Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   2   3   4   5   6   7   8   9   ...   33

­  2 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

Müsahibələr və mövqelər

Lalə Nağıyeva

Vəkillər Kollegiyasının üzvü

MÜBAHİSƏLƏRİN HƏLLİNDƏ

MEDİASİYANIN ROLU

Layihəsi ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış 12 noyabr 1995‐ci il tarixli Azərbaycan

Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə etməsinə

zəmanət verir. Azərbaycan Respublikası Konstitusiyasının 60‐cı maddəsinə əsasən hər kəsin hüquq

və  azadlıqlarının  məhkəmədə  müdafiəsinə  təminat  verilir.  Hər  kəs  dövlət  orqanlarının,  siyasi

partiyaların,  həmkarlar  ittifaqlarının  və  digər  ictimai  birliklərin,  vəzifəli  şəxslərin  qərar  və

hərəkətlərindən yaxud hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər.

Azərbaycan  Respublikasında  son  illər  ərzində  aparılan,  əsası  ümummilli  lider  Heydər  Əliyev

tərəfindən  qoyulmuş  və  möhtərəm  Prezident  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilən

məhkəmə  hüquq  islahatları  sayəsində  tamamilə  yeni  və  beynəlxalq  standartlara  cavab  verən,

vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə

sistemi  yaradılmış  və  bu  sahədə  əldə  edilmiş  nailiyyətlər  və  qabaqcıl  təcrübə  ölkəmizdə  bu

islahatlara önəmli dəstək verən Avropanın aparıcı dövlətləri tərəfindən də etiraf olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2010‐cu il 22 iyun tarixli fərmanı ilə

təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi

tədbirlər” və “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə‐Hüquq Şurası haqqında” Azərbaycan

Respublikasının  qanunlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  barədə”  Qanunla  yerli  iqtisad

məhkəmələrinin bazasında inzibati‐iqtisadi məhkəmələr yaradılmış və 2011‐ci ilin yanvar ayının

1‐dən  “Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəlləsinin  təsdiq  edilməsi  haqqında  ”

Azərbaycan  Respublikasının  30  iyun  2009‐cu  il  tarixli  Qanunu  ilə  qəbul  edilmiş  Azərbaycan

Respublikasının  İnzibati  Prosessual  Məcəlləsi  və  “İnzibati  İcraat  haqqında”  Qanun  Respublika

ərazisində qüvvəyə minmişdir.

Qeyd olunmalıdır ki, həm ümumi, həm də İnzibati‐İqtisadi məhkəmələrə olan müraciətlərin sayının

ilbəil artması müşahidə edilir. Ümumilikdə, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000‐ci

ildən etibarən mülki xarakterli mübahisələrin sayı dəfələrlə artmışdır. Rəsmi statistik məlumata

görə 2005‐ci  ildə məhkəməyə  daxil  olan  iddiaların mülki  mübahisələr  üzrə ümumi  sayı 65.989,

iqtisadi mübahisələr üzrə isə 5.017 olmuşdur. Lakin artıq 2015‐ci ildə mülki mübahisələr üzrə bu

rəqəm artaraq 300.170, iqtisadi mübahisələr üzrə isə, 13.722 çatmışdır. Bununla yanaşı 2011­ci

ildən başlayaraq inzibati mübahisələr üzrə məhkəməyə cəmi 6.818 iddia daxil olmuş, lakin artıq

2015‐ci ildə həmin rəqəm artaraq 15.987 çatmışdır.

Məhkəmələrə ən çox əmlak, vərəsəlik, nikahın pozulması və aliment tələbinə dair müraciətlər daxil

olur. Əlbəttə, vətəndaşların məhkəmələrə müraciətlərinin artması məhkəmələrə olan inamın bariz

nümunəsidir.  Bununla  yanaşı  göstərmək  lazımdır  ki,  məhkəmələrə  olan  müraciətlərin  sayının

artması hakimlərin yüklənməsinə səbəb olur   və   bu   da   nəticədə   baxılan   işlərin   keyfiyyətinə




­  3 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

müəyyən qədər təsir edir.

Məhkəmələrə  olan  müraciətlərin  sayının  azaldılması,  yəni  hakimlərin  yükünün  azaldılması

məqsədilə mübahisələrin məhkəmədən kənar alternativ həlli yollarını axtarmaq lazımdır. Xarici

ölkələrdə  mübahisələrin  məhkəmədən  kənar  alternativ  həlli  yollarının  axtarışı  mediasiya  –

vasitəçilik ideyasını və mediator‐vasitəçi missiyasını meydana çıxarmışdır. Mediasiya latın mənşəli

söz olub (mediare) hərfi mənası vasitəçilik etmək deməkdir. Yəni, mediasiya üçüncü neytral tərəfin,

yaxud  tərəflərin  iştirakı  ilə  kompromisin  tapılması,  mübahisənin  həlli,  barışığın  əldə  olunması

prosesidir.

Mübahisələrin məhkəmədən kənar həlli dedikdə, üçüncü tərəfin iştirakı ilə mübahisələrin məhkəmə

baxışı olmadan həllinə nail olmaq başa düşülür.

Avropa  ölkələrinin,  Avstraliyanın,  Çinin,  Kanadanın  və  Amerika  Birləşmiş  Ştatlarının  təcrübəsi

göstərir  ki,  mediasiya  çox  böyük  effekt  verir.  Məsələn,  ABŞ‐da  mübahisələrin  70  faizi,  Çin  Xalq

Respublikasında isə mübahisələrin 30 faizi məhkəmədən kənar formada mediatorların köməyi ilə

həll olunur. Çin Xalq Respublikasında mediasiyanı hətta “Xalq təbabəti” adlandırırlar.

Çin Xalq Respublikasında 29 dekabr 2007‐ci il tarixli “Əmək mübahisələrinin mediasiyası və arbitrajı

haqqında” və 28 avqust 2010‐cu il tarixli “Xalq vasitəçiliyi haqqında” Qanunlar qəbul edilmişdir.

Çin Xalq Respublikası Mülki Prosessual Məcəlləsinin 8‐ci bölməsi bütövlüklə barışıq proseduruna

həsr edilmişdir.

“Xalq vasitəçiliyi haqqında” 28 avqust 2010‐cu il tarixli Çin Xalq Respublikası Qanununa əsasən

mediativ komitələr dedikdə, “xalq barışdırıcı komissiyaları” başa düşülür. Çin Xalq Respublikasının

qanunvericiliyinə  görə  yetkinlik  yaşına  çatmış,  mübahisələrin  həlli  sahəsində  müvafiq  peşəkar

hazırlıq keçmiş, müəyyən təhsil səviyyəsinə, hüquqi biliklərə (hüquq təhsilinə malik olmaq mütləq

deyil) və siyasi mədəniyyətə malik, qərəzsiz Çin Xalq Respublikasının vətəndaşı vasitəçi‐mediator

ola bilər.

“Kanadanın  Ontario  əyalətinin  mülki  məhkəmə  icraatı  qaydaları”nın  24.1‐ci  maddəsinə  əsasən

mübahisələrin  ədalətli  və  daha  tez  həlli,  həmçinin  məhkəmə  xərclərinin  azaldılması  məqsədilə

mediasiya  prosedurunun  keçirilməsi  mütləq  sayılır.  Yəni  Kanadanın  Ontario  əyalətinin

məhkəmələrində  mediator  vəzifəsi  vardır  və  məhkəməyə  daxil  olan  mülki  iddialara  ilk  olaraq

mediator tərəfindən baxılıb həll edilməsi nəzərdə tutulmuşdur.

Fransa Mülki Prosessual Məcəlləsinin 131‐1‐ci maddəsinə görə məhkəməyə mülki iddia barədə

ərizə qəbul edildikdən sonra hakim ilk olaraq mübahisə edən tərəfləri məhkəməyə çağırır və onlara

mübahisənin bütövlüklə və ya onun müəyyən hissəsinin mediator tərəfindən həll oluna biləcəyini

söyləyir. Fransa məhkəmələri mübahisə edən tərəflərə mübahisənin mediatorun iştirakı ilə həlli

üçün 3 (üç) aya kimi vaxt verə bilər. Qeyd edilən 3 (üç) aylıq müddət mediatorun xahişi ilə daha 3

(üç) aya kimi uzadıla bilər. Fransa Mülki Prosessual Məcəlləsinin 131‐3‐cü maddəsinə uyğun olaraq

həm fiziki, həm də hüquqi şəxs mediator ola bilər.

Həmçinin  “Məhkəmə  araşdırılmasına  kimi  mediasiyanın  məcburi  xarakteri  haqqında”  3  may

2010‐cu  il  tarixli  Argentina  Federal  Qanununun  1‐ci  maddəsində  hər  bir  məhkəmə

araşdırılmasından  öncə  mübahisəyə  mütləq  qaydada  mediator‐vasitəçi  tərəfindən  baxılması

nəzərdə tutulmuşdur. Qeyd olunan Argentina Qanununun 4‐cü maddəsinə görə cinayət xarakterli

işlərdən, boşanma, nikahın etibarsız hesab edilməsi, valideynlik hüquqlarından məhrum edilmə və

qohumluğun müəyyən edilməsi ilə bağlı işlərdən başqa bütün mübahisələrə ilkin olaraq mütləq

qaydada mediator‐vasitəçinin iştirakı ilə baxılır.

10 oktyabr 1967‐ci il tarixli Belçika Məhkəmə Məcəlləsinin 1724‐cü maddəsinə görə istənilən mülki

mübahisə mediasiya proseduru vasitəsilə həll edilə bilər. Məhkəmə araşdırmasından öncə və ya

məhkəmə  araşdırması  zamanı  hakim  mübahisə  edən  tərəflərə  istədikləri  mediatora  müraciət

etmələrini  təklif  edir.  Amma,  Kanadanın  Ontario  əyalətinin,  Fransanın  və  Argentinanın

qanunvericiliklərindən fərqli olaraq Belçika qanunvericiliyində məhkəmə araşdırmasından öncə

mübahisəyə mütləq qaydada mediator‐vasitəçi tərəfindən baxılması nəzərdə tutulmamışdır.

Qeyd olunmalıdır ki, Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərindən 39 maddədən ibarət 14 iyun



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə