Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

­  48 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

10. BŞİH‐yə tabe olan Nərimanov Rayon İcra Hakimiyyətinin (“NRİH”) 2008‐ci il 17 dekabr tarixli

məktubunda BŞİH‐yə məlumat verilmişdir ki, “köhnə, yataqxana tipli və özütikili evlərdə” yaşayan

əhalinin köçürülməsi məsələsi problem olaraq qalmaqdadır. NRİH daha sonra aşağıdakıları təklif

etmişdir:

“Həmin  ərazidə  yaşayan  ailələrin  köçürülməsi  üçün  …A.M.Cümə  küçəsi,  1969‐cu  məhəllədə  boş

sahədə…2  və  3  mərtəbəli  yaşayış  evlərinin  tikintisi  üçün  torpaq  sahəsinin  ayrılmasını  məqsədə

müvafiq  hesab  edirik  və  sifarişçi  qismində  iştirak  edən  “Azyevro  LAU”  MMC  tərəfindən  təqdim

olunmuş layihəyə uyğun yaşayış massivinin tikintisinə münasibət bildirməyinizi sizdən xahiş edirik”.

11. BŞİH‐nin NRİH‐nin 2008‐ci il 17 dekabr tarixli məktubuna formal olaraq cavab verib‐vermədiyi

barədə hər hansı məlumat yoxdur.

12. 2009‐cu il 24 apreldə NRİH‐nin başçısı Azyevro LAU MMC tərəfindən köçürülmüş sakinlər üçün

yeni evlərin inşasına icazə verilməsi barədə sərəncam imzalamışdır. Sərəncamda qeyd edilirdi:

“Xan Şuşinski küçəsi, 1070‐1072‐1073‐1076 saylı məhəllələrdə mühüm dövlət obyektinin tikintisi

ilə bağlı həmin ərazilərdəki evlərdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə,

A.M.Cümə  küçəsi,  1969‐cu  məhəllədə  yaşayış  evlərinin  tikintisinə  dair  “Azyevro  LAU”  MMC

tərəfindən təqdim olunmuş memarlıq‐planlaşdırmasının eskiz layihəsi...MŞBİ‐nin 23 aprel 2009‐cu

il tarixli, 18/03­8/1042 nömrəli məktubu ilə razılaşdırılmışdır.

Göstərilənləri nəzərə alaraq və yuxarıda qeyd olunan məsələ ilə bağlı müvafiq sənədləşdirmənin

başa çatdırılması məqsədilə qərara alıram:

Xan Şuşinski küçəsi, 1070‐1072‐1073‐1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin

təmin  edilməsi  məqsədilə  Bakı  şəhəri  MŞBİ  tərəfindən  razılaşdırılmış  layihəyə  uyğun,  “Azyevro

LAU” MMC tərəfindən A.M.Cümə küçəsi 1969‐cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin

tikintisinə) icazə verilsin. “Azyevro LAU” MMC‐nin rəhbərliyinə tapşırılsın ki, sahənin ayrılması və

tikintinin aparılması ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada

aparılmalıdır. Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət və sakinlərin

mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq köçürülməsinin təmin edilməsi Rayon Mənzil

Kommunal Təsərrüfatı Birliyinə tapşırılsın.

Köçürülmə  prosesinin  həyata  keçirilməsi  zamanı  ictimai  asayişin  qorunmasının  təmin  edilməsi

Rayon Polis İdarəsinə tapşırılsın.

Sakinlərin  yeni  mənzillərinə  dair  orderlər  ilə  təmin  olunması  Rayon  İcra  Hakimiyyəti  Başçısı

Aparatının Hüquq şöbəsinə tapşırılsın.

Sakinlərin...Dövlət  reyestrindən  çıxarışla  birlikdə  texniki  pasportla  təmin  edilməsi  Azərbaycan

Respublikası  Nazirlər Kabinetinin  Yanında  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətinin Bakı

Şəhəri Ərazi İdarəsinin rəhbərliyindən xahiş olunsun.

B.  Ərizəçinin evinin sökülməsi

13.  Ərizəçinin  sözlərinə  görə  2009‐cu  ilin  ikinci  yarısında  NRİH‐nin  işçiləri  şifahi  şəkildə  ondan

evini  tərk  etməsini  və  kompensasiya  kimi  A.M.Cümə  küçəsində,  yerində  əvvəllər  qəbiristanlığın

yerləşdiyi ərazidə inşa edilməkdə olan yeni beş otaqlı mənzilə yaşayış orderini qəbul etməyi tələb

etmişlər. Ərizəçi bu tələbin hüquqi əsasını onlardan soruşduqda, ona bunun “Hökumətin tapşırığı”

olduğu bildirilmişdir.

14. Ərizəçi bundan imtina edərək evindən çıxmaq niyyətinin olmadığını bildirmişdir. O qeyd etmişdir

ki, hər bir halda bunun baş tutması üçün o, evinin və onun altındakı torpaq sahəsinin bazar dəyərində

kompensasiyanın pul şəklində əvvəlcədən ödənilməsini tələb edəcəkdir.

15. Ərizəçinin sözlərinə görə onun qonşuları da eyni vəziyyətlə üzləşmiş və bir çoxu NRİH‐nin təzyiqi

altında onların dediyinə  razılaşmışlar.   Onlar   evlərini    tərk     edərək,     təklif     olunan     yaşayış




­  49 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

orderlərini  qəbul  etmişlər.  Tezliklə  hakimiyyət  orqanları  onların  evlərini  sökməyə  başlayıb.

Qonşuluqda  geniş  miqyaslı  söküntü  işlərinin  həyata  keçirilməsi  (o  cümlədən  ərizəçinin  evi  ilə

qonşuluqda olan və ya ona birbaşa bitişik bəzi divarların və hasarların dağıdılması), bununla birlikdə

elektrik enerjisinin kəsilməsi və onun evinin ətrafında dağıntı qalıqlarının toplanması nəticəsində

ərizəçi  və  onun  ailəsi  artıq  burada  qalmağın  mümkün  olmadığı  fikrinə  gəlmiş  və  2009­cu  ilin

oktyabrında evi tərk etməli olmuşlar. Lakin ərizəçinin anası evdə qalmışdır.

16. Ərizəçinin sözlərinə görə 2009‐cu il 8 dekabrda NRİH onun anasını evdən çıxararaq evi sökməyə

başlamışdır. Ev sayı məlum olmayan gün keçdikdən sonra sökülmüş və ərizəçinin əşyaları içəridə

qalmışdır.

C. Mülki iş

1.  Ərizəçinin mülki iddiası

17. 2009‐cu il 8 dekabrda ərizəçi NRİH‐nin hərəkətlərindən Nərimanov Rayon Məhkəməsinə iddia

ərizəsi vermişdir. Ərizəçi məhkəmədən cavabdehin onun xüsusi mülkiyyətindən istifadə hüququnun

pozmasının  qarşısının  alınmasını,  mülkiyyətinin  əvvəlki  vəziyyətinin  bərpa  etmək  göstərişinin

verilməsini və ya bu, artıq mümkün olmadıqda vurulmuş maddi ziyana görə 500 000 Azərbaycan

manatı (AZN), mənəvi ziyana görə 200 000 AZN və 2009‐cu ilin dekabrından məhkəmə qərarının

icrasına  qədər  olan  müddət  üçün  vurulan  ziyana  görə  gündəlik  500  AZN  verilməsi  vəzifəsinin

cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan BŞİH, Maliyyə Nazirliyi və Azyevro LAU

MMC NRİH ilə birgə iş üzrə cavabdeh qismində cəlb edilmişlər.

18. NRİH ərizəçinin məhkəmə işə ilə bağlı bildirmişdir ki, ərizəçinin yaşadığı məhəllədən sakinlərin

köçürülməsi BŞİH tərəfindən 2004‐cü il 14 mayda qəbul edilmiş sərəncamla təsdiq edilmiş “mühüm

dövlət layihəsi” ilə bağlı həyata keçirilmişdir. NRİH bu sərəncamın hüquqi əsası kimi 2009‐cu ilin 1

oktyabr  tarixinə  qədər  qüvvədə  olmuş  1982‐ci  il  tarixli  Mənzil  Məcəlləsini  göstərmişdir  (həmin

tarixdə onun yerinə yeni Mənzil Məcəlləsi qüvvəyə minmişdir).

19. 2010‐cu il 2 martda NRİH məhkəmədən ərizəçinin (artıq sökülmüş) evinin və ona kompensasiya

kimi təklif edilmiş beş otaqlı mənzilin bazar dəyərinin qiymətləndirilməsi üçün ekspertizanın təyin

edilməsini  xahiş  etmişdir.  Ərizəçi  bu  xahişə  etiraz  edərək,  inter  alia,  onun  yeni  mənzili  qanuni

kompensasiya kimi qəbul etməkdən imtina etdiyi və tələbinin predmetinin onun xüsusi mülkiyyətinə

müdaxilənin qanunsuzluğu təşkil etdiyi üçün yeni mənzilin bazar dəyərinin müəyyən edilməsinin

yersiz olduğunu qeyd etmişdir.

20.  2010‐cu  il  2  martda  Nərimanov  Rayon  Məhkəməsi  ekspert  qiymətləndirməsinin  aparılması

barədə qərar qəbul etmişdir. Ərizəçi müxtəlif dəlillər gətirərək bu qərara etiraz etmişdir. Bir neçə

apellyasiya şikayətindən sonra qərar Ali Məhkəmənin 2010‐cu il 22 iyun tarixli və Bakı Apellyasiya

Məhkəməsinin 2010‐cu il 28 iyul tarixli qərarları ilə ləğv olunmuşdur. Qərarın ləğv edilməsinin əsası

kimi birinci instansiya məhkəməsinin xahiş olunan qiymətləndirmənin aparılması üçün təyin edilmiş

ekspertin  düzgün  kateqoriyadan  olmadığı  müəyyən  edilmişdir.  Bundan  sonra  ekspert

qiymətləndirməsinin aparılması üçün hər hansı ekspertiza təyin olunmamışdır.

2.  Birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə qəbul etdiyi qərar

21. Nərimanov Rayon Məhkəməsi 2010‐cu il 4 noyabrda qəbul etdiyi qətnamə ilə ərizəçinin tələbini

rədd etmişdir.

22.  Qətnamənin  təsviri  hissəsində  məhkəmə  ilk  növbədə  evin  ərizəçinin  xüsusi  mülkiyyətində

olduğunu  təsdiq  etmişdir.  Bununla  belə  o  qeyd  etmişdir  ki, ərizəçi  torpaq  sahəsi  üzərindəki

mülkiyyət hüququnu rəsmiləşdirməmişdir və buna görə də torpaqla bağlı hər hansı tələb irəli sürə

bilməz.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə