Qrup: 101A2 MÜƏLLİM;cavid bəDƏlov



Yüklə 90,56 Kb.
tarix21.10.2023
ölçüsü90,56 Kb.
#130105
Elyaslı Elvin Mİ sərbəst iş


FAKÜLTƏ:NƏQLİYYAT VƏ LOGİSTİKA
FƏNN;MÜHƏNDİS İQTİSADİYYATI
QRUP:101A2
MÜƏLLİM;CAVİD BƏDƏLOV
TƏLƏBƏ;ELYASLI ELVİN
İDARƏETMƏNİN FUNKSİYALARI VƏ ONLARIN QARŞILIQLI ƏLAQƏLƏRİ
İdаrəеtmə - özünün bütövlüyünü, quruluş vаhidliyini sаxlаmаqlа müəssisədə sоn
məqsədə nаil оlmаq üçün tətbiq еdilən müxtəlif təbiətli sistеmlərin təsirеtmə vаsitəsidir.
İdаrəеtmə hər hаnsı bir оbyеkt (təşkilаt, müəssisə, firmа) оlmаdаn icrа еdilə bilməz.
İdаrəеtmənin mövcudluğu təşkilаtın mövcudluğu ilə bаğlıdır. Yəni təşkilаt vаrsа
idаrəеtmə də vаrdır və əksinə.
İdarəetmə funksiyaları Ayrı-ayrı işçilər və işçilər qrupuna təsirin mümkünlüyünü özündə cəmləşdirən rəhbərlik (liderlik) təşkilatı məqsədlərə çatılması istiqamətində fəaliyyət göstərməsini nəzərdə tutur. Planlaşdırma məqsədlərin müəyyənləşdirilməsi və onlara çatılması yollarını özündə birləşdirən prosesdir. O bu və ya digər təşkilatın müxtəlif səviyyələrini əhatə etməklə uzun müddətli və ya qısa müddətli xarakter daşıyır
İdarəetmənin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu , insanların müxtəlif maraqları və onların qarşılıqlı əlaqələri ilə bağlıdır. İdarəetmə fəaliyyət kimi uğurlu təcrübələrin və onun daim inkişafı və inkişafını tapdığı bir təşkilatın idarə olunmasında təcrübənin yığılmasıdır.
Müəssisənin fəaliyyət məqsədinin və onun inkişaf perspektivlərini, imkanlarının müəyyən edilməsi üçün istifadə edilən uzunmüddətli planlaşdırmanın sistematik prosesi strateji planlaşdırma adlanır. Strateji planlaşdırma peşəkar menecerlər tərəfindən həyata keçirilir. Yalnız onlar müəssisənin strateji məqsədini müəyyən və modifikasiya etmək səlahiyyətlərinə malikdirlər. Təşkiletmə planların reallaşdırılması idarəetmənin digər funksiyasını əks etdirən təşkiletmənin olmasını tələb edir. Təşkilolunma dedikdə işçi heyyəti və ya əməkdaşlar qrupu arasında işlərin bölüşdürülməsi və onların fəaliyyətinin koordinasiya edilməsi başa düşülür. İstənilən fəaliyyət sahəsi onun həcmindən asılı olmayaraq yaxşı təşkil olunmalıdır
İdarəetmə ekstrapolyasiya və modelləşdirmədə metodoloji vasitə kimi
istifadə olunur. Ekstrapolyasiya- idarəetmədə hər hansı bir müsbət və ya mənfi
meylin, əlamətlərin oxşar idarəetmə orqanlarına yayılmasıdır.Modelləşdirmə hər
hasnı idarəetmə orqanının, idarəetmə strukturunun, idarəetmə prosesinin,
əməliyyatın modelinin işlənib hazırlanması və tətbiqidir.
İdarəetmə aparatının ümumi məqsədi kollektivin istehsal fəaliyyətinin məqsədyönlü xarakterini təmin etməkdir. Bu isə idarəetmə funksiyaları kompleksinin yerinə yetirilməsi yolu ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, idarəetmə funksiyaları idarəetmə aparatının fəaliyyətinin ayrıca bir istiqamətidir. Qarşıya qoyulmuş məqsədin ümumiliyindən, idarə olunacaq obyektdən, onun xususiyyətləri və məzmunundan asılı olaraq idarəetmənin hər bir funksiyası bir sıra konkret işlərin yerinə yetirilməsilə məşğul olur.
İdarəetmənin istənilən idarəetmə sisteminə şamil olunan əsas funksiyaları aşağıdakılardır:
Marketinq;
Planlaşdırma;
Təşkil;
İcra;
Nəzarət;
Motivasiya;
Tənzimləmə;
Koordinasiya.
İdarəetmənin icra funksiyasının mahiyyəti sübutlar, dəlillər, əlaqələr və menecerin liderlik keyfiyyətlərilə ölçülür.Liderlik icra funksiyasının əsas müvəffəqiyyəti hesab olunur. Rəhbərlər və ya menecerlər çox gözəl başa düşür ki, əgərtəşkilatlarda faktiki işlər yerinə yetirilməzsə, hətta ən real planların və təşkilatı strukturların heç bir faydası yoxdur.Menecerin başlıca vəzifəsi bu zaman ondan ibarətdir ki, icraçılar qarşılarına qoyulmuş vəzifəni tam peşəkarlıqla və arzuolunan səviyyələrdə yerinə yetirilməyi bacarsınlar.Göründüyü kimi, menecmentin funksiyasının hər biri özündə ayrı-ayrı prosesləri, əməliyyatları və idarəetmə alətlərini əks etdirir. İdarəetmənin funksiyasının hər birinin səmərəliliyinin artırılmasında özünəməxsus yeri və rolu vardır. Bu səbəbdən də hər hansı kollektivdə işin ahəngdarlığını təmin etmək üçün menecer bu funksiyalardan ayrı-ayrılıqda deyil, bir-birilə qarşılıqlı əlaqədə istifadəni təmin etməyi bacarmalıdır.
İdarəetmənin istənilən funksiyalarının həyata keçirilməsi isə aşağıdakı mərhələlərdən ibarətdir:
I.Məlumatların toplanması;
II. Məlumatların işlənməsi;
III. Qərarların qəbul edilməsi;
IV. Qəbul olunmuş qərarların həyata keçməsi
İdarəetmənin xətti, funksional, xətti-funksional, matris, şəbəkə, divizional
təşkilati struktur formaları mövcuddur.
Xətti təşkilati struktur idarəetmənin ən səmərəli təşkilati struktur formasıdır. Xətti
sistemin mahiyyəti ondan ibarətdir ki, kollektivi aşağı idarəetmə səviyyəsində aşağı
rəhbərlər idarə edirlər. Onlar yuxarı rəhbərlərə tabedirlər. Xətti təşkilati strukturda
asılılıq sxemi xətti formada yuxarıdan aşağıya istiqamətlənir. Hər bir işçi çalışdığı şö-
bənin, bölmənin rəhbərinə, öz növbəsində şöbənin və ya bölmənin rəhbəri həvalə
olunduğu müdir müavinlərinə, müdir müavinləri isə müdirə tabedirlər. İdarəetmənin
xətti strukturunda istər vahid rəhbərlik, istərsə də kollegialılıq prinsipi tətbiq edilə
bilə
İdarəetmədə təşkiletmənin həyata keçirilməsi ilə əlaqədar səlahiyyət,
məsuliyyət, nüfuz, hakimiyyət kimi müxtəlif anlayışlardan istifadə olunur. Bu
anlayışlar barədə məlumat verməyi məqsədəuyğun hesab edirik. Səlаhiyyət – rəhbər
işçinin müəssisənin müəyyən işlərini yеrinə yеtirmək üçün işçilərdən, təşkilаtın
mаddi və mаliyyə еhtiyаtlаrındаn istifаdə еtmək hüququdur. Məsuliyyət – vеrilən
tаpşırıqlаrın yеrinə yеtirilməsi öhdəçiliyini və оnlаrın qənаətbəxş həll еdilməsinə
cаvаbdеhliyi ifаdə еdir.
İdarəetmə funksiyaları və vəzifələri müəssisənin effektiv fəaliyyətini təmin edən təməldir.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM
Yüklə 90,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə