Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

­  27 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

Hazırda bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi

ilə uğurla davam etdirilir.

Layihəsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995‐ci il tarixdə

ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul

edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir.

Azərbaycan Respublikası Konstitusiyasının 60‐ci maddəsinin I hissəsində göstərilir ki, hər kəsin

hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61‐ci maddəsinin

I hissəsində göstərilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır [1, səh.21].

Ölkədə  aparılan  hüquq,  o  cümlədən  məhkəmə  hüquq  islahatlarının  nəticəsi  kimi,  Azərbaycan

Respubllikasının  Milli  Məclisi  tərəfindən  28  dekabr  1999‐cu  ildə  «Vəkillər  və  vəkillik  fəaliyyəti

haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və qanuna sonrakı illərdə yeddi dəfə

əlavə  və  dəyişiklik   edilərək  qanun  daha  da  təkminləşdirilmişdir. Qanunun  1‐ci  maddəsinin  I

hissəsinə  görə  Azərbaycan  Respublikasında  vəkillik  hüquqi  müdafiə  fəaliyyətini  peşəkarcasına

həyata  keçirməli  olan  müstəqil  hüquqi  təsisatdır.  Həmin  maddənin  II  hissəsinə  görə  isə  vəkillik

qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri

əsasında fəaliyyət göstərir [12, səh.3]. Beləliklə, Vəkillər Kollegiyası heç bir dövlət qurumuna

tabe olmamaqla, müstəqil bir qurum kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə demokratik institut

olan  vəkilliyin  inkişafına  həmişə  diqqət  və  qayğı  göstərmişdir.  Təsadüfi  deyildir  ki,  ölkə

başçısı  cənab  İlham  Əliyev  11  mart  2005‐ci  ildə  «Azərbaycan  Respublikası  Vəkillər

Kollegiyasının maddi‐texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə» 669 №‐li

Sərəncam imzalamışdır.

Qanunun  1‐ci  maddəsinin  III  hissəsində  göstərilir  ki,  vəkillərin  və  onların    birliyinin  peşəkar

fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə,

idarə,  təşkilat  və  vəzifəli  şəxs  tərəfindən  müdaxiləyə,  təzyiqə  yol  verilməməsi,  vəkillərin

hüquqlarının  bərabərliyi,  özünüidarəetmə,  vəkillər  və  vəkillik  fəaliyyətinə  dair  məsələlər  üzrə

müstəqil qərar qəbul edilməsi vəkilliyin əsasını təşkil edir [12, səh.3].

Ümummilli lider Heydər Əliyev ölkə başçısı kimi 3 fevral 1998‐ci ildə Azərbaycan Respublikasının

Milli Məclisinə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında müraciət etmiş

və Azərbaycan Respublikasının Milli Məclisi 10 fevral 1998‐ci il tarixdə həmin müraciətə baxaraq,

müstəsna  cəza  tədbiri  kimi,  ölüm  cəzasını  cinayət  cəzalarının  siyahısından  çıxarılması  haqqında

müvafiq qanun qəbul etmişdir [6, səh. 58‐73].

Həmiçinin, ümummilli lider Heydər Əliyev hələ bundan əvvəl 22 fevral 1998‐ci il tarixdə «İnsan və

vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Azərbaycan

Respublikasının Prezidentinin Fərmanını imzalamışdır [9, səh.83‐95].



Müstəqil  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyasının12‐ci  maddəsinin  I  hissəsində

göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının

vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007‐ci

il tarixli 2231 №‐li Sərəncamı ilə hər il iyunun 18‐nin Azərbaycan Respublikasında İnsan hüquqları

günü kimi qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 25 yanvar 2001‐ci il tarixdə

Avropa Şurasının tamhüquqlu üzvliyinə qəbul edildikdən sonra Azərbaycan Respublikasının Milli

Məclisi «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın və onun 1,

4,  6  və  7  saylı  Protokollarının  təsdiq  edilməsi  barədə  25  dekabr  2001‐ci  il  tarixli  Azərbaycan

Respublikası Qanununu qəbul etmişdir [9, səh.11].

Azərbaycan  Respublikasının,  Avropa  Şurası  kimi,  mötəbər  quruma  tamhüquqlu  üzv  kimi  qəbul

edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 14 iyul 2000‐ci il

tarixdə  «Azərbaycan  Respublikasının  Cinayət‐Prosessual  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə

minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında» Azərbaycan  Respublikası

Qanunu qəbul edilmiş və Qanunun 3‐cü maddəsində Azərbaycan  Respublikası  Cinayət‐Prosessual



­  28 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Məcəlləsinin müddəalarının 2000‐ci il sentyabrın 1‐dən qüvvəyə minməsi göstərilmişdir [7, səh.

1­623].

Azərbaycan Respublikasının qüvvədə olan CPM‐nə görə artıq müdafiəçi ittiham tərəfi ilə məhkəmə



prosesində paritet əsaslarla çıxış edən müdafiə tərəfinə daxil edilmişdir (92‐ci maddə). Məcəllənin

92.1‐ci  maddəsində  göstərilir  ki,  cinayət  prosesində  müdafiəçi  qismində  Azərbaycan

Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak

edə bilər. Həmin maddədə daha sonra göstərilir ki, müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin

şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz [7, səh. 90‐98].

Bu  o  deməkdir  ki,  vəkil  şəxsin  törətdiyi  cinayətin  xarakterindən,  motivindən,  həmin

cinayətin  əxlaq  nöqteyi‐nəzərindən  qiymətləndirilməsindən  asılı  olmayaraq,  cinayət

məsuliyyətinə  cəlb  edilən  və  məhkəmə  qarşısında  dayanan  istənilən  şəxsin  müdafiə

hüququnu  həyata  keçirə  bilsin.  Bu  vəkillik  institutunun  ölkəmizin    hüquqi,  demokratik

dövlət quruculuğunun tələbindən irəli gələn tamamilə yeni xüsusiyyətidir.

Həmçinin,  Azərbaycan  Respublikası  CPM‐nin  92.10.1‐ci  maddəsində  göstərilir  ki,  müdafiəçiyə

(vəkilə) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən

onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı

qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun

hüquqlarının  həyata  keçirilməsinə  mane  olmaq  qadağan  olunur.  Bu  o  deməkdir  ki,



təqsirləndirilən şəxs məhkəmə prosesində özünü təqsirli bilməsə, vəkil heç bir halda, yüngül

cəza təyin edilsə belə, ittiham hökmünün çıxarılması haqda məhkəmədən (hakimdən) xahiş

edə bilməz.

Ümumiyyətlə,  Azərbaycan  Respublikasının  qüvvədən  düşmüş  CPM‐si  ilə  Azərbaycan

Respublikasının qüvvədə olan CPM‐nin müqayisəli təhlilindən görünür ki, vəkilin hüquqları

qüvvədə  olan  CPM‐də,  qüvvədən  düşmüş  CPM‐nə  nisbətən,  əhəmiyyətli  dərəcədə

genişləndirilmişdir.  Bu  isə  ölkəmizdə  həyata  keçirilən  məhkəmə‐hüquq  islahatlarının

mahiyyətindən doğur.

Hər bir hüquqi təsisat, institut və ya qanun doqma, ehkam deyildir, belə ki, zaman keçdikcə hər bir

qanun  və  ya  hüquqi  təsisatın  da  təkminləşdirilməsinə,  qanunda  olan  boşluqların  aradan

qaldırılmasına ciddi ehtiyac vardır. Bu mənada «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanun  və

bu haqda digər müvafiq qanunvericilik aktları da istisnalıq təşkil etmir.

«Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında»  28  dekabr  1999‐cu  il  tarixli    Azərbaycan  Respublikası

Qanununda 18‐ci maddəsinə əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ümumi yığıncağın

qərarı ilə vəkillərin etik davranış qaydalarını qəbul etməlidir. Lakin «Vəkillər və vəkillik fəaliyyəti



haqqında»  Azərbaycan  Respublikası  Qanunun  qəbul  edilməsindən  on  iki  il  keçməsinə

baxmayaraq  vəkillərin  etik  davranış  qaydaları  qəbul  edilməmişdir.  Bu  isə  hüquqi

demokratik dövlət quruculuğu ilə bir araya sığmır və buna heç bir halda haqq qazandırmaq

olmaz.

Azərbaycan Respublikası Mülki‐Prosessual Məcəlləsinin 67‐ci maddəsində göstərilir ki, kassasiya

instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında şikayət verildikdə,

yeni  açılmış  hallar  üzrə  işə  yenidən  baxıldıqda  işdə  iştirak  edən şəxslər  yalnız  vəkillə  birgə

məhkəmədə  iştirak  edirlər.Azərbaycan  Respublikası  Konstitusiyasının  61‐ci  maddəsinin  1‐ci

hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bu o deməkdir

ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ insan və vətəndaşın vəzifəsi deyil, hüququdur.

Beləliklə, dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanunu ilə müəyyən edilmiş hüququn

vətəndaşların  vəzifəsi  kimi  müəyyən  etməyə  heç  bir  orqanın  və  ya  təsisatın  səlahiyyəti

yoxdur. Buradan  aydın  olur ki,    Azərbaycan  Respublikası  Mülki‐Prosessual  Məcəlləsinin

67‐ci  maddəsinin    kassasiya  instansiyası  məhkəməsində,  məhkəmə  aktlarından əlavə

kassasiya qaydasında şikayət verildikdə, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə

iştirak edən şəxslərin yalnız vəkillə birgə məhkəmədə iştirak etmək tələbi Konstitusiyanın

61­ci maddəsinin 1‐ci bəndi ilə ziddiyyət təşkil edir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə