Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Dürkheymin dörd intihar tipi. Eqoist və alturist intihar tipləri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə144/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   140   141   142   143   144   145   146   147   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

22.3. Dürkheymin dörd intihar tipi. Eqoist və alturist intihar tipləri. 
Dürkheym intiharın dörd tipini qeyd etmişdir: eqoist, alturist, 
anomi və fatalist. O, göstərilən növləri cəmiyyətdəki inteqraisya və 
tənzimləmə dərəcəsi ilə əlaqələndirirdi. İnteqrasiya ümumkollektiv 
hissəsinə aiddir. Alturist intihar inteqrasiyanın yüksək dərəcəsi, eqoist 
intihar inteqrasiyanın aşağı dərəcəsi ilə əlaqələndirilir. Tənzimləmə 
xarici məhdudiyyət dərəcəsinə aiddir. Fatal intihar yüksək tənzimləmə, 
anomi intihar aşağı tənzimləmə dərəcəsi ilə bağlıdır. 


349 
Eqoist intihar. 
Sosial inteqrasiyanın zəif olduğu cəmiyyət daha çox kollektivdə, 
yaxud qrupda rast gəlinir. İnteqrasiyanın yetərsizliyi frdlər arasında 
sosial həyatın mənasızlığı ilə bağlı hiss və şüura güclü təsir edir. 
Adamlar daha çox özləri haqda düşünür, cəmiyyət və hakim mühitin 
təyin etdiyi sosial normalara laqeyd olur. Əksinə, kollektiv şüurun güclü 
olduğu cəmiyyətdə eqoist intiharın genişlənməsi və artımının qarşısı 
alınır. Öz həyatlarının mənası ilə bağlı fərdlərin təsəvvürləri genişlənir. 
Sosial bağlar zəiflənəndə, insanlar kollektiv şüuru səfərbər edir. 
Kollektiv şüurun zəif olduğu iri miqyaslı sosial strukturlarda fərdlər arzu 
və meyllərinə uyğun olaraq daha çox şəxsi maraqlarını güdür. Bu cür 
qeyri-məhdud eqoizmin şəxsi narazılıqla nəticələnmə ehtimalı 
böyükdür, zira bütün şəxsi tələb və istəklərin yerinə yetirilməsi 
mümkünsüzdür. Hətta bu və ya digər tələb yerinə yetərsə, yeniləri 
meydana gəlir. Son nəticədə, tələblərin hamısını ödəyə bilməmək 
fərdlərdə narazılıq yaradır. Axırıncı hal bəzilərini intihar etməyə sövq 
etdirir. Kollektiv şüurun ―agentləri‖ kimi, güclü inteqrasiya edilmiş ailə, 
dini qrup və cəmiyyət intiharın qarşısını almağa qadirdir. Xüsusilə, din 
və dini icma son dərəcə pozitiv sosial amillərlə zəngindir. Dürkheymə 
görə, eqoist intiharın təhlili belə bir faktı təsdiqləyir ki, hətta ən 
fərdiyyətçi və şəxsi davranışlarda belə sosial faktlar əsas təyinedici 
amillərdir.
Alturist intihar. 
Əgər eqoist intihar sosial inteqrasiyanın daha çox zəif olduğu 
hallarda baş verirsə, alturist, əksinə, sosial inteqrasiya daha güclü olanda 
baş verir. Dürkheym iki cür misal göstərir: birincisinə arxaik 
cəmiyyətlərdə tez-tez rast gəlinir. Burada kollektivçilik alturist intiharı 
tələb edir. Hindistanda ərinin cənazəsini yandırmaq mərasimində dul 
arvad özünü könüllü surətdə tonqala atmaq istəyir. Həmin misal intharın 
ifrat fərdiyyətçilik zəminində deyil, əksinə, fərdin qrup daxilində 
―ərindiyini‖ göstərir; sosial imperativlərə müvafiq olaraq, fərd ölümü 
seçir. Müasir dillə desək, arxaik fərd yaşamaq hüququndan könüllü 
imtina edir. Eyni ilə kapitan gəmi heyətinin itgisinə dözmür və alturist 
intiharı seçir. Bu cür fərdlər özünüqoruma instinktinə deyil, sosial 
qrupun əmr və sərəncamlarına tabe olur. Qəhrəmanlıq yaxud dini intihar 


350 
nümunələrindən əlavə, Dürkheym dövrünün statistik faktları içərisində 
müasir örnəkləri tapır. Peşəkar ordu sıralarında əsgərlər eyni yaşdan olan 
mülki əhali ilə müqayisədə daha çox intihara meyllidir. Lakin, intiharın 
bu iki növünü yalnız sosial inteqrasiya (aşağı, yaxud yüksək) baxımdan 
şərh etmək doğru olmazdı. Nə zəif, nə də ki yüksək inteqrasiya dərəcəsi, 
müvafiq olaraq, eqoist və alturist intiharın bilavasitə səbəbləri deyildir. 
Əksinə, müxtəlif dərəcəli inteqrasiya fərqli sosial axın və motivləri 
törədir. Bu axırıncılar intiharın sürətinə və faizinə öz təsirini göstərir. 
Ona görə də, Dürkheym eqoist və alturist intiharın faizinin yüksək 
olmasının səbəbini melanxolik sosial impulsda, yaxud axınında görürdü. 
Əgər eqoist intiharın yüksək faizi ―sağalmaz narahatçılıq hissindən və 
ruhu sıxıntıdan‖ qidalanırsa, alturist intiharın ehtimal olunan artımı 
―ümiddən yaranır, zira o, indiki həyatdan kənarda mövcud olan xoşbəxt 
gələcəyə inamdan asılıdır‖. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə