Mineral güBRƏLƏRİn təSNİfati


MİNERAL GÜBRƏLƏRİN AQROTEXNİKİ ƏHƏMİYYƏTİ



Yüklə 12,67 Mb.
səhifə2/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   2   3   4   5   6   7   8   9   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

MİNERAL GÜBRƏLƏRİN AQROTEXNİKİ ƏHƏMİYYƏTİ

Hələ qədim zamanlarda insanlar öz tələbatlarının ödənilməsi üçün geniş yayılmış təbii duzlardan istifadə etməyə başlayır. Tədriscən təbii mineralların emalı nəticəsində alman duzları da tətbiq etməyə başlayırlar. Ən müxtəlif məqsədlər üçün istifadə olunan duzların çeşidi fasiləsiz olaraq artmış, sənayenin inkişafı dövründə isə xüsusilə yüksəlmişdir. Süni üsullarla hazırlanan bütün mineral duzlardan ən geniş miqdarda istehsal olunan mineral gübrə kimi tətbiq olunanlardır. Gübrələr bitkilərin qidalanması və torpağın münbitliyinin artırılması üçün istifadə olunan maddələrdir.

Kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yer səthinin təxminən 10 %-i istifadə olunur və dünyada əkin sahələrinin artırılması imkanları tükənmişdir. Eyni zamanda planetin əhalisi gün-gündən artır, onların qida məhsulları ilə təmin edilməsi üçün məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması vacibdir. Buna nail olmağın ən mühüm yolu mineral gübrələrin tətbiqidir.

Demək olar ki, bütün mineral gübrələr təbii minerallardan, həmçinin havanın azotundan alınan duzlardır. Belə məhsullara superfosfat, kalium duzları, ammonium sulfat, nitrat və fosfatlar aiddir.

Yüksək və daimi məhsuldarlıq əldə etmək məqsədilə bitkilərin inkişafı və torpağın münbitliyini yüksəltmək üçün vacib olan duzlar və digər qeyri üzvi sənaye və ya yer altından çıxarılan məhsullar mineral gübrələr adlanır.

Kimyəvi elementlərin 60 %-i bitki toxumlarının əmələ gəlməsi, onun böyüməsi və inkişafında iştirak edir. Onların əsas hissəsi hansı ki, quru bitki kütləsinin 30 %-ni təşkil edir karbon, oksigen və hidrogendir. Azot, fosfor, maqnezium, kükürd kalsium və kalium bitki kütləsinin 8-9 %-ni təşkil edir. Digər elementlər bor, dəmir, mis manqan, sink, molibden, kobalt və sairə isə 1-2 % təşkil edir. Bitkilər oksigen, karbon və hidrogenin əsas hissəsini hava və sudan alırlar, digər elementləri isə torpaq məhlullarından əldə edirlər.

Bitkinin mineral qidalanmasında azot əsas əhəmiyyətli rol' oynayır. O, bitki və heyvan həyatının əsasını təşkil edən zülalların tərkibinə daxildir. Azot həmçinin xlorofılin də tərkibinə daxildir ki, onun da köməyi ilə bitki havada olan karbon qazından karbonu və günəş enerjisini assimmiliyasiya edir.

Fosforlu birləşmələr bitkilərin tənəffüsü və çoxalmasında mühüm rol oynayırlar. Fosforlu birləşmələrin əksər hissəsi mürəkkəb zülallar şəkilində toxumlarda yerləşirlər.

Fosforla qidalanmanın gücləndirilməsi toxumların miqdarını başqa sözlə desək dənli bitkilərin məhsulunda dənələrin miqdarını artırır, bitkilərin quruya və şaxtaya davamlılığını, onlarda lazımi maddələrin miqdarını (məs. kartofda nişastanın, şəkər çuğundurunda saxarozanın miqdarını) yüksəldir.

Bitkilərdə baş verən həyati əhəmiyyətli proseslərin təmizlənməsində kalium mühüm əhəmiyyət kəsb edir. O, su rejimini yaxşılaşdırır, maddələr mübadiləsi və karbohidratlarm əmələ gəlməsinə kömək edir. Quru bitki kütləsində kaliumun miqdarı (K2O) 4-5 % yarpaqların gülündə isə 30-60 %-dir.

Dəmir kimi cüzi miqdarda tələb olunan elementlər istənilən torpaqda vardır. Bitkilər üçün çoxlu miqdarda tələb olunan elementlər azot, fosfor və kalium isə gübrə şəklində daxil edilir. Təbiətdə qida elementlərinin təbii dövranı baş verir, hansını ki, nəticəsində onlara torpağa qayıdırlar. Lakin qida elementlərinin, bitkilərin inkişafına sərf olunan digər hissəsi isə torpağa qayıtmır o məhsulla çıxarılır. Qida elementlərinin müəyyən hissəsi isə ya torpaqdan yağış suları vasitəsilə yuyulur, yaxud da torpağın digər komponentləri ilə qarşılıqlı təsir nəticəsində bitkilər tərəfindən mənimsənilməyə yararsız şəkilə düşürlər.

Əgər torpaqda azalan qida maddələrinin miqdarı gübrə daxil edilməklə kompensasiya olunmazsa onda torpaq gücdən düşər ki, bu da məhsuldarlığın azalmasına səbəb olar. Məhsuldarlıq qida maddələrinin ümumi miqdarından deyil, bitkilər tərəfindən mənimsənilə bilən formada olan miqdarından asılıdır.





Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə