Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   36   37   38   39   40   41   42   43   44

  

 

83



Qarpızdan gözünü çəkməyən Mirsəftər birdən, elə bil, nəyisə xatırlayır, Babamdan 

soruşur. 

– Düz deyirlər ki, Zirə qarpızına çırtma vuran kimi partlıyır? 

Babamın əlindəki bıçaq bir anlıq havada donub qalır və qarpızın ömrü bir neçə dəqiqə də 

uzanmış olur. 

– Eh, rəhmətdiyin oğlu, çırtma nədü? Hünərün varsa yaxşı yetişmiş qarpuzun yanında bir 

az bərkdən danışginən. Atamın goruyçün, o saat partdıyacey. Bizim qarpuzdarın adam kimi canı 

var, dil bilillər. Ses-küydən də xoşdarı gəlmir, xasiyyetdəri ağırdu, söz götürən döyüllər, – babam 

əliylə qarşısındakı qarpızı göstərir, - bu pişrastdu, vaxtınnan qabaq yetişir. Bunnar bir az gönü 

qalın olullar.  İnşaallah, yayın axırında bizim əsas qarpuzdar çıxanda özün görərsən. Sağlığ olsun, 

beş-on dənə götürüb gələciyəm. Bax elə  səniynən oturaceyig burda, qarpuzı da qoyaciyik 

qabağımıza. Elə  sənin yanunda bir dəfə  bərkdən qışqıraceyəm qarpuzun üstünə, o saat 

partıyacey.   

Babam sözünə fasilə verib bıçağı qarpıza batırır və kəsib səliqəylə dörd yerə bölür. 

– Bəh-bəh,  əntiqə. Qıpqırmızıdu. - Birdən elə bil babamın yadına nəsə düşür, başını  əyib 

həyət qapısından bayıra, Qırxpilləkənə tərəf boylanır. – O vaxt biz bura təzə köçəndə, nə bilim on 

yaşım vardı, ya on iki, dürüst yadımda qalmıyıb, bütün günü məhəllə uşaqlarıynan bu damların 

üstünə atdanıb düşərdik, oynıyardıq. O vaxt İrannan bura çoxlu həmşəri gəlmişdi. Mədənnərdə 

fəhləlik eliyib, külfətdəriyçün çörey pulu göndərərdilər. Bizim qoçular, qoluzorrular da çox 

incidərdi oları. Hə, canım sənə disün, çoxu da Qırxpilləkannan yuxarıda, Həmşəri palanda 

qalırdılar. Dəniz qırağına, mədənnərə də həmişə bizim bu pilləkannardan düşüb gedərdilər. Biz 

də, məhəllənin xırda uşaqlarıynan paltarımızın  əteyini daş-kəsəklə doldurub damda gizdənərdik, 

pilləkannanrnan aşağı düşən həmşəriləri nişan alıb atardıq, ləzzət tutardıq.  

– Bəs bir şey demirdilər sizə? - Mirsəftər gözünü qarpızın tumların üstündə  gəzdirərək 

təəccüblə soruşur. 

– Əşi ay rəhmətdiyin oğlu. Kimdi həmşəriləri adam sayan. Bizimkilər piştovlarını.. 

– Nəyi? 

– Tapançanı diyirəm də, hə, piştovlarını yoxlamaq istiyəndə yoldan keçən həmşəriləri 

nişan alardılar. Yazıqları heç itirib-axtaran olurdu ki?  Biz də böyüklərə baxıb özümüzü onnara 

oxşadırdıq da. Yoxsa yerri camaata elənçik eləseydik, atamızı dalımıza səriyərdilər. Hə, bir dəfə 

necə oldusa, atdığım iri daş parçası yekəbaş, keçəl bir həmşərinin parıldıyan kəlləsinin düz 

ortasından tutdu, daş  dəyən kimi başı qarpız kimi partdadı, qanı axıb sifetini tutdu. Yazıq heç 

sesini də çıxartmadı, bilmirəm qorxdu, ya heç halı olmadı, helə başını tutub uzandı yerə.  

– Öldü? – Kirayənişin artıq gözünü qarpızdan çəkib babamın tük basmış üzünə zillənir.  

– Mən nə bilim? - Babam çiyinnərini çəkir. - Əvvəlcə nəsə qorxduq, uşaqların hərəsi qaçıb 

bir yanda gizdəndi. Axşamtərəfi qırxpilləkənə düşəndə baxdıq ki, kişidən  əsər-əlamət yoxdu. 

Yerdə laxtalanmış qanının ləkəsi qaralıb qalmışdı. Ya özü birtəhər sürünüb getmişdi, ya da o biri 

həmşərilər gəlib süriyib aparmışdılar. O haqq-hesabdan sonra hər dəfə qarpıza bıçaq vuranda ki, 

belə partdıyır, həmənki həmşərinin kəlləsi gəlir gözümün qabağına.  

Mirsəftər babama toxdaqlıq vermək qərarına gəlir. Amma çox nahaq.  

– Eybi yox, uşaqlıqdı da. Adam uşaq olanda, bilmədən çox iş görür. Çox da vicdan əzabı 

çəkməyin. 

Babam sanki diksinir. Qaşlarını çatıb təəccüblə Mirsəftərə baxır. 



  

 

84



– Nə? Vicdan əzabı? Nə danışırsan? Əzab nöş çekirəm? Həmşəridü də. Mən olmıyım ayrısı 

olsun. Onsuz da ya hansısa qoçunun gülləsinə tuş  gəliceydi, ya da mədəndə quyuların birində 

boğulub öləceydi. Bir dənə  həmşəri başının partdamağı  nədü ki, onunçün də fikir çekim.  Məni 

ayrı  şey dilxor eliyirdi. Həmişə qarpuz kesəndə o keçəl həmşərinin partdıyan kəlləsinnən axan 

qan gəlir gözümün qabağına. Mən də qannan iyrənirəm, ürəyim bulanır. Sonra qarpuz gücnən 

boğazımnan keçir. Bilmirəm, ağzıma yedim, ya burnuma. Gərəkdi ki, qarpuzu kəsənnən sonra 

beş-on dəyqə başımı bir işnən qatım, o keçəl yadımnan çıxsun, yoxsa oturub adam kimi yeyə 

bilmirəm.    

Mirsəftər  ədəblə babamın  əlindən bıçağı alıb qarpızı doğrayır, səliqəylə sininin içinə 

düzməyə başlayır. 

– Düzdü, ağsaqqal, baş yarılmaq nədi ki? Bizim rayonda elə qoyun otaranda, addımbaşı 

kiminsə  uşaqı qayadan daşdan yıxılırdı, baş-gözü partlayırdı. Adam öldürmək ağır  şeydi. O da 

ola həmşərilər kimi yazıq adamları. Əsas budu ki, öldürməmisiz. 

Babam fikrini yayındırmaqçün doğranmaqda olan qarpıza yox, stolun üstündə asudə 

gəzişən iri  qarışqalara baxır və qəfildən barmaqını uzadıb, baş barmaqıyla bir neçəsini əzir. Elə 

bil ki, barmağındakı qətiyyət dilinə keçir. 

– Eh, nöş öldürməmişəm?! O qədər  öldürmüşəm, o yana da keçmişəm. 

Mirsəftərin bıçaqı qarpızın içində donub qalır, təəccüblə babamın laqeyid gözlərinə baxır. 

– Kimi, həmşəriləri?  

– Həmşəri də olub, erməni, urus da olub.  

– Haçan? 

– On sekkizinci ildə. Onsuz da elə  əvvəldən həmşərilərnən çox aram yox idi, ancaq on 

sekkizinici ildən sonra lap zəhləm getdi olardan.  

– Niyə ki? - Qarpızın içində qalmış bıçaq yenidən hərəkətə gəlir.  

– Əşi, o vaxt beş-altı vağon ərməni saldatı getirmişdilər Bakiyə. Guya burdan keçib davaya 

gediceydilər, türklərnən vuruşmağa. Bu köpey uşaqları da, dinc diyanmadılar,  şəhərdəki 

ərmənilərnən  əlbir olub, başdadılar aşağı  məhəllələrdə müsürmannarı incitməyə, evləri talan 

elədilər. Nə  qədər müsürmanı  qırdılar. O vaxt bizim məhəllə cavannarı yuxarıdakı Dağlı 

məhəlləsinin cayıllarıynan birləşib sözü bir yerə qoyduq ki, ərməniləri yuxarı  məhəllələrə 

buraxmıyaq. Ağsaqqalları göndərdik samballı qoçuların yanına, axırda Aşurbeyov bizimçün əlli 

dənə tüfəng, otuz-qırx karobka da güllə göndərdi. Biz də dağlı  məhəlləsinnən aşağı  səngər 

düzəltdik,  ərməni saldatdarı iki-üç dəfə yuxarı  məhəllələrə  çıxmaq istiyəndə gülleyə basıb  

qeytərdik dala. Hə, canım sənə disün, hələ həmin davalar vaxtı bir gün o köpey uşağı ərməniləri 

qovlıyıb özümüz də  aşağı düşmüşdük. Baxdıq Həci Zeynalabdinin qız mektəbinnən yüz addım 

yuxarıda,  ərmənilərin bir saat əvvəl səngər qurduğu yerdən kimsə çağırır ki, ay qardaş, kömək 

eliyin, ölürəm, canım çıxır. Yaxın gəlib gördük, bir dənə həmşəridü, sağ qolunu güllə aparıb, qanı 

axıb gedir. Demə, bu vələdüzna da ərmənilərnən imiş. Babam Kərbəlayi Fəttahın qəbrinə and 

olsun, elə hirsdəndim ki, beşaçılanda nə güllə vardısa, hamısını boşaltdım bu itoğlunun qarnına. 

O vaxtdan sonra, lap zəhləm getdi onnardan.  

-Bəlkə, heç həmşəri deyilmiş? - Artıq qarpızı dilimləyib bıçağı bir kənara qoymuş Mirsəftər 

dillənir. - Axı deyilənə görə, İranda da erməni çoxdu. Yəqin ki həmşərinlərin içində yaşadıqlarına 

görə elə bizim dili də bilməmiş olmazlar.  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə