MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

Misir S
əfərov 
 
 
34 
üçün üslubi antoniml
ərdən yerli-yerində istifadə etmişdir. 
Bunu aşağıdakı nümunələrdə aydın görmək olar: 
Gözl
əmədiyi bu atəş düşməni elə karıxdırdı ki,  yerə 
sinm
ək belə  yadına  düşmədi.  Sağa-sola, irəli-geri, hara 
qaçdıza, Kərəmin gülləsi altına düşdü (1, 149). 
3. Sur
ətin  daxili həyəcanını  vermək üçün antonim-
l
ərdən istifadə edilmişdir. Pilləkəni sürətlə çıxdığına görə 
sin
əsi yavaş-yavaş enib-qalxırdı (11, 7). 
 
1982 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
35 
 
 
 
 
BƏDİİ ƏSƏRLƏRDƏ METAFORALAR 
 
B
ədii  əsərlərin dili spesifik xüsusiyyətlərə  malik 
olub
,  obrazlılıq,  emosionallıq  və  s. keyfiyyətlərinə  görə 
seçilir. Bel
ə  əsərlər dilcə  çox zəngin və  rəngarəng olur. 
B
ədii əsərlərin müəllifi üslubi məqsəddən asılı olaraq dildə 
mövcud olan bütün vasit
ələrdən öz qüvvəsi daxilində 
geniş istifadə edir. Bu dil vasitələri isə bədii əsərin dilində 
xüsusi üslubi v
əzifələrə malik olur. Belə vasitələrdən biri 
d
ə məcazi növlərindən olan metaforadır (bu söz yunanca  
köçürm
ə  mənasını  bildirir.Azərbaycan dilində  həmin 
anla
yışda istiarə sözü də işlənir). 
VII sinifd
ə  proqrama  uyğun  olaraq  “Bədii təsvir 
vasit
ələri  haqqında  məlumatın  dərinləşdirilməsi”ndən 
danışarkən metafora haqqında da məlumat verilməlidir. Bu 
m
əlumatı  nəzəri cəhətdən  daha  da  genişləndirmək məq-
s
ədilə  metaforanın  üslubi  rolundan  danışmağı  məqsədə-
müvafiq bildik. 
“Metafora başqa sözlərlə calaşdırıldığı zaman, başqa 
bir şey, ya hadisəyə aid olan sifət və əlamətləri öz üzərinə 
keçir
ən sözə deyilir” (prof.M.Rəfili). 
Elmi 
ədəbiyyatda bədii təsvir vasitəsi kimi qiymət-
l
əndirilən  metafora, həm də canlı danışıq dilinə aid olub 
emosional-ekspressiv xarakter
ə malikdir. 
Metafora s
əciyyəsinə görə iki cür olur: 1) ümumişlək 
metafora;2) üslubi, yaxud poetik metafora. 


Misir S
əfərov 
 
 
36 
Ümumişlək metaforalar sözün məcazi mənasından 
tör
əyərək sabitləşir,  bəzən terminə  çevrilərək  işlədilir. 
M
əsələn;  çayın  qolu,  çəkmənin  burnu,  dağın  ətəyi, 
çaqqal, tülkü, ilan v
ə s.  
Üslubi, yaxud poetik metafora is
ə  sırf  bədii dilin 
m
əhsuludur. O, müvafiq bədii əsərdə əmələ gəlir və bədii 
üslubun    malı  olaraq  qalır.  Bədii  əsərlərin dilində  meta-
foradan geniş istifadə olunur. Yazıçı surətin daxili aləmini 
açmaq, oxucuda mü
əyyən emosional hisslər  doğurmaq
qısa, lakin mənalı təsvir, obraz yaratmaq üçün,  yeri gəl-
dikc
ə,  metaforadan istifadə  edir. Yazıçı  metafora  vasi-
t
əsilə  hadisənin,  obrazın,  təsvir olunan obyektin mahiy-
y
ətini bənzətmə yolu ilə daha yığcam və qısa şəkildə əks 
etdirir, 
əyani və  konkret  obraz  yaratmağa  nail  olur. 
Metafora b
ədii əsərin dilini ifadəli, obrazlı, mənalı etməklə 
yanaşı,  yazıçının  fərdi-bədii üslubunu müəyyənləş-
dirm
əkdə  də  mühüm rol oynayır.  Bədii  əsərdə  orijinal 
meta
fora  yaratmaq  yazıçıdan  böyük  bacarıq,  fitri  istedad 
t
ələb edir. Yalnız belə keyfiyyətlərə malik olan sənətkarın 
yaratdığı  metaforalar  böyük  təsir gücünə  malik olur. 
S
ənətkar  metaforadan  bacarıqla  istifadə  etməli, üslubi 
m
əqsədəuyğun olanını yaratmalıdır. Əks təqdirdə metafora  
anlaşılmır, “süni,  dumanlı çıxır,  obrazlılıq, ifadəlilik əvə-
zin
ə,  boştaqqıltıdan  başqa  bir  şey  olmur”  (M.Adilov. 
R.Rzanın  dili  və  üslubi  haqqında  bəzi qeydlər. “Azər-
baycan” jurnalı, N 2, 1963, səh.213). 
Yazıçı  metaforadan  müxtəlif üslubi məqamlarda 
istifad
ə edir. Məsələn, Mir Cəlal başqa əsərlərində olduğu 
kimi, “Bir g
əncin manifesti” povestində  də  metaforadan 
üslubi m
əqsədəuyğun  olaraq  məharətlə  istifadə  etmişdir. 
Nümun
ələrə diqqət edək. 


Az
ərbaycan dili məsələləri 
 
37 
Aslan,  şir,  pələng  sözləri  qorxmazlıq,  qoçaqlıq, 
c
əsarətlilik və  s. mənalarda  işlənir. Məsələn: “Bu qoca 
k
ənddə”, - deyirdi, - elə cavan aslanlar var, dağ aşırar”.  
Qışqırmaq, bağırmaq sözləri insana aid olan keyfiy-
y
ətləri ifadə  edir. Sənətkar  “bağırmaq”  sözünü  qışa  aid 
etm
əklə, sanki təbiətin də  məzlum  Bahara  düşmən oldu-
ğunu  obrazlı  bir  dillə  təsvir  etmiş  və  beləliklə, qüvvətli 
metafora  yaratmışdır:  “Günahsız  bir  məxluqun xəyalında 
canlanan bu s
əsi  boğmaq  üçün  qış  bütün  şiddətlə 
bağırırdı”. 
Gülm
ək  sözü də  insana aiddir.  Əsərdə  müəllif bu 
söz
ə yeni məna vermiş, yenicə qurulan Sovet hökumətinin 
insanlarda  oyatdığı  sevincin  əks-sədasını  bədii ümumi-
l
əşdirmə, obrazlı metafora ilə təbii şəkildə verə bilmişdir. 
M
əsələn: “Həyat gülür, təbiət gülür”.  
M
əzlum,  fağır,  dinməz-söyləməz adamlar çox vaxt 
quzuya  b
ənzədilir. Bu söz xitab mənasında  işləndikdə 
onun t
əsir gücü qat-qat artır. Məhz buna görədir ki, yazıçı 
“Bahar” xitabından sonra “mələr quzum” metaforasını da 
əlavə etmişdir ki, bu da əsərin təsir gücünü, onun oxucuda 
oya
tdığı hissi, həyəcanı daha da artırır. Məsələn: “Bahar, 
m
ələr quzum, sən  indi  hardasan?”  Əlbəttə, bu nümunə-
l
ərin sayını artırmaq da olar. 
Xalq yazıçısı Ə.Əbülhəsən də  “Tamaşa qarının nəvə-
l
əri”, “Dostluq qalası” və b. əsərlərində üslubi məqsəddən 
asılı  olaraq metaforadan məharətlə  istifadə  etmişdir. 
Ədibin  “Dostluq  qalası”  epopeyasında  düşmənin  yırtıcı 
t
əbiətini  oxucuya  daha  qabarıq  çatdırmaq  üçün  metafo-
radan bol-bol  istifad
ə  olunmuşdur.  “O  canavar gəlib 
bizim h
əyət-bacamıza  soxulub,  qanımıza  susayıb,  malı-
mıza qəsd edir. Bu gün onu niyə sağ-salamat buraxaq ki, 
sabah t
əzədən  bir də gəlib canımıza daraşsın”. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə