Mövzu 5 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları


Azərbaycan Dövlət İqtisad Universitetinin



Yüklə 80,71 Kb.
səhifə3/7
tarix28.11.2023
ölçüsü80,71 Kb.
#135241
növüQaydalar
1   2   3   4   5   6   7
5-ci mövzu

Azərbaycan Dövlət İqtisad Universitetinin
«Azərbaycan dili» kafedrasının baş müəllimi,
filologiya elmləri namizədi, azərbaycanlı,
evli, 1960-cı ildə anadan olmuş Həsən
Məmməd oğlu Zakirov barədə


XASİYYƏTNAMƏ

Həsən Məmməd oğlu Zakirov 1990-1993-cü illərdə Bakı Dövlət Universitetində aspiranturanın əyani şöbəsində oxumuşdur. 1993-cü ildən ADİU-nun “Azərbaycan dili” kafedrasında müəllim vəzifəsində çalışır. 1994-cü ildə «Dilimizin zənginləşmə yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1997-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçirilmişdir.


Həsən Zakirov mühazirələrini yüksək metodiki və elmi səviyyədə aparır. Elmi-tədqiqat plan işlərini həmişə vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. O, Azərbaycan dilinin aktual problemləri ilə bağlı vaxtaşırı respublika və Müstəqil Dövlətlər Birliyi məkanında məruzələrlə çıxış edir, mətbuat səhifələrində maraqlı məqalələr çap etdirir. H.Zakirov universitetin ictimai işlərində də fəal iştirak edir. Qısa müddət ərzində tələbə və müəllim kollektivinin rəğbətini qazanan H.Zakirov həm də Universitet Həmkarlar Komitəsinin sədr müavinidir.
Xasiyyətnamə «Elm» cəmiyyətinə təqdim edilmək üçün verilir.


Kafedra müdiri: prof.H.Əliyev
Həmkarlar komitəsinin sədri: dos.Ə.Zeynallı
Arayışın məzmun və forması. “Arayış” sözü türk mənşəli olub “arama, axtarma” mənasını bildirir. Arayış hüquqi sənəd olub, şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə yoxlamanı təsdiq edir. Buna görə də arayışa xalq arasında “yoxlama” da deyilir.
Arayış tərtib edilərkən kimə və nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilib müəssisə rəhbəri tərəfindən imzalanır (Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır.
Çox vaxt arayışlar xüsusi blankda hazırlanır. “Arayış” sözü vərəqin ortasında yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunundan sonra müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir.
Arayış sırf elmi ədəbi dildə yazılmalı, heç bir bədiiliyə, emosionallığa yol verilməməlidir. Bir arayışda bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür. Mürəkkəb məzmuna malik olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir.
Aşağıda verilən arayış nümunəsinə diqqət edək:

ARAYIŞ

Pərvin Rüstəm qızı İsmayılova həqiqətən Azərbaycan Dövlət İqtisad Universitetində laborant vəzifəsində çalışır.


P.İsmayılovanın maaşı 500 manatdır.
Arayış Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilmək üçün verilir.

Yüklə 80,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə