Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

­  46 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

AXVERDİYEV AZƏRBAYCANA QARŞI

(76254/11 nömrəli ərizə)

QƏRAR

(Mahiyyəti üzrə)

STRASBURQ

29 yanvar 2015­ci il

Bu qərar Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə

minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.

Axverdiyev Azərbaycana qarşı işi üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə):

Sədr – İzabel Berro‐Lefevr,

 

Hakimlər –

 

Xanlar Hacıyev,



 

Miryana Lazarova Traykovska,

 

Julia Laffranq,



Paulo Pinto de Albukerke,

 

Linos­Aleksandr Sisilianos,



 

Erik Mose,

və Bölmə katibi – Soren Nilsendən ibarət tərkibdə,

6 yanvar 2015‐ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,



M Ü Ə Y Y Ə N  E T D İ:

PROSEDUR MƏSƏLƏLƏRİ

1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Ədalət Əli oğlu Axverdiyevin (“ərizəçi”)

İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34‐cü

maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 1 dekabr 2011‐ci ildə təqdim etdiyi

ərizə (76254/11 nömrəli) ilə başlanmışdır.

2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab F.Ağayev tərəfindən təmsil

olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov

təmsil etmişdir.

3. Ərizəçi xüsusilə Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinin və Konvensiyanın 8‐ci

maddəsinin tələblərinə zidd olaraq evindən məhrum edildiyini və bununla bağlı ölkədaxili mülki

proseslərin Konvensiyanın 6‐cı və 13‐cü maddəsinin tələblərinə zidd olaraq həyata keçirildiyini

iddia etmişdir.

4. 2013‐cü il 14 yanvarda ərizə barədə Hökumətə məlumat verilmişdir.

I. İŞİN HALLARI

5. Ərizəçi 1972‐ci ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır.

6.  Ərizəçi  anadan  olandan  Bakının  Xutor  qəsəbəsində  əvvəllər  valideynlərinə  məxsus  evdə

yaşamışdır. Evin ümumi sahəsi 84,6 kv.m. olmuşdur ki, bunun da 58,8 kv.m.‐ni yaşayış sahəsi təşkil

etmişdir.   2004‐cü    il    26    may    tarixində   Bakı   Şəhər   İcra   Hakimiyyətinin   (“BŞİH”)  Texniki




­  47 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

İnventarlaşdırma  və  Mülkiyyət  Hüquqlarının  Qeydiyyatı  Şöbəsi  tərəfindən verilmiş  evin  “texniki

pasportu”na  görə  ev  ümumi  sahəsi  257  kv.m.  olan  torpaq  sahəsində  yerləşirdi. Bu  sahənin  93,4

kv.m.‐də ev, 163,6 kv.m.‐də həyətyanı sahə yerləşirdi. Ərizəçi evdə arvadı, iki azyaşlı uşağı və anası

ilə yaşayırdı.

7. Evin ilkin sahibi məlum deyil. 2005‐ci il 8 oktyabrda ərizəçi evi özəlləşdirmiş və BŞİH‐nin Texniki

İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Şöbəsi ona evin mülkiyyətçisi olduğunu

təsdiq  edən  mülkiyyət  şəhadətnaməsi  vermişdir.  Evin  altındakı  torpaq  sahəsi  ərizəçinin  formal

mülkiyyəti kimi qeydiyyatdan keçməmişdir.

A. Şəhər  icra  hakimiyyəti  orqanlarının ərizəçinin  evinin  yerləşdiyi  sahə  ilə  bağlı  qəbul  etdikləri

aktlar

8. 2004‐cü il 14 mayda BŞİH‐nin başçısı Bakı şəhərində yerləşən müxtəlif sahələrin bir sıra özəl



şirkətlər  tərəfindən  inkişaf  etdirilməsi  məqsədilə  ayrılması  barədə  sərəncam  imzalamışdır.

Sərəncamın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:

“Özəlləşdirilmiş  sahələrdə  idman‐sağlamlıq  kompleksi,  kinoteatr‐ofis,  yaşayış  binaları,  ticarət

mərkəzi,  yeraltı  avtomobil  dayanacağı,  kotec  tipli  evlər,  delfinariya  və  planetariya  mərkəzinin

layihələşdirilməsinə icazə verilməsi haqqında Sərəncam”

Paytaxtımızda  tikintisi  uzun  müddət  yarımçıq  qalaraq  bərbad  vəziyyətə  düşmüş  və  şəhərin

gözəlliyinə  və  abadlaşdırılmasına  xələl  gətirən  obyektlərin  Baş  Plana  uyğunlaşdırılaraq

tamamlanması məqsədi ilə aşağıda göstərilən sahələr bu sərəncamda adı çəkilən şirkət və firmalara

ayrılsın:

...


6.  “Kaspi  Nur”  MMC‐nin  13  may  2004‐cü  il  tarixli  müraciəti  nəzərə  alınaraq  Nərimanov  rayonu,

X.Şuşinski küçəsi, 1070‐1072‐1073‐1076 saylı məhəllələrdə kotec tipli evlərin layihələşdirilməsi

və tikintisi üçün torpaq sahəsi icarə əsasında həmin MMC‐nin istifadəsinə verilsin.

...


9. Sifarişçiyə aşağıdakıları etmək tapşırılsın:

9.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin.

9.2.  Layihələşdirmənin  vaxtı  və  qaydası  üzrə  Memarlıq  və şəhərsalma  baş  idarəsinin  (“MŞBİ”)

tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin.

9.3. Ərazinin və obyektin memarlıq‐planlaşdırmasının eskiz həllini layihələşdirmə ərəfəsində MŞBİ

ilə razılaşdırsın. Layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim

etsin.

9.4.  Layihə  təşkilatı  mühəndis  kommunikasiyaları  aşkar  etdikdə,  onların  köçürülməsini  MŞBİ  və



əlaqədar təşkilatlarla razılaşdırsın.

9.5. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır.

10.  Torpaq  Məcəlləsinin  66,  67  və  68‐ci  maddələrinə  uyğun  olaraq  sifarişçi  Bakı  Şəhər  Torpaq

Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını almalıdır.

11.  Layihələşdirmə  işləri  tam  başa  çatdıqdan  sonra  razılaşdırılmış  və  təsdiq  edilmiş  sənədlər

qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti

Müfəttişliyinə təqdim edilsin.

...


14. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə, sərəncamın

ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır”.

9.  Ərizəçinin  evi  sərəncamın  6‐cı  bəndində  göstərilmiş  yerlərdən  birində  yerləşirdi.  Ərizəçinin

sözlərinə  görə  icra  hakimiyyəti  orqanları  bu  sərəncam  barəsində  ona  heç  zaman  məlumat

verməmişdir  və  ilk  dəfə  məhkəmə  prosesləri  zamanı  bu  sənəddən  xəbər  tutmuşdur  (aşağıda  C

bölməsinə bax).




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə