Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə10/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

Nöqtələr


◘Allah yolunda qədəm götürənin dünya ehtiyacları da təmin olunar. Məryəmin anası öz övladını Allah yolunda nəzir etdi. Allah bu ayədə buyurur: Həm onun cismini inkişaf etdirdik, həm Zəkəriyya kimi qəyyum qərar verdik, həm də səmadan süfrə (maidə) nazil etdik...

◘Hesabsız ruzi hesab-kitabın olmaması demək deyil. Nəzərdə tutulan şey ümumi hesabın olmamasıdır.

◘Həzrət Məryəm zahiri və cismi baxımdan kamil və yaxşı inkişaf etmişdi.

◘Məryəm kimi anadan, Məscid kimi tərbiyə yerindən, Zəkəriyya kimi qəyyumdan, behişt ruzilərindən İsa kimi övlad ərsəyə gəlir. Tərbiyədə aşağıdakı təsirli amillər var: ananın pak ruhu, sağlam cisim, ilahi təlim-tərbiyə, pak qidalanma.

◘Tarixi mənbələrdə nəql olunur: Mədinəni qıtlıq bürüdüyü vaxt həzrət Fatimə (s) bir qədər çörək və ət götürüb həzrət Peyğəmbərin (s) yanına gəldi. Həzrət soruşdu: “Qəhətlik dövründə bu qidalar haradandır?” Həzrət Fatimə (s) buyurdu: “Allah tərəfindən.” Həzrət Peyğəmbər buyurdu: “Allaha şükür olsun ki, səni Məryəm kimi qərar verdi.” Sonra Peyğəmbər (s) həzrət Əli (ə), imam Həsən (ə) və imam Hüseyni (ə) çağırdı. Birlikdə həmin qidalardan yedilər və qonşulara da verdilər.1

Bildirişlər


1. Duanın qəbulu ilahi rübubiyyət cilvələrindəndir.

2. Allahın qəbul etməsinin də dərəcələri var. Allah Məryəmin anasının nəzrini ən üstün şəkildə qəbul etdi.

3. Allah ixlaslı insanın işini yaxşı şəkildə qəbul edir.

4. Məryəmin anası nəzir etdi ki, övladını Allah evinə xidmətçi qoysun. Allah bunun cavabında Öz peyğəmbərini bu uşağa himayətçi təyin etdi.

5. Peyğəmbərlərin himayəsinə düşən insanlar şeytandan uzaq olar.

6. İbadət mövsümi və müvəqqəti olmamalıdır.

7. Nəzarət və araşdırma himayədarlıq şərtidir.

8. İbadət şeytanla savaş, ibadət yeri (mehrab) isə savaş meydanıdır.

9. Pak ruzi ibadət sayəsində ələ gəlir.

10. Qadın elə bir məqama çata bilər ki, Allahın peyğəmbərini heyrətə gətirər.

11. İlahi övliyalardan kəramət görünməsi çətin bir iş deyil.

12. Əlinizə gələn nemətləri öz çalışmalarınızın nəticəsi yox, Allahın ətası bilin.

13. Allah maddi səbəblərsiz də ruzi verə bilər.

14. Sağlam şərait və mühitdə qadın və kişi söhbət edə bilər.


38. ﴿ هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء

Bu məqamda (bütün bu kəramətləri və səma süfrəsini gördükdə) Zəkəriyya öz Rəbbini çağırdı və dedi: «Pərvərdigara! Öz tərəfindən mənə pak və bəyənilmiş bir nəsil əta et. Həqiqətən, Sən duaları eşidənsən.»”


Nöqtələr


◘Əvvəlcə qeyd olunduğu kimi, Məryəmin anası Zəkəriyyanın zövcəsi ilə bacı idi və hər iki qadın sonsuzdu. Məryəmin anası quşun öz balasına dən verdiyini görüb pərişan oldu və Allahdan ona övlad əta etməsini istədi. Məryəmin məqam və mərtəbəsini görən Zəkəriyya da Allahdan övlad dilədi.

Bildirişlər


1. Duanın qəbul olunmasında insanın halı və dua vaxtı təsirlidir.

2. Qibtə etmək kamal, həsəd isə nöqsandır. Zəkəriyya Məryəmin məqamını görüb heyrətə gəldi, qibtə etdi və dua üçün əlini açdı.

3. Qadın Allahın peyğəmbərini heyrətə sala bilər.

4. Başqalarının kamilliyinin müşahidəsi kamillik istəyi yaradır və insanın diqqətini Allaha yönəldir.

5. Pak övlad və nəsil istəyi peyğəmbərlərin qaydasıdır.

6. Nəsil və övladların dəyəri onların paklığından aslıdır.

7. Duada Allah böyük tutulmalıdır.
39. ﴿ فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ

Zəkəriyya mehrabda namaza durduğu vaxt mələklər ona nida etdilər ki, Allah səni ilahi kəlməni (İsanı) təsdiq edən, seyyid, nəfsini qoruyan, salehlər arasından peyğəmbər olacaq Yəhya ilə müjdələyir.”


Nöqtələr


◘Tarixi mənbələrdə göstərilir ki, həzrət Yəhya həzrət İsadan altı ay tez dünyaya gəlmişdir. Xalq arasında öz təqvası ilə seçilən Yəhyanın öz xalası oğlu İsaya olan inamı xalqın İsaya diqqətinə dərin təsir qoymuşdur. Maraqlıdır ki, həm “İsa”, həm də “Yəhya” sözləri “diri qalmaq” mənasındadır.

◘Bəziləri “həsur” sözünün Yəhyanın tez-tez səfərdə olması ilə bağlı izdivacı tərk etməsinə işarə olduğunu bildirmişlər. İmam Baqir (ə) isə belə buyurmuşdur: “Yəhyanın izdivac etməməsinin, qadınlardan uzaq olmasının səbəbi onun iffəti olmuşdur.”1


Bildirişlər


1. Ürəkdən gələn xalis dua qəbul olur.

2. Əvvəlki dinlərdə də namaz olmuşdur.

3. Məscidin mehrabı xüsusi müqəddəsliyə malikdir. Mehrab səmavi süfrənin nazil olduğu, duaların qəbul edildiyi yerdir.

4. Namaz mələklərin nüzul zəminəsidir.

5. Allahın iradəsi hər şeyə qalibdir. Atanın qocalığı və ananın sonsuzluğu onların dünyaya övlad gətirməsinə mane olmur.

6. Bəzən insanlara Allah tərəfindən ad qoyulur.

7. Övlad ilahi nemətlərdən və müjdələrdəndir.

8. Peyğəmbərlər bir-birlərini təsdiq edirlər.

9. Həzrət İsa Allahın övladı yox, Allahın qüdrət nişanələrindəndir.

10. Allah bütün insanların gələcəyindən xəbərdardır.

11. Cinsi təmayüllərin cilovlanması və iffət Allahın bəyəndiyi xüsusiyyətlərdəndir.
40. ﴿ قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء

(Zəkəriyya) dedi: Pərvərdigara! Qocalığa çatdığım, zövcəmin doğma yaşı keçdiyi halda mənim oğlum ola bilərmi?! Buyurdu: “Allah istədiyini bu sayaq yerinə yetirər.”


Bildirişlər


1. Ümidsizlik zamanı da bir çox ümid var.

2. Zəifliklərdən danışarkən özümüzdən başlayaq.

3. Allahın istəyi təbii vasitələrin fövqündədir.
41. ﴿ قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ

Zəkəriyya dedi: Pərvərdigara! Mənim üçün bir əlamət qərar ver. (Məndə əminlik yaransın.) Buyurdu: Üç gün xalqla danışmamaq, yalnız işarə ilə əlaqə saxlamaq sənin üçün nişanə oldu. Rəbbin çox yad et, gecə və gündüz Ona təsbih de.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə