Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   2   3   4   5   6   7   8   9   ...   21

 

8

 



Ikinci  dünya  müharibəsindən  sonra  müstəmləkə  ölkələri  beynəlxalq  təşkilatların 

üzvlərinə qarşı irəli sürülən tələblərə cavab vermirdilər və təşkilatların fəaliyyətində maraqlı 

deyildilər.  Problemin  həlli  üçün  assosiativ  üzv  anlayışından  istifadə  edilməyə  başlandı. 

Assosiativ  üzvlük  tam  üzvlükdən  səsvermədə  iştirak  və  icraedici  orqanlara  seçilmə 

hüquqlarının  olmaması  ilə  fərqlənir.  Hazırda  assosiativ  üzvlük  yalnız  o  hallarda  istifadə 

olunur ki, tam üzvlük müvəqqəti və ya daimi səbəblərdən mümkün deyildir. 



Müşahidəçi  statusu  da  mövcuddur.  O,  üzv  olmayan  dövlətlərə  və  ya  təşkilatın 

orqanına  daxil  olmayan  üzv  dövlətlərə  verilir.  Isveçrə  BMT-nin  Baş  Assambleyasının  bir 

çox  sessiyalarında  müşahidəçi  qismində  təmsil  olunmuşdur.  BMT-nin  əksər  üzvləri  öz 

nümayəndələrini müşahidəçi qismində Təhlükəsizlik Şurasının iclaslarına göndərirlər. 

Bəzən  qeyri-hökumət  təşkilatlarına  məsləhətçi  statusu  verilir  ki,  bu  status  da 

müşahidəçi  statusuna  yaxındır.  Bu  cür  praktika  BMT-nin  İqtisadi  və  Sosial  Şurası  üçün 

xarakterikdir. 

Üzvlük  təşkilatın  və  ya  üzv-dövlətin  ləğv  edilməsi  ilə  dayandırılır.  Üzvlük  hüquqi 

varislik  qaydası  ilə  keçmir.  Rusiya  SSRİ-nin  yerini  hüquqi  varis  kimi  deyil,  SSRİ-nin 

dövlət-davamedicisi kimi tutmuşdur. 



Dövlətin  beynəlxalq  təşkilata  daxil  olması  üçü  əsas  motiv  kimi  öz  qüvvəsi  ilə 

qarşıda  duran  siyasi,  iqtisadi,  sosial,  mədəni  və  s.  problemləri  həll  etmək  bacarığının 

olmaması çıxış edir. 

 

8.2. Beynəlxalq iqtisadi münasibətlərin üstmilli tənzimlənməsinin  



əsas istiqamətləri və alətləri 

 

 



Əsas  inkişaf  etmiş  ölkələrin  kollektiv  fəaliyyətlərinin  sürətli  inkişafı  ilk  növbədə 

qlobal  maliyyə-iqtisadi  böhranlarına  yol  verməmək  istəyi  ilə  bağlıdır.  Aydındır  ki, 

transmilliləşmə  və  dünya  inteqrasiyası  proseslərinin  gücləndiyi  bir  şəraitdə  hər  hansı  bir 

ölkənin təklikdə fəaliyyəti böhranlarının qarşısının alınması və onların nəticələrinin aradan 

qaldırılması  üçün  kifayət  deyil.  Bu  isə  spontan,  partlayış  xarakterli  dağıdıcı  dünya 

böhranına yol verməmək üçün üstmilli tənzimlənməni zəruri edir. 

XX  əsrin  ikinci  yarısında  formalaşmış  beynəlxalq  iqtisadi  münasibətlərin  üstmilli 

tənzimlənməsi sistemində onun iki əsas istiqamətini dəqiq fərqləndirmək olar: 




 

9

 



1)

 

beynəlxalq  iqtisadi  əməkdaşlığın  parametrlərinin  və  şərtlərinin  (nomenklaturanın 

həcmi, ticarət, hesablaşma, kredit, investisiya rejimi, iqtisadi və texniki əməkdaşlığın 

şərtləri və məzmunu, işçi qüvvəsinin miqrasiyası və s.) tənzimlənməsi

2)

 

dünya  təsərrüfat  əlaqələrinin  həyata  keçirilməsi  qaydalarının  bütün  iştirakçılar 



üçün  unifikasiya  edilməsi  –  beynəlxalq  əmtəə,  sidmət,  lisenziya  alqı-satqı  

müqavilələrinin 

unifikasiyası, 

istehsal-texniki 

əməkdaşlığın, 

beynəlxalq 

hesablaşmaların, yük daşımalarının və s.-nin unifikasiyası. 

Birinci  halda  istifadə  olunan  alətlərə  hökumətlərarası  (o  cümlədən  regional)  ticarət 

müqavilələri, ticarət dövriyyəsi və əməkdaşlığın digər formaları haqqında sazişlər aiddir. 

Dünya  təsərrüfat  əlaqələrinin  həyata  keçirilməsi  qaydalarının  unifikasiyası  alətləri 

kimi  əsasən  beynəlxalq  təşkilatlar  tərəfindən  qəbul  edilən  konvensiyalar,  rəhbərliklər  və 

tipik müqavilələr çıxış edir. 



Hökumətlərarası ticarət müqavilələri ticarətin ümumi hüquqi rejimini formalaşdırır, 

gömrük-tarif  məsələlərini  əks  etdirir,  fiziki  və  hüquqi  şəxslərin  statusunu  müəyyən  edir, 

gəmiçiliyin və nəqliyyatın digər formalarının ümumi rejimini formalaşdırır. Bu cür sazişlər 

kifayət qədər sabit və dayanıqlı iqtisadi və siyasi münasibətlər mövcud olduqda bağlanır və 

bu  münasibətlərin  daha  da  güclənməsinə  xidmət  edir.  Öz  xarakterinə  görə,  ticarət 

müqavilələri  dövlət  rəhbərlərinin  adından  bağlanır  və  ratifikasiya  prosedurundan 

keçməlidir. Onlar perspektivdə daha konkret hökumətlərarası sazişlərin, məsələn ticarət və 

iqtisadi əməkdaşlıq haqqında sazişin bağlanması üçün əsas rolunu oynayırlar. 



Ticarət  dövriyyəsi  haqqında  hökumətlərarası  saziş  ticarət  dövriyyəsini 

formalaşdıran  əmtəə  kontingentlərini  müəyyən  edir.  Bu  adətən  əmtəə  kontingentlərinin 

formalaşdırılması  yolu  ilə  edilir  ki,  onun  da  çərçivəsində  əmtəə  idxalına  və  ixracına 

lisenziyalar  verilir.  Ticarət  dövriyyəsi  haqqında  sazişlərdə  çox  zaman  ödəmələr  haqqında 

məsələlər  də  öz  əksini  tapır.  Onlar  təkcə  ticarət  dövriyyəsi  üzrə  hesablaşma  qaydalarını 

deyil,  həm  də  onlarla  əlaqədar  olan  xərclərin  ödənilməsi,  nəqliyyat,  sığorta,  fraxt  və  s. 

məsələləri müəyyən edirlər. 

Klirinq  sazişləri  xarici  ticarətdə  meydana  gələn  qarşılıqlı  tələb  və  öhdəliklərin 

çıxılması  yolu  ilə  və  xarici  valyutaya  köçürmə  etmədən  ölkələr  arasında  qarşılıqlı 

hesablaşmaların  qaydalarını  müəyyən  edir.  Məqsəd  ölkələr  arasında  qarşılıqlı  ödəmələri 

balanslaşdırmaqdan  ibarətdir.  Hesablaşmanın  həyata  keçirildiyi  valyutanın  məzənnəsi 

adətən tərəddüd etdiyindən bu cür sazişlərə “valyuta əlavəsi” daxil edilir. Bu əlavəyə görə, 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə