Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

Linqvistik  tipologiya
61
dən хаживать (yerimək) sözü düzəldilir. Хаживать sözünə 
əlavə etdikdə yхаживать (qulluq etmək), уход (gediş), выходь 
(çıxış),  вход  (giriş)  kimi  sözlər  yaranır.  Flektiv  dillərin  daxili 
quruluşunda  analitizm  əsas  yer  tutur. Analitizm  termini  mən-
şəcə latın dilinə məxsusdur. Mənası uyğun olan (bərabər olan) 
deməkdir.  Dilçilikdə  analitizm  termini  bərabərhüquqlu  (söz-
hüquqlu) elemetlərin birləşib bir vahid yaratmsı kimi qəbul edi-
lir. Analitizm həm də sözün əvvəlinə bərabərhüquqlu sözyarat-
ma funksiyasını daşıya bilən elementlərin daxil edilməsi kimi də 
başa düşülür. Analitizm bir qayda olaraq sintetizmə qarşı qoyu-
lur. Sintetizm sözü bir termin kimi sintez sözündən yaranmışdır. 
Mənası qoşulma deməkdir. Dilçilikdə sonşəkilçililik mənasında 
başa düşülür. Sintetizm və analitizm dillərdə adekvat vahidlərin 
əvvələ və ya sona qoşulması faktlarına əsasən müqayisə edilir. 
Məsələn, rus dilindəki стол sözü hallanıb yiyəlik hala düşdükdə 
стола (stolun) formasını alır. Fransız dilində isə adekvat element 
əvvələ keçir: de la tabe; ingilis dilində eyni qayda müşahidə edi-
lir: to  table.  Rus  dilindəki страна  sözü  hala görə  dəyişdikdə 
страны, стране, страну, страной, странами, странах kimi 
formalara düşür. Yəni sözün əvvəli yox, sonu dəyişir. İngilis dil-
ndə isə sözün əvvəli dəyişir: the country (ölkə), of the contury 
(ölkənin) to the country (ölkəyə)with the country (ölkə ilə)  s. 
Bu xüsusiyyətə görə rus dili ya flektiv-sintetik və ya flek-
tiv dillər qrupuna daxil edilir. Roman-german dilləri isə anali-
tik dillər hesab olunur. Halbuki, rus dilini, eləcə də rus dilinin 
daxil  olduğu  slavyan  dil  qrupunu  analitizmdən  təcrid  etmək 
mümkün deyildir. Misal üçün aşağıdakı nümunələri nəzərə al-
maq olar: верuть–поверить, играть–проиграть, классный–
внеклассный, планетный–межпланетный, краска–окраска, 
против–напротив,  стол–на  столе,  под  столом,  звонить–
перезвонить və s.
Analitik  tip  kimi  təqdim  olunan  dillərdə  sintetizm  (şəkil-


Mübariz Yusifov
62
çiləşmə) əlaməti vardır: organ–organization, abbeviate - abbe-
viation, abnormal (qeyri-normal) – anormality (qeyri-normal-
lıq), brather–brather`s, book–book`s və s.
Flektiv  və  ya  flektiv-sintetik  dil  qrupuna  aid  edeilən  fars 
dilində də həm analitik, həm də sintetik əlamətlər var. Be da-
neşqah  (məktəbə),  əz  daneşqah  (məktəbdən);  rəftəm  (gəldim, 
getdim),  rəfteəm  (gəlmişəm),  rəfti  (getdi)
Analitizm və flektivizm əlamətləri bütün hind-Avropa dil-
lərində  müştərəkdir.  Eyni  zamanda,  bu  dillərdə  sintetizmin 
əlamətləri formalaşmışdır. Odur ki, bu dilləri analitik-sintetik, 
flektiv-sintetik  qruplarına  ayırmaqdansa,  analitiklik-flektivlik 
əlamətlərinə  görə  səciyyələndirmək  daha  məqsədəuyğundur. 
Çünki bu dillərdə əsas aparıcı elementlər analitiklikdən və flek-
tivlikdən  ibarətdir.
Aqlütinativ dillər
Aqlütinasiya termini mənşəcə latın dilinə məxsusdur. Məna-
sı yapışma, birləşmə deməkdir.
Dilçilikdə  bu  termin  düzəltmə  sözlərin  əmələ  gəlməsi  və 
qrammatik formaların dəyişməsi zamanı şəkilçilıərin söz sonu-
na qoşulması kimi başa düşülür. Aqqültinasiya termini həm də 
söz sonuna qoşulan şəkilçilərin bir-biri ilə sıra, ardıcıllıq təşkil 
etməsi, bir-birinin arxasınca düzülüb sıra, cərgə, tandem əmələ 
gətirməsi mənalarını da əhatə edir. Aqlütinasiya üzrə söz sonuna 
qoşulan şəkilçilərin hər birinin öz qrammatik mənası olur. Odur 
ki, onları bir-birindən ayırmaq və ya yerlərini dəyişmək olmur. 
Əgər tandemin hər hansı bir üzvü iştirak etmirsə, özündən sonra 
gələn onun yerini tutur. Məsələn, Azərbaycan dilində kəmiyyət 
və hal şəkilçilərinin hər birinin öz qrammatik mənaları vardır: 
at-atlar-atlarda.  Qrammatik  şəkilçilər  öz  aralarında  aşağıdakı 
kimi  tandem  (sıra,  cərgə)  əmələ  gətirirlər:  at-atlar-atların-at-
larında-atlarındadır.  Hər  hansı  əvvəlki  şəkilçi  işlənmədikdə 
sonrakı  şəkilçi  onun  yerini  tutur:  tlarındadır-atlarındır-atlar-


Linqvistik  tipologiya
63
dır-atdır.Yerdəyişmə isə mümkün deyildir: at-ın-lar-dır forması 
yoxdur.  Eləcə  də  sözdüzəldici  şəkilçilərdə  sıra  vardır:  qur-aş-
dır-ıcı-lıq. Bu sözdə şəkilçilərin yerini dəyişib qur-dur-aş-ıcı-lıq 
kimi ifadə etmək olmur. 
Türk dilləri ailəsi aqlütinativ dillər qrupuna daxildir. Türk 
dillərində bir qayda olaraq sözdüzəldici və sözdəyişdirici şəkil-
çilərin söz sonuna qoşulması ümumi qaydadır. Həm sözdüzəldi-
ci, həm də sözdəyişdirici şəkilçilərin hər birinin qrammatik mə-
nası vardır. Məsələn, saxlatdırılacaqdır sözündə saxla söz kökü 
– birinci icbar növ şəkilçisi (t), ikinci icbardan icbar düzəldən 
şəkilçi (-dır), -ıl məchul növ şəkilçisi, acaq qəti gələcək zaman 
şəkilçisi, -dır (sonuncu) xəbərlik şəkilçisidir. Aqlütinativ dillərə 
məxsus bu əlamət başqa dillərdə mövcud deyildir. Aqlütinativ 
dillər qrupunda türk dilləri aparıcı yer tutur. Bu dillər qrupuna, 
həmçinin fin-uqor və monqol dilləri daxildir. 
İnkorporlaşan (polisintetik) dillər
İnkorporlaşma termini mənşəcə latın dilinə məxsusdur. Mə-
nası öz tərkibinə daxil olmaq, birləşmək, bitişmək deməkdir. İn-
korporlaşan dillərə polisintetik dillər də deyilir. Polisintetik ter-
mini də mənşəcə latın dilinə məxsusdur. İkorporlaşma ilə paralel 
işlədilir. Polisintetik dillərdə söz ilə cümlənin sərhəddi yoxdur. 
Yəni cümlələr daxilən sıralanır, sözlərin leksik funksiyası qram-
matik funksiya ilə əvəz olunur. Ona görə də bu dillər polisintetik 
hesab  olunur.  Polisintetik  dillərə Amerika  hindularının  dilləri, 
eləcə  də  çukot-koryak  dilləri  qrupu  daxildir.  Şimali  Amerika 
hindularının dilindəki ninakakva sözünü polisintetizmə aid nü-
munə kimi göstərmək olar. Bu söz hərfən mən ət yemək mənasını 
bildirir.  Burada ni mən, nakatatl (kök – naka) - ət,  kva – yemək 
mənasını bildirən sözlərdir. Onlar bir vahiddə birləşib söz şəkil-
ndə formalaşsa da əslində, cümlə kimi işlədilir. 
Yaxud tivalantoak sözü mən bıçağı çıxartdım mənasını bil-
dirir. Burada ti – birinci şəxsin presiksi, vala  – bıçaq söznün əsa-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə