Mövzu “BİTKİ ekologiyasi” FƏNNİNİn predmeti, İNKİŞaf tariXİ VƏ problemləRİ. Plan


Küləyin bitkilərə faydalı təsirləri



Yüklə 452,13 Kb.
səhifə4/6
tarix14.10.2017
ölçüsü452,13 Kb.
#4732
1   2   3   4   5   6

9. Küləyin bitkilərə faydalı təsirləri.

İstər bitkilər, istərsə də bütün canlıların həyatı üçün küləklərin faydası da çox böyükdür.



  1. Küləklər Yer kürəsində istiliyi və rütubəti (xüsusən buludları) bir yerdən başqa yerə aparırlar. Planetimizdə suyun və istiliyin paylanmasını nizamlamaqla, küləklər bitkilərə dolayısı ilə təsir göstərirlər.

  2. Böyük şəhər və sənaye mərkəzlərinin havasını təmizləməklə, bitkilər üçün əlverişli şərait yaradırlar.

  3. Bir çox bitkilərin meyvə, toxum və sporlarının yayılmasını təmin edirlər. Külək vasitəsilə yayılan bitkilərin meyvə və toxumalarında qanad (cökə, tozağacı), tükcüklər (qovaq, pambıq), hava zolağı (suzanbağı), qarmaq (pıtraq), cod tüklər (pişikdili), qaratikan (dəniz tikanı) və s. əmələ gəlir. Bitki rüşeymləri küləklə 100km-ə qədər aparıla bilir. Zond adalarında digər adalardan 40 km məsafədə yerləşən Krakatay adasında vulkanlar bitki aləmini məhv edir. Küləklə gətirilən toxum və sporlar hesabına, adada 3 ildən sonra 22 növ çiçəkli bitki və 11 növ ayıdöşəyi qeydə alınmışdır.

  4. Külək tozlanmanı həyata keçirir. Bitkilərdə belə tozlanmaya bir çox uyğunlaşmalar əmələ gəlmişdir. Tozağacı, qızılağac, qovaq, vələs və başqaları tozcuqlar yarpaq müqavimətinə rast gəlməsin deyə, yarpaqlar açılana qədər çiçəkləyirlər. Küləklə tozlanan bitkilərin tozcuqları çox olur (qarğıdalı saçağında 50 milyona qədər). Açıq sahələrdə bitən taxıllar küləklə tozlanmaya daha çox uyğunlaşmışlar.


MÖVZU 5. EDAFİK və RELYEF AMİLLƏRİNİN

BİTKİLƏRİN HƏYATINDA ROLU

PLAN

  1. Edafik mühit

  2. Torpağın fiziki xüsusiyyətlərinin bitkilərə təsiri

  3. Torpağın kimyəvi tərkibinin bitkilərə təsiri

  4. Torpağın biotik amilləri

  5. Oroqrafik amil və onun bitkilərə birbaşa təsir edən amillərin paylanmasında rolu.

  6. Yerin relyefinin bitkilərə təsiri

  7. Dağlarda (vertikal) bitki qurşaqlığı.

-Skandinaviya yarımadasında dağ bitki qurşaqlıgı;

-Mülayim qurşaqda (Kiçik Qafqazda) dağ bitki qurşaqlıgı;

-Subtropik zonada (Himalay dağlarında) bitki qurşaqlığı;

-Tropik zonada (And dağlarında) vertikal bitki qurşaqlığı.



ƏDƏBİYYAT

1. Babayev F.Ə. Bitki ekologiyası. Bakı, 2003, 232 səh.

2. Novruzov V.S., Qurbanov E.M, İsmayılova Z.M. Bitki ekologiyası (geobotanika əsasları ilə) Bakı, 1998, 197 səh.

3. Горышина Т.К. Экология растений. Москва, 1978.

4. Двoраковский М.С. Экология растений. Москва, 1983, 190 c.

5. Культиасов И.М. Экология растений. Москва, 1982.

6. Лархер В. Экология растений. Москва, 1978.

7. Шенников А.П. Экология растений. Москва, 1950.



  1. Edafik mühit

Edafik mühit (yunanca, edafos –torpaq) bir-biri ilə genetik əlaqədə olan 3 komponentdən: torpaq, torpaq altlığından və ana süxurdan (qruntdan) təşkil olunur.

Torpaq-üzərində bitkilərin bitdiyi yerin üst məhsuldar qatıdır. O, torpaq əmələ gəlmə prosesində az dəyişən ana süxurlardan yuxarı bir neçə horizont ilə (ən yuxarı, podzol və illüvial horizontlar) təmsil olunur. Böyük ekoloji əhəmiyyət kəsb edən də bu qatlardır.

Torpaq müxtəlif torpaq əmələgətirici amillərin (ana süxurlar, iqlim, canlı orqanizmlər, yerin relyefi, ərazinin yaşı və insanın təsərrüfat fəaliyyəti) qarşılıqlı təsirindən əmələ gəlir. Bu amillər dəyişdiyindən torpaq da daima inkişaf edir, dəyişir və müxtəlif torpaq tipləri yaranır. MDB ərazisində 100-dən artıq torpaq tipi mövcuddur.

Torpaqla onun üzərində bitən bitkilərin qarşılıqlı əlaqə forması çoxdur. Bunlar arasında ən ciddi qanunauyğunluq –torpaq-bitki-torpaq formulasıdır. Bitki torpaqdan su və suda həll olmuş mineral duzlar alır, inkişafının sonunda torpağa düşərək onu münbitləşdirir.

Edafik amillər iki vəzifəni yerinə yetirir:


  1. bitkini üzərində möhkəm saxlayır;

  2. qidalandırıcı substratdır.

Nisbətən, çox az bitki növü tapılır ki, onun torpaqla əlaqəsi olmasın. Bunlar əsasən suda üzən, başqa bitkilər üzərində yaşayan epifit və epifill bitkilər, eləcə də parazit və saprofit bitkilərdir. Bitki aləmi nümayəndələrinin çox böyük əksəriyyəti torpağa möhkəm bağlıdır və onlarla torpağın sıx əlaqəsi vardır. Səhra və yarımsəhradakı qumlu torpaqlar istisna olmaqla, torpaq hərəkətsiz substratdır.

Torpaq bitkiləri su və mineral duzlarla təmin edir. Su və qida maddələrinin bitkiyə daxil olması torpağın fiziki xassələri ilə (xüsusən mexaniki tərkibi ilə) əlaqədardır. Bu cəhətdən gilli və qumlu torpaqlar bir-birindən kəskin surətdə fərqlənir.

A) Bitkilərə torpağın fiziki xüsusiyyətləri, kimyəvi tərkibi, makro və mikroorqanizmləri böyük təsir göstərirlər.


  1. Torpağın fiziki xüsusiyyətlərinin bitkilərə təsiri

Əksər torpaq tiplərində torpağın fiziki xüsusiyyətləri, yəni torpağın su, istilik, hava rejimləri və torpağın mexaniki tərkibi ən çox ekoloji əhəmiyyətə malikdirlər. Köklər tərəfindən su və suda həll olan qida maddələrinin torpaqdan udulması onun aerasiya və temperaturundan çox asılıdır. Aşağı temperatur suyu soran kök və kök tellərinin zəif böyüməsinə, sitoplazmanın su keçiriciliyinin azalmasına və nəticədə suyun zəif sorulmasına və bitki boyunca zəif hərəkətinə səbəb olur. Torpaqda temperaturun 0-50C-ə çatması suyun köklər tərəfindən sorulmasını əhəmiyyətli dərəcədə azaldır (kol, ağac bitkilərində və s.).

Torpağın mexaniki tərkibi də bitkilərə bilavasitə təsir edən amillərin paylanmasına təsir edir. N.A.Kaçinskiy (1969)torpaqları qum və gilin %-lə miqdarına görə, yəni mexaniki tərkiblərinə görə təsnifləşdirir. Gilin miqdarı 0-10% (qum 90-100%) olan torpaqları qumlu, 10-20%-olanları qumsal, 20-50%-olanları gillicə və 50-100% olanları isə gilli torpaqlar adlandırır.

Qumlu və qumsal torpaqlarda məsamələr böyük olduğundan, qida maddələri və su aşağı qatlara yuyulur, su dərin qatlardan yuxarı zəif qalxır. Adətən qranulometrik tərkibinə görə ağır və strukturlu torpaqlar bitkilərin böyümə və həyatı üçün əlverişli olur. Strukturlu torpaqlarda komacıq və dənəciklər 1-10mm olduğundan, aralıq kapillyarlarda su, hava, qida maddələri toplanır və asanlıqla hərəkət edir.

B) Gilli torpaqlar suyu çətinliklə buraxır, lakin onu uzun müddət saxlayır. Sıxlaşmış bu tip torpaqlar köklərin böyüməsini və onların üzərində əmici tellərin əmələ gəlməsini çətinləşdirir. Kapillyarlılıq bu torpaqlarda qüvvətli olduğu üçün aşağı qatlarda olan su yuxarı qalxıb buxarlanır və torpaq çox dərin qatlara qədər quruyur. Qumlu torpaqlar isə əksinə, suyu asanlıqla keçirir. Kapillyarlıq bunlarda zəif olduğu üçün, quraqlıq dövründə belə torpağın üst səthinə yaxın olan qatda nəmlik olur.

Torpağın strukturu onun su rejiminə xeyli dərəcədə təsir edir. Dənəvər (1-10mm) strukturu olan torpaqlara su və hava asanlıqla daxil olur. Bunlarda kapilyarlıq pozulduğu üçün torpaq nəmliyi tez itirilmir. Struktursuz torpaqlar isə tez ovularaq narın toz halına keçir, asanlıqla bərkiyir, kapillyarlıq aradığı üçün çoxlu nəmlik itirir.

Torpağın mexaniki tərkibi və fiziki xüsusiyyətlərinə uyğun olaraq, onun üzərində petrofitlər, psammofitlər və s. kimi ekoloji qruplara aid bitkilər bitirlər. Petrofitlər və ya lotofitlər (yunanca, petrolitos –daş, daş süxurları) –daşlar üzərində və daşlıqlarda bitən bitkilərdir. Psammofitlər səhra və yarımsəhralarda qumluqda bitirlər. Belə şəraitdə yaşamaq üçün olnarda müxtəlif uyğunlaşmalar əmələ gəlir. Ağac və kol tipli psammofitlərin (saksaul, qum akasiyası və s.) kök sistemi yaxşı inkişaf etmiş, onlarda əlavə köklər və tumurcuqlar formalaşmışdır. Çoxillik psammofitlərdə çox hallarda yarpaqlar reduksiya olunmuşdur. Müxtəlif fəsillərdən olan qumluq gəvəni, yovşan, dəvətikanı, qumluq əzganı və s. psaaofitlərdir. MDB məkanında 300-dən artıq psammofit bitki növü bitir. Onların əksəri qiymətli yem bitkiləridir. Onları səhra və yarımsəhralarda qumluqları bərkitmək üçün də istifadə olunur.



3. Torpağın kimyəvi tərkibinin bitkilərə təsiri.

Torpağın kimyəvi tərkibi –ümumi tərkib, torpaq məhlulunun turşuluğu, torpağın qida elementləri və duz rejimi kimi göstəricilərlə xarakterizə olunur. Torpaq məhlulunun turşuluğu canlılara, o cümlədən bitkilərə əhəmiyyətli təsir göstərir. Neytral və qələvi reaksiyalı (əhəngli) torpaqlarda bakteriya və aktinomisetlər, turş torpaqlarda isə göbələklər yaxşı inkişaf edirlər. Torpaq turşuluğu yaşıl bitkilərin də qida rejiminə təsir edir.

Torpaq turşuluğu onun məhlulunda H, Al və Mn ionları qatılığının yüksək, Ca-un torpaq məhlulunda az olması ilə əmələ gəlir. D.Q.Vilenskiy (1957) torpaqları pH-a görə aşağıdakı qruplara bölür: güclü turş-pH 3-4, turş – pH 4-5, zəif turş, pH 5-6, neytral - pH 6-7, qələvi – pH 7-8, güclü qələvi torpaqlar-pH 8-9. Bitkilər torpaq turşuluğuna müxtəlif reaksiya göstərirlər. Məsələn, sfaqnum turş mühitdə (pH-3,5), arpa neytral (pH 6-7) mühitdə yaxşı bitirlər.

Torpağın pH-na görə bitkiləri, şərti olaraq, 4 ekoloji qrupa bölürlər:

a) asidofillər –turş torpaqlarda yaşayan bitkilər. Bunlar pH=6,7-dən aşağı olan torpaqlarda inkişaf edirlər (bataqlıq, çürüntülü yer bitkiləri);

b) neytral və ona yaxın torpaq bitkiləri (taxıllar, paxlalılar və s.);

c) bazifillər-qələvi mühitdə inkişaf edən bitkilərdir (quru səhra və çöl bitkiləri). Asidofoblar və ya kalsofitlər bu qrupa aiddirlər:

-asidofoblar-turş torpaqlardan qaçırlar, kalsiumla zəngin torpaqlarda yayılırlar (bozqır bitkiləri, çaytikanı və s.)

-kalsofitlər –gilli və əhəngli torpaqlarda bitən bitkilərdir. Bu qrupa meşə səhləbi, lessinq şiyavı, rus peyğəmbərçiçəyi, avropa ağ şamı, avropa küknarı, daş palıd və s. bitkilər daxildir;

ç) indiferent bitkilər –optimum pH sərhəddi olmayan bitkilərdir (kökləri dərinə gedən ağac bitkiləri, mamurlar və s.).

Torpağın qida elementləri ilə, yəni makro- (N, P, K, Ca, Mg, Na, Fe) və mikroelementlərlə (B, Cu, Mn, Zn, Co) təmin olunması da bitkilərə müxtəlif təsir edir. Torpağın qıda elementləri ilə zənginliyinə görə onda yayılan bitkiləri 3 qrupda birləşdirirlər:


  1. Evtrof bitkilər-qida maddələri ilə zəngin torpaqlarda bitən bitkilər (adi palıd, adi göyrüş və s.)

  2. Mezotrof –qida elementlərinə orta dərəcədə tələbkar bitkilər.

Bu qrupa çoxlu çəmən və meşə bitkiləri daxildir.

  1. Oliqotrof-torpağın zənginliyinə az tələbkar bitkilər (ən kasıb torpaqlarda bitən adi şam eldar şamı).

Torpaqlarda olan duzlar, xüsusən asan həll olan duzların (MgCl2, NaCl, Na2SO4, CaCl2, Na2CO3 və s. ) miqdarı 2-3%-ə çatdıqda, əksər bitkilər üçün toksiki təsir edirlər. Belə torpaqlarda şoran bitkilər-halofitlər bitir. Duzlu qrunt suları yuxarı qalxaraq, torpaqda duzların konsentasiyasını artırır. İqlim quru və isti olduqda, yağmurlar tərəfindən duzlar yuyula bilmir və ya zəif yuyulur. Nəticədə şoranlıqlar əmələ gəlir. Şoranlıqlar sahilə atılan dəniz suları və ya duzlu çay suları vasitəsi ilə də yaranır.

A.P.Şennikov bitkilərin bitdiyi duzlu torpaqları 4 yerə ayırır:

şoranlıqlar, şoranvarı torpaqlar, şorakətlər və şorakətvarı torpaqlar. Şoranlıq və şoranvarı torpaqlar nəm və rütubətli torpaqlardır, onların duzlaşması üst səthindən başlayır. Şorakətlər və şorakətvarı torpaqlar isə ancaq, quraq torpaqlardır, onlarda duzlaşma dərin qatlardan başlayır. Tipik halofitlər şorakətlərdə bitirlər. Şorakətlərdə bitən bitkilər halomorf və kseromorf quruluşa malikdirlər. A.P.Şennikov (1950) onları halokserofitlər adlandırır (yulğun, qarağan, şoraotu və s).

Şoranlıqlarda bitən halofit bitkilər halomorf xüsusiyyətlərə malikdirlər (duztoplamaq, duzu buraxmamaq, artıq duzu ifraz etmək və s.). Hüceyrə şirəsində çoxlu həll olan duz olduğundan, onlarda osmotik təzyiq (6000kPa=60atm) yüksəkdir. Buna görə də isti və quraqlığa asan dözürlər (duzlaq çoğanı, qaraşoran və s.). Halofitləri duza dözümlülük dərəcəsinə görə 3 qrupa bölürlər:



  1. Oliqohalofitlər-duza az tələbkarlar.

  2. Mezohalofitlər-duza orta tələbkarlar.

  3. Evhalofitlər-həqiqi halofitlərdir. Normal inkişaf üçün bu bitkilərin bitdiyi yerdə duzun olması vacibdir. P.A.Qenkel (1950) evhalofitləri üç qrupa bölür:

  1. Kumulyasion halofitlər –duzun yüksək qatılığına çox davamlı protoplazması və xeyli miqdarda duz toplayan hüceyrələri olan bitkilərdir ( duzlaq soğanı, çərən və s.)

  2. Kripohalofitlər –toplanmış duzu yarpaq və gövdəni bürümüş xüsusi vəzlərlə ifraz edən bitkilər (dəvəyarpağı növləri, yulğun və s.).

  3. Qlikohalofitlər-kök sistemi çox az miqdarda duzu keçirmək qabiliyyətinə malik olan bitkilərdir (yovşanın müxtəlif növləri).

Ağac bitkiləri duzlaşmaya dözümsüzdürlər: adi palıd, ağ akasiya duza çox həssasdırlar; ensizyarpaq iydə və saksaul duzlara qarşı dözümlüdürlər.

  1. Torpağın bioloji amilləri

Ölü tərkibdən, makro-və mikroelementlərdən başqa torpaqda çoxlu miqdarda canlı mikroorqanizmlər, bitki və heyvan orqanizmləri var. 1m2 torpaqda 100 milyonlarla mikroorqanizmlər-bakteriyalar, aktinomisetlər, göbələklər, yosunlar və digərləri yaşayır. Onlar torpaq əmələ gəlməsi prosesində mühüm rol oynayırlar.

Y.Odum (1975) canlı torpaq orqanizmlərini ölçülərinə görə 3 qrupa: mikro-biotlara, mezobiotlara və makrobiotlara bölür.

1. Mikrobiotlar bakteriyalar, göbələklər, torpaq yosunları və ibtidailərdən ibarətdir.

2. Mezobiotlara nematodlar, gənələr, kiçik həşərat və s. orqanizmlər daxildir.

3. Mikrobiotlar bitki köklərini, iri həşəratları, torpaq qurdları və s. iri canlıları özündə birləşdirir.

Bakteriya, göbələk, aktinomiset, müxtəlif ibtidailərin böyük ekoloji əhəmiyyəti vardır. Mikroorqanizmlər becərilən torpaqlarda daha çoxdur. Onlar bitki köklərində rizosfer zonası yaradaraq, torpağın məhsuldarlığının artmasında fəal rol oynayırlar. Mineral elementlər mikroorqanizmlər və bitkilərin ayırdıqları məhsullarla yapışır. və s. (saprofitlərin, azotobakterlərin və s. əhəmiyyəti).



5. Oroqrafik amil və onun bitkilərə birbaşa təsir edən

amillərin paylanmasında rolu

Oroqrafik amillər (relyef amilləri) bitkilərin həyatında dolayı yolla təsir edən amillərdir. Relyef amilləri birbaşa təsir edən amillərin paylanmasını dəyişərək, müxtəlif yerli iqlim şəraiti yaradır. Bu da bitki örtüyünün müxtəlifləşməsinə, mürəkkəbləşməsinə səbəb olur. Relyef amili dağlıq ərazilərdə bitkilərin yayılmasında və paylanmasında əsas faktordur. Dağlarda səhra, bozqır, meşə, tundra və s. zonalara məxsus bitkiliyə rast gəlinir. Bu, dağların ekoloji şəraiti ilə əlaqədardır.

Dəniz səviyyəsindən etibarən yüksəklik artdıqca radiasiya artır, havada olan su buxarının miqdarı, təzyiq (11mm c.s. /100 metrdə) və temperatur (0,5-1,00C 100m) azalır, küləyin gücü və yağıntıların miqdarı bir qədər qeyri-bərabər artır (2200 metrə qədər). Qafqaz və Azərbaycan dağlarında 2000-2200m hündürlüyə kimi rütubətin düşməsi artır, sonra getdikcə azalır (illik düşən rütubət dağ ətəyində 300-500mm; meşə qurşağında 500-700mm; meşə-subalpda -750-900; alpda 350-150mm-dir). Qafqazın qərb hissəsinə mərkəzə nisbətən 4-5 dəfə çox yağıntı düşür. Dağın şimal yamacı cənuba nisbətən rütubətli olur.

Dağlarda küləklər çoxalır. Dağın yerləşməsindən asılı olaraq havanın hərəkət istiqaməti dəyişir, mürəkkəb hava dövranı yaranır.

Yüksəklik artdıqca edafik şərait ekstremal olur; torpaqda üzvi maddələrin miqdarı azalır. Qafqazda dəniz səviyyəsindən 3200 metrdən yuxarı subnival qurşaqda (3000-3500m) alp-tundra bitkiliyi (alp bitkiləri, mamır və şibyələr) çılpaq qaya və daşlıqlarda, primitiv torpaqlarda bitir.

Günəş şüası dağların cənub yamaclarına perpendikulyar şimal və şərq yamaclarına isə maili və ya paralel düşür. Günəş enerjisindən istifadə olunması şüanın düşmə bucağından asılı olaraq, qanunauyğun dəyişir. Yarpaq və torpaq səthi düşən şüa enerjisinin (E0) E=E0 . sin hissəsini qəbul edir. Düşmə bucağı 900-yə bərabər olduqda səth düşən enerjidən tam istifadə edə bilir.(sin 900=1). Buna görə də şimal və şərq yamaclarında mezofit, cənub yamaclarda isə kserofit bitkilər üstünlük təşkil edir.

A.Karner (1968) müəyyən etmişdir ki, ilin fəsilindən və yamacların baxarlığından (ekspozisiyasından) asılı olaraq temperatura dəyişir. Şimal yamacda qışda torpağın temperaturası 4,20C, yayda isə 15,30C olduğu dövrdə, cənub yamacda temperatura, uyğun olaraq, 5,30C və 19,30 C olmuşdur. Cənub yamacların isti olması (3-4%) Azərbaycan şəraitində üzümün 3-6 gün tez yetişməsinə səbəb olur (R.Allahverdiyev, 1962). Moldovada şimal və cənub yamaclarda temperatur fərqinin avqust ayında 4-50 C-ə çatması, üzüm məhsulunun 15 gün tez yetişməsini və şəkərliliyin 1,1-3,1% artıq olmasını şərtləndirir.

Beləliklə, şaquli istiqamətdə iqlimi formalaşdıran, əsasən:

1) ərazinin dəniz səviyyəsindən hündürlüyü,

2) yerin relyefi,

3) yamacların mailliyi,

4) yamacların ekspozisiyası (baxarlığı) və s. relyef amilləridir.

İqlimi formalaşdıran bu və ya digər amillərin müxtəlif kombinasiyaları Yer kürəsində müxtəlif iqlimlər yaradır. Kappen 5 əsas iqlim, De Martonn -8 iqlim qrupu, Şıxlinski isə 11 iqlim tipi ayırır. Sovet akademiki L.S.Berq 12 iqlim tipi ayırır:

1. Daimi buzlaq iqlimi

2. Tundra iqlimi

3. Tayqa iqlimi

4. Mülayim zonanın yarpaqlı meşə iqlimi

5. Musson iqlimi (qışı quru, soyuq, yayı isti, yağışlı)

6. Çöl iqlimi

7. Aralıq dənizi-subtropik iqlim (qış mülayim, isti, rütubətli; yayı isti, quraq)

8. Subtropik meşə zonası iqlimi

9. Mülayim qurşağın materikarası səhra iqlimi

10. Tropik səhra iqlimi

11. Tropik savanna və ya tropik meşə-çöl iqlimi

12. Rütubətli tropik meşə iqlimi

Azərbaycan ərazisində mövcud olan ilk 9 iqlim tipinin formalaşmasında relyef amilləri əhəmiyyətli rola malikdir. İqlim tipləri isə öz növbəsində müvafiq bitki örtüyünün əmələ gəlməsini diktə edir.



6. Yerin relyefinin bitkilərə təsiri

Yerin relyefi-endogen və ekzogen amillərin birgə təsiri nəticəsində yaranır. Qabarıq (təpələr, dağ silsilələri və s.) və batıq (çökəkliklər, çay dərələri və s.) relyef formaları vardır. Ölçülərindən asılı olaraq mikrorelyef, mezorelyef, makrorelyef və meqarelyef formaları ayırd edilir.



  1. Mikrorelyef- çuxurlar, bozqır çökəklikləri, iri topacıqlar, taxıllar və cillərin əmələ gətirdikləri xırda barxanlardır. Bütün bunlar bitkilərin bitməsi üçün özünəməxsus mikroşərait yaradır. Hətta bir neçə santimetr çökəklik belə xüsusi rütubət rejimi yaradır.

  2. Mezorelyefi-yarğanlar, qobular, çay hövzələri, sahil çökəklikləri, dağ yarğanları əmələ gətirir. Bu mezorelyef növləri bitki örtüyünə əhəmiyyətli təsir göstərir.

  3. Makrorelyefi alçaq dağlar, dağ ətəkləri, dağ silsilələri, düzənliklər, dağlararası çökəkliklər formalaşdırır. Relyefin bu formaları müxtəlif iqlim şəraiti yaradır ki, bu, bitki örtüyünün müxtəlifliyinə səbəb olur.

  4. Meqarelyef-materik çıxıntıları, okean yataqları, dağ sistemlərinin əmələ gətirdikləri planetə oxşar formalardır.

7. Dağlarda bitki qurşaqlığı

Oroqrafik amilin bitkilərə təsiri dağlarda daha aydın nəzərə çarpır. Dağlarda bitki qurşaqlığı iqlim amillərinin vertikal dəyişməsinə uyğun baş verir və bu vertikal qurşaqlıq adlanır. Qafqazda bitki qurşaqlığına görə dağ ətəyi, meşə, subalp, alp, subnival və nival (qarlı)qurşaqlar ayırd edilir.

Aşağı dağ qurşağı botaniki baxımdan düzənə yaxındır.

Dağlarda hər 100m yuxarı qalxdıqda bitkilərin vegetasiyası 3-4 gün gecikir. Dəniz səviyyəsindən hər 100 m yuxarı qalxdıqca üzüm məhsulunun yetişmə müddəti 4-5 gün uzanır, şəkərlilik 0,8-1,0% və məhsuldarlıq 2-5 sentner (8-20 sent) aşağı düşür, turşuluq isə 0,9 q/litr artır (şampan şərabları hazırlamaq üçün üzümün turşuluğu 8-9 q/l olmalıdır).

Qeyd olunan səbəblərdəndir ki, Azərbaycan dağlarının alp qurşağında bitkilərin vegetasiyası 3-4 aya başa çatır. Onlarda fotosintez aktivdir; mənfi 6-100-də dayanır. Alp bitkiliyi tundra bitkiliyinə oxşadığından, buranı dağ-tundra adlandırırlar. Alpda və tundrada bitkilər toxumla çoxala bilmədiyindən, burada birilliklər yoxdur və ya 1-2 növə rast gəlinir.

Qafqazda 3500-4000 m yüksəklikdə yay gecələrində havanın temperaturu 00-dən aşağı düşür. Burada külək tutmayan yerlərdə, daşlar arasında alp-tundra bitkilərinə rast gəlinir. İşıq və alçaq temperatur rejimi dağ bitkilərinin boyunu qısadır. 4000m-dən yuxarı həmişəlik qar olur.

Bir sözlə dağların aşağısında-cənub, hündür yerlərində isə şimal iqlimi və bitkiliyi mövcuddur. Şimaldan ekvatora tərəf getdikcə, dağlarda bitki qurşaqlığı artır. Aleksandr Humbolt And dağlarında (rütubətli tropika) 9 bitki qurşağı qeyd edir. Subtropik zonada (Himalay dağı)-7, mülayim qurşaqda (Kiçik Qafqaz) -7, Skandinaviyada isə 2 dağ bitki qurşağı vardır. Dağların yerləşdiyi coğrafi ərazinin iqlimindən asılı olaraq, dağ bitki qurşaqlarında oxşar və fərqli cəhətlər var.

Müxtəlif coğrafi qurşaqlarda dağ bitki qurşaqlığı aşağıdakı kimidir:

A). Skandinaviya yarımadasında dağ bitki qurşaqları:


  1. Tundra qurşağı -400-m-ə kimi mamır və şibyələrdən ibarətdir.

  2. Qaya və qar örtüyü qurşağı -400 metrdən yuxarılara aiddir.

B). Mülayim qurşağın dağ bitki qurşaqlığı Kiçik Qafqazda aşağıdakı kimidir:

1. Dağətəyi ot bitkiləri qurşağı -500m dəniz səviyyəsi hündürlüyünə kimi olub, bitkiləri düzən bitkilərinə oxşayır.

2. Meşə-bozqırlar qurşağı -500-900m hündürlükdə yerləşib, bitkiliyi ağac, kol və otlardan ibarətdir.

3. Dağ-meşə qurşağı -900-2200m hündürlükdə yarpağını tökən ağac və kollar yayılmışdır.

4. Subalp qurşağı -2200-2600m yüksəklikdə yerləşir, hündürboylu müxtəlif otlar üstündür.

5. Alp qurşağı -2600-3000m səviyyəsində yerləşir, alçaqboylu otlardan (Alp xalılarından) ibarətdir.

6. Subnuval qurşağı -3000-3500 metrdə yerləşir, alp-tundra bitkiliyi xarakterikdir.

7. Nival qurşağı -3500-4000 m-dən yuxarılar bura aiddir. Həmişəlik qar və çınqıllar zonasıdır, burada şibyələrə və s. rast gəlinir.

C) Subtropik zonada Himalay dağlarında bitki qurşaqlığı sayca 7-yə bərabərdir:

1. Rütubətli tropik meşələr-1000m hündürlüyə kimi yayılıb. Burada fikuslar, himişəyaşıl ağaclar, rotanq palması, epifitlər, bambuq, banan və digər bitkilər bitir.

2. Həmişəyaşıl subtropik meşələr-1000-2000m hündürlükdə yerləşir. Meşələrdə küstümotukimilər, palmalar, həmişəyaşıl palıd, subtropik iynəyarpaqlılar və s. növlər bitir.

3. Yarpağını tökən ağaclar və iynəyarpaqlılar -2000-3000 metr yüksəklikləri əhatə edir, himalay sidri və s. bitir.

4. İynəyarpaqlı meşələr -3000-3500 metrdə ağ şam, adi şam və bu kimi boreal növlərə rast gəlinir.

5. Kollar qurşağı -3500-4500m yüksəklikdə yayılıb, rododendron və s. bitkilər bitir.

6. Alp çəmənləri -4500-4700 metr yüksəkliklərdə bitir. Burada əsmə, novruzçiçəyi, açıçiçək, yuva otu və s. yayılıb.

7. Daşlı-qarlı və buzlu qurşaq -4700 m-dən yuxarıda yerləşir, şibyə və s. rast gəlinir.

D) A.Humbolta görə tropik qurşaqda –And dağlarında 9 bitki qurşağı var:

1. Rütubətli tropik meşələr-600 m hündürlüyə kimi yayılıb, illik orta temperatur 270- dir. Banan və s. inkişaf edir.

2. Dağ subtropik meşə qurşağı -600-1200m hündürlükdə yerləşib, ağacvari ayı döşəyi və s. yayılmışdır.

3. Dağ meşə qurşağı -1200-1900m hündürlükləri əhatə edir, burada dəfnə və mərsin inkişaf edir.

4. Həmişəyaşıl enli yarpaq meşələr -1900-2500 m yüksəkliklərdə yayılıb, illik orta temperatura 190-dir.

5. Yarpağını tökən enliyarpaq meşələr -2500-3100m səviyyəsində yayılıb, illik orta temperatur 160- dir.

6. İynəyarpaqlı meşələr -3100-3700m hündürlükdə yayılıb, illik orta temperatur 130- dir.

7. Kollar qurşağı -3700-4400m yüksəkliklərdə olan əraziləri əhatə edir, rododendron və yarpağını tökən kollar bitir. Yayda orta temperatur 8,50- dir.

8. Dağ subalp və alp çəmənləri -4400-4800m hündürlükdə yerləşib, yayda orta temperatur 4,50-dir.

9. Daimi qar və buzlar qurşağı -4800m-dən yuxarıları əhatə edir, illik orta temperatur 1,50-dir. Burada ibtidai bitkilər və ali sporlular bitir.

Qütblərdən ekvatora tərəf getdikcə, dağlarda bitki qurşaqlığının miqdarı ilə yanaşı, meşənin və bitkiliyin yuxarı sərhəddi də artır. Mülayim qurşaqda bitkiliyin yuxarı sərhəddi 3000m, Azərbaycanda -3500-4000m, subtropik zonada (Himalay dağı) 5400m, tropik dağlarda (And dağı) isə bitkiliyin yuxarı sərhəddi 6000 metrdə yerləşir.

Ayrı-ayrı qurşaqlarda bitkilər tərkib, bolluq, həyati forma və s. əlamətlərinə görə fərqlənirlər. Kiçik Qafqazda bitkilər şaquli qurşaqlıq üzrə aşağıdakı kimi paylamışdır: ortadağ qurşağında (meşə qurşağı) 814 növə (Azərbaycandakı ümumi növlərin 19,8%-nə), subalp qurşaqda -384 növə (9,3%), alp qurşaqda -221 növə (5,3%), subnival qurşaqda isə 1 növə (0,025%) rast gəlinir.



** Бизи ящатя едян мадди алям - тябият адланыр (ятраф алям адланмалы иди ).

-- Мадди алям тябият адланdырыла биляр.

Гейд: алям – материйанын тязащцр сащясидир (щяйат сферасыдыр). Мясялян, мадди алям, ятраф алям, битки алями, улдузлар алями вя с.



i Qeyd: minerallaşma dərəcəsinə görə sular şirin (1 litrdə 1 qramadək duzlar olur), şortəhər (1-10 qr/l), şor (10-50 qr/l) və duzlu (1 litrdə 50 qramdan çox) olmaqla, 4 qrupa ayrılır.

Yüklə 452,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə