Mövzu 5 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları



Yüklə 80,71 Kb.
səhifə2/7
tarix28.11.2023
ölçüsü80,71 Kb.
#135241
növüQaydalar
1   2   3   4   5   6   7
5-ci mövzu

TƏRCÜMEYİ-HAL
Mən, İsrafil Rəsul oğlu Möhsünov 21 avqust 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dirnis kəndində anadan olmuşam. 1940-cı ildə Dirnis kənd səkkizillik məktəbinin birinci sinfinə getmişəm. Kəndimizdə orta məktəb olmadığı üçün 9 və 10-cu sinifləri rayonun Vənəndə kənd orta məktəbində oxumuş, 1950-ci ildə həmin kəndin 10-cu sinfini bitirmişəm. Elə həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Dağ-mədən geologiyası fakültəsinə daxil olmuşam. 1955-ci ildə həmin ali məktəbi bitirib, təyinatla Altay vilayətində əmək fəaliyyətinə başlamışam. 4 il orada işlədikdən sonra vətənə qayıtmış, Azərbaycan Baş Geologiya İdarəsinin Balakən Geoloji Ekspedisiyasında baş geoloq vəzifəsində işləmişəm. 1966-cı ildən həmin idarənin Kələki Geoloji Kəşfiyyat Ekspedisiyasında geoloji-kəşfiyyat partiyasının əvvəlcə baş geoloqu, sonra isə partiya rəisi işləmişəm. İndi də həmin ekspedisiyada əmək fəaliyyətimi davam etdirirəm. Keçmiş SSRİ-nin bir sıra mükafatları, o cümlədən “Lenin” ordeni ilə təltif olunmuşam.
Atam – Rəsul Möhsun oğlu Məmmədov 1900-cu ildə həmin kənddə anadan olmuş, 1982-ci ildə vəfat etmişdir.
Anam – Şərəbanı Əhməd qızı Məmmədova da 1900-cu ildə Dirnis kəndində anadan olmuş, 1976-cı ildə vəfat etmişdir.
Evliyəm, 4 uşağım vardır. Həyat yoldaşım Xalidə Cəfər qızı Möhsünova evdar qadındır.
İmza: İ.R.Möhsunov
19. 04.2018


Xasiyyətnamə və tərtib olunma xüsusiyyətləri . “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin işlənmə dairəsi genişdir. İşə, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda, hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrdə şəxsin partiyalılığı, partiya cəzası olması, siyasi dəyanəti mütləq öz əksini tapmalı idi. Buna görə də, xasiyyətnaməni partiya təşkilatı katibi də imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı: «Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr isə daha demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar təşkilatı sədri imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni şöbə müdiri tərtib edir.
Xasiyyətnamə rəsmi sənəd olduğu üçün o, rəsmi üslubda yazılmalı, xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə edilməlidir. Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oğlu səhərdən axşama qədər dəzgah dalında yoruldum demədən işləyir – kimi cümlələr xasiyyətnamə üçün yararsızdır).
Xasiyyətnamənin yazılmasına verilən tələblər bunlardır:
1. Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2. Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır.
3. Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.
4. Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.
5. Xasiyyətnamələr vahid formada yazılır.
6. Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7. Xasiyyətnaməni ən azı iki məsul şəxs imzalayır və müəssisənin möhürü vurulur.


Nümunə



Yüklə 80,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə