Mövzu 5 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları


A.Qalibov 15.06.2019 Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları



Yüklə 80,71 Kb.
səhifə5/7
tarix28.11.2023
ölçüsü80,71 Kb.
#135241
növüQaydalar
1   2   3   4   5   6   7
5-ci mövzu

A.Qalibov
15.06.2019


Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları. Hərdən toplantılarda çox parlaq ideyaların zəif təqdimatlarla necə məhv edildiyini görürük. Marketinq və satış sahəsində işləyən insanların çoxsaylı vacib xüsusiyyətlərindən biri də təqdimat etmək qabiliyyətidir. Uğurlu təqdimat etməyin 7 addımı var:
Addım № 1. Təqdimat edəcəyiniz auditoriyanı öyrənin. İnsanların zövqləri, informasiyanı qəbuletmə səviyyəsi, maraq dairəsi və s. amillər birbaşa olaraq onların sosial-iqtisadi statusu və digər amillərə təsir edir. Bu baxımdan, təqdimatı kimə etdiyiniz və bu insanların konkret nə ilə maraqlandığı dəqiqləşdirilməlidir..
Addım № 2. Əvvəlcədən hazırlaşın. Ən təcrübəli spiker belə, hazırlıqsız olduğu zaman səhvlər edə bilər. Bu baxımdan, edəcəyiniz təqdimatda hər bir elementi, hər bir slaydda deyəcəyiniz sözləri əvvəlcədən dəqiqləşdirin. Bu, heç də o demək deyil ki, bütün təqdimatı əzbərlənmiş sözlərlə aparmaq lazımdır, heç də yox. Sadəcə olaraq, təqdimatda deyiləcək informasiya, göstərəcəyiniz slaydlar barədə məlumatlı olmanız lazımdır. Təqdimatlarda deyiləcək ilk və son 2-3 cümləni əvvəlcədən hazırlamaq məsləhət görülür.
Addım № 3. Məzmun, dizayn, nitq. Təqdimat zamanı ilk əvvəl məzmun, sonra dizayn barədə düşünün və yalnız sonda nitqinizi dəqiqləşdirin. Ümumi olaraq, təqdimata hazırlaşdığınız zamanın bölüşdürülməsində 60-25-15 prinsipinə riayət etmək daha doğru olardı. Hazırlıq vaxtının 60%-ini təqdimatın məzmununa, 25% -ini dizayna, yerdə qalan 15%-ini isə nitq hazırlığına həsr edin.
Addım № 4. Minimum yazı, maksimum vizuallıq. Bu məsələ son vaxtlar keçirilən təqdimatlarda yol verilən ən böyük səhvlərdəndir. Biz qəbul etməliyik ki, slaydda nə qədər az simvol, söz olursa, mesaj da bir o qədər düzgün çatır. Burada Billbord prinsipi çox vacibdir. Stiv Djobsun təqdimat prinsiplərinə görə, slaydda yazı maksimum 8 sözdən ibarət olmalıdır. Slaydda uzun-uzadı cədvəllər və ya rəqəmlərlə dolu qrafiklər qoymayın. Çatdıracağınız əsas mesajı yazıb, bu mesajı dəstəkləyən vizuallıq tapın.
Addım № 5. Göz kontaktını daim saxlayın. Təqdimat zamanı zalda olan insanlarla göz kontaktını saxlayın. İmkan daxilində göstərilən slaydlara baxmayın. İnandırmaq üçün biz təqdimat etdiyimiz insanlara baxmalıyıq. Əgər böyük auditoriya qarşısında təqdimat edirsinizsə, zalda olan 5-6 nöqtə tapın və saat əqrəbi istiqamətində bu nöqtələrin hər birinə 4-5 saniyə olmaq şərti ilə baxın. Bu, sizin təqdimatı daha da səmimiləşdirəcək.
Addım № 6. Səs tembrinizi stabil saxlamayın. Təqdimat zamanı səs tembrinizi konkret dediyiniz mövzuya görə dəyişdirmək vacibdir. Bununla siz həm dinləyiciləri yormayacaq, həm də auditoriyanı idarə edəcəksiniz. Əksər təqdimatlarda bu metoddan çox istifadə edilir. Təqdimatın əsas nöqtələrində 5-6 saniyə ara verərək, səs tembrinin dəyişməsi auditoriyanın sizə daha da diqqətlə qulaq asmasını təmin edəcək.
Addım № 7. Təqdimat zalına əvvəlcədən gedin. Bu, sizə zalda ola biləcək problemlərin əvvəlcədən təmin edilməsi, PC, səs avadanlıqları və s.-ni yoxlamaq imkanı yaradacaq. Həmçinin, siz zala əvvəlcədən gedərək, adaptasiya prosesini tezliklə həll edəcəksiniz.
Bundan başqa, sizə bir neçə tövsiyə vermək də yerinə düşər: slaydları özünüz hərəkət etdirməyə çalışın, lazım olmadığı hallarda mikrofondan istifadə etməyin, təqdimat zamanı heç bir halda “çox həyəcanlıyam”, “hazırlıqsız olsam da…” və s. tipli sözlərdən istifadə etməyin, sizi dinləyənlər qəbul etməlidirlər ki, siz bu təqdimatı tam hazırlıqlı şəkildə edirsiniz və mövzuya hakimsiniz.
Və ən əsası, təqdimat etməkdən qorxmayın… uğurlu təqdimatlar!



Yüklə 80,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə