MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə76/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

Az
ərbaycan dili məsələləri 
 
253 
sözl
ərin daxil edillməsi bir tərəfdən  əgər onun nitqini 
f
ərdiləşdirmişsə, digər tərəfdən tipin haralı olduğu barədə 
dolayı da olsa, müəyyən infor-masiya vermişdir. 
“Dostluq  qalası”  romanında  sinonimlərin bədii-
emosional funksiyaları müxtəlif və çoxcəhətli olduğu kimi, 
onların semantik məna çalarları, üslubi rəng və qammaları 
da r
əngarəng və bənzərsizdir. 
Yazıçı sinonimlərdən  təsvir etdiyi surətin daxili alə-
minin  açılmasında,  personajların  nitqinin  fərdiləşdiril-
m
əsində, hadisənin daha ətraflı,  daha  müfəssəl  göstəril-
m
əsində  olduqca səmərəli  yararlanmışdır.  Dediklərimizi 
aydın  görmək üçün, həm də  sənətkarın  sinonim  sırala-
rından  istifadə  edərək özünəməxsus  üslubi  çalarlıq  yarat-
dığını müşahidə etmək  məqsədi ilə konkret nümunə kimi 
“danışmaq” sözünün sinonimlərinin ifadə  etdiyi məna 
çalarlıqlarına diqqət yetirək. 

əllif  “danışmaq”  anlayışını  ifadə  etmək üçün 
yerin
ə  görə, onun kəlmə  kəsmək,  mırıldanmaq,  nağıl  et-
m
ək, dinmək, deyinmək, söyləmək, demək, söhbət etmək, 
qımıldanmaq,  sözə  başlamaq,  dərdləşmək, cüyül-dəmək, 
başlamaq,  mızıldanmaq  və  s. sinonimlərini  əsərin dilinə 
g
ətirir. Bu sözlər  yeni sinonim cərgədə  birləşsələr də, 
aralarında olan incə məna fərqinə görə bir-birindən az və 
ya çox  d
ərəcədə  fərqlənirlər. Sinonim sözlər  arasında  
olan bu inc
ə fərqini həssaslıqla duyan sənətkar sözlərə son 
d
ərəcə  diqqətlə  yanaşmış,  üslubi  rolundan  asılı  olaraq 
onların daha münasibibi işlətmişdir. Romanın dil  zəngin-
liyi bel
ə bir həqiqəti bütünlüklə sübut edir: 
a) M
ənfi surəti ifşa etmək, oxucuda ona qarşı nifrət 
oyatmaq m
əqsədilə: 
- Olub! – dey
ə birdən Abakər cüyüldədi (I, 273). 
Qulam: “d
əlilik”, - deyə özlüyündə mırıldandı


Misir S
əfərov 
 
 
254 
Misallarda  verilmiş  “cüyüldəmək”,  “mırıldanmaq” 
sözl
əri “danışmaq” sözünün sinonimləridir. Lakin müəllif 
m
əqsədindən  asılı  olaraq  məhz bu sözlərdən istifadə 
etmişdir ki, bunlar da üslubi roluna görə obrazların mənfi 
t
əbiətlərini aşkarlamağa xidmət edir. “Cüyüldəmək” danış-
maq deyil, bu, boğazdan eybəcər səs çıxarmaqdır. Müəllif 
Abak
ərə  mənfi xarakterli adam olduğu  üçün  nifrət edir. 
Ona gör
ə də onun danışığını “cüyüldəmək” ilə ifadə edir. 
Eyni  fikri  “mırıldanmaq”  sözü  haqqında  da  demək olar. 
Burada da mü
əllifin təsvir etdiyi surətə olanmənfi müna-
sib
əti bu söz vasitəsilə son dərəcə məharətlə verilmişdir. 
b) T
əkrara yol verməmək və üslubi ağırlıq yaratma-
maq m
əqsədi ilə: 
Fürs
ət tapdıqca onunla kəlmə kəsir. Xəlildən özünü 
g
ərək olan heç bir söhbət qopara bilməsə də, o yandan-bu 
yandan danışırdı (III, 116). 
S
əhərdən sizinlə  söhbət eləyir, indi də  icazə  verin 
biziml
ə bir kəlmə kəssin (II, 342). 
b) Sur
ətin psixoloji əhvali-ruhiyyəsini, onun daxili 
al
əmini aşkarlamaq  məqsədilə: 
-  Q
ənbər məsələsindən sonra, -  Tapdıq  dodaqaltı 
mızıldandı, - əsgərlər bir az gözüqıpıq olublar (IV, 39). 
Ancaq Konstantin Xolmoqortsev q
ərargahda ürəyini 
kifay
ət qədər boşalda bilmədiyi üçün hey deyinirdi (IV, 5) 
v
ə s. və i.a. 
Bütün  bunlarla  yanaşı,  müəllif  “danışmaq”  sözünün 

əyyən münasibətlərlə başqa sinonimlərindən də istifadə 
etmişdir  ki,  bunlar  da  əsərdə  üslubi roluna görə  mühüm 
əhəmiyyətə  malikdir.  Aşağıda  verəcəyimiz nümunələrdə 
bunu bir daha 
aydın görmək olar: 


Az
ərbaycan dili məsələləri 
 
255 

−Taqanroqdan gələnlərin biri sözünü qurtarmamış, o 
biri başlayırdı” (IV, 41). 
Q
ərargahda çox danışmışdılar (IV, 5); Sonra alverçi 
arvad deyir 
ki, siz buradan qaçın, hara bacarırsınız, qaçın, 
hara  bacarırsınız,  qaçın,  yaralını    biz  bir  təhər gizlədib 
sağalda  bilərik (IV, 42); Nəhayət, o gəlir,  ağlaya-ağlaya 
nağıl edir ki,  şəhərdə partizan qalmadı, tutdular, qırdılar 
(IV, 42); K
əyanın  dostu  general  Petrovdan,  Mərkəzi 
Komit
əyə  gələn bir-iki məktibdan  söz açıb  general 
Petrovun da bu fikird
ə  olduğunu  söylədi (II, 6); Mah-
mudun 
qımıldanmadığını görüb yenə soruşdu (I, 71); Öz 
t
ərcümeyi-halını  müfəssəl  danışandan  sonra keçən il 
Cuma  İmamzadə  adlı  bir  komandirə  rast gəlib, onunla 
yaxınlıq  etdiyini,  Cumanın  onu  nə  sayaq  yoldan  çıxart-
dığını, səhiyyə batalyonunda işə düzəltdiyini söylədi... (IV, 
9);  Cuma bundan istifad
ə etmək və əsgərlərin nə barədə 
söhb
ət etdiklərini, həm də  ümumiyyətlə, onların əhvali-
ruhiyy
ələrini öyrənmək istəyərkən, azacıq kənarda oturub, 
dün
ən aldığı çörəyi, kolbasanı çantasından  çıxardı, çənə-
sini  işlədə-işlədə  əsgərlərə  qulaq  asmağa  başladı  (III, 
131); Ancaq  siz
ə də deyim (IV, 9) və s. 
Ümumiyy
ətlə, romanın dilindəki sinonimik cərgələr, 
onların  bədii-üslubi rəngarəngliyi müəllifin öz qələminə 
nec
ə  məsuliyyətlə  yanaşdığını  bir  daha  təsdiq edir. 
T
ədqiqat göstərir ki, yazıçı dilimizin lüğət tərkibində olan 
sinonim c
ərgələri müxtəlif mənbədən  aldığı  sözlər 
hesabına  fərdi dəst-xəttində  daha da zənginləşdirmiş  və 
onların  üslubi  məqam müxtəlifliyini  daha  da  genişlən-
dirmişdir. Bütün bunlar isə əsərin ideya-estetik təsir qüv-
v
əsinin dərinliyindən xəbər verən amillərdəndir. 
Antoniml
ər.  Məlum  olduğu  kimi,  dilin  lüğət tərki-
bind
ə mövcud olan sözlərin bir qismi öz mənalarına görə 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə