Mineral güBRƏLƏRİn təSNİfati


İkiqat superfosfat istehsalı



Yüklə 12,67 Mb.
səhifə5/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   2   3   4   5   6   7   8   9   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

İkiqat superfosfat istehsalı

İkiqat superfosfat – təbii fosfatların fosfat turşusu ilə parçalanmasından alınan, suda həll ola bilən qatılaşdırılmış gübrədir. Xarici görünüşünə görə boz rəngin müxtəlif çalarlarına malik – demək olar ki, açıq boz rəngdən tünd boz rəngə qədər - tərkibində müəyyən miqdar maye faza olan dənəvərləşdirilmiş məhsuldur. Bu gübrə bərk hiqroskopik məhsuldur və dənəvərləşdirilmiş halda buraxılır. Sadə superfosfatdan fərqli olaraq onun tərkibində ballast olan kalsium sulfat yoxdur, buna görə də eyni aqrokimyəvi aktivliyə malik olan bu gübrənin tərkibində yüksək fosfortərkibli komponentlər iştirak edir.

Təbii fosfatların fosfat turşusu ilə parçalanması heterogen, dönməyən prosesdir və aşağıdakı reaksiya üzrə gedir:

Ca5(PO4)3F+7H3PO4+5H2O =5Ca(H2PO4)2∙H2O+HF+132 кС

Bu prosesdə fosfat turşusu yalnız turş parçalanma reagenti kimi deyil, həm də fosforun daşıyıcı kimi iştirak edir ki, bu da alınan gübrənin tərkibində mənimsənilən P2O5-in yüksək olmasını təmin edir.

Fosfat turşusunun üçkalsiumfosfatla qarşılıqlı təsir prosesi iki mərhələdə baş verir. Birinci mərhələdə komponentlər hərəkətli suspenziya ilə reaksiyaya girir ki, onun da maye fazasının tərkibində fosfat turşusu, monokalsiumfosfat və reaksiyanın digər həlledici məhsulları vardır. Əvvəlcə yüksək sürətlə gedən bu mərhələ, turşunun neytrallaşması hesabına ləngiyir və maye fazanın kalsium fosfatlarla doydurulmasından sonra bitir. Bu mərhələnin davamı texnoloji prosesin təşkilin-dən, aparatların tipindən asılı olur və bir neçə saat davam edir.

İkinci mərhələdə monokalsiumfosfatın (kalsium dihidro-fosfatın) kristallaşması baş verir ki, bu da reaksiya qarışığının maye və bərk fazasının tərkibinin dəyişməsinə gətirib çıxarır. Fosfat hissəcikləri üzərində kristalların qalması H+ ionlarının onlara yaxınlaşmasına mane olur, bu zaman fosfatın parçalanma prosesi kəskin sürətdə ləngiyir, maye faza isə kalsium dihidrofosfatla və kalsium monohidrofosfatla doyur və proses dayanır.

İkiqat superfosfat istehsalında aparat tərtibatından, istifadə olunan fosfat turşusunun qatılığından və prosesin temperatur rejimindən asılı olaraq bir-birindən fərqlənən - üç üsuldan istifadə olunur.



1. Kamera üsulu - fasiləsiz hərəkətli superfosfat kamerasından istifadə edilir, məhsul

yetişməsi üçün anbarda saxlanılır. Fosfatların parçalanması üçün termiki yaxud ekstraksiya fosfat turşusundan (50-58% P2O5 qatılığa malik) istifadə olunur. Fosfatların parçalanma dərəcəsi 0,75-0,80-dir.



2. Kamera-axın üsulu – analoji kameralardan istifadə olunur, anbarda yetişmə əməliyyatı olmur. Fosfatların parçalanması üçün stexiometrik nisbətdə götürülmüş qatılığı 47-49% olan ekstraksiya fosfat turşusundan istifadə olunur. Parçalanma dərəcəsi 0,7-dən çox olmur.

3. Axın (kamerasız) üsulu – qatılığı 30% P2O5 olan buxar-lanmamış turşudan istifadə edilir və fosfatın parçalanma dərəcəsi 0,55 olur. Əvvəlki üsullardan fərqli olaraq burada parçalanma iki mərhələdə aparılır. Prosesin birinci mərhələsi reaktorlarda parçalanma dərəcəsi 0,5 olana qədər aparılır. Sonrakı parçalanma yüksək temperaturda müxtəlif tipli qurudu-cularda: səpələyici quruducularda (SQ), barabanlı dənəvərləşdirici quruducularda (BDQ), səpələyici quruducu - qaynar laylı dənəvərləşdiricidə (SQLD) davam edir. Daha geniş yayılmış barabanlı dənəvərləşdirici quruducudur ki, o da fasiləsiz olaraq yeniləşir və müasirləşir.

Axın və kamera üsullarında məhsulun maya dəyəri təcrübi olaraq eynidir. Bu zaman onlarda P2O5–in maya dəyəri sadə superfosfat istehsalında olduğundan 20% yuxarıdır. Belə ki, bu daha qatı gübrənin (ikiqat superfosfatın) nəql edilməsi, saxlanması və torpağa verilməsinin qənaəti ilə kompensasiya olunur.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə