Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə63/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   59   60   61   62   63   64   65   66   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
55
alınmaqla yüksəksəviyyəli əməkdaşlıq aparılır. Lakin Qafqazın “sərt geosiyasi iqlimi” Azərbaycanın 
NATO-ya daxil olmasını mümkünsüz edir. Azərbaycanın Alyansa üzv olmasında maraqlı olmayan 
ölkələrin mövcudluğu ilə yanaşı, digər bir maneə də Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini 
tapmamasıdır. Alyansın nizamnaməsində deyilir ki, “digər ölkələrə ərazi iddiaları olan və ya digər 
ölkələr tərəfindən ərazi iddialarının obyekti olan ölkələr təşkilata qəbul edilə bilməz” [17]. Bütün 
bunlara baxmayaraq, Azərbaycanın NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin 
inkişafı üçün geniş imkanlar vardır. 
 
Nəticə 
 
Bu gün Azərbaycan Respublikası beynəlxalq arenada mövqeyini kifayət qədər 
möhkəmləndirmiş və milli maraqlarına qarşı yönələn təhdidlərə adekvat cavab vermək iqtidarındadır. 
Ölkəmizin milli təhlükəsizliyini təmin edən sektorun daha da gücləndirilməsi və səmərəli 
fəaliyyətinin təşkil edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində əhəmiyyətli addımlar 
atılmış və atılmaqdadır. Dövlətimizin başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə 
praktiki fəaliyyət göstərən orqan və qurumların, xüsusən də ölkəmizin hərbi təhlükəsizliyinin qarantı 
olan Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində səmərəli və 
məqsədyönlü iş aparır. Güclü iqtisadiyyat və qüdrətli ordunun yaradılması formulu müasir və peşəkar 
ordumuzun təşəkkülündə önəmli rol oynayır. Ölkəmizin günü-gündən artan iqtisadi gücü milli 
təhlükəsizliyimizin sütununu və siyasi arenada təsir imkanlarımızın əsasını təşkil edir. Azərbaycan 
neft və qaz istehsalı sahəsində dünyanın lider ölkələri sırasındadır. Bu da ölkəmizi beynəlxalq oyunçu 
və təşkilatların diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikası qlobal və regional güclərlə 
əlaqələrini milli maraqlar üzərində qurulmuş konsepsiya əsasında sistemli xarici siyasət kursu 
səviyyəsinə çatdırmışdır. Balanslı xarici siyasət konsepsiyası kifayət qədər geniş manevr imkanları 
yaratmaqla, istənilən təhlükəsizlik mühitində ölkəmizin qarşılaşdığı təhdidlərə adekvat cavab 
verməsinə imkan yaradır. NATO ilə yaxından əlaqələr qurmaq və onun bütün tədbirlərində iştirak 
etmək də bu prinsipdən irəli gəlir. Azərbaycan Respublikasının təxminən son 70 ilin ən güclü və 
effektiv hərbi-siyasi təşkilatı olan NATO-nun standartlarını qəbul etməsi və qloballaşan dünyaya 
adaptasiyası – onun müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, sərhədlərinin 
toxunulmazlığının təmin edilməsi, müdafiə və hərbi potensialının gücləndirilməsi, Silahlı 
Qüvvələrinin modernləşdirilməsi kimi milli maraqlarının təminatı üçün əlverişli şərait yaratmaqdadır.

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə