Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi



Yüklə 40,33 Kb.
səhifə23/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   16   17   18   19   20   21   22   23   24
2. Qədim Şərq fəlsəfəsi

2) Manilik. Qədim dövr və erkən orta əsrlərdə Azərbaycanda geniş yayılmış dini-mistik və ictimai-fəlsəfi təlimlərdən biri də manilikdir. Bu təlimin banisi Nəqqaş Mani (216-274/76) olmuşdur. O, rəssam, filosof, həkim və mühəndis kimi şöhrət qazanıb. Bir çox Şərq ölkələrini gəzmiş, o cümlədən Hindistanda olmuş Mani təlimini zərdüştülik, buddizm, xristianlıq , qnostisizmin təsiri altında yaratmışdır. İyirmi dörd yaşında ikən sonralar manilik adlandırılan təlimini yaymağa başlamışdır.

İran Şahənşahı Şahpurun 243-cü ildə keçirilən tacqoyma mərasimində bu təlimi din olaraq qəbul etmişdir. Mani öz təlimini din hesab edir və deyirdi ki, onun yaratdığı din mövcud dinləri birləşdirməli, onlardan yüksəkdə durmalı, “universal” dünya dininə çevrilməlidir.

Zərdüştilikdə olduğu kimi maniliyin də əsasında dualist prinsip, başlanğıcın ikiləşməsi – Nur və Zülmətin mübarizəsi durur. Dünyada Nur və Zülmət ünsürləri bir-birinə qarışmışdır. Nur ruhu, Zülmət isə bədəni (materiyanı) təmsil edir. Dünya inkişafı prosesinin məqsədi insan qəlbində yer tapmış nur ünsürlərini materiyanın (bədənin) hakimiyyətindən azad etməkdir. Bu isə qatı asketizm vasitəsilə mümkündür.

Tədricən Manilikdəki Zülmət konkret sosial mahiyyət kəsb edərək dövlətin insanlar üzərində ağalığını bildirir və insanları hansısa mücərrəd şərə yox, zülmkar hökmdarlarla mübarizəyə səsləyir. Maniliyin mövcud dövlət quruluşunun əleyhinə çıxması iqtidar sahiblərini qəzəbləndirmiş və bu təlim tərəfdarları amansız təqibə məruz qalmışlar. Mani həbs edilmiş və zindanda ölmüşdür. Manilik təlimi isə bidət elan olunmuş, sonrakı dövrdə Xristianlıq və İslam dinləri tərəfindən sıxışdırılmışdır. Bununla belə, maniliyin xeyir və şər haqqındakı dualizmi Qərbdə Xristianlıq dünyasında müxtəlif təriqətlər, Şərqdə isə məzdəkilər tərəfindən təlqin edilmişdir.




Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə