Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının prioritet problemi kimi Tərbiyə psixologiyası



Yüklə 15,9 Kb.
tarix14.06.2022
ölçüsü15,9 Kb.
#89432
Tərbiyə psix


Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının prioritet problemi kimi
Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılmasını, şagird kollektivinin psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir. Bunların hamısı vahid bir vəzifəni - şəxsiyyətin formalaşdırılması vəzifəsini yerinə yetir-məyə yönəlmiş olur.
Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji qanunauyğunluqlarını, didaktikanın, xüsusi metodikaların, problemli təlimin, proqramlaşdırılmış təlimin, əqli əməliy-yatların formalaşmasının psixoloji əsaslarını, təlim və inkişafın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. məsələləri tədqiq edib öyrənir.

Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. Müasir dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllim-lərimiz həlledici mövqe tutur.


Məktəblərimizin, müəllim və tərbiyəçilərimizin bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmələri tərbiyə prosesinin psixologiyası, psixoloji əsasları, qanunauyğunluqları haqqında biliklərdən çox asılıdır. Təsadüfi deyildir ki, şəxsiyyətin forma-laşmasının psixoloji mexanizminin öyrənilməsi tərbiyə psix-ologiyasının başlıca vəzifəsi hesab olunur.
Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış, prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji me-xanizmlərini açmaqla, tərbiyə psixologiyası böyüyən gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün im-kan verir.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psix-oloji əsaslarını aşkara çıxarmaqla, tərbiyə psixologiyası şəxsiy-yətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Bu prosesdə daha yaşlı nəsl özünün təcrübəsini, ehtiraslarını, inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən 498


inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan ilk növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyət hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiy-yətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olar-aq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiy-yətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəru-ridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. Şəxsiyyətin əlamət və keyfiyyətlərinin əlaqəsini, qarşılıqlı təsir imkanlarını nəzərə almadan onun düzgün, məqsədəuyğun formalaşmasına nail olmaq mümkün deyildir.
Yüklə 15,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə