Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


  23.4. Xəstəlik depressiyaları problemlərinin qarşısının alınması



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə150/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   144   145   146   147   148   149   150   151   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 


364 
23.4. Xəstəlik depressiyaları problemlərinin qarşısının alınması 
 
Xəstəlik depressiyaya, əsəbiliyə, enerjinin aşağı səviyyəsinin 
olmasına, narahatlığa, diqqəti toplamanın mükünsüzlüyünə bir sıra digər 
çətinliklərə səbəb ola bilər. Bu baxımdan, kliyentlərin problemlərini 
araşdırarkəb onların sağlamlıq durumunu müntəzəm surətdə nəzərdən 
keçirmək tədqiqatçılar üçün vacibdir. Belə olduqda ilk dəyərləndirmənin 
məqsədi, 
fəaliyyətləri 
kliyentlərə 
tibbi 
qayğı 
göstərilib-
göstərilməməsini, bu olmadıqda onlara göstərilən son tibbi yoxlamanı 
müəyyən etməkdən ibarətdir. 
Tədqiqatçılar problemləri yalnız psixoloji amillərə şamil 
etməmişdən qabaq, lazım gəldiyi halda kliyentləri tibbi yoxlamalardan 
keçirmək yolu ilə çətinliklərin tibbi əsaslarını istisna etməlidirlər. Bəzi 
hallarda tədqiqatçılar əsəbiliyin kəskin şəkildə artmasını, emosional 
nəzarətin qəfil itkini və digər fərdi dəyişiklikləri müalicə etmək üçün 
psixoterapiyadan istifadə etmiş və çox gec bu dəyişikliklərin beyin 
şişləri cə ya digər üzvi çatışmazlıqlarla bağlı olduğunu aşkar etmişlər. 
Bu cür faciələrdən yayınmaq üçün tədqiqatçılar ehtiyatlı davranmalı və 
ortada tibbi amillərin mövcudluğunu, hətta dolayısı yolla mümkün 
sayılsa belə, problemlərin əsasları barədə tələsik nəticələr çıxarmaqdan 
vaz keçməlidirlər. 
Kliyentlərin sağlamlıqlarını dəyərləndirmək, xüsusən də tibbi 
qayğının aşağı səviyyədə göstərildiyi qruplar üçün əhəmiyyət daşıyır. 
Bu qruplara yoxsulluq içində yaşayan insanlar, etnik azlıqlar, yaşlı 
insanlar, immiqrantlar (qaçqınlar da daxil olmaqla), qəyyumluğa 
götürülmüş uşaqlar, nikahsız hamilə olan yeniyetmə qızlar, evsiz 
insanlar, sağlamlıq sığortası olmayan qazanılmış immun çatışmazlığı 
sindromuna (QİÇS) yoluxmuş xəstələr daxildir. 
QİÇS-dən əziyyət çəkən insanların sağlamlıq qayğısına daha çox 
ehtiyacı var. Xəstəlik müddəti olduğuna görə onların başqa xəstəliklərə 
yoluxmuş insanlardan daha çox psixososioloji ehtiyacları olur. 
Sağlamlıq qayğısı və sosial yardım fövqəladə əhəmiyyət daşısa da, 
QİÇS-ə xüsusilə onun dərmanla bağlı cəhətlərinə ikili icma 
münasibətlərinin 
olması səbəbindən kliyentlər digər müddətli 
xəstəliklərdən əziyyət çəkənlər kimi bəhrələnə bilmirlər.


365 
QİÇS-ə dair qiymətləndirmə xəstəliyə yoluxmuş insanların 
ehtiyaclarını müəyyən etməkdən daha geniş əhatə dairəsinə malikdir. 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə