Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

95 
 
komponentlərdən  istifadə  etməklə  turizm  ehtiyatlarının  rayonlasdırılması 
müəyyənləşir. Bu növ rayonlaşdırmada mövcud ehtiyatlara təlabat əsas götürülür 
və  turizm  mərkəzləri  kimi  formalaşır.  Bu  baxımdan  turizm  ehtiyatlarının 
rayonlaşdırılmasımda iqlim, təbii landşaft, tarixi arxitektur, milli irsi və iqtisadi-
sosial  komponentlərə  görə  qruplaşir.  Iqlim  və  landşaft  rayonlaşmasında  şaquli 
qurşaqlıq, bölgələr üzrə mikoiqlim və landşaft ekzotikliyinin nəzərə alınması əsas 
götürülür. 
Tarixi-arxitektur  abidələr  və  memarlıq  nümunələrinn  müxtəlifliyinə  görə 
turizm  ehtiyatlarının  rayonlaşdırılması  onlara  olan  tələbata  əsaslanır.  Bu 
rayonlaşmada  ehtiyatların  müəyyən  ərazidə  yığcam  yayılması,  memarlıq 
nümunələrinin  cəlbediciliyi  əsas  götürülür.  Bəzi  hallarda  belə  memarlıq 
nümunələrinin  geniş  ərazilər  ayrıca  mikrorayon  və  ya  turizm  mərkəzi  kimi 
xarakterizə olunur (Roma, Afina). 
Milli irs nümunələri və etnoqrafik xüsusiyyələrinə görə rayonlaşmada turizm 
mərkəzlərinin turizm baxımından istifadə imkanları verilir.Yəni bu komponentlər 
rekreasiya  rayonlaşmasında  ayrıca  götürülmür.  Digər  ehtiyatlarla  birgə  istifadə 
olunduğuna görə turizm mərkəzi kimi formalaşır. 
Rekreasiya  turizm  rayonlarının  xarakteristikasında  mövcud  ehtiyatlardan 
istifadə olunması aşağıdakı qruplara bölünür: 
Ayrıca  sahələr  üzrə  ixtisaslaşan  rekreasiya  turizm  rayonları.  Belə  rayonlar 
hər hansı bir təbii və ya antropgen turizm ehtiyatlarına əsaslanır. 
Ə
razinin turizm ehtiyatlarının ayrıca komponentləri üzrə qiymətləndirilməsi 
və  təlabata  uyğun  ümumi  ixtisaslaşmanın  müəyyən  olunması.  Burada  ərazi 
rekreasiya kompleksləri turizm mərkəzləri və mikroturizm rayonları ayrılır. 
Rekreasiya  fəaliyyəti  ayrıca  bir  istehsal  və  qeyri-istehsal  sahənin  əhatə 
etmədiyinə  görə  turizm  ehtiyatlarının  rayonlaşdırılmasında  digər  istehsal 
sahələrinin formalaşmasına təsir göstərir. Yəni rekreasiya ehtiyatlarından istifadə 
etməklə ərazi daxilində əsas və əlavə xidmət göstərən sahələr rekreasiya  turizm 
rayonunun daxilində verilir. 


96 
 
Turizm  ehtiyatlarının  rayonlaşdırılmasında  əsas  bölgə  ilə  yanaşı  turizm 
ə
həmiyyəti daşıyan ərazilər də ehtiyat sahə kimi götürülür. 
Bölgənin  məskunlaşması  və  əhali  ehtiyatları  yerli  turist  resurslarından 
istifadə  etməklə  yanaşı  onlar  xidmətin  özəyini  təşkil  etməklə  turizm 
rayonlaşmasında nəzərə alınır. 
Turizm rekreasiya rayonunun əsas göstəricilərindən biri də ayrı-ayrı turizm 
sənayesinin  inkişafı  üçün  ehtiyatların  qruplaşdırılmasından  və  istehlakçıya 
göstərilən  xidmətlərdən  ibarət  olur.  Turizm  ehiyatlarına  görə  ixtisaslaşma 
müxtəlif mərkəzlərin yaranmasına təbiətdən birgə istifadəyə əsaslanan sağlamlıq-
kurort bərpa, rekreasion turizmin inkişaf etdirilməsi ilə bağlı olur. 
Ə
razinin turizm baxımından mənimsənilmə səviyyəsi birbaşa infrastrukturla 
bağlı  olduğuna  görə  mövcud  rayonlaşmada  iqtisadi  amillər  nəzərə  alınır. 
Ehtiyatlardan  istfadənin  rayonlaşmasında  müxtəlif  xidmətlərin  müəyyən  ərazidə 
cəmlənməsi  onu  əlverişli  edən  amillərdən  sayılır.  məs:  Azərbaycanda  ümumi 
turizm rayonlaşması aparılarkən iqtisadi, sosial amillər əsas götürülür və hər bir 
iqtisadi rayon kurort-turizm rayonu kimi verilə bilər. 
2.
  Turizm-rekreasiya  rayonlarının  sərhədlərinin  müəyyənləşdirilməsi 
ə
razinin  turizm  ehtiyatlarının  qiymətləndirilməsi  əsasında  aparılır.  Turizm 
rayonlaşmasında  sərhədlər  təbii-iqtisadi  amillərə  görə  müəyyənlışir  ki,  bu  da 
ümumi  bölgə  daxilində  və  ya  ayrı-ayrı  təbii  komponentlərə  görə  rayonlaşmanın 
aparılmasından  ibarətdir.  İqlimin  komfort  xüsusiyyətlərinə  görə  rayonlaşma 
aparılarkən  ərazinin  oroqrqfik  xüsusiyyətləri,  lokal  miqyasda  mikro  iqlim 
göstəriciləri əsas götürülür. 
Turizm  rayonlaşmasında  iqtisadi-sosial  amillərinin  nəzərə  alınması  onun 
sərhədlərinin  müəyyənləşdirilməsində  əsas  şərt  kimi  qoyulur.  Belə  ki,  iqtisadi 
royonlaşmada 
mövcud 
ehtiyatlardan 
istifadənin 
mühəndis 
texnoloji 
xüsusiyyətləri,  hazırkı  infrastrukturun  inkişaf  səviyyəsi  nəzərə  alınmaqla 
müəyyənləşdirilir. 


97 
 
İ
qtisadi  rayonlaşmada  sərhədlər  ümümi  vilayət  bölgüsünün  sərhədləri  ilə 
üst-üstə  düşə  bilər.  Bunun  da  səbəbi  müəyyən  ərazidə  sosial-iqtisadi 
komponentlərin, infrastrukturun mərkəzləşməsi və vilayət daxilində birgə istifadə 
olunması ilə bağlıdır. 
Dəniz  sahili  rekreasiya  turizm  rayonlaşmasında  sərhədlərin  müəyyən 
olunması  əsas  problem  olaraq  qalmaqdadır.  Bunun  da  səbəbi  ölkələrin  dəniz 
sahili turizm ehtiyatlarından istfadəyə yanaşmasının müxtəlifliyi ilə bağlıdır. Belə 
ki,  dəniz  sahili  rayonlaşmada  sərhədlərin  müəyyən  olunması  dənizin  təsiri, 
iqtisadi və təbii faktorların birgə nəzərə alınmaqla müəyyənləşdirilməsidir. 
Bu baxımdan dənizsahili bölgə İspaniyada 50 km, Türkiyə 25km, İtaliya 20-
30  km  daxilə  doğru  olan  ərazilər  turizm  rayonlaşmasının  tərkibinə  verilir. 
Ekskursiya və digər məqsədlə istifadə olunan obyektlər isə ehtiyat ərazi daxilində 
verilməsi məqsədəuyğun sayılır. 
             
Dəniz sahili zolağın müəyyənləşdirilməsi 
Ölkələr 
Sahil 
zolağı 
km 
Təbii 
komponentlər 
İ
qtisadi 
komponentlər 
Turizmin 
növü 
1. Türkiyə  25 
Mikroiqlim, 
çimərlik, 
müalicə 
İ
stirahət 
mərkəzləri, 
yerləşmə 
obyektləri 
İ
stirahət, 
sağlamlıq, 
ə
yləncə 
2. İtaliya 
20-30 
Mikroiqlim, 
çimərlik, 
müalicə 
İ
stirahət, 
kurort 
mərkəzləri 
İ
stirahət, 
sağlamlıq, 
ə
yləncə, 
müalicə 
3. İspaniya  50 
İ
qlim, ekzotik  
landşaft 
İ
stirahət 
mərkəzləri, 
yerləşmə 
obyektləri. 
İ
stirahət, 
sağlamlıq, 
ə
yləncə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə