Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

  

 

73



canlarını qurtarırdılar. Hətta bizə  gələndə bütün dediklərimi qardaşlarının yanında fəxrlə 

danışmaqla bibim ərinin onlardan üstün olduğunu da hiss elətdirirdi. 

– Kazım süzün tayıvız deyil e. Yumruğunu oların başınnan  əskik eləmir. Axşam qapının 

ağzında maşının səsi gələn kimi hamısı qorxudan evə girib qapılarını bağlıyıllar, işıqları da 

söndürüllər. 

Bibimin  ərinin bir əcaib xasiyyəti də vardı ki, taksiyə rayon adamı  əyləşəndə  həmişə 

sayğacın göstərdiyindən  əlli qəpik artıq alar, müştərisi yerli camaatdan olanda isə  əksinə  əlli 

qəpik əskik istəyərdi və vaxt keçdikcə bibimgilin maddi vəziyyətinin yaxşılaşmasını Bakıda yerli 

camaatın azalmasının, əyalət adamlarınınsa çoxalmasının göstəricisi kimi də qəbul etmək olardı… 

Amma hələ ki, bibim hələ ərə getməyib onun hirsinin, hikkəsinin qarşısına qardaşları sipər 

çəkməli olur, hərdənbir də nənəmin yanına qısılıb ürəyini boşaldır. 

– Heç olmasa sən deginən, mənə qulaq asmıllar. Çağır, başa sal ki, o düdüyün başına ağıl 

qoysunnar, özdərini həyətdə adam kimi aparsunnar, bura olarçün dağın başı döyül.. 

Nənəm başını yellədərək heç nə demir, ümumiyyətlə  həyətə kirayənişin buraxmaq 

məsələsində sözü yerə düşdüyündən inciyən nənəm yaxasını kənara çəkərək həyətdəki hadisələri 

sadəcə müşahidəçi qismində seyr etməklə kifayətlənir, heç bir müdaxilə eləmir. Amma yox, yenə 

çaşdım, bir dəfə, cəmi bircə dəfə nənəm müdaxilə eləməyə məcbur oldu və bu da onun elektrik 

cərəyanıyla çox isti bir kontakta girməsiylə nəticələndi…  

Hə, deyəsən Mirsəftərin evində qalıb ali məktəbə imtahan verən bacısı qızı həmin gün əla 

qiymətlə Tibb institutuna daxil olması xəbərini alır və  həmin gün necə olursa  bizim kişilərdən 

heç biri evdə olmur… 

Həm Mirsəftərin özü, həm arvadı, həm onlarda qalan bacısı  və bacısı  qızı, bir sözlə 

evdəkilərin hamısı , bizimkilər demişkən, açarlarını itirmiş kimi görünürlər, elə sevinirlər ki, sanki 

latareyada adama bir dənə maşın udublar.  

Məlum məsələdir ki, adam belə şad xəbər eşidəndə sevinci yerə göyə sığmır, o ki qaldı on 

səkkiz kvadratmetrlik bir otaq ola və bir azdan onların sevincinin otağa sığmadığı daha açıq 

şəkildə hiss olunur – sevincin bihuşedici ətri tavanın, divarların, qapıların arasından sızıb bütün 

həyətə yayılır, hətta yuxarı mərtəbəyə də dırmaşır və təbii ki, ilk olaraq bibimi, sonra da nənəmi 

qıcıqlandırmağa başlayır.  

Mirsəftərgil sevinclərini çox hay küylü şəkildə büruzə verirlər, qışqıra-qışqıra biri-birini 

qucaqlıyıb öpürlər, hərə bir şey təklif edir, biri deyir elə bu saat şəhərlərarası danışıq 

məntəqəsindən rayona zəng vurub bu şad xəbəri ora da çatdırmaq lazımdır, biri təklif edir ki, 

axşama qonaqlıq tədarük edib şəhərdəki dost-tanışların, qohumların hamısını  dəvət etmək 

gərəkdir, xöşbəxt abituriyent də özünü saxlaya bilməyib bu soxasoxda imtahan zamanı hansı 

hissləri keçirtdiyini danışır, bir yandan da radionun səsini veriblər, musiqi səsi həyəti başına 

götürüb, uşaqların qışqır-bağırı isə bu hay-küyə xüsusi bir kalorit verir, xülasə evdə elə vur- 

çartdasın var ki, gəl görəsən, dillə təsvir etmək mümkün deyil, amma buna heç ehtiyac da yoxdur. 

Oxucular ya özlərinin, ya da hansısa ailə üzvlərinin ali məktəbə daxil olmasını xatırlasa kifayət 

edər.       

Yuxarı otaqda oturub yorğanların yununu çırpan nənəmlə bibim bu qəfil hay-küydən 

əvvəlcə özlərini itirirlər, çaşıb qalırlar, elə bilirlər ki, kimsə rəhmətə gedib, amma sonra fikir verib 

görürlər ki, yox, kirayənişinlərin hay-küyü sevinc, şadlıq təzahürünə oxşayır. Bibim dözə 




  

 

74



bilməyib başını pəncərədən çıxarıb aşağı boylanır, elə bu vaxt həyətə çıxan Mirsəftər bibimi görür 

və yerdə beş qəpiklik tapan uşaq sevinciylə elan edir. 

-Bacım qızı instituta girib e. Tibb institutuna. Həkim olacaq. 

Sözünü deyən kimi də sevincdən sanki qeyri-ixtiyari həyətin ortasında  qol qaldırıb 

oynamağa başlayır, bunu görən evdəkilər radionun səsini bir qədər də artırırlar və  gələcək 

tələbənin anası qapıya çıxıb qardaşına qoşulur, radiodan səslənən «Süleymani» havasında rəqsə 

başlayır, o birilər də qışqır-bağırla əl çalırlar.    

Bu eyforiya nənəmi də, başını  çıxarıb aşağı boylanmağa vadar edir və gördüyündən 

diksinən arvadın dilinə  gələn ilk sözlər bunlar olur: «Əstağfurullah, bulara noolub belə? 

Başdarına hava gəlib?» 

– Bacısı qızı instituta girib, -  qaşlarını çatan bibim cavab verir. 

– Nə olsun ki.? Böyük iş olub, - nənəm mızıldanır, - yekə  eşşey boyda kişi  şingilə kimi 

düşüb ortaya ki, nə var-nə var bacım qızı instruta girib. 

Öz yerinə qayıdıb təzədən yun çubuğunu əlinə götürən nənəm bibimi də içəri çağırır. 

– Ört pəncərəni, keç içəri. Tiyatır döyül səninçün. 

Əlbəttə, nənəm də əyalət adamı olsaydı Mirsəftərgilin sevincini təbii qəbul edərdi, amma 

arvad tamam ayrı cür fikirləşirdi. Adam bu cür  sevinər türmədə yatan oğlu buraxılanda, nə 

bilim, övladı birinci maaşını evə gətirəndə, toy-nişan eliyəndə, ən uzağı maşın alanda. Yoxsa ki, 

belə? 

O vaxtlar Bakı camaatı içində ali təhsil almaq elə  də böyük fəxr hesab olunmurdu. 



Cavanların meyli də yox idi buna. Bakılınınkı  şoferlik idi, neftçilik idi, ən uzağı da qırçılıq. Elə 

buna görə  də indi axtarsaq, alimlərin, siyasi xadimlərin, dövlət qulluqçularının içində bakılıları 

barmaqla saymaq olar. 

Elə buna görə  də, kirayənişinlərin eyforiyası  nənəmə  də, bibimə  də çox qəribə  gəlir, 

əsəblərinə toxunur, nə  qədər cəhd eləsələr də, fikirlərini bu səs-küydən ayıra bilmirlər. Durub 

onlara irad tutmağı da özlərinə  sığışdırmırlar, ayıb bilirlər. Tərslikdən evdə kişi xeylağılarından 

da heç kim yoxdur ki, düşüb kirayənişinləri başa salsın, sevinclərini bir az sakit şəkildə  bəyan 

eləsinlər. 

Axşama yaxın Mirsəftərgilin şəhərdə qalan başqa qohumları onlara təbrikə gəlir, bapbalaca 

otağa filan qədər adam yığılır, səs-küy bir az da güclənib, elə həddə çatır ki, artıq yuxarı otaqlarda 

oturmaq mümkün olmur, qışqır-bağırdan evlərin şüşələri silkələnir. Bibim öz radiomuzun səsini 

artırmaqla həyətdəki gurultunun səsini batırmağa cəhd göstərsə də bunun bir xeyri olmur. 

Neftçi atam dənizdə, dəmiryolçu babamsa növbəti reysdə olduğundan nənəmlə bibim 

səbrlərini basıb kiçik əmimin evə dönməsini gözləyirlər ki, bu mərəkənin qarşısını alsın. Ancaq 

bir müddət sonra başa düşürlər ki, əmim də belə tezliklə gələn deyil, Allah bilir məhəllədə hansı 

avaraya ilişib, hansı tində kazbek tüstülədir, ya da küçənin başındakı pivəxanda kruşkanı-

kruşkaya calıyır. 

Nəhayət, bibim dözmür, tərəddüdlə  də olsa ayağa qalxır, pəncərədən aşağı boylanıb 

nənəmə tərəf dönür: 

– Mən day dözə bilmirəm, düşüb aşağı bir-iki kəlmə deyəcəm onlara.  

– Lazım döyül. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə