Mövzu Milli iqtisadiyyat və ictimai təkrar istehsal


İctimai istehsalın quruluşu



Yüklə 24,17 Kb.
səhifə3/4
tarix25.03.2023
ölçüsü24,17 Kb.
#103203
1   2   3   4
Mövzu 2

2.3. İctimai istehsalın quruluşu.
Maddi istehsal sahəsindən qeyri-istehsal sahəsini və ya qeyri-maddi istehsal sahəsini fərqləndirmək lazımdır. Ona səhiyyə, maarif, elm (mübahisəli), mədəniyyət, incəsənət mənzil, kommunal təsərrüfatı, məişət xidməti, idarəetmə maliyyələşdirmə və kreditləşmə, sərnişin nəqliyyatı, rabite (qeyri-istehsal sahələri təşkilatlarına və əhaliyə xidmət göstərən), idman və s. aiddir.
Maddi istehsal sahəsində sərf olunan, maddi nemətləı yaradan əmək məhsuldar əmək kimi çıxış edir. Qeyri-məhsuldar əmək maddi nemətlər yaradılmasında iştirak etməyən əməkdir. Məhsuldar əmək və qeyri-məhsuldar əməl ictimai faydalıdırlar, cəmiyyətin inkişafı üçün zəruridirlər. Əməyin məcmu ictimai məhsulunun səmərəliliyinə rəvac verirlər.
Yalnız əşyalar, maddi nemətlər deyil, maddi (təmir, nəqliyyat, saxlama) və qeyri-maddi (təhsil, səhiyyə, mədəniyyət, məişət) səciyyəli xidmətlər də ictimai faydalı ola bilirlər. İstehsal tələbatları elmi, informasiya, nəqliyyat vs başqa xidmətlərlə təmin edilir. Bütün xidmətlərin məcmusu xidmət sahəsini əmələ gətirir.
İstehsal və şəxsi xidmətlər ictimai məhsulun tərkib hissəsidir, onların istehsalına sərf olunan əmək isə ictimai faydalı əməkdir.
ETİ müstəqil maddi məhsul yaratmayan, amma mühüm ictimai funksiyalar yerinə yetirən xidmət sahəsinin sürətlə inkişafını şərtləndirdi. Bu sahəyə istehsal və sosial infrastrukturlar aiddirlər.
Müasir təkrar istehsalda hərbi texnika sahəsi də əhəmiyyətli rol oynayır. Bundan başqa, bəzi ölkələrdə (monoixtisaslaşmış, məsələn, neft üzrə) sıfır bölməsini də - neft hasilatını- fərqləndirirlər.
İctimai təkrar istehsal üçün istehsalda iki bölmənin olması zəruridir: I - istehsal vasitələrinin istehsalı, II - istehlak şeylərinin istehsalı. Belə bölgü istehsal vasitələri və istehlak predmetlərinin təkrar istehsal prosesində xeyli fərqli funksiyalar yerinə yetirməsi ilə əlaqədardır. Əgər birincilər əsasən məhsuldar qüvvələrin əşyavi, maddi elementlərinin təkrar istehsalına xidmət edirlərsə, ikincilər insan kapitalınm təkrar istehsalına xidmət edirlər.
Müasir ictimai istehsal yalnız maddi istehsalı (I və II bölmələri) deyil, həm də qeyri-maddi sahəni - bütün sahələrin məcmusu III bölməni əmələ gətirən qeyri-maddi xidmət və nemətlər istehsalını və nəhayət, IV bölmə kimi nəzərdən keçirilməsi daha məqsədəuyğun olan hərbi iqtisadiyyat sahəsini ehtiva edir. İctimai istehsalın belə quruluşu müasir əsaslı keyfiyyət dəyişikliklərini nəzərə alır. Bu həm də dərk etməyə imkan verir ki, III və IV bölmələr özü-özlüyündə istehlak və istehsal təyinatlı heç bir maddi substansiya istehsal etmirlər (konvərsiya istehsalından başqa). Bundan belə bir nəticə çıxır: III və IV bölmələrin doldurulmasının maddi mənbəyi və bu bölmələrin istehlak tələbinin əmtəəylə ödənilməsi (təmin edilməsi) üçün maddi mənbə ictimai istehsalın I və II bölmələri (yəni sahələri) tərəfindən yaradılan ictimai məhsuldur. Ictimai təsərrüfatın tarazlaşdırılması üçün bütün bunlar nəzərə alınmalıdır.
Beləliklə, ictimai istehsalın quruluşu təkrar istehsalın sürəti və miqyasına təsir edir. Iqtisadiyyatın durğunluq və ya böhranlı vəziyyətinin aradan qaldırılması ictimai istehsalın quruluşunun normallaşdırılması yolu ilə mümkündür. Müasir «Ekonomiks» də milli iqtisadiyyatın quruluşu müxtəlif bölmələrin məcmusu kimi nəzərdən keçirilir ki, bunlardan da ən mühümləri aşağıdakılardır:
ev təsərrüfatları bölməsi: ona ölkənin bütün ailələri daxildir və o, fəaliyyətini tələbatlarm ödənilməsinə yönəldir;
sahibkarlıq bölməsi: ölkə daxilində qeydiyyatdan keçmiş və öz fəaliyyətini mənfəət götürmək üçün təşkil edən firmaların bütün məcmusunu özündə birləşdirir;
dövlət bölməsi: bütün dövlət institutları və təsisatlarından ibarətdir. Bu bölmə ictimai nemətlər istehsalını təşkil edir və sosial ödənişləri həyata keçirir, ölkənin milli gəlirini iqtisadiyyatın ayrı-ayrı bölmələri arasında təkrar bölür, milli iqtisadiyyatda pul vəsaitləri təklifini təmin edir və ölkənin xarici iqtisadi əlaqələrinin tənzimlənməsi üzrə bu və ya digər kompleks tədbirləri görür.Digər makroiqtisadi subyektlərdən fərqli olaraq dövlət öz iqtisadi fəaliyyətinin həyata keçirilməsində öz maraqlarını deyil, ümummili maraqları əldə rəhbər tutur;
xarici bölmə- daimi yerləşmə yeri ölkə hüdudlarından kənarda olan bütün iqtisadi subyektlərin məcmusudur. Xarici bölmənin milli iqtisadiyyatın iqtisadi subyektləri ilə qarşılıqlı əlaqəsi xarici iqtisadi əlaqələr zəminində qarşılıqlı əmtəə, xidmətlər, milli valyuta və kapital mübadiləsi vasitəsilə həyata keçirilir.
Müasir iqtisadi ədəbiyyatda həmçinin real (real əmtəə və xidmətlər və s. istehsalı ilə bağlı olan) və maliyyə bölməsi də fərqləndirilir. Sonuncu bu gün real istehsala pul qoymadan puldan pul «düzəltməyə» imkan verir.
İqtisadi bölmələrin qarşılıqlı əlaqələrinin əsas hissəsi onların makroiqtisadi ümumiləşdirilmiş bazarda qarşılıqlı təsiri prosesində formalaşır.


Yüklə 24,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə