Mineral güBRƏLƏRİn təSNİfati


İstehsalın qalurgiya üsulu



Yüklə 12,67 Mb.
səhifə14/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

İstehsalın qalurgiya üsulu. Silvinitdən kalium xloridin ayrılmasının qalurgiya üsulu yaxud həllolmanın seçmə üsulu və ayrılıqda kristallaşma, kalium xloridin və natrium xloridin həllolmasının «KCl–NaCl–H2O» sistemində müxtəlif tempera-tur əmsallarına əsaslanır. Hər iki duzla doymuş məhlullarda temperaturun 20-250C-dən 90-1000C-yə qədər yüksəlməsi zamanı kalium xloridin miqdarı təxminən iki dəfə artır, natrium xloridin miqdarı isə müəyyən qədər azalır.

Belə isti məhlulun soyudulması zamanı o, kalium xloridə nisbətən həddən artıq doymuş olduğuna görə kristallaşır, natrium xlorid isə məhlulda qalır. Bu məhlulun sonradan qızdırılması zamanı o, natrium xloridə nisbətən doymuş məhlul kimi qalır və kalium xloridə nisbətən isə doymamış olur. Ona görə də oxşar məhlulla emal zamanı silvinitin yeni miqdarında ondan yalnız məhlula keçərək kalium xlorid çıxarılır, natrium xlorid isə həll olmur. Bu «KCl–NaCl–H2O» sisteminin xüsusiy-yətidir və qalurgiya üsulunda dövrü prosesin təşkili üçün sil-vinit filizindən kalium xloridin çıxarılmasında istifadə olunur.



kalium xloridin silvinitdən ayrılmasının qalurgiya prosesi altı əsas mərhələdən ibarətdir.

  1. silvinit filizinin xırdalanması;

  2. İsti dövrü məhlulla (torta) silvinitdən kalium xloridin qələviləşdirilməsi;

  3. isti tortanın bərk fazadan ayrılması (natrium xlorid və boş süxur) və onun şəffaflaşması;

  4. Məhlulun soyudulması və ondan kalium xloridin kristalllaşması;

  5. Kalium xloridin qurudulması;

  6. Dövrü məhlulun qızdırılması və onun silvinitin qələvi-ləşdirilməsi mərhələsinə

qaytarılması.

Bu prosesin texnoloji sxemi şəkil 14 -də göstərilmişdir.


Şək. 14 Qalurgiya üsulu ilə silvinitdən kalium xloridin ayrılmasının texnoloji sxemi:

1–silvinit bunkeri; 2–şnekli həlledici; 3–natrium xloridin ayrılması üçün plan-süzgəc; 4-şlamı qatılaşdıran–çökdürücü; 5–vakuum kristallaşdırıcı; 6–sentrifuka; 7–quruducu baraban; 8–torta (dövrü məhlul) qızdırıcısı
Silvinitdən kalium xloridin qələviləşdirilməsi 105-1150C temperatura qədər qızdırılmış dövrü məhlulla (torta) şnekli həlledicidə (2) həyata keçirilir. Ayrılan kalium xlorid vakuum kristallaşdırıcıda (5) kristallaşır. Burada vakuum buxar hava qarışığını sovuran buxar axınlı ejektorun köməyi ilə yaranır.

Sentrifuqaya (6) gedişində kailium xloridin yaprıxmasını azaltmaq üçün horraya aminlərin xlorid turşulu duzları əlavə olunur. Kalium xloridin ayrılma dərəcəsi 0,90-0,95 vahid payı təşkil edir. Qalurgiya üsulu polimetallik filizlərin emalının kompleks şəkildə ondan faydalı komponentlərin, o cümlədən maqnezium xloridlərin, bromidlərin və yeyinti natrium xloridin ayrılmasına imkan verir.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə