Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə18/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

Bildirişlər


1. Düşmənlər müsəlmanları doğru yoldan çəkindirmək üçün daim plan çızırlar. Altmış doqquzuncu ayədə oxuduq ki, kitab əhli sizi azdırmaq arzusundadır. Bu ayədə isə onların uyğun məqsədə çatmaq üçün cızdıqları plandan danışılır.

2. Ola bilər ki, bir dəstə düşmən müsəlman adı ilə sıralarımıza nüfuz edib arxadan zərbə endirmək istəsin. Ona görə də ayıq olmalıyıq.

3. Müsəlman sadəlövh və tez inanan olmamalı, hər “iman gətirdim” deyənə etimad göstərməməlidir.

4. Allah həssas mərhələlərdə düşmənin sirləri və hiylələri üzərindən pərdəni götürür.

5. İmanda elə bir mərhələyə çatmalıyıq ki, bəzi müsəlmanların dindən çıxması bizi süstləşdirməsin.

6. Düşmənin siyasətlərindən biri əvvəlcə rabitə yaradıb, sonradan bu rabitəni qırmaqdır. Onlar bu vasitə ilə müsəlman cəmiyyətində qarışıqlıq salmaq istəyirlər.


73. ﴿وَلاَ تُؤْمِنُواْ إِلاَّ لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللّهِ أَن يُؤْتَى أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

(Yəhudi böyükləri öz ardıcıllarını İslamın qəbulundan çəkindirmək üçün onlara deyirdilər:) «Sizin ayinlərinizə itaət edənlərdən başqasına iman gətirməyin.» (Ey peyğəmbər, onlara) de ki, səadət yolu Allahın göstərdiyi yoldur. Digər bir ümmətə də sizə verildiyi kimi (kitab və şəriət) verilməsi, Allah hüzurunda onların sizlə mübahisəsi mümkündür. (Ey peyğəmbər, onlara) de ki, fəzl və rəhmət Allahın əlindədir. O, istədiyinə əta edir. Allah geniş rəhmət və sonsuz elm sahibidir.”


Nöqtələr


◘Kitab əhli yəhudilərin İslama üz tutmasından narahat idilər. Bu meylin qarşısını almaq üçün təbliğ edirdilər.

Bildirişlər


1. İslam düşmənləri öz qurğularında məxfi iş görülməsini və yalnız özlərinə etimadı tövsiyə edirlər. İman sözünün bir mənası da etimad və arxayınçılıqdır.

2. İlahi hidayət tarix boyu davam etmiş bir cərəyandır. O, xüsusi bir qövmə xas deyil.

3. Təəssüb və özünü üstün bilmək dindarlığın bəlalarından biridir.

4. Allahın lütfləri xüsusi bir dəstəyə aid deyil. Nübuvvət və hidayət ilahi bir fəzldir və Allah onu istədiyinə verər.

5. Allah peyğəmbərləri elm əsasında seçir.
74. ﴿ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

(Allah) Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük fəzl sahibidir.”


Nöqtələr


◘Bu ayə ilahi lütfün yalnız yəhudilərə aid olması haqqındakı yanlış təsəvvürü alt-üst edir. Ayədə buyurulur: Allah Öz risalətini kimə tapşıracağını yaxşı bilir. O öz bəndələrindən ən layiqlisini seçib Öz xüsusi lütfünü onun halına şamil edir. Allahın həm lütfü genişdir, həm də hikməti ayırd edəndir.
75. ﴿وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لاَّ يُؤَدِّهِ إِلَيْكَ إِلاَّ مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَيْسَ عَلَيْنَا فِي الأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

Kitab əhli arasında elələri var ki, əgər onlara böyük sərvət tapşırsan, onu sənə necə varsa elə qaytararlar. Onlardan bəzisinə isə bir dinar əmanət versən, daim başı üzərində durub tələb etməsən, geri qaytarmazlar. Bunun səbəbi odur ki, deyərlər: “Ümmilərin (kitab əhli olmayanların) haqqında nə etsək, bizə günah yoxdur.” Halbuki onlar agah şəkildə Allaha yalan deyirlər.”


Nöqtələr


◘Rəvayətdə bildirilir ki, əmanət sahibi günahkar da olsa, onun əmanətini özünə qaytarın.1

Bildirişlər


1. Müxaliflərinizlə münasibətdə insaflı olun. Hamını xain saymayın.

2. İnsanları dəyərləndirmə ölçüsü onların əmanətdarlığıdır.

3. Əxlaqi dəyərlərin əhəmiyyəti var. Əmanətə vəfa göstərmək hamının nəzərində yaxşı, əmanətə xəyanət isə hamının nəzərində pisdir. Hətta yəhudiyə məxsus əmanətin də qaytarılması bir dəyərdir.

4. Haqqı geri almaq üçün qiyam və müqavimət zəruridir.

5. İstismar, irqçilik qadağandır.

6. Yəhudi və məsihilər özlərini alim, müsəlmanları isə savadsız, ümmi sayırdılar.

7. Günahdan qabaq günaha diqqət gəlir. Yəhudilər xalqın malını haqsız yerə yeyirdilər və deyirdilər: «Allah bu işimizdən razıdır.»
76. ﴿ بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ

Bəli, hər kəs öz əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah təqvalıları sevir.”


Nöqtələr


◘Aşağıdakı hallarda əhdə vəfa etmək lazımdır:

a) Allahın fitrət və ya peyğəmbərlər vasitəsi ilə insanlarla bağladığı əhd.1

b) İnsanın Allahla bağladığı əhd.2

v) İnsanın xalqla bağladığı əhd.3

q) Rəhbərin ümmət və ümmətin rəhbərlə əhdi.4

Bildirişlər


1. Yanlış düşüncələr qarşısında mövqe tutun. Adətən, öncəki məntiq və təfəkkür rədd olunduğu halda “bəla” sözü işlədilir.

2. Təqva insanı Allaha münasibətdə yalandan və xalqın haqqına təcavüzdən qoruyur.

3. Əsas məsələ şüar yox, əməl və təqvadır.

4. Əhdə vəfa təqva nişanələrindəndir.

5. Kitab əhli olmaq yox, əhdə vəfa etmək və təqvalı olmaq məhbubiyyət ölçüsüdür.
77. ﴿إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لاَ خَلاَقَ لَهُمْ فِي الآخِرَةِ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ وَلاَ يَنظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Həqiqətən, Allahla əhdi və öz andlarını ucuz qiymətə satanların axirətdə bir payı yoxdur. Allah qiyamətdə onlarla danışmaz, onlara nəzər salmaz və onları pak etməz. Onlar üçün dərdli bir əzab vardır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə