Azərbaycan nasirləri tərəfindən yaradılmış qadın obrazları qalereyasında geniş yayılmış
fədakarlıq, düzgünlük, sadəlik, zəkalıq kimi müsbət əxlaqi keyfiyyətlərə malik olan savadsız evdar
qadındır. Bu Zeynəb, İssət, Şərəf (C.Məmmədquluzadə, «Danabaş kəndlinin əhvalatları») Yasəmən
(S.S.Axundov «Qaraca qız») və başqalarıdır.
Məşhur Azərbaycan dramaturqu J.Jabbarlının yaradıcılığında qadın mövzusuna həsr olunmuş bir
sıra əsərlər var. Diqqətəlayiqdir ki, müəllif əsərlərində göstərdiyi zəmanə problemlərinin başına
qadınların vəziyyəti problemini qoyurdu və əsərlərinə baş qəhrəman olan qadınların adını verirdi. Onun
inqilabdan əvvəl yazdığı erkən pyeslərində «Vəfalı Səriyyə» (1915), «Solğun çiçəklər» (1917) müəllif
sosial bərabərsizliyə qadın hüquqsuzluğuna geriliyə qarşı çıxır. Sovet dövründə yaradılmış «Qız qalası»
(1923-1924) poemasının əsasında qadınının faciəli taleyindən bəhs edən əfsanə durur. Məşhur «Sevil»
(1928) pyesində isə C.Cabbarlı inqilabdan sonra qadının azad olunması, yeni məişət və ailə problemlərini
açır. Baş qəhrəman Sevil obrazı azadlıq simvolu oldu.
Özünün «Almas» (1931) pyesində müəllif 20-ci illərdə Azərbaycan kəndində baş verən
dəyişikliklər fonunda gənc bir müəllimin həyatını təsvir etmiş və onun obrazını mərkəzdə qoymuşdur.
Sosialist incəsənətin problemlərindən bəhs edən «Dönüş» (1932) pyesində də gənc aktrisa Gülsabah
obrazı da nəzərdə durur. Qeyd etmək lazımdır ki, müəllif onun obrazına – yeni teatrın çiçəklənməsi
uğrunda, köhnəlik və ətalətlə mübarizə edən yeni qadın obrazına xüsusi diqqət verir. Gülsabah yazıçının
özünün yeni həyatın quruculuğunda teatr və incəsənətin rolu haqqında fikirlərinin, ideyalarının
özünəməxsus ruporudur.
Qeyd etmək lazımdır ki, o dövrün tənqidi dramaturqun əsərlərini təhlil edərkən, həmişə «qadın
mövzusu», «qadın obrazları» terminləri işlədib və onlarda qender aspekti görməyib. Amma məhz bu,
onun bir sıra əsərlərinin əsasını təşkil edir. C.Cabbarlı tərəfindən ustalıqla yaradılmış qadın obrazlarının
xarakterləri Azərbaycan ədəbiyyatında ən vacib mövzulardan olan – qadın və qadınların cəmiyyətdə
vəziyyəti mövzusunu daha da inkişaf etməsinə yardım göstərdi.
Beləliklə, Azərbaycan realist nəşrində qadın obrazlarının zənginliyi onu sübut edir ki, Azərbaycan
yazıçıları qadın problemlərini işıqlandırmaqla qender mövzusunun açılmasında böyük bədii
ümumiləşdirmələrə nail olublar. Bu da onlara başqa milli ədəbiyyatlarla müqayisədə öyrənmək üçün
zəngin material verən qender tədqiqatının obyekti kimi baxmağa imkan verir.
Qender mövzusunun inkişafına bu dövrün Amerika ədəbiyyatı da böyük pay vermişdir.
Məlumdur ki, ABŞ ədəbiyyatının ilkin dövrünü puritan («puritan literature») dövrü adlandırırlar. Bu
dövrün ədəbiyyatında ifadə olunan puritanizm hələ bir çox illər ədəbi inkişafa öz təsirini göstərdi. Buna
baxmayaraq, XIX əsrin sonu – XX əsrin əvvəllərində yaradılan Amerika bədii ədəbiyyatında puritanizmə
qarşı etiraz edən əsərlər də yaradılırdı. Bunun təzahürlərindən biri də ədəbiyyatda qender aspektinin
olması idi.
Bu mövzunun tədqiqi bizi mütləq məşhur Amerika yazıçısı T.Drayzerin yaradıcılığının təhlilinə
aparır, çünki orada qadın obrazları əsas yer tutur. Qeyd etmək lazımdır ki, onun ilk qəhrəmanları
qadınlardır. Bu Kerri və Jennidir.
T.Drayzerin ilk romanı «Kerri bacı» həyatı təsvir edən bir əsər kimi nəzərdə tutulmuşdu. Yeni
başlayan yazıçı öz şəxsi xoşbəxtlikləri və rifahları uğrunda mübarizə aparan sadə Amerika
vətəndaşlarının gündəlik həyatlarını bütün xırdalıqlarına qədər gördüyü kimi təsvir etmək istəyirdi.
Amerika üçün o zaman varlı olmaq xoşbəxtlik və xoşbəxt həyatın sinonimi idi. Əsər çap olunanda, tənqid
uzun müddət romanı qəbul etmədi, o dövrün populyar jurnalları əsərə heç bir reaksiya vermədilər. Onu
elə bil görmür, susaraq yan keçirdilər. Ancaq bir neçə əyalət qəzet və jurnalında gənc yazıçının Zolya və
Balzakla müqayisə edən coşğun rəylər çıxdı. Beləliklə, o, dövrün tənqidi başa düşmədi ki, T.Drayzer
«Kerri bacı» romanında fəhlə ailəsindən olan kasıb, sadə qızın həyatını geniş sosial fonda verməklə
Amerika ədəbiyyatında yeni səhifə açdı. Q.B.Fuller, S.T.Kreyn, H.Qariend, F.Norris kimi yazıçılarla
yanaşı Drayzer «nəfis ənənə» adlanan ədəbiyyata qarşı üsyan edərək geniş sosial mənzərə yaratdı.
Romanın əsas qəhrəmanı Karolina və ya ailədə çağırıldığı kimi Kerri bacı iş tapıb mövqe tutmaq
üçün Çikaqoya gəlir. Ayaqqabı fabrikində işə düzələn Kerri tezliklə varlı ticarət agenti Drenin məşuqəsi
olur, daha sonra öz həyatını dəbdəbəli barın varlı müdiri Herstvudla bağlayır. Bu əlaqə Herstuvudu
mənəvi və maddi iflasa gətirib çıxarır. O, evli olduğu üçün Kerri ilə evlənə bilmir, buna görə də dövlət
pullarını oğurlayaraq Kerri ilə qaçır. Lakin, yavaş-yavaş varlıdan dilənçiyə çevrilir və yurdsuzlar üçün
gecə yataqxanalarında qalır, Kerriyə isə kasıb Herstvud lazım deyil. Bu vaxt Kerri artıq məşhur aktrisaya
çevrilir. Məhz bu sücet «əxlaq qoruycularının» qəzəbinə səbəb olurdu. Onlar Drayzerin Kerrisini
yazıçının sələfləri olan Q.Ceyms və N.Hotornun əxlaqi cəhətdən təmiz, zərif qəhrəman qadınları ilə
müqayisə edirdilər. Həm də T.Drayzer öz romanını öz günahlarından qətiyyən peşman olmamış
günahkar qəhrəmanın həyatda müvəffəqiyyətlə irəliləməsinin təsviri ilə bitirir.
Kerri obrazının gerçək olduğundan şübhələnməyən tənqidin narazılığı onda idi ki, yazıçı Kerrini
Amerika həyat tərzinin nəyin bahasına olursa-olsun, həyatda müvəffəqiyyətə nail olmaq istəyən tipik bir
nümayəndəsi kimi təqdim etmişdi. O öz məqsədinə nail olur, şöhrət və zənginlik əldə edir, amma
xoşbəxt olmur. T.Drayzerin digər hekayələrində olan qadın xarakterləri – aktrisa Ernestina, yazıçı Oviliya
Brand, İda – də bu şəkildə həll olunub. Bu Amerika ədəbiyyatında hökmranlıq edən «xoşbəxt son»
ənənəsinə qarşı cəsur bir çağırış, həm də qadının psixlogiyasını, həyat maraqlarını və arzularını, kişilərlə
mnüasibətlərini təhlil edərək, qender problematikasını fərqli şəkildə həll etmək deməkdir. O qender
fərqlərini aradan qaldırmaq istəmir, amma öz yaşamları uğrunda praqmatizmini göstərir. T.Drayzerin
müxtəlif əsərlərində öz əksini tapmış «qadın» anlayışının və onun cəmiyyətdə rolunun çox geniş bir neçə
qender diskursunun olduğunu sübut edir.
Drayzeri hər şeydən əvvəl qadın və kişilərin onların spesifik qarşılıqlı asılılıq vəziyyətində
cəmiyyətdəki qender rollarının dəqiq təsviri və öyənilməsi maraqlandırır. Yazıçının qadına, onun
cəmiyyətdə rolu və vəziyyətinə həsr olunmuş digər məşhur «Jenni Herdhard» (1911) romanında bu
istiqamətdədir. Yazıçının yaratdığı qadın obrazlarından ən sevimlisi Jenni obrazı oxucuları öz
xeyirxahlığı, nəcibliyi, təmənnasızlığı ilə məftun edir.
T.Drayzerin «Qadınlar qalereyası» (1929) kitabı da qadın mövzusuna həsr olunmuşdur. Kitaba
qadın taleyindən bəhs edən 15 novella daxil olmuşdur. Müəllif «Ernita», «Ernestina» kimi novellarlarda
öz xoşbəxtliyi, həyatda öz yeri uğrunda mübarizə edən parlaq qadın obrazları yaradır. Təsadüfi deyil ki,
tənqid yekdilliklə novellaların çoxunu qəbul etmədi. T.Drayzerin yaradıcılığının sosial istiqaməti hər bir
xəbərsiz oxucuya aydın idi, amma tənqidçilər əvvəlki kimi sübut etməyə çalışırdılar ki, yazıçının əsas
zərbəsi puritanlığa qarşı yönəldilib. Tənqidçilər əsərlərin psixoloji zənginliyini, qadın qəlbinin, qadın
qəhrəmanı hər hansı bir hərəkəti etməyə təhrik edən faktorların və qadın davranışının təsvirinin
əhəmiyyətini görməyərək, yazıçının yaradıcılığının istiqamətinin bir neçə fərdi həyat hadisəsinin təsviri
olduğunu göstərməyə çalışırdılar.
Norveç yazıçısı H.İbsen 1879-cu ildə Avropa dramaturgiyasında bütöv bir dövr olan realist sosial-
psixoloji dram «Gəlincik evi» pyesini yazaraq, öz yaradıcılığında qadın və onun cəmiyyətdəki yeri
mövzusunu geniş əks etdirir. Bu ili yeni Avropa dramının doğulduğu il hesab etmək olar. Bu dram
psixoloji və sosialdır, böyük xarakterlər və böyük ideyalar dramıdır; əsasını zamanın əsas problemləri
haqqında mübahisə təşkil edən dramdır, analitik dramdır ki, əsas maraqlı olan bizim gözümüzün
önündə baş verənlər deyil, qəhrəmanların keçmişdə və, ondan asılı olaraq, indi baş verənlərə
münasibətidir. İbsenin analitik dramı adi drama görə epiloqdur. Hadisələr çox-çox əvvəl baş verib. Bizim
qarşımızda duranlar onların nəticələri və nəticələrin təhlilidir. Dramı real həyatın əksi kimi verməyə
çalışan İbsen, həqiqətdə olmayan kənar replikaları rədd edərək, mətnaltı (sətiraltı) verir, çünki bizim
fikirlərimiz və hisslərimiz bəzən tamamilə əhəmiyyətsiz sözlərin arxasında gizlənir.
«Gəlincik evi» dramında əsas ideya cəmiyyətin və qadına qarşı münasibətində etdiyi yolverilməz
ədalətsizlikdir. Qadınların hüquqlarının boğulması sosial bərabərsizlik probleminə çevrilir. Hadisələr
işləri çox yaxşı gedən vəkil Helmerin ailəsində baş verir. Helmer ağıllı və vicdanlıdır. Öz arvadını sevir.
Onun arvadı gözəl və xeyirxahdır. O həmişə nə isə zümzümə edir, balda tarantellanu elə oynayır ki,
hamı yekdilliklə onu ən cazibədar qadın hesba edir. Uşaqları onun üçün böyük sevincdir. Nora onlarla
oynayanda özü də uşağa dönür. Əri onu «torağay», «dələcik» deyə əzizləyir. Hamı onu himayəyə
ehtiyacı olan uşaq sayır. O özü də belə hesab edir ki, cavan və cazibəli olduğu qədər belə olmalıdır.
Hadisələrin inkişafı ilə müəllif, Noranın qəlbinin gizli həyatına daxil olur və bizi də oraya aparır. Məlum
olur ki, əylənən və əyləndirən Nora istəyir ki, onu təkcə qadın gözəlliyinə görə deyil, qəlbinə görə də
qiymətləndirsinlər.
Sücetdən məlum olur ki, toydan bir il sonra Helmer xəstələnir, həkimlər ona xaricə müalicəyə
getməyi məsləhət görür. Pulu olmayan Helmer borc almağı ağılsızlıq və həqarət sayır. Ərinin tərsliyinə
baxmayaraq, Nora onun həyatını xilas etmək istəyir.
Norveçin qanunlarına görə, qadın öz veksellərə imza ata bilməzdi. Ya əri, ya da atası ona zamin
olmalıydı. Nora ərinin borc almağa münasibətini bilirdi. Güvəniləcək adam ancaq atası idi. O qızına