Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

­  52 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Lakin yuxarıda  göstərilmiş  bu  qaydalardan  hər  hansı  birinə  əməl  olunmamış  və  məhkəmələr

bununla bağlı hər hansı hüquqi və ya faktiki qiymətləndirmə verməmişlər.

(f) Mülkiyyət hüquqlarına müdaxilə zamanı, inter alia, Konvensiyanın 8‐ci maddəsi və Konvensiyanın

1 saylı Protokolunun 1‐ci maddəsi də pozulmuşdur.

33.  Ərizəçi  evindən  qanunsuz  olaraq  məhrum  edildiyini  təkidlə  bildirmiş  və  istəmədiyi  yeni

mənzilləri  kompensasiya  kimi  qəbul  etməkdən  davamlı  və  qanuni  olaraq  imtina  etsə  də,  aşağı

instansiya məhkəmələri onu bu qanunsuz kompensasiyanı qəbul etməyə məcbur etmişlər.

34. 2011‐ci il 8 iyulda Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2011‐ci il 18 mart tarixli qərarını

qüvvədə saxlayaraq həmin qərarın dəlillərini təkrar etmişdir. Ali Məhkəmənin qərarında ərizəçi

tərəfindən irəli sürülmüş dəlillərdən heç birinə münasibət bildirilməmişdir.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. 1995‐ci il Konstitusiyası

35. Konstitusiyanın 13‐cü maddəsinin 1‐ci hissəsində qeyd edilir:

“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.

36. Konstitusiyanın 29‐cu maddəsinin 4‐cü hissəsində qeyd edilir:

“Heç  kəs  məhkəmənin  qərarı  olmadan  mülkiyyətindən  məhrum  edilə  bilməz.  Əmlakın  tam

müsadirəsinə  yol  verilmir.  Dövlət  ehtiyacları  və  ya  ictimai  ehtiyaclar  üçün  mülkiyyətin

özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

B. 2009‐cu il 1 oktyabra qədər qüvvədə olmuş Mənzil Məcəlləsi

37.  4‐cü  maddəyə  görə  “mənzil  fondu”nu  Azərbaycan  SSR  ərazisində  olan  yaşayış  evləri,  habelə

başqa tikililərdəki yaşayış sahələri təşkil edir. “Dövlət mənzil fondu” dövlətə məxsus olan yaşayış

sahələrindən  ibarət  idi.  “İctimai  mənzil  fondu”nu  kolxozlara  və  başqa  kooperativ  təşkilatlarına,

onların  birliklərinə,  həmkarlar  ittifaqı  təşkilatlarına  və  digər  ictimai  təşkilatlara  məxsus  yaşayış

evləri  təşkil  edirdi.  Mənzil‐tikinti  kooperativlərinə  məxsus  yaşayış  evləri  mənzil‐tikinti

kooperativləri fondunu təşkil edirdi. 1994‐cü il 1 noyabr dəyişiklikləri nəticəsində “fərdi mənzil

fondu” anlayışı yaranmışdır ki, bura da vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və

mənzilləri daxil idi.

38.  Məcəllənin  10‐cu  maddəsinin  4‐cü  hissəsində  qeyd  edilirdi  ki,      Qanunda  nəzərdə  tutulmuş

əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və

heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

39. Məcəllənin 28‐50‐ci maddələri Məcəllənin “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış

sahəsi  verilməsi”  adlanan  III  Bölməsinin  1‐ci  fəslinə  daxil  idi.  Bu  maddələrdə  mənzil  şəraitini

yaxşılaşdırmağa ehtiyacı olan Azərbaycan SSR vətəndaşlarının dövlət və ya ictimai mənzil fonduna

daxil  olan  yaşayış  sahələrində  yeni  mənzil  almaq  hüququnu  nəzərdə  tutur  və  müvafiq  qayda  və

prosedurları təsbit edirdi.

40.  Xüsusilə,  40‐cı  maddənin  1‐ci  hissəsində  Azərbaycan  SSR‐də  “mənzil  sahəsi  norması”

adambaşına on iki kvadratmetr müəyyən edilirdi.

41. 41‐ci maddədə qeyd edilirdi ki, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış

məntəqəsinin  şəraitinə  müvafiq  surətdə  abad  olmalı,  müəyyən  edilmiş  sanitariya  tələblərinə  və

texniki  tələblərə  cavab  verməlidir.  Vətəndaşlara  yaşayış  sahəsi  mənzil  sahəsi  norması  həddində

(40‐cı  maddənin  birinci  hissəsi),  lakin  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  təyin  etdiyi  qaydada

müəyyən olunan ölçüdən az olmayaraq verilirdi.



­  53 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

42. Məcəllənin 51‐99‐cu maddələri Məcəllənin “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış

sahəsindən istifadə” adlanan III Bölməsinin 2‐ci fəslinə daxil idi. Bu maddələr, inter alia, icarədarların

yaşayış sahələrindən istifadə zamanı hüquq və öhdəlikləri, həmçinin icarədarların mənzillərindən

çıxarılmalarının və çıxarılma zamanı yeni mənzil ilə təmin edilmələrinin qaydalarını təsbit edirdi.

43. Xüsusilə, 89‐cu maddəyə görə dövlət və ya ictimai mənzil fonduna daxil olan yaşayış sahəsindən

çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə və məhkəmə qaydasında yol verilirdi.

Ancaq  yaşayış  sahəsini  özbaşına  tutmuş  və  ya  uçmaq  qorxusu  olan  evlərdə  yaşayan  şəxslərin

prokurorun  sanksiyası  ilə  inzibati  qaydada  çıxarılmasına  yol  verilirdi.  Vətəndaşlar  yaşayış

sahəsindən çıxarılarkən, onlar eyni zamanda başqa yaşayış sahəsi ilə təmin olunurdu.

44. 90‐cı maddənin 1‐ci bəndinə görə vətəndaşlar, inter alia, yaşayış sahəsinin yerləşdiyi ev sökülməli

olduqda, başqa abad yaşayış sahəsi verilməklə dövlət və ictimai mənzil fondunun yaşayış evlərindən

çıxarıla bilərlər.

45. 91‐ci maddəyə görə yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları və ya ictimai ehtiyaclar

üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub

qeyri‐yaşayış evinə çevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara

başqa  abad  yaşayış  sahəsi  torpaq  sahəsinin  ayrıldığı  və  ya  yenidən  qurulmalı  olan  evin  (yaşayış

sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya digər ictimai təşkilat tərəfindən verilirdi. Evin

sökülməsinin başqa hallarında həmin evdən çıxarılan vətəndaşlara digər abad yaşayış sahəsi yerli

xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilirdi.

46. 94‐cü maddənin 1‐ci hissəsinə görə vətəndaşlara çıxarma ilə əlaqədar verilən digər abad yaşayış

sahəsi  Mənzil  Məcəlləsinin  41‐ci  və  42‐ci  maddələrinin  tələblərinə  cavab  verməli  və  əvvəlki

mənzildən kiçik olmamalı idi.

47. 96‐cı maddənin 1‐ci bəndinə görə vətəndaşlara yaşayış sahəsindən çıxarma ilə əlaqədar verilən

digər  yaşayış  sahəsi  sanitariya  tələblərinə,  texniki  tələblərə  cavab  verməli  və  həmin  yaşayış

məntəqəsində olmalı idi.

48. 135‐ci maddəyə görə torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alınması

ilə  əlaqədar  vətəndaşların  şəxsi  mülkiyyətindəki  yaşayış  evləri  söküldükdə,  həmin  vətəndaşlara,

onların  ailə  üzvlərinə,  habelə  bu  evlərdə  daimi  yaşayan  başqa  vətəndaşlara  dövlət  və  ya  ictimai

mənzil  fondu  evlərində  müəyyən  edilmiş  normalar  üzrə  mənzil  verilir  və  ya yaşayış  evlərinin

mülkiyyətçilərinə onların arzusuna görə ya sökülən evlərin, tikililərin və qurğuların dəyəri ödənilir,

ya da bu evlərin, tikililərin və qurğuların materiallarından öz istədikləri kimi istifadə etmək hüququ

verilirdi.

C.  2009‐cu  il  1  oktyabrdan  qüvvədə  olan  Mənzil  Məcəlləsi  və  onun  tətbiqi  ilə  bağlı  Prezidentin

müvafiq  fərmanı: 49.  2009‐cu  il  Mənzil  Məcəlləsinin  31‐ci  maddəsinə  görə  torpaq  sahəsi  dövlət

ehtiyacları üçün alındıqda onun üzərində yerləşən özəlləşdirilmiş yaşayış sahəsi dövlət satınalması

yolu  ilə  mülkiyyətçidən  alına  bilər.  Satınalma  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  (Nazirlər

Kabineti) tərəfindən müəyyən edilir və inter alia, Nazirlər Kabinetinin satınalma barədə qərar qəbul

etməsini  (torpaq  sahəsinin  özgəninkiləşdirilməsi  qərarı  ilə  birlikdə),  bu  qərarın  dövlət  əmlak

reyestrində  qeydiyyatdan  keçirilməsini,  qərar  barədə  qeydiyyatdan  sonra  və  planlaşdırılan

satınalmadan ən azı bir il əvvəl mülkiyyətçiyə xəbər verilməsini və satınalma qiyməti, köçmə ilə

bağlı müxtəlif ödənişlər, ödəmənin qrafiki və digər şərtlər barədə mülkiyyətçi ilə qarşılıqlı razılığa

gəlinməsini tələb edirdi. Qərar barədə mülkiyyətçiyə xəbər verildikdən sonrakı bir il müddətində

mülkiyyətçinin  razılığı  olmadan əmlak  satın  alına  bilməz.  Həmin  müddət  keçdikdən  sonra

mülkiyyətçi  razılığını  verməzsə  və  ya  satınalmanın  qiyməti  və  ya  digər  şərtləri  ilə razılaşmazsa,

Nazirlər  Kabineti  satınalma  qərarı  barədə  mülkiyyətçiyə  xəbər  verildiyi  tarixdən  iki  ildən  artıq

müddət keçmədən mübahisənin həll edilməsi və ya məcburi satınalma barədə göstəriş verilməsi

üçün məhkəməyə müraciət edə bilər. 50. 2009‐cu il tarixli Mənzil Məcəlləsinin tətbiqinin müxtəlif

aspektləri ilə bağlı Prezident tərəfindən 2009‐cu il 27 avqustda imzalanmış və hazırda qüvvədə olan

153 nömrəli Fərmanda Nazirlər Kabineti 2009‐cu il tarixli Mənzil Məcəlləsinin 31‐ci maddəsində

istinad edilmiş “müvafiq icra hakimiyyəti orqanı” kimi müəyyən edilmişdir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə