Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə7/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   2   3   4   5   6   7   8   9   10   ...   94

Bildirişlər


1. Qiyaməti yaddan çıxarmayın və xürafatları bir kənara qoyun.

2. Mükafat və cəza arzu və güman əsasında yox, əməl əsasında olur.

3. Heç bir əməl yox olmur və vaxtında sahibinə qaytarılır.

4. İlahi mühakimə ədalət əsasında qurulur və hər kəs öz cəzasını alır.



26. ﴿ قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ

De ki, Pərvərdigara, Sən əmr və səltənət sahibisən. İstədiyinə (məsləhət və hikmət əsasında) hakimiyyət verirsən və istədiyindən hakimiyyəti alırsan. İstədiyinə izzət bəxş edir və istədiyini zəlil edirsən. Bütün xeyirlər yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər işə qadirsən.”


Nöqtələr


◘Təfsirdə oxuyuruq ki, İslam peyğəmbəri Məkkəni fəth etdikdən sonra müsəlmanlara İran və Rumun fəthi vədini verdi. Həmin vaxt münafiqlər təəccüblə bir-birlərinə baxdılar. Bu ayə nazil oldu. Bəzi təfsirçilərin fikrincə, bu ayə məşhur xəndək qazılarkən nazil olmuşdur. O zaman həzrət peyğəmbər külüngü daşa vurarkən qığılcım qalxmışdı. Həzrət buyurmuşdu: “Mən bu qığılcımlarda Cəbraildən Mədain və Yəmən saraylarının fəthi xəbərini aldım.”

◘Ayədə haqqında danışılan izzət və zəlillik bəxş olunması Allahın qanun və sünnələrindəndir. Allah əsassız olaraq kimsəyə izzət bəxş etmir, kimsəni zəlalətə uğratmır. Məsələn, rəvayətdə oxuyuruq: “Hər kəs Allaha xatir təvazö və sadəlik göstərsə, Allah onu əziz edər. Hər kəs təkəbbür göstərsə, Allah onu zəlalətə uğradar.1


Bildirişlər


1. Bütün hakimiyyətlərin gerçək maliki Allahdır. Allahdan qeyriləri üçün hakimiyyət müvəqqəti və məhduddur.

2. Əgər malik Odursa, demək, başqalarına hakimiyyət əmanət olaraq verilir və onlar əsl malikin razılığı əsasında əməl etməlidirlər.

3. Bir halda ki, insan həqiqi mülk sahibi deyil, nə üçün ona verilmiş əmanətlə qürrələnsin və ya əlindən çıxdıqda məyus olsun?!

4. Allah layiq olan kəsə hakimiyyət verir. Necə ki, Süleymana, Yusifə, Taluta, Zülqərneynə hakimiyyət əta etdi.

5. Hökumət və hakimiyyət insanda vurğunluq yaradır. Qoparmaq mənası verən “nəzə” sözü bir növ vurğunluq nişanəsidir.

6. İzzət və zillət Allahın əlindədir. Kimsədən izzət gözləməyin. (Bu məsələyə “Nisa” surəsinin 139-cu ayəsində də işarə olunmuşdur.)

7. Dua və ibadətdə tövhid prinsipini gözləmək bir zərurətdir.

8. Bir şey ki, Ondandır, demək, vermək də, almaq da xeyirlidir. Biz isə tələsik mühakimələrimizdə bunun fəlsəfəsini anlamırıq.

9. Pisliklərin qaynağı acizlik və zəiflikdir. Hər şeyə qadir olan varlıq yalnız xeyir iş görər.
27. ﴿ تُولِجُ اللَّيْلَ فِي الْنَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيَّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاء بِغَيْرِ حِسَابٍ

(Pərvərdigara,) Sən gecəni gündüzə və gündüzü gecəyə gətirirsən. Diridən ölü, ölüdən diri çıxarırsan. İstədiyinə saysız-hesabsız ruzi verirsən.”


Nöqtələr


◘İnsanda tövhid ruhunu çiçəkləndirmək üçün bu və bundan qabaqkı ayədə Allahın qüdrət nişanələri on iki dəfə yada salınır.

◘Gecənin gündüzə və ya gündüzün gecəyə daxil olunması dedikdə, müxtəlif fəsillərdə gecə və gündüzün uzunluğunun artıb-əskilməsi və ya tədrici qürubla tülu (gün çıxması) nəzərdə tutulur. Əvvəlki məna daha məntiqli görünür.

◘Allahın dirini ölüdən çıxarması qüdrətinin bir nümunəsi cansız qida maddəsindən diri hüceyrələr yaratmasıdır.

◘Bəzən ölü qəlbli kafirlərin mömin övladları, diri qəlbli möminlərin kafir övladları olur. Bu da ayədəki məfhumun nümunələrindən biridir.2

◘«Hesabsız ruzi» dedikdə firavan və saysız ruzi nəzərdə tutulur. Ruzinin hesabı Allahın əlindədir. Belə bir məna da nəzərdə tutula bilər ki, Allahın ruzisinin hesabı sizin əlinizdə deyil. Belə ki, bu ruzi güman etmədiyiniz yerdən sizə verilir.

◘Ruziyə münasibətdə insanlar arasındakı fərq ilahi hikmətlərdən biridir. İnsanların bir-birinə möhtac olması ictimai həyatın formalaşması amillərindəndir. Bu yolla insanlarda səxavət, fədakarlıq, səbir, qənaət kimi sifətlər çiçəklənir. Əgər ruzi eyni bölünərdisə, yuxarıda sadalanan sifətlər insanlarda üzə çıxmazdı. Birində hansısa nemət olduqda və bir başqası həmin nemətdən məhrum qaldıqda bu çatışmazlığı aradan qaldırmaq üçün insanlar bir araya gəlir, varlılarda səxavət, kasıblarda qənaət, iffət və səbir kimi sifətlər çiçəklənir.


Bildirişlər


1. Gecə və gündüzün əvəz olunması, fəsillərin yaranması ilahi bərəkət və lütflərdən biridir.

2. Yaranışdan əlavə bütün dəyişiklik və tədbirlər Onun əlindədir.

3. Allahın qüdrəti məhdud deyil. O, ölüdən diri, diridən ölü ərsəyə gətirir.

4. İlahi lütf çeşməsi nəhayətsizdir. Ruzi hesabsızdır, yəni ruzi çeşməsi üçün heç bir məhdudiyyət yoxdur.


28. ﴿لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ

İman əhli möminləri qoyub, kafirləri dost tutmamalı və onları rəhbər seçməməlidirlər. Belə edənlərin Allah yanında heç bir dəyərləri yoxdur. Kafirlərdən qorxub təqiyyə edən istisnadır. (Daha mühüm məqsədlər naminə müvəqqəti olaraq onlarla keçinin.) Allah sizə xəbərdarlıq edir. Qayıdış Allaha doğrudur.”


Nöqtələr


◘Əvvəlki ayələrdə Allahın sonsuz qüdrəti ilə bağlı verilən məlumatları nəzərə aldıqda kafirlərin hakimiyyətinin qəbuluna yer qalmır.

◘Bu ayədə xarici siyasətin siması, kafirlərlə rəftar qaydası, təqiyyə və təqiyyədən sui-istifadənin qarşısının alınması şərtləri bəyan olunmuşdur.

◘Təqiyyə müxaliflərin əzab-əziyyəti qorxusundan həqiqi əqidəni gizlətmək, təhlükədən uzaq olmaq üçün onlarla mübarizəni tərk etməkdir. Təqiyyə bəzən vacib, bəzən isə haram olur. Quranda “Nəhl” surəsinin 106-cı ayəsində təqiyyə haqqında danışılmışdır. Bu ayə Əmmar Yasirin şəninə nazil olmuşdur.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə