Mövzu Milli iqtisadiyyat və ictimai təkrar istehsal


İctimai təkrar istehsal bütövlükdə iqtisadiyyatın əsası kimi



Yüklə 24,17 Kb.
səhifə2/4
tarix25.03.2023
ölçüsü24,17 Kb.
#103203
1   2   3   4
Mövzu 2

2.2. İctimai təkrar istehsal bütövlükdə iqtisadiyyatın əsası kimi.
Ictimai təkrar istehsal daim, qarşılıqlı təkrarlanma əlaqəsində və özünün arasıkəsilməz bərpa olunma axınında ictimai istehsal prosesidir.
Cəmiyyət istehlakı və istehsalı dayandıra bilməz. Daimi slaqədə, özünün arasıkəsilməz bərpa olunma axınında nəzərdən keçirilən istənilən istehsal prosesi isə eyni zamanda həm iə inkişaf etmiş bazar iqtisadiyyatında əmtəə və pul tədavülü olmadan qeyri-mümkün olan təkrar istehsal prosesidir.
İstehsalın bütün elementlərini daim təkrar istehsal etmədən cəmiyyət mövcud ola bilməz. Başqa sözlə, iqtisadi sistem fəaliyyət göstərə bilmək üçün xammal, istehsal yasitələri, iş qüvvəsini yalnız istehsal elementləri kimi deyil, həm də iqtisadi münasibətlər kimi təkrar istehsal etməlidir. Özü də bu münasibətlərin subyektləri kimi ayrı-ayrı iqtisadi agentlər deyil, iriləşdirilmiş, ümumiləşdirilmiş qruplar və ya «aqreqatlar» çıxış edir.
İctimai əməyin bölgüsü və istehsalçılarm iqtisadi təcridliyi üzərində qurulan bazar təsərrüfatçılıq sistemində təkrar istehsal bütün əmtəələrin satılması, bütün istehsal yasitələri və istehlak şeyləri əvəzlənməsi şərti ilə mümkündür. Bu şərt müəyyən xalq təsərrüfatı proporsiyalarmın gözlənilməsini nəzərdə tutur.
İlk dəfə bu nəticəyə makroiqtisadi təhlilin banisi fransız iqtisadçısı Fransua Kene gəlmişdi. Onun «İqtisadi cədvəl» əsəri, «Taxıl», «Fermerlər» və s. məqalələri iqtisadi tədqiqatlarda yeni istiqamət açmışdı.
F.Kenenin təkrar istehsal modeli onun xalis məhsulun yaradılması və mənimsənilməsindəki iştiraka görə fərqləndirilən siniflər nəzəriyyəsi ilə sıx bağlıdır. Keneyə görə millət üç sinifdən ibarətdir: məhsuldar, mülkiyyətçi və qeyri-məhsuldar. Birinci sinif xalis məhsul yaradır, ikinci sinif (kral, senyorlar, kilsə) xalis məhsulu mənimsəyir, üçüncü sinfə isə o, başqa işləri yerinə yetirən, kənd təsərrüfatı ilə məşğul olmayan, xalis məhsulu mənimsəməyən və yaratmayan, yalniz kənd təsərrüfatı məhsulunu başqa natural formaya çevirər vətəndaşları aid edirdi. O, kapitalistfermerləri və fəhlə-torpaq mülkiyyətçilərini fərqləndirmir, onları vahid istehsalçı sinifdə birləşdirirdi.
F.Kenenin xidmətləri yalnız təkrar istehsal prosesini maddi nemətlərin təkrar istehsalı kimi deyil, həm də siniflərin təkrar istehsalı, yəni istehsal münasibətləri kimi təqdiır etməsindədir. O, birinci olaraq əsas və törəmə gəlirlər məsələsini qaldırmışdı. F.Kene xarici ticarəti, qiymətlərin dəyişkənliyini nəzərə almadan yalnız sadəcə təkrar istehsalı təhlil edirdi. Onun təkrar istehsal nəzəriyyəsində əsas yer: realizasiya problemi tutur.
F.Kenenin təkrar istehsal modeli göstərir ki, istehsal prosesinin təkrarlanması proporsionallıq şəraitində mümkün olur ki, bu da rəqabət və qiymətlərin azad rəqs etməsi əsasında, yəni təbii qaydada əldə olunur. DövLətin müdaxilə etməsi bu qaydanı pozur. Təbii qayda konsepsiyası təbiət qanunlarınm əbədiliyini iqtisadi qanunlara şamil edirdi.
Maddi nemətlər istehsalı istənilən cəmiyyətdə arası kəsilməz təkrarlanan proses və ya təkrar istehsaldır.
Təkrar istehsal prosesi üç prosesinin məcmu ictimai məhsulun, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin təkrar istehsalının vəhdətidir. Bu üç prosesi yalnız nəzəri olaraq bir-birindən ayırmaq olar, real gerçəklikdə islə onlar vəhdətdə və qarşılıqlı əlaqədə həyata keçirilirlər. İstehsalın fasiləsiz bərpasmın və inkişafınm maddi əsasm məcmu ictimai məhsul təşkil edir ki, o da bazar iqtisadiyyatı şəraitində əmtəə xarakteri alır və onun satışı fasiləsiz istehsal üçün zəruridir. Buna görə də ictimai istehsalın əsax problemi məcmu ictimai məhsulun satışıdır. Məhsuldaı qüvvələrin təkrar istehsalı iş qüvvəsi və istehsal vasitələri nin təkrar istehsalını ehtiva edir. İş qüvvəsinin təkrar istehsalını özünəməxsusluğu ondadır ki, insan özünü yalnıs müəyyən keyfiyyətdə və tipdə olan işçi kimi təkrar istehsa etmir. Bu prosesin olduqca mühüm hissəsi təbii resurslarır təkrar istehsalı və ya iqtisadi artımm təbii şəraitinin təkraı istehsalıdır. Cəmiyyət inkişaf etdikcə təkrar istehsa get-gedə daha çox ekoloji-iqtisadi səciyyə daşımağa başlayır.
Təkrar istehsal ictimai istehsalın dörd mərhələsinin hamısını:

  1. İstehsalın özünü (cəmiyyətin mövcudluğu və inkişafı üçün zəruri olan maddi nemətlərin yaradılması prosesi);

  2. Bölgünü (istehsal olunmuş məhsulda cəmiyyət üzvlərinin hər birinin paymın, keyfiyyətinin, iştirakmm proporsiyalarının müəyyənləşdirilməsi prosesi);

  3. Mübadiləni (maddi nemətlər və xidmətlərin bir subyektdən digərinə hərəkəti prosesi və istehsalçı və istehlakçılarm ictimai maddələr mübadiləsini ahatələyən ictimai əlaqə forması);

  4. İstehlakı (istehsalın nəticələrinin müəyyən tələbatlarm ödənilməsi məqsədilə istifadə edilmə prosesi)

əhatə edir. Bütün bu mərhələlər (məqamlar) qarşılıqlı əlaqədardır.
5.Cəmiyyətin tərəqqidə olan inkişafının şərti maşın texnikasına əsaslanan geniş təkrar istehsaldır. İctimai kapitalın genişlənmə (yığım) mənbəyi izafi dəyərdir.
6.İctimai istehsalın arasıkəsilməzliyinin şərti məhsulun illik həcmi ölçüsündə maddi, ictimai ehtiyatın yaradılması və mövcudluğudur.
Təkrar istehsal istehsalın quruluşu və cəmiyyətin tələbatları arasında tənasüblüyün, yəni müəyyən proporsionallığın olmasmı nəzərdə tutur. Bütün ictimai istehsal aşağıdakılara bölünür: I - istehsal vasitələrinin istehsalı və II - istehlak şeylərinin istehsalı. Birinci bölmənin inkişafı üstündür
Milli iqtisadiyyatda təsərrüfat fəaliyyəti olduqca müxtəlifdir. Təsərrüfat subyektləri arasında ən müxtəlif münasibətlər mövcuddur. Müəssisələr istehsal edir və satırlar, ev təsərrüfatları istehlak edir və yığımı həyata keçirir; dövlət büdcə təşkilatları vergiləri yığır və kollektiv tələbatları ödəyirlər. Milli iqtisadiyyatdakı çoxsaylı dolaşıq prosesləri sadələşdirmək üçün istehsal və istehlak mərhələlərinin fasiləsiz təkrarlanmasmı iqtisadi dövriyyə modeli şəklində təsəvvür etmək olar. Bu zaman eyni cür təsərrüfat vahidləri bölmələrdə, analoji təsərrüfat əməliyyatları isə axm kəmiyyətlərində (əmtəə və xidmətlər axmı və ya əmtəə tədavülü və pul axmı və ya pul tədavülü) birləşdirilir (ümumiləşdirilir).
İqtisadi dövriyyənin əsas yaradıcı hissəsi cəmiyyətə (ev təsərrüfatlarına) lazım olan məhsulları və xidmətləri hazırlayan müəssisələrdir (firmalardır). Müəssisələr təcrid olunmuş yox, yalnız onların məhsullarına tələbi yaradan alıcılarla deyil, həm də resursların hərəkəti ilə sıx, onların mövcudluğu üçün zəruri olan əlaqədə fəaliyyət göstərirlər. Bu qarşılıqlı əlaqələr istehsal olunmuş məhsulun satıldığı istehlak bazarında alış-satış vasitəsilə, həm də istehsal amillərinin almdığı resurslar bazarında həyata keçirilir. Bu qarşılıqlı əlaqələrin daim bərpa olunması, təkrarlanması və davam etdirilməsi ictimai istehsalın meyarı qismində çıxış edir.
Bazar iqtisadiyyatında əlaqə forması - bazardır. Bu o deməkdir ki, iqtisadi dövriyyədə olan bütün nemətlər iki mövcudluq formasma malikdir: natural-əşyavi və pul.
Ev sahibləri dövlətə birbaşa vergilər ödəyir (gəlir vergisi, əməkhaqqında n vergi, torpaq vergisi, avtomobilə görə və s.), dövlətdən isə əməkhaqqı və maaş, transfert ödənişləri (dövlət ödənişləri, pensiya, təqaüd, mənzil haqqma dotasiya və s.) alırlar.
Müəssisələr (firmalar) dövlətə dolayı (dövriyyə vergisi, mədən vergisi, aksiz) və birbaşa (şirkətin mənfəət vergisi, sosial sığortaya görə ödənişlər) vergilər ödəyir, dövlətdən isə subsidiya şəklində transfert ödənişləri, vergi güzəştləri, mükafatlar, güzəştli borc, büdcə təşkilatlarınm cari xərclərinin ödənilməsini alır.
Bu model qapalı milli iqtisadiyyatda iqtisadi dövriyyəni səciyyələndirir. Açıq milli iqtisadiyyatın dövriyyəsi daha bir təsərrüfat subyektinin - xaricin əlavə olunması ilə mürəkkəbləşir. Bu proseslərin daim təkrarlanması və davam etməsi ictimai təkrar istehsalın məzmununu təşkil edir.


Yüklə 24,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə