|
Mövzu 5 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydalarıUniversitetin rektoru: prof.S.Aslanov
|
səhifə | 4/7 | tarix | 28.11.2023 | ölçüsü | 80,71 Kb. | | #135241 | növü | Qaydalar |
| 5-ci mövzuUniversitetin rektoru: prof.S.Aslanov
Baş mühasib: A.Qasımov
Təqdimatın xüsusiyyətləri «Təqdimat» sözü ərəb mənşəli olub, “təqdim” sözündəndir. “Təqdim” sözü ərəb dilində çoxmənalı olub 1) irəlisürmə, irəliçəkmə; 2) bir şəxsin hüzuruna bir şeyi, bir nəfəri gətirmə, vermə; 3) bir adamı başqasının hüzuruna çıxararaq, onları görüşdürmə, tanışetmə mənalarında işlədilir.
Təqdimat rəsmi sənəd olaraq, aşağı vəzifəli şəxsin yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş etməsi zərurətində yazılır. Təqdimat ərizə və tələbnamə deyil. Təqdimat ərizədən yuxarı, tələbnamədən aşağıda dayanan bir xahişnamədir. Məsələn, bir nəfərin mükafata, təqaüdə, müəllimliyə təqdim edilməsi.
Təqdimat yalnız xoş niyyətlər üçün yazılmır. Eyni zamanda, hər hansı bir səbəbdən işçi yuxarı qurumun rəhbəri qarşısında məsələ qaldırır – təqdimat yazır. Cəza tədbiri əmr formasında icra edildikdə, əmrdə kimin təqdimatı əsasında cəza verildiyi göstərilir. Və yaxud, yuxarı qurumun iclasında müzakirə edildikdə, təqdimatın tam mətni oxunur. Təqdimatın forması təxminən ərizə kimidir.
Nümunələr
Gəncə şəhər Təhsil Şöbəsinin müdiri
F.Z.Bəşirova
Gəncə şəhər 6 saylı orta məktəbin
direktoru A.Qalibovdan
TƏQDİMAT
Ə.Ə.Hüseynov Gəncə şəhəri 6 saylı orta məktəbinin dil-ədəbiyyat müəllimidir. 40 illik pedaqoji iş stajına malikdir. ADU-nu bitirib. Öz işinin öhdəsindən layiqincə gəlir. Qayğıkeş və savadlıdır. Yüzdən çox şagirdi müxtəlif sənət, peşə sahibidir. Üç kitab müəllifidir. Ali kateqoriyalı müəllimdir. Bu günlərdə onun anadan olmasının 60 illiyi tamam olacaqdır. Kollektivdə dərin hörmətə malikdir. İctimaiyyət arasında böyük nüfuz sahibidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ə.Ə.Hüseynovun 60 illik yubileyinin rayon təhsil işçiləri ilə birlikdə keçirilməsini təmin etmənizi xahiş edirəm.
Dostları ilə paylaş: |
|
|