Tanrı təbiət yoxsa Tanrı insan



Yüklə 14,86 Kb.
tarix07.02.2022
ölçüsü14,86 Kb.
#83527
esse 2


Tanrı – təbiət yoxsa Tanrı – insan

Dindarların dediyinə görə insan tanrını bilib onu şərəfləndirmək üçün yaradılıb, bir digər çox eşidilən cavab isə yaşadığımız dünyanın bir sınaq olduğu, nəticəsini doğru və ya yanlış seçimlərimizin bəlirləyəcəyidir. Öncəliklə bu sınağın meyarlarının tanrı deyil də insanlar tərəfindən yaradıldığını ön plana çəkək.

Quranda belə bir hissə var “ Yerdə olan hər şeyi sizin üçün yaratdım. Səni isə özüm üçün yaratdım”. Anlaşıldığı üzrə siz və sən deyərək biz insanlardan danışır. İnsan bundan 4,543E9 il yaşı var. Və insan, ilk insan 6 milyon il bundan öncə yaranmağa başlayıb. Dünya bizlər olmadan öncə də var idi, bizlərin nəsli tükənəndə belə olmağa dəvam edəcək. İnsanlarla yanaşı 8,7 milyon canlı növü bu dünyaya sakinlik edir. Lakin ən şüurlularıymış kimi ortaya çıxıb hər şeyin bizim üçün yaradıldığını düşünürük. İnsanlar get-gedə yaratdıqlarıyla, gerçəkdən yaradılanları qarışdırır. Düzdü, bizim xaricimizdə heç bir heyvan oturub 12 il məktəb, 4 il universtet oxuyub, müxtəsər vurma düsturlarını əzbərə bilib, prizmaların sahəsini tapmağı öyrənmir. Lakin təbiətə baxası olsaq, təbii olanların bunlara ehtiyac duymadan yaşamağa dəvam etdiklərini görə bilərik.

Yaxşılıq, xeyirxahlıq, ədalət, qürur, namus... bu kimi müsbət keyfiyyətlər və bunlara uyğun seçimlərin bizi sonsuz xoşbəxtliyə aparacağına inanılır. Lakin ilk insan yaranmadan öncə var olan dünyada və ya indinin özündə belə insanlar xaricindəki canlılarda bu kimi keyfiyyətləri görə bilmərik. Buna məsəl olaraq bizdən sonrakı nisbətən şüurlu varlıqları götürək, heyvanlar. Bir aslan digər bir aslanı öldürərsə, bu bir cinayət sayılmır, bu pislik və ya intiqam və ya mərhəmətsizlik, vicdansızlıq sayılmır. Bu təbiətin özüdü. Ölərlər, öldürərlər. Lakin insanın şüurlu olması ilə bərabər gələn bu müsbət keyfiyyətlər onu təbiətdən uzaqlaşdırır. Həmin keyfiyyətlərin ilk insanlarda olmamasını da nəzərə alarsaq. İnsan beyni inkişaf etdikcə özü ilə bərabər yeni keyfiyyətlər icad etdi. Mərhəmət bir insan icadıdır. Birinə nəfəs almağı, su içməyi öyrətmərsən. Lakin bir insanın “yaxşı” insan olması üçün ona uşaq vaxtından müsbət keyfiyyətlər aşılamalısan.

Lakin mənfi keyfiyyətlərdə mövzu bir az daha fərqli olur. İntiqam islam dinində normal bir şeymiş kimi göstərilərkən, xristianlıqda yanlış olduğu vurğulanır. Bu aralar tez-tez təbiətin qisas alması kimi bir ifadə işlədirik. Örnək olaraq torpaq sürüşmələrini göstərə bilərik. Bizim ağacları kəsməyimizlə bərabər torpağın sürüşməməsində rol oynayan ağac köklərini də kəsmiş oluruq. Nəticədə torpaq sürüşməsi baş verir və yüzlərlə insan yaralanır, insan əlindən çıxan tikintilər dağılır. Arı yuvasına çöp uzatmazlar deyirlər. Sancanı sancmaq nə qədər məntiqli görünsə də ən azından biz şüurlular üçün sancanı sancmağın ağrımızı aparmayacağını anlamaq çox asandır. Təbii ki burda belə bir insan olaraq bir neçə təzadlı fikiri irəli sürüb hərəsi üçün ayrı-ayrı yaza bilərəm.

Bir canlı növü yaratdız deyək. Onları yaradıb məhv edəcək gücünüz olduğu halda onların sizin yanınızdakı acizliyindən istifadə edərək şanlanmağı, tanınmağı seçib müəyyən mənəvi ehtiyaclarınıza qarşılıq almağı seçərdiz? Demək istədiyim, əgər tanrı din kitablarında deyildiyi kimi insanları imtahan edəcək, yanlışları və doğruları düzgün sayaraq doğru yerə göndərəcək, dualarını dinləyib bəzən yerinə yetirəcək qədər şüurludursa buna niyə ehtiyacı olsun. Bəli söhbət ehtiyacdan gedir. Ehtiyac bir zəiflikdi, bir cür qüsurdu. Birinə qarşı güc qazanmaq istəyirsənsə öncə onun ehtiyaclarını, zəifliklərini öyrənməlisən. İnsanı Tanrı ilə müqayisə etməməyim gərəkdiyini deyirlər. Əsl təbiətin tanrısını bir cür aşağılayaraq şüuru varsa belə onu şüursuzlaşdıraraq göstərən, insan ixtirası olan yaxşılıq, pislik kimi qavramlarla, birini sınaqdan keçirmək, qayda qoymaq kimi ifadələrlə müqayisə edən din insanlarıdır. İnsan da özlüyündə bir yaradıcıdır, bir ürəticidir. Texnika sayəsində canlı hüceyrələr yarada bilən bir insan niyə də başqa bir yaradan varlıqla müqayisə olunmasın.

Dünya özünü şüurlu sanan varlıqlarla doludur. Hər insanda fərdi şüur olur və fərdi şüur hər zaman inkişafa ehtiyac duyur. “Bilmirəm” deməkdən qorxmamaq lazımdır. Milyonlarca insanın inandığı tanrı, əslində inanmaq istədikləri tanrıdır, ehtiyac duyduqları tanrıdır. Qatılmaq istəməyə bilərsiz bu fikrimə, lakin bir şeyi oxuyarkən buna din kitabları da daxildir, əleyhinə olan düşüncəni də araşdırın. 12 nəfərdən 11-i doğrudur desə belə yanlış olduğundan şüphə edin. Bəzən gerçəklər qəbul edilə bilməyəcək qədər acı olur. Lakin yarım-yamalaq məlumata həmin mövzu haqqında cavab tapmayacağını bildiyin üçün inanmaq yanlışdı. Özəlliklədə gündəmdə olan yaradılış haqqında oxuya biləcəyimiz, tapa biləcəyimiz yüzlərcə məlumat və şərait olmasına rəğmən.

Heyvanlar, bitkilər, göbələklər üçün cənnət və ya cəhənnəm yoxdur. Bunu deməkdə məqsədim sağlamlıq problemləri olan heyvan kimi şüursuz və ya vəhşi insanlar da var, bitki kimi düşünməyən, hərəkət etməyən insanlar da. Təbiətin onları sınağa çəkmək üçün yaratdığı bir tanrısı yoxdur. Bu fikirlərin məni yormağına, insanlara nə düşündüyümü izah edərək vaxt xərcləməyə heç niyyətim yoxdur. Kiçicik bir şüphə toxumu məni bu cümlələri yazmağa gətirib çıxardı. Şüphə duymaqdan qorxmamaq lazımdı. İlahi gerçək deyə bir şey yoxdur. Tanıdığım 2 tanrı qavramı var:



“Tanrı – təbiət” insanı yaradan Tanrı.



“ Tanrı – insan” insanın yaratdığı Tanrı.
Yüklə 14,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə