Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


“Risk qrupları” və əhalinin bu kateqoriyalarının sosial



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə149/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   144   145   146   147   148   149   150   151   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

23.3. “Risk qrupları” və əhalinin bu kateqoriyalarının sosial 
müdafiəsi istiqamətləri 
―Risk qrupları‖ bu və ya digər meyarlara görə sabitliyi olmayan, 
tək çətinliklərlə mübarizə apara bilməyən insan kateqoriyalarıdır. ―Risk 
qrupları‖na: 
-əlillər 
-yetim uşaqlar 
-deviant davranışlı uşaqlar 
-tənha analar 
-natamam ailələr 
-ahıllar 
-tənhalar 
-əqli cəhətdən zəif olan insanlar 
-qaçqınlar 
-cinayətkarlar 
-narkomanlar 
-alkoqoliklər 
-evsizlər 
-ekoloji fəlakətlərin qurbanları və s. aiddir. 
Belə insanların düşdüyü böhranlı vəziyyət, psixoloji stresslər, 
maliyyə uğursuzluqları, həyat səviyyəsinin aşağı olması təkcə sosial 
xidmətlərin bu müştərilərinə yox, həm də bütün cəmiyyətin atmosferinə 


363 
mənfi təsir göstərir. Əhalinin bu kateqoriyalarının sosial müdafiəsi 
aşağıdakı istiqamətlərdə həyata keçirilir: 
-pensiya təminatı 
-sosial xidmət 
-sosial yardım. 
Birbaşa sosial iş praktikasında qarşıya çıxan problemlər, güclü 
cəhətlər və mənbələr fərddaxili, fərdlərarası və mühit sistemlərinin 
qarşılıqlı təsirinin nəticəsi kimi meydana çıxır. Hər hansı sistemdə 
funksional tarazlığın pozulması bir qayda olaraq, digər sistemlərdə də 
eyni halın təkrarlanmasına səbəb olduğundan, onları bu geniş sistemlərə 
çox nadir hallarda aid etmək mümkün olur. Fərdi çətinliklər (məs: 
dəyərsizlik hissi və depressiya) labüd şəkildə insanın digərləri ilə 
münasibətlərinə təsir edir; fərdlərarası çətinliklər (məs: nikahda yaşanan 
gərginliklər) eyni qaydada fərdi funksiyaya təsir göstərir. 
Şübhəsiz ki, bu üç sistem arasında olan qarşılıqlı təsirlər funksional 
tarazlığın pozulması və sistem çatışmazlıqlarının mənfi təsirləri ilə 
məhdudlaşmır. Üstün keyfiyyətlər, güclü cəhətlər və resurslar da 
qarşılıqlı müsbət tərislərə malikdirlər. Güclü mühitin mövcudluğu 
fərddaxili çətinlikləri yalnız qismən əvəz edə bilər; eyni qaydada, 
uşaqlar və valideynlər arasında olan güclü fərdlərarası münasibətlər 
sonuncuları, kasad ətraf mühiti əvəz etməkdən daha üstün müsbət həyat 
təcrübəsi ilə təmin edir. 
Hər hansı bir fərdin dəyərləndirilməsi biofiziki, əqli, hissi, 
emosional, tərbiyəvi, mədəni və motivasiya amillərini daxil edir. 
Kliyentlərin fiziki xüsusiyyətləri və görkəmli ya üstün, yaxud da 
qüsurlu cəhət ola bilər. Qərb cəmiyyətində fiziki cəlbedicilik yüksək 
qiymətləndirilir, cəlbedici olmayan insanlar isə sosial arzuolunma 
sahəsində, iş imkanlarında və nikahda əlverişsiz mövqeyə malik olurlar. 
Bundan əlavə ən azı bir tədqiqatın nəticələri onu göstərir ki, fiziki 
cəlbedicilik buraxılmış psixiatrik kliyentlərin yenidən uyğunlaşmasını 
asanlaşdırır. Sosial funksiyaya təsir göstərə biləcək müəyyənedici fiziki 
xüsusiyyətləri müşahidə etmək bu baxımdan vacibdir.

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə