Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə42/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   36   37   38   39   40   41   42   43   44

  

 

85



Əlini uzadıb doğranmış qarpız dilimlərindən birini götürmək istəyən babam, kirayənişinin 

sözündən sonra əl saxlayır, bir neçə saniyə nəsə fikirləşir, gözlərini döyür. 

– Deyirsən, yəni, o da elə İran ərmənilərinnənmiş?  

– Nə bilim? Axı həmşərini ermənilər özününkü bilib dəstələrinə götürməzdilər. 

Babam bir az da fikrə gedir, stolun üstündəki qarışqalardan daha üç-dördünü öldürəndən 

sonra içini çəkir. 

– Doğurdan e. Heç bu vaxteycən ağlıma gəlməmişdi. Mən də, o günnən bu yana qırx ildü 

hara çatıram, həmşərilərin nəsil-necabətini söyürəm ki, it uşaqları o vaxt ərməniyə kömey 

eliyirdilər.   

 

Mirsəftər  əlindəki qarpız dilimindən bir dişləm qopararaq, çeynəyə-çeynəyə bir müddət 



babama baxsa da, onun təəssüf hissi keçirib-keçirmədiyini ayırd edə bilmir. Və qəfildən ağlına nə 

gəlirsə, söhbətin istiqamətini tamam dəyişir, babama ilk baxışdan qəribə görünən bir sual verir. 

– Ağsaqqal, heç Lenini görmüsən. 

Babam çeynədiyi qarpız tikəsini udub başını yellədir. 

– Yox əşi, mən heç Məskoda olmuşam ki, o keçisaqqalı da görəm? Ancaq gürcü balasını 

görmüşəm. 

– Kimi? 

– İstalini diyirəm. 

– Harda görmüsüz ki?  

– Zirədə. – Babamın adi tərzdə verdiyi cavab Mirsəftərə  ağ yalan kimi görünür. Amma 

xasiyyətini bildiyindən kişini özündən çıxartmamaqçün ehtiyatla soruşur. 

– Axı mən heç eşitməmişəm ki, Partiyanın o vaxtkı Baş katibi haçansa Abşeron kəndlərinə 

qonaq gəlsin. 

Babam başı üstündəki tut ağacından qarpız dilimlərinin üstünə düşən yarpaqları götürüb 

yerə atır və  gülümsünüb dillənir. 

–  Əşi o vaxt İstalin baş katib döyüldü. Heç adı  İstalin də döyüldü. Cüvəllağının biriydi. 

Beş-on dənə lotu-potunu yığmışdı başına, bizim xozeyinnərin boynuna tavan qoyurdu, pul alırdı. 

Özünkilərin içində hamı ona Koba diyirdi, bizim camaat da elə gürcü balası diyən kimi bilirdilər 

ki, söhbət kimnən gedir. Kasıb-kusub onun xətrini çox istiyirdi. Bizim kəntimiz  şəhərdən lap 

uzaqda, az qala dənizin içindeydi, onunçün də elənçiy cüvəllağılar, araqarışdırannan Urusyətdən 

gizdin gələndə day poyuznan-zadnan gəlməzdilər. Həştərxannan minərdilər xırda balıqçı 

gəmilərinə, gələrdilər, bizim kəntin yan-dövrəsində gizdincə  çıxardılar qırağa ki, hökumət 

adamlarının xəbəri olmasun. Sonra şəhərdə nə zibilləri olardısa, aradan çıxmağ lazım olanda yenə 

də cümardılar gözdən-qulaqdan uzaq olan bizim kəntə, dəniz qırağındaki bağlarda gizdənərdilər. 

Həm burda axtaran olmurdu, həm də bəd ayaqda elə burda, Pirallahıda balıqçı gəmilərinə minib 

təzədən qaçardılar Həştərxana. Mən xırda uşaq idim, Bakiyə köçməgimizdən yarım il əvvəl, 

qonşumuzun oğlu  Əbdüləliynən Gürgan tərəfdə, bağların arasında qoyun otarırdıq. Bir də 

gördük ki, hardansa bağların içinnən yekə, bığlı bir dənə kişi çıxdı,  əntiqə kürkü də vardı, hə, 

yaxınlaşıb  Əbdüləlini qırağa çekdi, nəsə danışdı, mən də  Əbdüləlidən beş-altı yaş kiçiyiydim 

diyənə sesimi çıxartmadım, müxtəsəri, bığlı kişi sözünü diyənnən sonra  qoyunnarın içindən bir 

dənə ətdisini seçib apardı özüynən. O gedənnən sonra Əbdüləlidən soruşdum ki, o kimdi elə, nə 

didi. Əbdüləli çiyinnərini çekib, dedi, tanımıram, ancaq tapşırdı ki, qoyunun yiyəsinə diyərsən ki, 




  

 

86



gürcü balası apardı, imkan olanda pulunu da göndərəcey. Axşam kəntə  gələndə qoyunnarın 

yiyesinə  hər  şeyi necə olub elə  də danışdıq. Kişi lap dilxor oldu, dedi bir dənə qoyun nöş 

vərmisüz, mənim bütün həyvannarım ona qurbandu. Sonra bildik ki, bu bığlı kişi  İstalin imiş. 

Camaatdan eşitdik ki, bizim kətçimiz Mirzəbala gizdədirmiş onu bağlarda. Möhkəm cur imişlər 

Mirzəbaleynan. Ancaq on yeddinci ildən sonra araları deydi. Mirzəbala qoşuldu Musavata, 

hökumət adamı oldu, ancaq İstalin qırmızılarnan bir yerdə qaçdı Urusyetə. Onu da diyim ki 

padşah olannan sonra nə Mirzəbaleya, nə  də o vaxtkı alayı currarına  əl vurmamışdı. Hərəsi bir 

yerə düzəlib işdiyirdilər. Sonra Mirzəbala özü qalmadı burda, sağ-salamət çıxdı getdi Türkiyeyə. 

Yəqin ki, hindi lap qoca kişi olar, əgər ölmiyibsə... Həm də tek İstalin döyüldi, bizim kəntin yan-

dövrəsindeki bağların quyularında o qədər inqilabçılar gizdənib ki… – Qəfildən babamın üzünə 

təəssüflə dolu qəribə bir kinayəli gülüş yayılır, – o vaxt özdəri gizdənirdilər quyularda, hökumətə 

gələnnən sonra da axunddarı, mollaları, beyləri, ağaları doldurdular o quyulara. Sən çərxi-fəleyün  

işinə bax e, hələ bil ki, dünyanı  tərsinə çövürdülər, quyulardekilər çıxdı dağ başına, dağ 

başındekilər də doldular qarannıq quyulara. Nə bilim, vallah, uşaq vaxtı heç yatsam da yuxuma 

girməzdi ki, Molla Muradəli kimi ağzı dualı, nurani bir kişini, bir dəfə müsəllayə  çıxmasıynan 

göydən yerə yağış yağdıran bir axundu Gürgan bağlarında diri-diri quyuya atıb üstünü qumnan 

dolduraceylər, Həci Ataxan kimi sözü daşdan keçən, Sabunçidə iki dənə urus girdəvoyunu 

tepiyinin altına salıb eşşeycən çırpan hörmətdi bir mülkədarı  dəniz qırağında boynuna daş 

bağlıyıb körpüdən aşağı ataceylər. Eh, bilirsən nə  qədər elənçiy kişilərin axırına çıxdılar? Bir 

döyül, iki döyül. 

Mirsəftər də, başını yellədir. 

– Düzdü, ağsaqqal, yaxşı ki, axır vaxtlar zamanə  dəyişib. O vaxtın arxivləri açılır, 

şəxsiyyətə pərəstiş dövrünə aid sənədlər çıxır, məlum olur ki, nə qədər günahsız adam güllələnib

sürgün olunubmüş. Sağ qalanlar geri qayıdır, vəfat edənlərə də ölümündən sonra bəraət verilir. 

Odey neçə il bundan əvvəl Hüseyn Cavidin də, Mikayıl Müşfiqin də, repressiya olunmuş başqa 

şairlərin də  təzədən kitabları  çıxdı. Bəlkə  də görmüsüz. Məndə var, axşamlar bekar olanda 

oxuyuram.  

– Yaxşı eliyirsən, oxu, həyif ki mənim çox oxumaqnan aram yoxdu, hövsələm çatmır, ancaq 

oxuyan olanda qulaq asıram. – Babam nərdtaxtanın üstündəki daşları oynadaraq nəsə fikirləşir, – 

yox, yalan diyərəm, nə Cavid, nə  də o birsini görməmişəm.  Bəlkə  də görmişəm, ancaq fikir 

vərməmişəm. Ancaq Cəfər yadımdadu, yaxşı yadımdadu. 

– Cəfər Cabbarlı? 

– Bir dənə  Cəfər olub da, ayrısı yoxdu ki? Həri, o dağlı balasını diyirəm. Bizim bu 

Qırxpilləkannan bir az yuxarıda, Savetskinin üstünədə Dağlı  məhəlləsində olurdu. Hər gün 

burdan düşüb işə gedirdi. Qabiliyyətdi oğlan idi, böyük-kiçiy biləndi, salam verməmiş 

yanımızdan keçməzdi. Çox vaxt da əlində tar olardı.  

– Hə, mən oxumuşam ki, pyeslərinin  içindəki mahnıları da özü bəstələyərmiş, çox vaxt elə 

tamaşa vaxtı da özü ifa edərmiş. 

Babam laqeydliklə çiyinlərini çəkir. 

– Onu day bilmirəm, tiyatıra-zada gedən olmamışam, ancaq tarı yadımdadu. Bir gün bizim 

bu pilləkannardan düşürdi, biz də qonşum Kəblə İmamverdiynən pilləkannarın qırağında bax elə 

bələnçiy üzbəüz oturub nərd atırdığ. Diyəsən yaman tələsirdi dağlı balası, pilləkannarı beş-beş 

düşürdü. Elə bizə salam vərib təzə aralanmışdı ki, ayağı daşa ilişdi, büdrədi. Özünü birtəhər 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə