Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

Mübariz Yusifov
88
Həm novlu və həm də kipləşən samitlər saitlərlə birləşdiyi təq-
dirdə  kökyaratma  prosesinə  daxil  olmuşlar.  Sait  səslərin  ayrı-
lıqda kök morfem kimi işlədilməsinin izlərini qədim türk yazılı 
mənbələrində də görmək olar:
A- heyrətlənmək: “Ol meni a…qıldı” (O məni heyrətləndir-
di) (DTS, 1)
1*
.
I – bitki: “Beş türlüq ıda, ığa, ığacta” (Beş cürbəcür bitkidə, 
ağacda) (DTS, 216).
Ö – düşünmək, fikirləşmək: “Açsar tosıq öməz sen bir to-
dsar açsıq öməz” (Sən acsansa tox haqqında düşünməzsən, tox 
olsan ac haqqında düşünməzsən) (DTS, 375).
U – yuxu: “Qırğızlığ uda basdımız” (Qırğızlara yuxuda hü-
cum etdik) (DTS, 603).
U – dözmək, bacarmaq: “Saqınc qabğu birlə özüm umadım” 
(Mən kədərli düşüncəyə və qəmə dözmədim) (DTS, 603).
Başqa dillərdə də tək saitin müvafiq anlayış və emosiyaları 
bildirmək məqamında işlənməsinə rast gəlmək olur. Məsələn, rus 
dilində a saiti həm nida, həm də bağlayıcı kimi işlənir: “А так 
это ты был!”, (A, o sən idin!); “Мальчику пять лет, а девочке 
три года”, (Oğlanın beş, qızın isə üç yaşı vardır); i saiti bağ-
layıcı kimi işlənir: “Города и села”, (“Şəhərlər və kəndlər”); i 
saiti ədat yerində də işlənir: “И ребенок то поймет” (Bunu uşaq 
da başa düşər); o saiti qoşma yerində işlənir: “О диалектном 
материализме” (Dialektik materializm haqqında); u saiti nida 
və  qoşma  yerində  işlənir:  “У,  лентяй”;  “Ay,  tənbəl”,  “У,  как 
страшно!”  (Uy,  nə  dəhşətlidir!);  “Стоять  у  двери”  (Qapının 
yanında  durmaq);  э  saiti  nida  kimi  işlənir:  “Э,  не  буду”  (Eh, 
etməyəcəyəm).
İngilis  dilində  a  artikl  kimi  işlənir:  a  table  (stol),  a  book 
(kitab); yunan dilində a saitindən inkar elementi kimi istifadə 
olunur: simmetrik- asimmetrik (simmetrik-simmetrik olmayan); 
1
*
 ДТС- Древнетюркский словарь, Л., 1969.


Linqvistik  tipologiya
89
morf  (kök)  amorf  (köksüz).  Fars  dilində  a  nida  kimi  işlənir: 
“Əziza, Həsən!” (Ey əziz Həsən!) “Şəha!” (Ey şahım!) və s.
Müxtəlif  dillərdə  bu  cür  nümunələr  mövcuddur  və  onlar 
müvafiq  mənalarda  işlənərək  ya  emosional  anlayış  yaradır  və 
ya qoşma kimi, ədat kimi, həmçinin başqa sözönü vahid kimi 
işlənə  bilirlər. 
Azərbaycan  dilində  tək  bir  saitinin  kökyaratma  ənənəsi  o 
saitində qalmışdır. O saiti Azərbaycan dilində həm üçüncü şəx-
sin təkini bildirən, həm də uzaqdakı əşyanı bildirən əvəzlik kimi 
işlədilir.
Tək  saitdən  ibarət  olan  köklərə  mümkündür  ki,  sonradan 
müvafiq samitlər əlavə olunmaqla köklərin həm daxili strukturu 
təkmilləşmiş, həm də onların təməlindən yeni sözlər törəmişdir. 
Məsələn, ı saiti ğ ilə birləşərək ığ morfemi yaratmış və ondan 
ığac-ağac variantları əmələ gəlmişdir. Bəzi dillərdə isə hətta ı 
saitindən əvvələ bir samit qoşulması da baş vermişdir. Məsələn, 
karaim dilində ığac sözünün yıvac variantı vardır.
Ö kökü üzərinə y samiti qoşularaq öymək, öyüd, öyünmək 
kimi  sözlərin  törənməsinin  təməlini  yaratmışdır.
U  saitinin  sonuna  y  əlavə  olunmaqla  uyxu-uyku,  əvvəlinə 
y əlavə olunmağla eyni mənadakı yuxu sözləri yaranmışdır. Uy 
kökündən, həmçinin uymaq (qoşulmaq, aludə olmaqözündən 
getməkuydurmaq (quraşdırmaqmənasız danışmaquyğunlaş-
maq kimi sözlər törəmişdir.
Sonrakı vaxtlarda sait-samit birləşməli vahidlərin potensialı 
getdikcə artmağa başlamışdır. Müasir dilimizdə də bu cür tərkib-
dəki sözər (al, əl, il, öl, otət, at, ud, əz, iz, öz, ar, aş, az və s.) 
intensiv işlədilməkdədir.
Sait səslərin əlaqəyaratma və tərkibyaratma imkanları güclü 
olduğundan onlar sözün əvvəlində daha üstün mövqeyə malik-
dirlər. Odur ki, sait-samit birləşməli köklərin potensialı da ol-
duqca intensivdir.


Mübariz Yusifov
90
Sait səslərin kök sonunda tərkibyaratma imkanları zəiflədi-
yi üçün onlar samit-sait tərkibli sözlərdə olduqca az işlənirlər. 
Müasir dilimizdə belə sözlərin sayı cəmi altıdır: su, bu, de,  ye, 
yu, nə.
Qədim mənbələrdə də belə tərkibli sözlər var, ancaq çox de-
yildir. Bunlara aid aşağıdakıları nümunə göstərmək  olar.
Ba – bağlamaq: “Atıq iqa bayır ertimiz” (Atları ağaca bağ-
ladıq) (DTS, 76).
 – madyan: “Aq bısı qulunlamış” (Ağ madyan qulun do-
ğub) (DTS, 97).
 – biyəböyə (DTS, 97)
 – bıçaq (DTS, 97)
Bu – bu (DTS, 119)
Bu –buxar (DTS, 119)
Çi – şeh (DTS, 145)
Ya – yay (ox yayı): “Bodum erdi oq təq, könül erdi ya” (Mə-
nin bədənim ox kimidir, ürəyim (sanki) yay kimi) (DTS, 221)
Ya – oxatan bürcü (ulduz topası) (DTS, 221)
Ye –yemək: “Er aş yedi” (kişi yemək yedi) (DTS, 252)
 – tikiş, bənd, ilişik: “Çuku yı” (Möhkəm, sıx tikiş) (DTS, 
261)
Yu – yumaq “Qanıq qan billə yumas” (Qanı qanla yumazlar) 
(DTS, 277)
 –şirə: “Ağızın açmadın yüsin sinürgül” (Ağzını açmadan 
şirəni (içəriyə) daxil et-içirt) (DTS, 283)
 – xəbər, məlumat “Taşla yorqir teyin  eşidil balıqdaqı 
tağıqmış” (O xəbəri eşitdikdəki, o bayırda gəzir, şəhərin əhalisi 
dağa qalxdı) (DTS, 322)
 – şan, şöhrət (DTS, 322)
 – qorumaq, saxlamaq (DTS, 322)
Ne-nə  “Ne  başınalım  teqəlim”  (Nə  üçün  məğlub  qalmalı-
yıq?)  (DTS,  356)


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə