Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

­  22 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

xüsusən, dövlət hesabına vəkillik xidməti haqlarının aşağı olmasını nəzərə alaraq, məhdudlaşdırıcı

meyarlar  tətbiq  etməkə  bu  məsələdə  dövlət  büdcəsinin  maliyyə  yükünü əhəmiyyətli  səviyyədə

azaltmaq olar.

Və şübhəsiz ki, ödənişsiz və keyfiyyətli hüquqi yardımların göstərilməsini tənzim edən milli hüquq

normalarını hazırlayarkən, bu cür xidmətləri göstərəcək subyektlərə qarşı tələb və şərtlər müfəssəl

şəkildə işlənilib təsbit olunmalıdır.

Mənbələr:

1. Tomasz Schimanek  Czym jest prawne i obywatelskie poradnictwo specjalistyczne prowadzone

przez  organizacje  pozarządowe?  //  Obywatel  i  Prawo.  Wybrane  problemy  i  rekomendacje  –

Warszawa: Fundacja Instytut Spraw Publicznych.­  2012. ­  81 s

http://www.inpris.pl/fileadmin/user_upload/documents/projekt_systemowy/Obywatel_i_Prawo

_VI_­_raport.pdf

;

2. Grzegorz Wiaderek, Paweł Maranowski. Bezpłatne poradnictwo prawne i obywatelskie w Polsce.



Propozycja rozwiązań instytucjonalno‐prawnych oraz założeń polityki państwa. – Warshava: ZWP

MPiPS. – 2013.

http://www.inpris.pl/fileadmin/user_upload/documents/Bezp%C4%B9%E2%80%9Aatne_porad

nictwo­materia%C4%B9%E2%80%9A_konferencyjny.pdf




­  23 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

İlham Abbasov

Ədliyyə Akademiyasının baş müəllimi ‐ h.f.d.

AZƏRBAYCANDA VƏKİLLİK HAQQINDA

QANUNVERİCİLİYİN İNKİŞAF TARİXİNDƏN

Hüquqi,  demokratik  dövlət  quruculuğu  şəraitində  vəkillik  institutunun  insan  və  vətəndaşların

hüquqlarının qorunmasında, onların pozulmuş hüquqlarının bərpa edilməsində rolu şəksizdir.

Hüquqda hər bir institutun, təsisatın inkişaf istiqamətini müəyyən etmək üçün bu institut

və ya təsisat haqqında qanunvericiliyin inkişaf tarixini öyrənmək zəruridir.

Ona görə də məqalədə vəkillik institutunun yaranması və inkişafı tarixinə müraciət etməyi lazım

bilirik.

Azərbaycanda  vəkillik  institutunun  təşəkkül  tapması,  təbii  ki,  Azərbaycanın  Araz  çayı

bounca iki yerə parçalanması nəticəsində Şimali Azərbaycanın keçmiş Çar Rusiyasına zorla

birləşdirilməsi dövründən başlayır və bu institutun inkişafı keçmiş Çar Rusiyasının müvafiq

qanunvericiliyinin inkişafı ilə bağlı olmuşdur.

İlk dəfə Rusiyada vəkillik çar II Aleksandrın hakimiyyəti dövründə 1864‐cü ildə aparılan hüquqi

islahatlar çərçivəsində yaranmışdı. Vəkillik o zaman özünüidarə edən təşkilat kimi planlaşdırılmış

və yaradılmışdı. Bu o demək idi ki, vəkillik nəhəng dövlətin güclü polis rejimindən asılı olmayan

faktiki özünüidarə təşkilatı idi.  Lakin bununla bərabər, mütləqiyyət heç bir halda vəkilliyin liberal,

hökümət əleyhinə və ya müxalifətçi qrup kimi yaradılması ilə heç çür razılaşmaq istəmirdi. Elə ona

görə  də  dərhal  vəkillik  özünün    müstəsna  vəziyyətinə  görə  demokratik  hərəkatının  dayağı  kimi

yaranmaması üçün tədbirlər görülməyə başladı [14, səh.7].

1874‐cü  il əks  islahatları  vəkilliyi  əhəmiyyətli  dərəcədə  zəiflətdi.  Keçən  əsrin (XIX  əsrin  ‐ İ.A.)

sonunda vəkilliyə münasibətdə yeni termindən ‐«silk» terminindən istifadə olunmağa başladı ki,

bu  da  indiki  halda  «təhsil  və  davranışla  birləşən  və  səciyyəvi  ictimai  funksiyanı  yerinə  yetirən»

hüquqşünasların  birliyini  bildirirdi.  Ancaq  vəkilliyə  münasibətdə  silk  haqqında  yalnız  Sankt‐

Peterburq, Moskva və Xarkov vəkillərinə münasibətdə danışmaq olardı. Digər regionlarda vəkillik,

faktiki olaraq, yaranmadı‐ yalnız ayrı‐ayrı vəkillər var idi, heç bir halda «peşəkarların birliyi» yox

idi [14, səh.7].

ABŞ‐da isə ilk dəfə ABA (Amerika Hüquqşünaslar Assosiasiyası) 1878‐ci ildə  21 ştatı təmsil edən

75 hüquqşünas tərəfindən təsis edilmişdir [11, səh.3].

Bu sahədə Çar Rusiyasının milli ucqarlarında, o cümlədən Azərbaycanda da vəziyyət daha

ağır  idi.  Çar  Rusiyası  dövründən  Azərbaycanda  vəkillik  xidmətindən  yalnız  hakim  sinfin

nümayəndələri, varlılar istifadə edə bilərdilər. Hakim sinfin nümayəndələri və varlıların da

heç də hamısı vəkillik xidmətindən istifadə edə bilmirdilər. Belə ki, yalnız öz hüquqlarını

bilən,  vəkillik  institutu  haqqında  az‐çox  məlumatı  olanlar  vəkillik  xidmətindən

yararlanırdılar.

Cəmiyyətin  aşağı  təbəqəsinin,  kasıbların  isə  vəkillik  haqqında  elementar  məlumatları

olmadıqlarından,  həmçinin,  maddi  cəhətdən  imkansızlıqlarından  vəkillik  xidmətindən,

ümumiyyətlə, kənarda qalmışdılar.



­  24 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Çar Rusiyası dövründən milli ucqar hesab edilən Azərbaycanda vəkillik institutu haqqında görkəmli

ədib, dramaturq, filosof və dövlət xadimi M.F.Axundovun yazdığı «Mürafiə vəkillərinin hekayəti»

əsərini oxumaqla və ya bu yaxınlarda tamaşaya qoyulmuş həmin tamaşaya baxmaqla bununla bağlı

kifayət qədər düzgün təsəvvürlər əldə etmək olar.

«Mürafiə» sözü ərəb mənşəli olmaqla, məhkəmə prosesi, mühakimə olunma, məhkəmə sözləri kimi

başa düşülür [2, səh.363].

M.F.Axundovun  əvvəlki  komediyalarından  fərqli  olaraq,  «Mürafiə  vəkillərinin  hekayəti»ndə

hadisələr  Cənubi  Azərbaycanda,  Təbriz  şəhərində  cərəyan  edir.  Ümumiyyətlə,  bu  komediyadan

etibarən M.F.Axundov əsas əsərlərinin mövzusunu İran həyatından almışdır. Bunun əsas səbəbi

müəllifin  öz  yaxasını  Çar  senzorunun  təqiblərindən  qurtarmaq  olmuşdur.  Qafqaz  canişinliyində

məsul vəzifədə çalışan M.F.Axundov məhkəmələrin və məhkəmə məmurlarının eyiblərini açıq və

kəskin tənqid edə bilməzdi. Odur ki, sonuncu dram əsərində o, hadisələri Təbrizə keçirməyə məcbur

olmuşdu. Lakin əsərdə müəllif dolayı yolla yerli məhkəmələrin qanunsuzluğunu, özbaşınalığını və

rüşvətxorluğunu da kəskin satira atəşinə tuturdu [10, səh.259].

Qeyd  etmək  yerinə  düşər  ki, şəriət  qanunlarına  görə  vərəsəlik  hüququna  yalnız  kişinin  kəbin

kəsilmiş arvadı malikdir. Müsəlman kişiləri‐siyqə, mütə yolu ilə iki və daha çox arvad ala bilərdilər.

Lakin onlar bütün vərəsəlik hüquqlarından məhrum edilirdilər [10, səh.259‐260].



M.F.  Axundovun  həmin  əsərdəki  fikirləri,  onun  vəkillərin  rüşvət  müqabilində  məhkəmə

prosesində haqsızı necə haqlı etməyə cəhd etmələrini ciddi surətdə tənqid edərək, rüşvət

alan, haqlını qoyub, haqsızı müdafiə edən vəkilləri bədii boyalarla ifşa etmişdir.

M.F. Axundovun «Mürafiə vəkillərinin hekayəti» əsərindəki Ağa Mərdan obrazının mövqeyi,

işə münasibəti, aldığı rüşvət müqabilində sübutları saxtalaşdırması Çar Rusiyasının milli

ucqarlarında,  o  cümlədən  Şimali  Azərbaycanda  fəaliyyət  göstərən  vəkillərin  böyük

əksəriyyəti üçün xarakterik idi.

Çar Rusiyasında məlum  25 oktyabr 1917‐ci ildə baş vermiş (yeni stillə 7 noyabr 1917‐ci ildə‐İ.A.)

çevrilişindən (Böyük Oktyabr sosialist inqilabı nəzərdə tutulur‐İ.A.) sonra 28 may 1918‐ci il tarixdə

həmin  vaxt  fəaliyyətini  dayandırmış  Zaqafqaziya  Seyminin  Azərbaycandan  seçilmiş  deputatları

Tiflisdə Qafqaz Canişininin iqamətgahında toplaşaraq, Azərbaycan Milli İslam Şurasının qərarı ilə

Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edir, Şərqdə ilk demokratik respublika olan Azərbaycan

Xalq Cümhuriyyətinin yaradılmasını bəyan edir və bitərəf deputat Fətəli xan Xoyski başda olmaqla,

ilk hökümətini təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin ilk iclası 7 dekabr 1918‐ci ildə Bakı şəhərində

açılır.  Parlament cəmi 17 ay fəaliyyət göstərir.

Parlamentin  fəaliyyəti  dövründə    145  iclası  keçirilir.  Həmin  dövrdə  Azərbaycan  Cümhuriyyəti

Parlamentinin müzakirəsinə 270‐dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan  da 230‐u

təsdiq edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin və onun Nazirlər Şurasının qəbul

etdiyi  və  əlimizdə  olan  sənədlərinin  öyrənilməsi  göstərir  ki,  həmin  qurumlar  tərəfindən

vəkillik haqqında müvafiq aktlar qəbul edilməmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası «Rusiya və Zaqafqaziya qanunlarının qüvvəsinin

müvvəqəti saxlanılması haqqında» 23 iyun 1918‐ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda

göstərilirdi ki, hazırda idarəçilik və məhkəmə sahələrinə dair qüvvədə olan bütün qanunlar hökümət

tərəfindən  qanunla  müəyyən  olunmuş  qaydada  onların  ləğv  edilməsinə  və  ya  dəyişdirilməsinə

qədər  öz  qüvvəsində  saxlanılsın. Məhz  buna  əsasən  deyə  bilərik  ki,  Azərbaycan  Xalq



Cümhuriyyəti dövründə vəkillik institutu barədə qanun və ya qərar qəbul edilmədiyindən

həmin  dövrdə  vəkillik  keçmiş  Çar  Rusiyasının  müvafiq  qanunvericiliyi əsasında  təşkil

olunaraq, fəaliyyət göstərmişdir [13, səh.193].

25 oktyabr 1917‐ci ildə (yeni stillə 7 noyabr 1917‐ci ildə‐İ.A.) baş vermiş oktyabr çevrilişindən

sonra məhkəmə haqqında ilk dekret RSFSR XKS tərəfindən 1917‐ci il noyabr ayının 24‐də qəbul

edilmişdir. Məhkəmə haqqındakı 1 №‐li bu dekretlə Çar məhkəmə, prokurorluq, istintaq orqanları




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə