Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə8/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   4   5   6   7   8   9   10   11   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Ammonyaklaşdırılmış superfosfat tərkibində 2–3% azot olan hidroskopik olmayan quru maddədir. P2O5:N nisbəti belə sadə gübrədə çox böyükdür. Azotlu–fosforlu gübrələrdə P2O5 miqdarı 1 kq azota görə 1–4 kq həddində olmalıdır. Buna görə də ammonyaklaşdırılmış superfosfat adətən azotlu gübrələrlə qarışdırılır. Həmçinin, fosfat və sulfat turşuları qarışığını əlavə etməklə sadə superfosfatın ammonyaklaşdırılması mümkündür.

Superfosfatın ammonyaklaşdırılması zamanı fosfat turşu-sunun neytrallaşması reaksiyası gedir. Neytrallaşma zamanı monoammoniumfosfat əmələ gəlir.

H3PO4(m) + NH3(qaz) = NH4H2PO4(bərk) + 147 kC

Neytrallaşma istiliyinin ayrılması nəticəsində məhsulun temperaturu təqribən 800C–yə qədər yüksəlir, buna əsasən də superfosfatın nəmliyi 2,5%-ə qədər qurudulur. Ammonyakın stexiometrik sərfi zamanı superfosfatda P2O5s.h.o. azalmır. Daha dərin ammonyaklaşma zamanı diammoniumfosfat əmələ gəlir (1 kq P2O5sərb – 0,48 kq NH3).

H3PO4(m) + 2NH3(qaz) = (NH4)2 HPO4(bərk) + 215 kC

CaSO4 iştirakı zamanı ammonium və kalsium fosfatların tamamilə sitratda həll olan dikalsiumfosfata və ammonium sulfata keçməsi mümkündür:

H3PO4 + 2NH3 + CaSO4= CaHPO4 + (NH4)2SO4

Analoji olaraq maqnezium duzlarının iştirakı zamanı dimaqneziumfosfat əmələ gəlir. Belə dərin ammonyaklaşma suda həll ola bilən P2O5-in retroqradasiyasına gətirib çıxarır, lakin bu zaman mənimsənilən P2O5–in miqdarı cüzi olaraq azalır, sonradan ammonyakın sərfinin artması mənimsənil-məyən üçkalsiumfosfatı əmələ gətirir.

Qara-Tau fosforitindən alınmış ammonyaklaşdırılmış superfosfatın 250C-yə qədər soyudulması zamanı monokal-siumfosfat kristallaşır, nəticədə superfosfat bərkiyir. Ammon-yaklaşdırılmış məhsulun yaprıxmasını azaltmaq üçün onu qurutma və səpələnmə yolu ilə soyutmaqla kristallaşma prosesini sürətləndirmək lazımdır.

Superfosfat fırlanan barabanda qazşəkilli ammonyakın fasiləsiz olaraq məhlulun alt hissəsinə verilməsi ilə ammonyaklaşdırılır. Ammonyakın 2%-ə qədər sərfi zamanı NH3–ün udulma dərəcəsi 97–99% təşkil edir.

Ammonyaklaşdırılmış superfosfatın tərkibi cədvəl 1-də verilmişdir.

Cədvəl 1.

Sadə superfosfatın tərkibi


Superfosfatın növü

Tərkibi, %

P2O5mən

P2O5sərb

H2O

N

Apatit konsentratından alınan: dənəvərləşdirilmiş

20 ± 1

1 – 2,5

4,0



Tozşəkilli qurudulmuş, neytrallaşdırılmış

20 ± 1

 2,5

5,0

-

Tozşəkilli

20 ± 1

 5,0

12,0




Qara – Tau fosforitindən alınan: dənəvərləşdirilmiş ammonyaklaşdırılmış

15 ± 1

 0,5

3,0

1,5 – 2,5

Qurudulmuş ammonyaklaşdırılmış

15 ± 1

 0,5

3,0

1,5 – 2,5



Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə