Mövzu “BİTKİ ekologiyasi” FƏNNİNİn predmeti, İNKİŞaf tariXİ VƏ problemləRİ. Plan


MÖVZU 6. BİOTİK VƏ ANTROPOGEN AMİLLƏRİN BİTKİLƏRƏ



Yüklə 452,13 Kb.
səhifə5/6
tarix14.10.2017
ölçüsü452,13 Kb.
#4732
1   2   3   4   5   6

MÖVZU 6. BİOTİK VƏ ANTROPOGEN AMİLLƏRİN BİTKİLƏRƏ

EKOLOJİ TƏSİRİ

PLAN

  1. Zoogen amillərin bitkilərlə qarşılıqlı əlaqələri

  2. Fitogen amillər

  3. Antropogen amilin fitosenozlara təsiri

ƏDƏBİYYAT

1. Babayev F.Ə. Bitki ekologiyası. Bakı, 2003, 232 səh.

2. Novruzov V.S., Qurbanov E.M, İsmayılova Z.M. Bitki ekologiyası (geobotanika əsasları ilə) Bakı, 1998, 197 səh.

3. Горышина Т.К. Экология растений. Москва, 1978.

4. Двoраковский М.С. Экология растений. Москва, 1983, 190 c.

5. Культиасов И.М. Экология растений. Москва, 1982.

6. Лархер В. Экология растений. Москва, 1978.

7. Шенников А.П. Экология растений. Москва, 1950.



  1. Zoogen amillərin bitkilərlə qarşılıqlı əlaqəsi

Bitkilər təbii halda ayrıca yaşamayıb, biosenozlar əmələ gətirirlər. Burada onlar bir-biri ilə və biogeosenozun digər canlı komponentləri (heyvanlar, göbələklər, bakteriyalar və viruslarla) ilə qarşılıqlı əlaqədə olurlar.

Heyvan və bitkilərin qarşılıqlı əlaqələri, əsasən qida zənciri vasitəsilə həyata keçirilir. Heyvanlar qida maddələri və enerjini bitkilərdən alırlar. İlkin konsumentlər, yəni otyeyən heyvanlar, bitkilərdə parazitlik edən həşərat və bu kimi digərləri həyati vacib materialları birbaşa canlı bitkilərdən alırlar. II, III və s. pillə konsumentlərin də qəbul etdikləri qida bitki mənşəli qidanın qəbulu sayəsində formalaşmış olur. Redusentlər isə az və ya çox dərəcədə çürümüş ölü bitki qalıqları ilə qidalanırlar (yağış qurdu, bəzi buğumayaqlılar və s.).

Bununla yanaşı bitkilərlə heyvanlar arasında çox müxtəlif əlaqələr mövcuddur:

1.Heyvanlar (əsasən həşərat, bəzən isə quş və məməlilər) çiçəklərin tozlanmasında iştirak edirlər.

2. Meyvə və toxumların yayılmasında zoogen amil əhəmiyyətli rol oynayır. Toxum və meyvələrin heyvanlarla yayılması zooxoriya (yunanca zoo-heyvan, xoreo-gedirəm) adlanır. Əgər toxum və meyvələr müxtəlif vasitələrlə heyvanlar üzərinə yapışıb yayılarsa bu, epizooxoriya (epi-üzərində), əgər onlar heyvanların qida traktında daşınırsa-endozooxoriya, qarışqalar vasitəsi ilə daşınarsa –mirmekoxoriya (mirmeks-qarışqa) adlanır. Heyvanlar toxumları yaymaqla fitosenozların bərpasına və inkişafına böyük təsir etmiş olurlar.

3. Otarılma nəticəsində heyvanlar bitki örtüyünə təsir edirlər. Bu təsirlər aşağıdakı istiqamətlərdə olur:

-sürülər bitki örtüyünün nisbətən zəif elementlərini məhv edir;

-tikanli, pis iyli və şirəli bitkilərin çoxalmasına, yaxşı çəmən və otlaqların alaqlanmasına səbəb olurlar;

-toxumlari ayaqlayaraq torpağa basdırmaqla, yaxşı cücərməyə təsir edirlər.

4. Heyvanlar öz fəaliyyətləri ilə torpağın xarakter və xüsusiyyətlərini (mexaniki və kimyəvi tərkibini) dəyişirlər ki, bitkilər üçün yeni ekoloji şərait yaratmış olurlar. Bir neçə misal göstərək:

-heyvanlar torpağı tapdalamaqla onun fiziki strukturunu dəyişir və bitki örtüyü tədricən kserofitləşir;

-torpaq eşən heyvanlar (sümbülqıran və s.) torpağın aşağı qatlarını yuxarı qaldırır;

-torpaq qurdları (yağışqurdu və s.) və qarışqalar öz fəaliyyətləri ilə torpağın aerasiyasına təsir edirlər;

-heyvanlar ifrazatları ilə torpağı münbitləşdirir və onu nisbətən məhsuldar edirlər. Aerasiyalı və münbit torpaqlarda bitən bitkilər digərlərindən fərqlənir.

5) Heyvanlar bitkilər (həşəratyeyən bitkilər) tərəfindən qida kimi istifadə olunur (milçəktutan, qovuqlu bitki, küpəotu, şehçiçəyi və s.).

6) Heyvanlar bəzi bitkilərlə çox mürəkkəb qarşılıqlı əlaqədə olurlar. Bitkilərlə qarışqalar arasında belə əlaqələr mövcuddur. Tropik ölkələrdə bitən epifit növlərin kökdən ifrazatı qarışqaları cəlb edir, Qarışqalar isə öz növbəsində bu zonaya gətirdikləri bitki və heyvan qalıqları ilə bitkinin qidalana biləcəyi üzvi və qeyri-üzvi maddələr toplamış olurlar. Digər bir misal: mənənələrin ifrazatı ilə qidalanan qarışqalar, onları bitkinin sirayətlənməmiş budaqlarına daşımaqla, bitkinin daha da zəifləməsinə səbəb olurlar.



  1. Fitogen amillər

V.N.Sukaçev (1975) və A.P.Şennikov (1964) bitkilər arasındakı qarşılıqlı əlaqəni fitosenozun ən əhəmiyyətli və xarakterik əlaməti hesab edirdilər. V.N.Sukaçev fitosenozda bitkilər arasındakı qarşılıqlı əlaqəni-koaksiya adlandırır. O, bu əlaqələri 3 kateqoriyada birləşdirir:

1. Birbaşa və ya kontakt koaksiyalar –kontaktda olan bitkilərin birinin digərinə birbaşa təsirləri aiddir. Parazit, yarımparazit, lian, epifit və digər fitogen amillərlə bitkilər arasındakı birbaşa təsirləri misal göstərmək olar.

2. I dolayı transbiotik koaksiyalar – bir ali bitkinin digər ali bitkiyə müxtəlif orqanizmlərlə (əsasən mikroblarla) təsirləri aiddir (məsələn, mikrobiotik mühit yaratmaqla).

3. II dolayı transbiotik koaksiyalar –bir növün digərinə yaşayış yerinin kimyəvi və fiziki xassələrini dəyişməklə müxtəlif təsirləri aiddir.

Bu üç qarşılıqlı əlaqə kateqoriyası arasında kəskin sərhəd yoxdur. Bitkilərin birinin-digərinə təsirlərinin nəticəsi mənfi və müsbət ola bilər. Başqa sözlə, bitkilər arasında


  1. Rəqabət, parazitlik, kommensalizm və

  2. Qarşılıqlı faydalı əlaqə (simbioz) formaları mövcuddur. Birinci halda bir tərəf, ikinci halda isə iki tərəf az və ya çox dərəcədə faydalanmış olurlar.

Rəqabət –birgə yaşayış şəraitində fərdlərin bir-birini sıxışdırması ilə təzahür edir. Fotisenozda növdaxili və növlərarası rəqabət əhəmiyyətli ekoloji amillərdəndir.

  1. Növdaxili rəqabət

Eyni növün fərdlərinin yaşayış yerində ekoloji tələbatı oxşar olduğundan, onlar arasında kəskin rəqabət gedir. Ancaq növdaxili əlaqələr növün həyatının ayrı-ayrı dövrlərində rəqabət forması almaya da bilər. Məsələn, A.L.Belqrad (1971) göstərir ki, ana şam ağacı ətrafında bitmiş şam cücərtiləri ilə ana bitki arasında ilk dövrlər rəqabət olmur. Əksinə, ana ağac cücərtiləri günəş və küləkdən, həddindən artıq buxarlanmadan və digər mənfi təsirlərdən qoruyur. Cücərtinin yeraltı və yerüstü hissələri güclü inkişaf etdikdən sonra isə ana və cavan bitkilər arasında qida maddələri və işıq uğrunda rəqabət başlayır.

  1. Növlərarası rəqabət

Ç.Darvin yaşamaq uğrunda növdaxili mübarizənin növlərarası mübarizədən kəskin getdiyini qeyd edirdi. Növlər arasında da ekoloji tələbat nə qədər oxşardırsa, rəqabət bir o qədər güclü olur. Məsələn, quraq çöl zonasında salınmış qarışıq meşədə (palıd, göyrüş, ağcaqayın, ağ akasiya və s. ilə) şam məhv olduğu halda, təkcə şamdan ibarət əkmələr şam meşəsinə çevrilir. Q.F.Morozov (1949) bunu ağ akasiya və digərlərinin kök sisteminin yaxşı inkişaf etməsi və şam köklərinin yayıldığı sferanı tam tutması ilə izah edir.

M.S.Dvorokovskiy müəyyən etmişdir ki, ağ akasiyanın kök sistemi cavan palıdın kök sisteminə pis təsir etdiyi halda, tatar doqquzdonu və tatar ağcaqayınının kök ifrazatı palıd köklərinin inkişafını stimullaşdırır. Lakin boy atmış palıd doqquzdonun böyüməsinə maneə olur.

Neçayev plikultral nəzəriyyəsi ilə növlərarası rəqabəti tənzimləməyə çalışmışdır.

Simbioz əlaqələri. Simbioz əlaqədə olan canlılar bir-birindən qarşılıqlı sürətdə faydalana bilirlər. Göbələklərlə (əsasən çantalı) yosunlar (yaşıl və göy-yaşıl) arasındakı simbioz əlaqə tipik misaldır. Palıd, şam, cökə və digər ali bitki kökləri ilə göbələyin mikoriza (endotrof və ekzotrop mikoriza) adlanan birgə yaşayışı ikinci misal ola bilər.

Parazit əlaqələr. Belə əlaqə zamanı bir bitki növü öz qidasını və ya ayrı-ayrı qida maddələrini digərindən əldə edir. Ali bitkilər içərisində yaşıl yarpaqlardan məhrum, qidasını sahib bitkidən alan bitkilər vardır ki, onlar tam parazitlər adlanır (sarı sarmaşıq və kəhrə). Sarı sarmaşıq bitkilərin gövdəsinə, kəhrə isə köklərinə qaustoriya atır.

Yarımparazit əlaqələr. Ağ öskə otu (omela) tipik yarımparazitdir. Quba-Dəvəçidə alma ağacında çox təsadüf olunur. Yaşıl bitkidir, yarpağı xlorofillə zəngindir. Sahib bitkinin (ağ şam, alma, cökə) oduncağından su və onda həll olan mineral maddələri sorur, yarpaqlarında fotosintez gedir.

Respublikamız ərazisində yarımparazitlərdən çınqılotu növləri, kəpənəkgülü, meşə yuvaotu, Qafqaz gözotu, şaxəli gözotu və digərləri yayılıb.

Pedikilaris cinsi nümayəndələri də yarımparazitlərdir. Onun kökləri su və duzların bir qismini torpaqlardan, digər qismini isə kontaktda olduğu bitkidən alır.

Kommensalizm –elə əlaqə formasıdır ki, bir orqanizm digərindən faydalanır, lakin faydalandığı orqanizmə heç bir xeyri və zərəri olmur. Lian və epifitlərin bitkilərlə əlaqəsi kommensalizmə ən yaxşı misaldır.

Lianlar. Bunlar digər bitkilərdən dayaq kimi istifadə edən bitkilərdir. Mexaniki toxumalar zəif olduğundan lian gövdələri şaquli vəziyyətdə dura bilmirlər. Digər bitkiyə dolaşaraq yarpaqlarını işığa çıxarırlar. Paxlalılarda təpə yarpaqların, üzümdə zoğların, Clematis cinsində yarpaq saplıqlarının şəkildəyişməsi olan bığçıqlarla dayaqlara bağlanırlar. Tropik rütubətli meşə lianları gövdəsində çoxlu əlavə köklər əmələ gəlir ki, bu köklər vasitəsi ilə dayağa bağlanırlar.

Epifitlər-digər bitkilərdən substrat kimi istifadə edərək, onlar üzərində yaşayan bitkilərdir. Epifitlər sahib bitkidən qida almır. Ancaq P.U.Riçards (1961) hesab edir ki, sahib bitkinin yarpaq və digər orqanlarının ifrazatında olan elementlərdən epifit istifadə edir. Lənkəran-Astara bölgəsində apelsin ağacında epifit səhləbə tez-tez rast gəlinir. Təbiətdə epifitlərdən başqa yarımepifitlərə və psevdoepifitlərə də rast gəlinir.

Yarım epifitlər əvvəlcə həqiqi epifitlər kimi böyüyür, sonra aşağıya doğru kök atır, köklər ağaca sarılır və nəhayət torpağa çataraq, bitki sərbəst yaşamağa başlayır. Clusia rosea-boğucu fikuslar xarakterik yarımepifitdir.

Psevdoepitlər əsasən torpaqda yaşayan bitkilərdir. Bəzən onlara gövdənin budaqlanan yerlərində və çatlarda toplanmış torpaqda da rast gəlinir.



  1. Antropogen amilin fitosenozlara təsiri

İnsanın təbiətə və eləcə də bitkilərə təsiri getdikcə daha da güclənir. İnsanın fəaliyyəti nəticəsində bütün qitələrin bitki örtüyü ciddi dəyişikliyə uğrayır. İnsan bitki örtüyünə müsbət və mənfi təsir göstərir.

Yabanı bitkilərin mədəniləşdirilməsi, yeni sortların alınması, bitkilərin toxum və vegetativ hissələri ilə yayılması, floranın zənginləşdirilməsi, aqrosenozların salınması və s. müsbət təsirlərə aiddir.

Tullantılarla hava, su və torpağın çirkləndirilməsi, rekreasiya (müəyyən sahənin kütləvi istirahət yerinə çevrilməsi), meşələrin qırılması, otlaqların ottarılması və çalınması, mineral gübrə və pestisidlərdən istifadə edilməsi, yollar çəkmək, su anbarları tikmək, bitki örtüyünü yandırmaq və s. antropogen təsirin zərərli formalarındandır.


  1. Havanın çirklənməsi bitkilərə çox pis təsir edir. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində havaya buraxılan təkcə kürürd qazı şibyələri və digər bitkiləri məhv edir. Kükürd qazı havada su buxarı ilə birləşib “turşulu yağış” şəklində yerə tökülür. “Turşulu yağışlar” İsveçrənin və Kanadanın şimalındakı göllərdə pH-ı aşağı (4-5-ə) salmış, bir sıra bitki və heyvanların tələf olmasına səbəb olmuşdur.

  2. Rekreasiya. İnsanlar bitki örtüyündə çox gəzdikdə torpaq və bitkilər tapdanır. Bitkilər zədələnir, məhv olur. Torpağın bərkiməsi köklərin inkişafını pisləşdirir. Nəticədə, növlərin sayı azalır və bəzən sıradan çöxırlar. Azsaylı növlərin gül-çiçək kimi toplanması bu prosesi daha da gücləndirir.

  3. Meşənin qırılması - insanın biosenoza ən güclü təsir formasıdır. Meşənin qırılması meşə fitosenozunun ot və kol fitosenozu ilə əvəz olunmasına, bu sahələrdə torpaqların eroziyasına səbəb olur. Hazırda rütubətli tropik müşələrin 40%-i məhv edilmişdir. Dəqiqədə tropikada 20 hektar meşə qırılır. Qırılma meşənin əmələ gəlməsindən 18 dəfə çoxdur.

  4. Ərazilərin mənimsənilməsi, yerli təbii fitosenozların məhv edilib yerində aqrosenozlar salınması (Tuqay meşələri, ABŞ-da nəhəng meşə massivləri) bəzi növlərin Yer üzündən silinməsinə doğru aparır. Qeyd edək ki, biosenozda hər bir bitki növü məhv olduqda, özü ilə 5 onurğasız heyvanın məhvini şərtləndirir. Bir sıra ölkələrdə (ABŞ, Almaniya, Yaponiya və s.) floranın 5-10%-i sıradan çıxmışdır. Hazırda dünyada 20 min bitki növünün mühafizəyə ehtiyacı vardır. Onlardan 250 növü məhv olmaq təhlükəsində olduğuna görə Beynəlxalq qırmızı kitaba daxil edilmişdir.

  5. Heyvanların otarılması və otlaqların biçilməsi düzgün aparılmadıqda bitki örtüyü sıradan çıxır, qiymətli növlər məhv olur. İngilislər Müqəddəs Yelena adalarına (Atlantik okeanı) keçiləri gətirərək, yerli bitki örtüyünü tamamilə məhv etmişlər. Həddindən artıq otarma maili yerlərdə səthi eroziya əmələ gətirir. Planetdə eroziya nəticəsində 430 min ha torpaq sahəsi itirilmiş, bunun da 50 min hektarı məhsuldar torpaqlardır.



Mövzu 7. BİTKİ QRUPLAŞMALARI VƏ ONLARIN MÜHİTLƏ QARŞILIQLI ƏLAQƏSİ

PLAN

  1. Qruplaşmaların ekologiyası

  2. Bitki qruplaşmaları (fitosenoz) haqqında təlim

  3. Fitosenozlarla mühitin qarşılıqlı əlaqəsi

  4. Bitkilərin yayılmasında tarixi amilin rolu

  5. Yanğının ekoloji amil kimi bitkilərə təsiri

ƏDƏBİYYAT

1. Babayev F.Ə. Bitki ekologiyası. Bakı, 2003, 232 səh.

2. Novruzov V.S., Qurbanov E.M, İsmayılova Z.M. Bitki ekologiyası (geobotanika əsasları ilə) Bakı, 1998, 197 səh.

3. Горышина Т.К. Экология растений. Москва, 1978.

4. Двoраковский М.С. Экология растений. Москва, 1983, 190 c.

5. Культиасов И.М. Экология растений. Москва, 1982.

6. Лархер В. Экология растений. Москва, 1978.

7. Шенников А.П. Экология растений. Москва, 1950.



  1. Qruplaşmaların ekologiyası

Bitki qruplaşmalarının ekologiyasının öyrənilməsi, əvvəllər qeyd etdiyimiz kimi, sinekologiya bölməsinin payına düşür. Sinekologiya-populyasiya, qrup və ekosistemlərin ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənir.

Bitki sinekologiyası fitosenologiyaya (geobotanika) çox yaxındır. Fitosenologiya planetimizin bitki örtüyünü təşkil edən bitki qruplaşmaları (fitosenozlar) haqqında elmdir. Sinekologiyanın tədqiqat obyekti biogeosenoz və ekosistemlərdir. Fitosenoz biogeosenozun müəyyən hissəsidir.

Fitosenozların tədqiqatlarının nəticələri – bitkiliyin təsnifatı, bitkilik xəritələri, onların inkişafı və proqnozlaşdırılması, k/t –nın rayonlaşdırılması, su ilə təchiz edilməsi, tundra, səhra və yarımsəhralarda köçəri heyvandarlığın təşkilinin elmi əsası kimi geniş tətbiq edilir. Fitosenologiyanın ətraf mühitin mühafizəsindəki rolu xüsusilə böyükdür.


  1. Bitki qruplaşmaları (fitosenoz) haqqında təlim

Bitki qruplaşması (fitosenoz) nisbətən oxşar sahədə bir-biri ilə, heyvan və ətraf mühitlə mürəkkəb qarşılıqlı əlaqədə olan bitki orqanizmlərinin məcmusudur.

Bitki qruplaşmalarının ilk tərifini 1904-cü ildə Q.F.Morozov meşələr, İ.K.Paqoski (1908) pöhrəliklər üçün vermişlər. V.N.Sukaçov (1917) fitosenozun bu tərifini bütün bitki qruplaşmalarına aid etmişdir.

V.N.Sukaçov fotosenozda bitkilərin arasında iki cür əlaqə olduğunu göstərir. Birincisi, yan-yana bitən eyni və müxtəlif növlü bitkilər bir-biri ilə rəqabət aparır; onların arasında yaşayış uğrunda mübarizə gedir. Bu mübarizə bitkini zəiflətsə də, təbii seçmənin əsasını qoyur.

İkincisi, fitosenozda bitkilər bir-biri üçün əlverişli şərait yaradır; açıq yerdə bitə bilməyən kölgəsevən bitkilər çətir altında inkişaf edirlər.

Təbii seçmə nəticəsində fitosenozda elə növlər yaranır ki, onlar bir-biri ilə qarşılıqlı əlaqədə ola bilsinlər. Bu əlaqələr çiçəkli və çılpaqtoxumlu bitkilər, qıjıkimilər, plaunlar, qatırquyruğukimilər, mamırlar, göbələklər, yosunlar, bakteriyalar, şibyələr arasında formalaşır. Göründüyü kimi təbii fitosenozlar təbii seçmə nəticəsində, aqrosenozlar isə insan fəaliyyətinin nəticəsində -aqrotexniki tədbirlər və əkilən bitkilərin seçilməsi ilə formalaşır.

Fitosenozlar növ tərkibi və quruluşu ilə səciyyələnirlər. Fitosenozun müxtəlif hissələrində mühit də eyni deyil. Bitkilər burada mühitin dəyişərək özlərinin mühitini-mikro mühiti (fitomühit) əmələ gətirirlər.

Fitosenozun tipoloji vahidi assosiasiyadır. Eyni tipli fitosenozların məcmusu assosiasiya adlanır. Assosiasiya bitki örtüyünün təsnifat vahidlərinin ilk pilləsidir. Sonrakı pillələri assosiasiya qrupu, formasiya, formasiya qrupu, formasiya sinfi və bitkilik (bitki örtüyü) tipi təşkil edir.

Fitosenoz anlayışı, ekosistem və biogeosenoz anlayışlarından fərqli olaraq şərti anlayışdır. Çünki qruplaşmalarda bitkilər yalnız bir-biri ilə deyil, ekosistemin digər komponentləri ilə də qarşılıqlı əlaqədə olurlar.


  1. Fitosenozlarla mühitin qarşılıqlı əlaqəsi

Bitki və mühit ayrılmaz vəhdət təşkil edir. Bitkilərin mühit əmələ gətirici rolu bizə məlumdur.

Fitosenozlar mühitə təsir göstərdikcə, özünün daxili mühitini yaradır. Fitosenozun daxili mühiti fitomühit adlanır. Fitomühiti öyrənərkən aydın olur ki, hər bir bitki qruplaşmasının daxili mühiti digər fitosenozların mühitindən fərqlənir. Məsələn, şam meşəsi palıd meşəsinin fitomühitindən fərqlənir.

Mühit və fitosenozların qarşılıqlı təsir formaları çoxdur. Hər bir ekoloji amil fitosenozun quruluşu və həyatı funksiyalarına təsir göstərir. Fitosenozun quruluşu da eyni zamanda mühitə və onun ayrı-ayrı amillərinə təsir göstərir.



Fitosenozun rütubətə təsiri. Hər bir fitosenoz torpaq və atmosfer rütubətinə təsir göstərir. Məsələn, meşədə torpaq səthinin rütubəti açıq yerə nisbətən yüksəkdir. Bu onunla izah edilir ki:

  1. meşədə üzvi qalıqlar rütubəti toplayır;

  2. ağac çətiri torpaq səthində buxarlanmanı azaldır;

  3. güclü inkişaf etmiş kök sistemi vasitəsilə torpağın dərinliyində olan rütubət yerin üstünə qaldırılır;

  4. yarpaqlar düşən yağıntıların müəyyən hissəsini saxlayırlar.

Fitosenozlar su axını rejiminə təsir göstərərək, torpaq eroziyasının və qida maddələrinin yuyulmasının qarşısını alırlar. Fitosenoz yalnız özünün daxili qruplaşmasının deyil, sərhədlərindən uzaqda da su rejiminə təsir edir. Məsələn, tarla qoruyucu meşə zolaqları əhatə etdikləri tarla daxilində külli miqdarda rütubət rejimi yaradır.

Fitosenozun temperatura təsiri. Fitosenozun daxilində havanın temperaturu açıq yerin temperaturundan həmişə aşağı olur. Meşədə və bağlarda (20C-ə qədər fərqlənir) bu daha aydın hiss olunur. Fitosenozun quruluşu və coğrafi vəziyyətindən asılı olaraq təsir dərəcəsi kəskin dəyişir.

Sıx çim əmələ gətirən bitkilər torpaq səthinə istiliyin daxil olmasına maneçilik törədir. Buna görə də yayda çəmən torpaqlarının temperaturu açıq yerə nisbətən aşağı olur.



Fitosenozun istilik rejiminə təsiri. Bu təsir bitkilərin növ tərkibi, yaşı, mərtəbəliliyi, sıxlığı və s. amillərdən asılıdır. Eyni fitosenozun bitkiləri müxtəlif mərtəbələrdə fərqli istilik rejimləri yaratmış olurlar. (pambıqda aşağı, orta və üst mərtəbələr; eyni sort alça ağaclarının yazda müxtəlif vaxtlarda çiçəkləməsi).

Fitosenozun işıqlanmaya təsiri. Bitkilərin sıxlığından, mərtəbəlilikdən, növ tərkibindən və sairdən asılı olaraq fitosenoz düşən işığın miqdarına təsir edir. Məsələn, şam meşələri küknar və enliyarpaqlı meşələrdən həmişə işıqlı olur.

  1. Müxtəlif fitosenozlarda ayrı-ayrı mərtəbələrə düşən işığın miqdari eyni deyildir. Bu birinci növbədə yuxarı mərtəbədəki bitkilərin quruluşundan asılıdır.

  2. İşığın fitosenoza daxil olması bitkilərin növ tərkibindən asılıdır. İşıq sevən , kölgəyə davamlı və kölgəsevən ekoloji qruplara daxil olan bitkilər müəyyən işıqlanma həddində yaxşı inkişaf edə bilərlər.

  3. İlin fəsillərindən asılı olaraq fitosenozların işıqlanmaya təsiri dəyişir. Yazda ağaclar yarpaqsız olduğu dövrdə aşağı mərtəbədə yerləşən ot bitkiləri işıqdan daha çox istifadə edə bilirlər.

Fitosenozun küləyin sürət və gücünə təsiri. Fitosenoz küləyin sürətinə böyük təsir göstərir. Meşənin dərinliyinə getdikcə küləyin təsir gücü də azalır. Aşağı mərtəbədə yuxarı mərtəbəyə nisbətən küləyin təsir gücü aşağı olur (tarla qoruyucu zolaqlar).

Fitosenozun torpağa təsiri. V.V.Dokuçayevin göstərdiyi kimi, torpaq əmələ gəlmə prosesi ana süxurun, relyef və canlı orqanizmlərin təsiri altında gedir. Göründüyü kimi bu prosesdə fitosenozlar mühüm rol oynayır. Müxtəlif fitosenozlar müxtəlif tip torpaqlar əmələ gətirir. Qara torpaqlar bozqır bitkilərinin, podzol torpaqlar iynəyarpaqlı ağac bitkilərinin, qırmızı torpaqlar isə subtropik və tropik bitkilərin iştirakı ilə formalaşır.

Fitosenozlar torpaqda humusun toplanmasını, torpağın quruluşunun əmələ gəlməsini və onun istilik rejimini təmin edir. Torpağın formalaşmasında ali və ibtidai bitkilər iştirak edir. Bitkilər torpağa təsir etdiyi kimi, torpağın tərkibi də bitkilərə təsir edir.



Fitosenozun relyefə təsiri. Meşələrin sistemsiz qırılması otlaqların həddən artıq otarılması və yamacların tapdanması torpağın yuyulmasına və eroziyaya səbəb olur. Nəticədə, relyefin quruluşu dəyişir. Fitosenozda su axımının sürəti və istiqaməti bitkilərdən çox asılıdır.

İnsan fəaliyyətinin fitosenozlara təsiri. İnsanın bitki örtüyünə təsiri digər amillərdən daha güclüdür. İnsanın fəaliyyəti nəticəsində bütün qitələrin bitki örtüyü ciddi dəyişikliyə uğramışdır. İngilislər Müqəddəs Yelena adalarına (Atlantik okeanı) keçiləri gətirərək, yerli bitki örtüyünü tamamilə məhv etmişdilər.

Yerli təbii fitosenozların məhv edilib, aqrosenozların salınması Yer kürəsinin hər yerində müşahidə edilir. ABŞ-da bu məqsədlə nəhəng meşə massivləri qırılmış, Azərbaycanda Kür çayı ətrafı Tuqay meşələri məhv edilmişdir.

Ərazilər mənimsənildikcə bəzi növlər yer üzərindən silinir. Hər bir bitki növü məhv olduqda, özü ilə 5 onurğasız heyvanın məhvini şərtləndirir.

Rütubətli tropik meşələrin 40%-i məhv edilmişdir; dəqiqədə tropik meşələrin 20 hektarı qırılır. Onlarla bərabər 2-5 milyon heyvan da yer üzündən silinə bilər. Hazırda dünya da 20000 bitki növünün mühafizəyə ehtiyacı vardır. Onlardan 250 növ məhv olmaq təhlükəsində olduğuna görə Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir.


4. Bitkilərin yayılmasında tarixi amilin rolu
Müasir bitki örtüyü bir çox milyon illər ərzində, uzun sürən təkamül nəticəsində formalaşmışdır. Bu illərdə planetimizdə iqlim və torpaq amilləri dəfələrlə mürəkkəb dəyişmələrə uğramışlar. Bu proseslərin flora tərkibinə təsiri böyük olmuşdur.

Poleozoy erasında Aralıq dənizi indikinə nisbətən geniş ərazini əhatə etmiş, onun sərhədləri dəyişdikcə Xəzər, Aral, Qara dənizlər yaranmışdır. Bu yeni formalaşmış ərazilərin florasına Aralıq dənizi florası öz təsirini göstərməyə bilməzdi.

Digər bir misal. Planetrimiz bir neçə dəfə buzlaşmaya məruz qalmışdır. Belə ki, III dövrün axırı və IV dövrün əvvəlində, şimal və cənub qütblərindən ekvatora tərəf, 39-cu en dairəsinə kimi davam edən buzlaşma Yer kürəsinin müxtəlif ərazilərində bitkiləri məhv etmiş, bitki örtüyü kasıblamışdır. Həmin buzlaşma Orta Asiya dağlarında dəniz səviyyəsindən 1000-1200 metrdən, Qafqazda isə 800 metrdən yuxarının bitkiliyini məhv etmişdir. Buzlaşma ərazilərində, bəzi refyuqumlar (sığınacaqlar) qalmış, bunlarda III dövrə aid bəzi bitki növləri mühafizə olunmuşdur. Orta Rusiya çökəkliyində, Uralın cənubunda, Gürcüstanda Kolxid və Azərbaycanda Hirkan refyuqumlarında III dövr bitkiləri indiyə kimi qalmışdır.

Talış zonasında Hirkanda yayılan dəmirağac, şabalıdyarpaq palıd, lənkəran güləbrişini, hirkan azatı, hirkan ənciri, hirkan bigəvəri və başqaları III dövrdən qalan relikt endem bitkilərdir. Bu bitkilər III dövrdə həmişəyaşıl olmuş, sonradan yarpaqlarını qışda tökməyə uyğunlaşmışlar.

Buzlaşma və digər bu kimi tarixi amillər Yer səthinin iqliminin, bununla yanaşı bitki örtüyünün kəskin dəyişməsinə səbəb olmuşdur. Bu səbəblərdəndir ki, bitkilərin yayılmasını bəzən, müasir şərait amilləri ilə izah etmək olmur. Dünyanın hər hansı bir yerində müəyyən bir bitkinin olub-olmaması, bir yerin florasının zənginliyi, o birinin yoxsulluğu amillərin kompleks təsiri ilə yanaşı, o yerin tarixi keçmişi ilə də əlaqədardır. Məsələn, Hirkan bitkiliyinin Qafqazda və dünyanın digər yerlərində olmaması tarixi amilin təsiri ilə izah olunmalıdır.

Yer üzərində həyatın inkişaf tarixi

Eralar

Dövrlər


adı

milyon illə



  1. Kaynazoy (yeni həyat) (67mln. il davam edib)

1. Antropogen

2. Neogen

3. Paleogen

1,5


23,5

42,0


  1. Mezozoy (orta həyat) (163mln. il davam edib)

  1. Tabaşir

  2. Yura

  3. Trias

70

58

38



  1. Poleozoy (qədim həyat) (340 mln il davam edib)

  1. Perm

  2. Daş dövrü

  3. Devon

  4. Silur

  5. Ordovik

  6. Kembri

55

65

60



30

60

70



  1. Proterozoy (ilk həyat) (2000 mln. il davam edib)



  1. Arxey (ən qədim era) (1000 mln il davam edib)


Yüklə 452,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə