şteyntalın əsas əsərləri bunlar idi:
1)  “Dillərin təsnifi dil ideyasının inkişafı kimi” (1850)
2)  “Dilin mənşəyi” (1851)
3)  “Qrammatika,  məntiq,  psixologiya  onların  prinsipləri 
və  qarşılıqlı  əlaqələri”  (1855).
4)  “Dilin fəlsəfəsi” (1888).
5)  “Psixologiyaya və dilçiliyə giriş” (1871).
Onun fikrincə, dil qavranılmış daxili, psixi, mənəvi hərəkət-
lərin, vəziyyətlərin və əlaqələrin mərkəzləşmiş səslər vasitəsi ilə 
ifadəsidir. 
A.A.Potebniyanın əsas əsərləri aşağıdakılardan ibarətdir:


Linqvistik  tipologiya
73
1) “Fikir və dil” (1862)
2) “Rus dili səslərinin tarixinə dair” (1876)
3) “Filologiya nəzəriyyəsi üzrə mühazirələrdən” (1905)
Potebniyanın psixoloji təsəvvürü ona əsaslanırdı ki, o “dili 
təfəkkürün ifadə vasitəsi yox, yaranma vasitəsi” kimi başa dü-
şürdü. O deyirdi ki, “dil sahəsi təfəkkür sahəsi ilə heç də uyğun 
gəlmir”. Potebniyanın fikirlərində diqqəti daha çox cəlb edən bu 
idi ki, o deyirdi: “xalqın mövcud olmasının yeganə, əvəzolun-
maz, zəruri şərti dil birliyidir”.
Gənc qrammatiklər məktəbi. 
Bu məktəbin nümayəndələri A.Leskin, B.Delbryük, G.Paul, 
G.Osthof və K.Bruqman idi. Gənc qrammatiklər məktəbi XIX 
əsrin 70-80-ci illərdə yaranmağa başlamışdı. Bir qrup gənc dilçi 
ilk növbədə Avqust Şleyxeri tənqid edərək yeni bir konsepsiya 
yaratmağa çalışırdılar. Onlar Leyspiq universitetinin professor-
ları idilər. Köhnə nəslin nümayəndələri onları istehza ilə “gənc 
qrammatiklər”  adlandırırdılar.  “Gənc  qrammatiklər”in  bir  çox 
tərəfdarları da var idi ki, onlardan aşağıdakıların adlarını göstər-
mək olar: M.Breal (1832-1915, Fransa), V.Tomsen (1842-1927, 
Danimarka),  F.F.Fortunatov,  F.M.Buslayev  (Rusiya).  Onların 
tədqiqatlarında fonetika və qrammatika əsas yer tuturdu. Bu isə 
dil sisteminin hərtərəfli öyrənilməsinə kifayyət etmirdi. Nəzəri 
dilçilik görüşlərində isə psixologizm üstünlük təşkil edirdi.
Moskva  dilçilik məktəbləri
Moskva dilçilik məktəbinin banisi Filip Fyodoroviç Fortu-
natov idi (1848-1914). Gənc qrammatiklərin görüşlərini davam 
etdirirdi. Müqayisəli dilçilik sahəsində tədqiqatlar aparırdı. Dil-
ləri tiplərinə görə aşağıdakı kimi bölürdü: 
1)  aqlütinativ dillər (Ural-Altay)


Mübariz Yusifov
74
2)  flektiv-aqqültinativ dillər (sami dillər)
3)  flektiv dillər (hind-Avropa dilləri)
4)  kök dillər (Çin, Siam və s. dillər)
5)  polisintetik dillər (Amerika hindularının dilləri)
Kazan dilçilik məktəbi 
Kazan dilçilik məktəbinin aparıcı nümayəndəsi Boduen de 
Kurtene (1845-1929) idi. Milliyətcə polyak idi. Əsas fəaliyyəti 
Kazan universiteti ilə bağlı olmuşdur. Dilçilik tarixində ilk dəfə 
fonem  nəzəriyyəsini  yaratmışdır.  Fonem,  morfem  və  sintaqm, 
leksem,  qrafem,  kinem  (artikulyasiya  –  tələffüz  üzrə  fərqlən-
dirici  əlamət),  aksuma  kimi  terminləri  dilə  gətirmişdir.  Kazan 
dilçilik məktəbinin digər nümayəndələrindən Nikolay Vyaçes-
lovoviç Krusevskinin (1851-1887), Vasili Vasileyviç Radlovun 
(1837-1918) və Vasili Alikseyeviç Boqoroditskinin (1857-1941) 
adlarını çəkmək olar. Sonuncu iki böyük dilçi türk dilləri sahə-
sində tədqiaqtlar aparıbıar.
Neolinqvistika dilçilik məktəbi. Bu məktəb XX əsrin 20-ci 
illərində formalaşmışdır. Əsas nümayəndələri M.Bartoli, C.Ber-
toni və V.Pizani idi. Məktəbin məkanı İtaliya olmuşdur. Onların 
konsepsiyasında “Gənc qrammatiklər”in tənqidi əsas yer tuturdu. 
Neolinqvistlər dilə estetik ifadələrin məcmusu kimi yanaşırdılar, 
dilçilik coğrafiyası ideyasını irəli sürürdülər, semantikanı əsas gö-
türüdülər; dil dəyişmələrini etnik qarışmalarla izah edirdilər.
Sosioloji dilçilik məktəbi
Bu  məktəbin  əsas  nümayəndəsi  Ferdinad  de  Sösür  (İsveç 
dilçisi, 1857-1913) idi. Əsas əsəri “Ümumi dilçilik kursu” adla-
nır, ölümündən sonra 1916-cı ildə tələbələri Şarl Balli və  Albert 
Seşe tərəfindən çap edilmişdir. Sösürün dilçilk nəzəriyyəsində 
dil və nitq fərqləndirilir; diaxronik və sinxronik əlaqələr müəy-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə