orqanları» kursunu dərindən öyrənməklə nail olmaq mümkündür.
Azərbaycanda hüquq mühafizə fəaliyyəti sahəsində son
dövrdə aparılmış islahatlarla yanaşı tədris proqramlarında da
ciddi dəyişiklik edilmişdi. Hal-hazırda bu fənn üzrə dərs vəsaiti
azdır, olanı da rus dilindədir.
Təqdim olunan dərsliyin hazırlanmasında məhz Azərbaycan
Respublikasında hüquq mühafizə orqanlarının fəaliyyətini
tənzimləyən təkmilləşdirilmiş normativ-hüquqi bazadan istifadə
olunmuşdur.
Əzim Pir iy ev
/ FƏSİL
«Az
ərbaycan Respublikasının
hüquq mühafiz
ə
orqanları» kursunun predmeti və
əsas anlayışı
1.1. «Azərbaycan Respublikasının hüquq
nıUhalızə orqanları» kursunun anlayışı, prednleti,
sistemi və əhəmiyyəti
Kursun predmeti. Məlum olduğu kimi, hər hansı tədris
fənninin predmeti ən əvvəl onun əhatə etdiyi məsələləri,
problemləri
öyrənməklə
məşğuldur.
«Azərbaycan
Respublikasının hüquq mühafizə orqanları» kursu hüquq
elminin müstəqil bir sahəsini təşkil edir.
«Azərbaycan Respublikasının hüquq mühafizə orqanları»
kursunun predmetinə - hüquq mühatlzə orqanlarının təşkili və
fəaliyyət prinsipləri, onların vəzifələri, səlahiyyətləri, hüquq
mühafizə orqanlarının sistemi, onların qarşılıqlı əlaqələri, ədalət
mühakiməsinin həyata keçirilməsi qaydaları və digər vacib
məsələlər daxildir.
Hüquq mühafizə orqanlarının əsas vəzifəsi respublikada
qanıınçuluğun və qayda-qanunun təmin edilməsi, insan və
vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, dövlətin, dövlət və
qeyri-dövlət
təşkilatlarının,
müəssisələrinin,
əmək
kollektivlərinin və ictimai təşkilatların hüquqlarının və qanuni
mənafelərinin mühafizəsi, cinayətkarlıqla və digər hüquq
pozuntuları ilə kəskin mübarizə aparmaqdır.
Bu məsələlər dövlətin və onun orqanlarının ali məqsədi kimi
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində
öz əksini tapmışdır: «İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir». Bu fikir
həmçinin 26-cı maddədə də əks olunmuşdur: «Dövlət hər kəsin
hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir».
Hansı dövlət orqanlarının hüquq mühafizə orqanları sırasına
aid edilməsi uzun müddətdir ki, mübahisə obyektinə
çevrilmişdir. Qüvvədə olan qanunvericilik aktlarında bu barədə
dəqiq göstəriş yoxdur. Hüquq mühafizə fəaliyyəti bir neçə
başlıca əlamətləri özündə cəmləşdirir.
Bunlardan birincisi ondan ibarətdir ki, hüquq mühafizə
fəaliyyəti necə gəldi yox, yalnız hüquqi təsir tədbirləri görməklə
həyata keçirilə bilər. Məsələn, törədilən cinayətə görə cəza və
digər tədbirlərin qanun çərçivəsində tətbiq edilməsi və ya
vurulan ziyanın ödənilməsi və digər məsələlər.
Hüquq mühafizə fəaliyyətinin ikinci başlıca əlaməti ondadır
ki, tətbiq olunan hüquqi tədbirlər ciddi surətdə qanunauyğun
olmalıdır, onun tələblərinə tam cavab verməlidir. Məsələn,
tətbiq edilən cəza tədbiri törədilən əməlin məzmununa uyğun
olmalıdır.
Üçüncü xarakterik cəhət bundan ibarətdir ki, hüquq
mühafizə fəaliyyəti müəyyən edilmiş prosedur qaydalar
çərçivəsində həyata keçirilməlidir. Məsələn, məhkəmə
tərəfindən cinayət haqqında cəza və ya bəraət hökmü tətbiq
edilməsi yalnız məhkəmə iclasında aparılan hərtərəfli və
obyektiv araşdırmalardan sonra çıxarıla bilər.
Dördüncü mühüm cəhət bundan ibarətdir ki, hüquq
mühafizə
fəaliyyəti
xüsusi
səlahiyyətli,
hazırlıqlı
hüquqşünaslardan
və
ya
digər
mütəxəssislərdən
komplektləşdirilən xüsusi dövlət orqanlarına həvalə edilir.
Bütün bunlar pozulmuş hüquqların bərpa edilməsi üçün
hüquq mühafizə orqanları tərəfindən əsaslandırılmış qanuni
tədbirlərin operativ görülməsinə əlverişli şərait yaradır.
Ona görə bu fəaliyyətlə hansı orqanların məşğul olması və
onların hansılarının hüquq mühafizə orqanlarına aid edilməsi
mübahisələrə səbəb olmuşdur.
20-30-cu illərdə «Hüquq mühafizə orqanları» kursu
«Məhkəmə quruculuğu» adı altında geniş tədris edilməyə
başlanmışdı. Fənnin bu adla tədrisi özünü doğruldurdu. Çünki o
vaxtlar qanunvericiliyə görə məhkəmə quruculuğu
^
8
=
adı altında lokco mohkomo orqanları deyil, ədliyyə müəssisələri,
prokurorluq, istintaq, vəkillik və digər orqanlar da məhkəmə
quruculuğu sisteminə daxil idilər. Məhkəmələr aparıcı rol
oynadıqlarına görə l926-cı ildə məhkəmə quruculuğu haqqında
qəbul olunan Əsasnaməyə görə istintaq aparalı da məhkəmələrə
tabe cdilmiijdir. Prokurorluq məhkəmələrdə ittihamçı
funksiyasını yerinə yetirir və yalnız protest verə bilərdi.
50-ci illərdən sonra dövlət aparatında aparılan mərkəzləşmə
siyasətindən sonra məhkəmə quruculuğu sisteminə prokurorluq
da əlavə olunduğuna görə tədris planlarına dəyişikliklər və
əlavələr edilərək «SSRİ-də məhkəmənin və prokurorluğun
təşkili» fənni daxil edildi. 7ü-ci illərdə bu ad da dəyişilərkən
«SSRİ-də məhkəmə və ədalət mühakiməsi» adlandırıldı. Lakin
bununla fənnin adının dəyişdirilməsi məsələsi başa çatmadı.
1988-ci ildə bu fənn «SSRİ-də hüquq mühafizə orqanları» fənni
adlandırıldı.
SSRİ dağıldıqdan sonra, məsələn, 1992-ci ildə Rusiya
Federasiyasında fənnin adı dəyişilərək «Məhkəmə quruculuğu
və hüquq mühafizə orqanları», «Rusiya Federasiyasında
məhkəmə hakimiyyətinin təşkili» adlandırıldı.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası
dövlət müstəqilliyini əldə eldikdən sonra hüquq mühafizə
orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul
edilmiş, bir sıra beynəlxalq müqavilələr bağlanmışdır.
Belə ki, məhkəmələrin səlahiyyətlərində və təşkilati
təminatı sahəsində ciddi dəyişikliklər edilmiş, eyni zamanda
məhkəmələrin və hakimlərin ədalət mühakiməsini həyata
keçirərkən
müstəqil
olmaları
üçün
təminatlar
genişləndirilmişdir. 1993-cü ildə əvvəllər Daxili İşlər
Nazirliyinin tərkibində olan İslah İşləri İdarəsi Ədliyyə
Nazirliyinin tabeçiliyinə verilərək Məhkəmə Qərarlarının İcrası
Baş İdarəsi adlandırılmışdır. Cəza-icra sisteminin Ədliyyə
Nazirliyinə daxil edilməsi, nazirlikdə məhkəmə icraçılan və
məhkəmə nəzarətçiləri ida-
Dostları ilə paylaş: |