Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə22/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   18   19   20   21   22   23   24   25   ...   198

natora göndərilirdi, o isə altı həftə müddətində ya hökmü təsdiq 

edir, ya da onu öz etirazları ilə palataya göndərirdi. Onu da qeyd 

etmək  lazımdır  ki,  palata  bu  etiraza  baxmağa  məcbur  idi  və 

zəruri hallarda işə yenidən baxmalı, sonra işi təkrar prokurora və 

qubernatora  təqdim  etməli  idi.  Əgər  qubernator  bu  dəfə  hətta 

hökmlə  razılaşsa  da  onu  təsdiq  etməyə  səlahiyyətli  deyildi  və 

bütün işi az əhəmiyyətli cinayətlər üzrə baş idarə rəisinə, daha 

mühüm cinayətlər üzrə isə Hökümət Senatına göndərməli idi. 

1868-ci il fevralın 19-da Azərbaycanda tərkibində müvafiq 

prokuror  nəzarəti  və  istintaq  hissələri  olan  yeni  məhkəmə 

idarələri  açılır:  Bakı  quberniyasında  -  Bakı  Dairə  Məhkəməsi, 

Bakı,  Şamaxı,  Quba,  Lənkəran,  Cavad  və  Göyçay  barışıq 

şöbələri;  Yelizavetpol  quberniyasında  -  Yelizavetpol  Dairə 

Məhkəməsi,  Yelizavetpol,  Qazax,  Nuxa,  Şuşa  və  Zəngəzur 

barışıq  şöbələri;  İrəvan  quberniyasında  -  Naxçıvan  barışıq 

şöbəsi,  1869-cu  ildə  isə  Zaqatala  dairəsində  barışıq  şöbəsi 

yaradılır. 

1864-cü  il  məhkəmə  nizamnamələrinin  Zaqafqaziyada,  o 

cümlədən Azərbaycanda tətbiqi zamanı ən mühüm istisnalardan 

biri  bundan  ibarət  idi  ki,  dairə  məhkəmələri  aidiyyatında  olan 

ərazi  istintaq  və  barışıq  sahələrinə  deyil,  hər  birində  Qafqaz 

canişini  tərəfindən  təyin  edilən  bir  barışıq  hakimi  olan 

şöbələrinə  bölünürdü  və  ibtidai  istintaqın  aparılması  üzrə 

məhkəmə  müstəntiqlərinin  vəzifələri  də  barışıq  məhkəmələri 

hakimlərinə və onların köməkçilərinə həvalə edilirdi. Beləliklə, 

barışıq  məhkəmələri  hakimlərinin  və  onların  köməkçilərinin 

əlində məhkəmə funksiyaları ilə yanaşı, istintaq funksiyaları da 

cəmlənirdi  ki,  bu  da  istintaqın  müstəqilliyinə  zərər  vurmaqla 

yanaşı,  onların  vəzifələrinin  öhdəsindən  gələ  bilməmələrinə 

səbəb olurdu. 

1864-cü  il  məhkəmə  nizamnamələrinin  Zaqafqaziyada 

tətbiqinin  ciddi  nöqsanlarından  biri  də  məhkəmə  və  onunla 

birlikdə istintaq orqanlarının yaşayış məntəqələrinin əksəriy- 

-



 = 

68

 =-■

  ......................................................................................................................................  = 




yotindon  uzaq  olması  idi.  Bununla  əlaqədar  olaraq,  qəza 

mərkəzlərində  barışıq  şöbələri  ilə  yanaşı,  digər  yerlərdə 

tərkibində istintaq hissəsi olmaqla 11 xüsusi barışıq sahəsi təsis 

edilir.  Barışıq  sahələri  öz  funksiyalarını  barışıq  şöbələri 

hüququnda  həyata  keçirirdilər.  Sahələrin  hər  birində  cinayət  və 

mülki işlərə baxılması barışıq hakiminin köməkçilərindən birinə, 

istintaqın  aparılması  isə  digərinə  həvalə  edilirdi.  Barışıq 

hakiminin yalnız bir köməkçisi olduqda isə, istintaqın aparılması 

məhkəmə vəzifələrinə namizədə tapşırılırdı və ya köməkçinin özü 

tərəfindən  məhkəmə  baxışı  ilə  yanaşı  həyata  keçirilirdi.  Qafqaz 

Canişinin 9 may 1870-ci il tarixli "sərəncamı ilə barışıq hakimləri 

istintaqın aparılmasına nəzarətdən kənaıiaşdırıhr və bu funksiya 

dairə məhkəməsinin nəzdindəki prokurora və onun köməkçilərinə 

həvalə edilirdi. 

4.3.

 

Azərbaycan Xalq Cümhuriyyətinin məhkəmə 



orqanlarının yaradılması və təşkilinin tarixi 

1918-1920-ci  illər  Azərbaycan  xalqının  tarixinə  mühüm 

mərhələ kimi daxil olmuşdur. Məhz bu dövrdə Azərbaycan dövlət 

quruluşunun və dövlətçiliyimizin çoxəsrlik ənənələrinin dirçəlişi 

kimi  mühüm  hadisə  baş  vermiş,  müsəlman  Şərqində  ilk 

respublika  -  Azərbaycan  Xalq  Cümhuriyyəti  yaranmış  və 

fəaliyyət  göstərmişdir.  Qısa  müddət  yaşamasına  baxmayaraq, 

Azərbaycan  Xalq  Cümhuriyyəti  ən  müasir  dövlət  idarəçilik 

forması  tətbiq  etmiş,  ölkədə  əsl  demokratik  respublika 

qurulmuşdur. Burada dövlət quruculuğu işi tam hüquqi əsaslarda 

aparılmışdır. 

AXC hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə 

köçdükdən  sonra  onun  qarşısında  duran  mühüm  dövlət 

quruculuğu  vəzifələrindən  biri  sabit  hüquq  qaydasını  təmin  edə 

biləcək məhkəmə-istintaq aparatının normal fəaliyyətinin təmini 

məsələsi idi. 



== 

^=-= 



69

  ......................... ^ 

■=




Ədliyyo  Nazirliyi  foaliyyolə  başlayarkon,  mövcud 

möhkəmə-istintaq aparatının tam bərbad vəziyyəti ilə qarşılaşdı. 

Respublika ərazisinin hər yerində anarxiyanın hökm sürməsi ilə 

əlaqədar olaraq məhkəmə-istintaq orqanlarının fəaliyyəti, demək 

olar ki, dayanmışdı. 

Gəncə  şəhərində  dairə  məhkəməsinin  işə  başlamasına 

baxmayaraq,  ö  da  praktiki  olaraq  səmərəli  fəaliyyət  göstərə 

bilməmişdi.  Qulluqçuların  əksəriyyəti  işdən  getmiş  və  onların 

yerləri məlum deyildi. 

Barışıq  məhkəməsi  institutu  fəaliyyətini  bütün  qəzalarda 

tamamilə  dayandırmış,  çox  yerdə  talanmış,  dağıdılmış  və  ya 

yandırılmışdır.  İstintaq  hissələrində  də  vəziyyət  acınacaqlı  idi. 

Çox  nadir  hallarda  hansısa  sahədə  müstəntiq  funksiyalarını 

yerinə  yetirən  barışıq  hakiminin  köməkçisi  öz  yerində  qalırdı, 

ancaq o da öz vəzifələrini yerinə yetirə bilmirdi. 

Yeni  yaranmış  respublikada  ictimai  və  dövlət  həyatının 

hüquqi əsaslarını qısa müddətdə yaratmaq mümkün olmadığını 

və  ölkədə  qanunçuluğun  və  hüquq  qaydasının  bərpası  və 

təmininin müəyyən müddət köhnə qanunların saxlanmasını tələb 

etdiyini nəzərə alaraq, Azərbaycan Hökuməti 1918-ci il iyunun 

23-də «Rus və Zaqafqaziya qanunlarının qüvvəsinin müvəqqəti 

olaraq  saxlanması  haqqında»'  qərar  qəbul  edir.  Həmin  qərara 

görə, bütün idarəçilik və məhkəmə sahələri üzrə qüvvədə olan 

qanunlar hökumət tərəfindən qanunla müəyyən edilən qaydada 

ləğv edilənə və ya diyişdirilənə qədər öz qüvvəsini saxlayırdı. 

Müvafiq  olaraq,  Azərbaycanda  məhkəmə-prokurorluq 

orqanlarının 1864-cü il məhkəmə islahatına uyğun olaraq təşkil 

edilmiş sistemi saxlanılırdı. 

Məhkəmə-istintaq  orqanlarının  fəaliyyətinin  bərpası  işində 

böyük çətinliklərdən biri hazırlıqlı mütəxəssislərin olma- 

 

• Собрание Узаконений и Распоряжений Правительства 



Азербайджанской Республики, 1, 15 ноября 1919 г., ст. 17. 



70

 

' = 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə