Mövzu. Qender və ƏDƏBİyyat



Yüklə 185,05 Kb.
səhifə4/6
tarix25.06.2018
ölçüsü185,05 Kb.
#51412
növüYazı
1   2   3   4   5   6

Lakin azadlığa can atan məhəbbət yırtıcı-dağıdıcı  mənbəyə çevrilir. Hər halda Katerinanın kor 

ehtirası onu məkrli hərəkətlərə  təşviq edən silki haqq-hesabdan daha güclüdür. Silki quruluşu 

Katerinadan sevgisi uğrunda törətdiyi cinayətə görə göndərildiyi katorqa yollarında da «əl çəkmir». Bu 

quruluş yavaş-yavaş onun üçün öz keçmiş məşuqu simasında cəllad hazırlayırdı. O öz məkrli hiyləsini 

boynuna almaqla qadının əlində qalan yeganə şeyi- məhəbbətinin keçmişini almaq istəyir. Və bu zaman 

Leskovun ifadəsi ilə desək, «tamam cansız» olan qadın insan ləyaqətinin qəhrəmancasına son 

partlayışında intiqam alır və həlak olaraq, ətrafdakı hamını heyrətdən daşa döndərir.  

Məşhur rus yazıçısı L.N.Tolstoyun yaradıcılığında da qender problematikası mövcuddur. Yazıçının 

mərkəzi əsərlərindən biri olan «Anna Karenina» romanına adı əsərin qəhrəmanı Anna verib, Roman XIX 

əsrin 70-cı illərində yazılıb. Bu zaman Tolstoyun qarşısında onu hələ 50-60-cı illərdən narahat edən 

suallar – həyatın mənası və məqsədi, xalqın və dvoryanların taleyi, həyat və ölüm, ailə və nigahda sevgi 

və xoşbəxtlik israrla dururdu. Bu sualların qoyuluşu və həlli «Anna Karenina» romanının məzmununun 

ideyasını təşkil edir. Yazıçının demokratik əhvalı müasirləri Tolstoy romanının mərkəzinə həyatı onsuz 

da kübar cəmiyyətdən kənara çıxmayan qadının qoyulması faktını  təəccüb və  təəssüflə qarşıladılar. 

Nekrasov,  Şedrin bununla əlaqədar kəskin çıxış etdilər, xalqçı Tkaçov dəfələrlə  və  kəskin münasibətini 

bildirdi. 

Əsərin mərkəzi obrazı Anna 70-ci illərin yüksək kübar cəmiyyətinin nümayəndəsi və yüksək 

Peterburq çinovnikinin arvadıdır. Gələcək romanın ilk qaralamalarında Anna kobud, vulqar maneralı 

çirkin qadındır. Lakin istər-istəməz bu variantda o öz kobud təbiətinin qaçılmaz və  zəruri qurbanına 

çevrilirdi. Bu fikir sonradan dəyişildi və bu gün milyonlarla tanıdığı Anna – öz faciəli taleyi ilə şəfqət və 

acıma hissi doğuran gözəl qadın meydana çıxdı. Anna kübar qadınlardan ən çox xarici görkəmiylə deyil, 

öz ruhunun mürəkkəbliyi və özəlliyi ilə çeçilir. L.Tolstoyun arvadı Sofya Andreyevnanın xatirələrində 

yazıçının bu fikri qeydə alınıb (2 №-li slayda müraciət edək) Annanın ruhunda boş kübar həyatdan 

narazılıq hissinin doğrması təsadüfi deyil. Bununla yanaşı o, quru və hissiz ərinə qarşı biganə idi.  

Vronski ilə görüş Annanı oyatdı. Vronskinin xətrinə  əri, oğlu, parlaq, ictimai vəziyyətini qurban 

verən Anna Vronskidən də bunu tələb edir, belə ki, özü ilə onun arasında heç bir fərq görmürdü. Məhz 

buna görə də Vronskinin ondan soyuduğunu görən Anna təbii olaraq intihar etmək qərarına gəlir. Anna 

fikirləşir: «Mən sevgi istəyirəm, o isə yoxdur. Deməli hər şey qurtardı», Onun üçün hər şeyin qurtardığı 

fikrini Anna başqa sözlərlə ifadə edir: «Baxmağa bir şey qalmadığı üçün işığı niyə söndürməyək?» Və 

Anna özunu qatarın altına atır.  

Anna Karenina hisslərlə yaşayan, bütöv, səmimi qadının görkəmli obrazıdır. Amma onun faciyəvi 

vəziyyətini və taleyini təkcə onun təbiətinin səmimiliyi ilə izah etmək olmaz. Səbəb çox dərindədir – onu 

cəmiyyətdəki hüquqlarından məhrum edib, onu kişi ilə qeyri-bərabər vəziyyətdə qoyan sosial mühitin 

şəraitindədir. Annanın kübar cəmiyyəti ilə toqquşması cəmiyyət və insanın bütün münasibətlərində yeni 

sistem, qadına yeni münasibət tələb edir.  

«Anna Karenina»da ən yadda qalan səhnələrdən biri Annanın Moskvadan Peterburqa qatarla 

qayıtması səhnəsidir. «O bıçaq ilə şüşəni cızdı, sonra yanağını onun hamar və soyuq səthinə yapışdırdı 

və ona bizdən səbəbsiz hakim olan sevincdən gülməkdən özünü saxladı. O hiss edirdi ki, onun əsəbləri 

tel kimi gərilib. Sıx-sıx dartılaraq, bir cür payaçıqlara dolanır. O hiss edirdi ki, onun gözləri çox böyük 

açılır,  əl və ayaqlarında olan barmaqları  əsəbi hərəkət edir, daxildə  nə isə onun nəfəsini kəsir və titrək 

alaqaranlıq içindəki bütün obraz və  səslər qeyri-adi parlaqlığı ilə onu əzir. Onun fikrinə  hər dəqiqə 

vaqonun irəli və ya geri getməsi və ya tamam dayanması haqqında  şübhələr gəlirdi. Onun yanında 

duran Annuşkadır və ya başqası? Asılqanda olan kürkdüz ya heyvan? Bəs mən burda nəyəm? Mənəm ya 

özgəsidir? Bihuşluğa dalmaq onu qorxudurdu». 

Tostoyun təsvirində görünməmiş  məqsədyöqnlülük var. Annanın daxili vəziyyəti fövqəladə 

kəskinlik və  gərginliklə göstərilib. Müəllif bədii mətndə qadın psixologiyasının, qadın hisslərinin fikri 

hərəkətini göstərə bilmişdir. Məhz qadın obrazının psixoloji təsvirinin dərinliyi bu romanı dünya 

ədəbiyyatının ən görkəmli əsərlərindən biri edir.  

Bədii söz ustalarını  həyəcanlandıran qadın mövzusu XIX əsr Azərbaycan  ədəbiyyatçılarının 

yaradıcılığında da əsas yer tutmuşdur. Mütəfəkkir  şair Mirzə  Şəfi Vazehin «Üzünü aç» şeri təkcə 

həmvətənləri olan yazıçıların deyil, həmdə rus yazıçı humanistlərinin də diqqətini cəlb etmişdir. Vazehin 

müasirləri – Q.Zakir, A.Bakıxanov da öz yaradıcılıqında qadın hüququ və azadlığına görkəmli yer 




ayırırdılar. Q.Zakir bir sıra lirik şer yazmışdır, amma qadın mövzusunu satiralarında açaraq, köhnəlmiş 

adətləri, sevgisiz nigahları tənqid etmişdir («Dərviş və qız», «Zahidin pis əməlləri» və b.). 

A.Bakıxanov «Kitabi-Əsgəriyyə»  əsərinin  əsas ideyası kimi qarşılıqlı  və azad sevgi əsasında ailə 

qurulmasını götürmüşdür. Başqa  əxlaqın hakim olduğu şəraitdə bu ideya sözsüz çox cəsur və qabaqcıl 

idi, belə ki, qadınlar nəinki kişilərlə  bərabər hüquqa malik deyildi, hətta açıq üzlə  cəmiyyətdə  də ola 

bilməzdilər. Bu əsərində aliə, məhəbbət, qadın bərabərliyinin yeni ideallarını irəli sürərək, köhnə quruluş 

və təsəvvürlərə meydan oxuyurdu. Əsərin qız qəhrəmanı sevgilisi Əsgərin baxışlarını bölüşdürən, ağıllı, 

düzgün, cəsur qızdır. Onun məsləhətləri çox vaxt Əsgəri çətin vəziyyətdən çıxardır. O, müəllif tərəfindən 

sadiq, güvəniləcək bir dost kimi verilib. 

Tədqiqatçılar bir çox dəfə qeyd ediblər ki, XIX əsrin sonu XX əsrin əvvəlindəki Azərbaycan bədii 

nəsrində realist və romantik istiqamətlər mövcuddur. Romantik yazıçılar öz əsərlərində müasirləri olan 

romantik  əhvallı  gənclərin fikir, arzu və diləklərini təcəssüm etdirməklə  qəhrəmanlarının dili ilə öz 

ideallarını ifadə edirdilər. Romantik yazıçılar tərəfindən yaradılmış qadın obrazları – romantik nəsrin 

qəhrəmanları – ya gənc ziyalı  və ya böyük həyat təcrübəsinə malik, qadın hüquqsuzluğunun bütün 

əziyyətlərini çəkmiş savadsız qadınlardır. XIX əsrdə yazılmış romantik əsərlərdə xarakterik qadın 

qəhrəmanları  hər bir çətinliyə dözən, doğma evini tərk edərək sevgilisinə qoşulub qaçmağa hazır olan 

cənc, sevən qadınlardır. Bu qisim romantik qadın obrazlarının tipik nümayəndəsi İ.Qutqaşınlının «Rəşid 

bəy və Səadət xanım» (1835) povestinin surəti olan Səadət xanımdır. 

Maarifçi olan İ.Qutqaşınlı qadın bərabərliyi uğrunda mübarizə aparır. O, köhnəlmiş feodal-

patriarxal adətlərə qarşı çıxış edirdi. «Rəşid bəy və Səadət xanım» povestində əsərin əsas ideyası Şərq və 

Azərbaycanda qadın bərabərliyə çağırış, ailənin mənfəət və hesab üstündə deyil, sevgi və razılıq əsasında 

qurmaqdır. Əsərin qəhrəmanı Səadət xanım Rəşid bəyi sevir, amma atası onu, xanın yeganə oğlu, varlı 

Əsgər ağaya vermək istəyir. Səadət xanım isə sevmədiyi adama ərə getməkdənsə, ölməyi üstün tutur. Bu 

an çox əlamətdardır, belə ki, qızın hələ öz xoşbəxt olmaq hüququnu müdafiə etmək imkanı yoxdur, 

amma o, passiv olsa da, öz etirazını bildirməyə hazırdır. Nəticədə o, Rəşid bəy tərəfindən qaçırılmağa 

razılaşır və hər şey yaxşı sona yetir.  

Qeyd etmək lazımdır ki, bu dövrdə  Şərqdə qadına münasibətinə 2 müxtəlif baxış mövcud idi. 

İslamı ideallaşdıran cərəyanın nümayəndələri bildirirdilər ki, 13  əsr  əvvəl  Şərq qadınlarına verilən 

hüquqları Avropa qadınları hələ indi də ala bilmirlər. Avropa istiqamətli digər cərəyanın nümayəndələri 

isə qadının Avropa nümunəsi  əsasında azad olunması  uğrunda mübarizə aparırdılar. Bu işdə böyük 

Azərbaycan yazıçısı, filosofu və maarifçi M.F.Axundovun (1812-1878) xüsusi xidməti olub, o bütün 

şüurlu həyatını qadın məsələsinin nəzəri və praktiki həllinə həsr etmişdir. 

Onun bədii  əsərlərində qadın mövzusu spesifik əksini tapmışdır. Belə ki, o «Lənkəran xanının 

vəziri» (1850) pyesində  zəmanənin və  cəmiyyətin tələblərinə boyun əyərək qapalı  həyat sürən qadın 

obrazlarını  təsvir edir. öz insani ləyaqətlərini və  şəxsi maraqlarını qorumaq üçün heç bir hüququ 

olmayan qadınlar ərlərinin qəzəbindən özlərini hiylə qorumaq üçün müxtəlifliyilə və kələklərə əl atırlar. 

Özünün «Müdafiə vəkillərinin hekayəti» (1855) adlı son komediyasında M.F.Axundov öz şəxsi azadlığı, 

ləyaqəti, məhəbbət və xoşbəxtliyi hüququ uğrunda mübarizə aparan tənha qızın – Səkinə xanımın 

vəziyyətini göstərir.  

Maarifçi və demokrat M.F.Axundov patriarxal xürafat, ətalət, despotizim ilə mübarizə aparmaq 

üçün kəsərli bir forma tapdı – zəmanəsinin sosial-mədəni «simasını» ifşa edən gerçək obrazlar 

qalereyasını yaratdı. M.F.Axundovun komediyalarına düşən bu tiplər teatr səhnələrinə  çıxaraq xalqın 

gözünü açmağa, mövcud qaydaların və özlərinin qüsurlarını göstərməyə başladılar. Təsadüfi deyildir ki, 

onu Azərbaycanın «Molyeri» adlandırırdılar.  

XIX  əsrin sonu - XX əsrin  əvvəllindəki Azərbaycan bədii nəsri qadın obrazları ilə  zəngindir. 

Avropa və Rusiyada baş verən sosial dəyişikliklərin səsi patriarxal Azərbaycana da gəlib çatırdı. 

Cəmiyyətdə qadına bir şəxsiyyət kimi maraq yarandı, yazıçılar qadının daxili dünyasına dərindən 

girməyə, onun gizli arzu və diləklərini öyrənməyə çalışırdılar. 

Qadının vəziyyəti probleminə Y.V.Jəmənzəminlinin yaradıcılığında da toxunulur. Yazıçının 

yaradıcılığı XX əsrin əvvəlində azadlıq hərəkatının və sinfi mübarizənin gücləndiyi şəraitdə formalaşmış, 

20-30-cu illərdə püxtələşmişdir. Hələ tələbəlik illərində yazdığı «Bizim qadınların vəziyyəti» traktatının 

adı, onun qadın mövzusuna olan marağına parlaq sübutdur. Bu əsərdə o, azərbaycanlı qadınların azad 

olunması ideyasını ardıcıl şəkildə irəli sürür. 



Yüklə 185,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə