Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə4/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   2   3   4   5   6   7   8   9   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Texnoloji sxemin izahı. Superfosfat istehsalında hal-hazırda dövri, yarımfasiləsiz və fasiləsiz işləyən texnoloji sxemlərdən istifadə olunur. Bu istehsal üsullarından ən geniş yayılmışı fasiləsiz işləyən qurğularda superfosfatın alınmasıdır. Fasiləsiz istehsal üsulunda – apatit konsentratı və sulfat turşusunun miqdarının müəyyən dozalarda prosesə daxil edilməsi, onların qarışdırılması və alınan superfosfat horrasının kameraya verilməsi prosesi fasiləsiz aparılır. Bu üsul iqtisadi cəhətdən əlverişli olub, nisbətən az kapital qoyuluşu və işçi qüvvəsi sərf etməklə prosesin aparılmasına imkan yaradır. Bundan başqa tələb olunan qatılıqda sulfat turşusunun hazırlanması, turşunun və fosfatın müəyyənləşdirilmiş dozalarla sistemə daxil edilməsi əməliyyatlarının avtomatlaşdırılması imkanlarını daha da asanlaşdırır.

İstehsalat üsulundan asılı olmayaraq bütün superfosfat zavodlarında fosfat xammalı anbarı, turşu ehtiyatı saxlamaq üçün çənlər, qarışdırıcılar və kameralar, əməliyyat şöbəsi, absorbsiya şöbəsi və habelə superfosfat anbarı olmalıdır.

Proses aşağıdakı mərhələlərdən ibarətdir:

- xammalın vaqonlardan anbara boşaldılması;

- xammalın sexin əməliyyat şöbəsinə verilməsi;

- sulfat turşusunun qəbul edilməsi;

-apatit və sulfat turşusunun dozalaşdırılması, reagentlərin qarışdırıcı aparatda qarışdırılması, superfosfat kamerasına verilməsi və alınan superfosfatın anbara doldurulması;

- superfosfatın anbarda yetişməsi;

- superfosfatın dənəvərləşməyə verilməsi;

- flüorlu qazların absorbsiyası.

Sulfat turşusu tutumdan (13) mərkəzəqaçma nasosu ilə fasiləsiz olaraq basqı çəninə (15,17) vurulur. Turşu qarışdırıcı-sında (16) qatı sulfat turşusu (75 və ya 93%-li) su ilə 68-68,5-ə qədər durulaşdırılır. Digər (18) çənində qüllə turşusunun duru-laşdırılması qaz fazaya düşən qazşəkilli azot oksidləri ayrılır. Qatılıq ölçən (19) sulfat turşusunun su ilə durulaşdırılmasını avtomatik tənzimlənməsinə xidmət edir, sərfölçənin (20) köməyi ilə avtomatik olaraq sulfat turşusunun sərfi tənzimlənir.

Fosforit unu bunkerdən (2) elevatorla (4) və şneklərlə (5,6) lentli çəki dozatoruna (8) verilir. Fosfatın qalığı dövri şnekin köməyi ilə bunkerə (2) qaytarıla bilər. Fosfatın düzgün dozalaşması periodik olaraq yoxlama tərəzilərində (11) yoxlanılır. Sulfat turşusu və fosforit unu verilmiş nisbətdə fasiləsiz olaraq üfüqi qarışdırıcıya (10) daxil olur, qarışdırıcıda qarışdırma 5-7 dəq davam edir. Buradan da superfosfat horrası fasiləsiz olaraq superfosfat kamerasına (21) axıdılır. Super-fosfat kamerası iki zonaya - doldurma və boşaltma zonasına bölünmüşdür. Superfosfat horrası kamerada 110-1200C temperaturda sıxlaşır, bərkiyir və fasiləsiz olaraq frezer bıçaqları ilə (22) kəsilərək lentli nəqlediciyə (23) ötürülür. İsti superfosfat nəqledicidən fırlanan (24) səpələyiciyə düşür. Səpələnmə zamanı superfosfatdan su buxarları ayrılır və o, soyumağa başlayır. Superfosfatın sonrakı 40-500C-yə qədər soyuması onun ekskavator və ya qreyfer kranı ilə topaların altını üstünə çevirməklə həyata keçirilir.



Şək.3. Superfosfat istehsalının sxemi.

1–apatit konsentratı üçün nəqledici; 2–bunker; 3–şnekli qidalandırıcı; 4–çalovlu elevator; 5,9–şnekler; 6–qalıq apatit konsentratı üçün dövrü şnek; 7–bunkerin dozatoru; 8–dozator; 10–qarışdırıcı; 11–çəki dozato-runu yoxlamaq üçün yoxlama tərəziləri; 12–nəzarət tərəziləri üçün bunker; 13–sulfat turşusu çəni; 14–mərkəzəqaçma turşu nasosu; 15–turşu üçün basqı çəni; 16–turşu qarışdırıcısı; 17–su üçün basqı çəni; 18–sulfat turşusunun (qüllə) durulaşdırılması zamanı ayrılan azot oksidləri üçün qazayırıcı; 19–turşu üçün qatılıq ölçən; 20–turşu üçün sərfölçən; 21–superfosfat kamerası; 22–frezer; 23–kamera superfosfatı üçün nəqledici; 24–anbarda superfosfat səpələyicisi.
Apatitin (fosforitin) sulfat turşusu ilə parçalanması zamanı qarışdırcıda və kamerada flüorlu qazlar ayrılır. Ayrılan qazlar absorbsiya şöbəsinə ventilyator vasitəsilə sovrulur. Proses zamanı ayrılan qazlar qaz yolu vasitəsilə əsas absorbsiya aparatının aşağı hissəsinə daxil olur. Aparatın yuxarı hissə-sindən sirkulyasiya çənindən mərkəzdənqaçma nasosu ilə su vurulur.

Absorberdə su ilə qaz görüşərək tutulur və fasiləsiz olaraq dövr olunur. Proses zaman əmələ gələn H2SiF6 turşusunun qatılığı 12-14%-ə çatdıqda, hazır turşu çənlərinə boşaldılır. Buradan mərkəzdənqaçma nasosu ilə AlF3 istehsalına verilir.

Əsas absorberdə tutulmayan flüorlu qazlar qaz yolu ilə sanitar absorberinə daxil olur. Absorberə sirkulyasiya çənindən mərkəzdənqaçma nasosu vasitəsilə su vurulur. Burada qazla su görüşərək qaz tutulur və sirkulyasiya nəticəsində alınan1%-li H2SiF6 əsas sirkulyasiya çəninə doldurulur. Sanitar sirkulyasiya çəninə isə su vurulur. Proses belə davam edir. Sanitar absor-berində qaz buraxıla bilən miqdarda qaz yolundan ventilyator vasitəsilə sovrularaq tullantı borusundan atmosferə buraxılır. Flüorlu qazların atmosferə buraxıla bilən qatılığı 0,12 q/m3 yuxarı olmamalıdır.

Sənayedə müxtəlif superfosfat zavodlarında istifadə edilən əsas aparatların və cihazların quruluşundan, fosfat xammalının növü, saxlanması və emal rejimindən asılı olaraq fasiləsiz işləyən superfosfat istehsal edən qurğular bir-birindən fərqlənir. Aparatların və qaz yollarının yuyulması nəticəsində turş və çirkli sular yığılır ki, bu da mərkəzi nasos vasitəsilə su çəninə və yaxud da birbaşa olaraq neytrallaşma şöbəsinə verilir.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə