Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi



Yüklə 40,33 Kb.
səhifə20/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   16   17   18   19   20   21   22   23   24
2. Qədim Şərq fəlsəfəsi

5. “Qanunçular məktəbi” – legizm. Təlimin banisi Şan Yan (m.ö.IV əsr) olub. Əsas prinsipləri “Şan tszyun şu” (“Şan əyalətinin hökmdarının kitabı”) traktatında əksini tapmışdır.

Bu təlim tərəfdarları konfusiçi ayinlərə qanunu (fa) qarşı qoymuş, inandırma, daha doğrusu əxlaqi məcburetmə metodundan imtina edərək, hüquqi məcburetmə və cəzalandırma metoduna üstünlük vermişlər. Onlarda vicdan qorxu ilə əvəzlənir. Dövlət haqqında böyük ailə kimi sadəlövh təsəvvürlər dövlətin qəlbsiz nəhəng mexanizm kimi təsəvvürlərlə əvəzlənir. Fəzilətli müdriklərin yerini məmurlar, xalqın atası kimi qəbul edilən hökmdarın yerini isə özünü əcdadlardan, xalq və hətta səmadan üstün tutan despot-hegemon tutur.

Dövlətin qüdrətini qanunçular əkinçilikdə görmüş, sənətkarlıq və ticarəti məhdudlaşdırmağa üstünlük vermişlər.

Şan Yan təkcə nəzəriyyəçi yox, həm də qanunçu-praktik olmuşdur. O bir sıra islahatlar keçirmişdir. Əkin sahələrinə xüsusi mülkiyyət tətbiq edilmiş, ölkədə qarşılıqlı çuğulçuluq sistemi qurulmuşdur.

Konfusiçilikdə olan idarəetmə üsuluna qarşı çıxan Şan Yan bəyan edir ki, əsl fəzilət cəzadan törəyir və onu ölüm hökmləri və ədalətin zorakılıqla barışdırılması yolu ilə əldə etmək olar.


Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə