ELAN
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi
Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin
stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət
tam orta
ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq
bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə
inkişaf və
innovasiyalar
üzrə VII qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258
nömrəli qərarı ilə təsdiq edilmiş “
Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların
məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər
” əsasında keçirilir.
Müsabiqənin büdcəsi 1 900 000 (bir milyon doqquz yüz min) AZN təşkil edir.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə,
layihə təklifi, xərclər smetası,
icra
planı) qəbulu
15.02.2023-31.03.2023-
cü il tarixlərində
www.grants.edu.az
saytı
üzərindən həyata keçirilir.
Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:
“Ümumi təhsil müəssisələri” kateqoriyası
“Fərdi” kateqoriya
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı nominasiyalardan birinə aid
olmalıdır:
1. Texnoloji
inkişafın son nailiyyətlərinin və rəqəmsallaşdırılmış məzmunun
təhsildə tətbiqi
Əhatə olunan mövzular:
Onlayn
öyrənmə platformaları, tətbiqlər (applications) və artırılmış reallıq
texnologiya
ları vasitəsilə öyrənmənin təşkili;
STEAM,
kodlaşdırma, 3
ölçülü çap, animasiya proqramları, robototexnika və
digər bu kimi istiqamətlər üzrə məşğələlərin təşkili.