Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə60/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   56   57   58   59   60   61   62   63   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
52
informasiya təhlükəsizliyinə kimi müxtəlif xarakterli təhdidlərin dəf edilməsi nəzərdə tutulur. Bütün 
bunlar ölkənin daxili və xarici təhlükəsizlik siyasəti ilə sıx bağlıdır. 
Milli təhlükəsizliyi təmin edən tədbirlər aşağıdakılardır [9, s.9]: 

diplomatiyadan istifadə edərək tərəfdaşlar qazanmaq və təhlükələri təcrid etmək; 

əməkdaşlığı asanlaşdırmaq, hətta zəruri etmək üçün iqtisadi potensialı artırmaq; 

effektiv Silahlı Qüvvələr yaratmaq

mülki müdafiə və fövqəladə hallara hazırlıq tədbirlərini (terror əleyhinə qanunvericilik daxil 
olmaqla) həyata keçirmək; 

mühüm infrastrukturların mühafizəsini təmin etmək; 

kəşfiyyat orqanlarından istifadə edərək təxribat təhlükəsinin qarşısını vaxtında almaq və 
informasiyanı gizli saxlamaq; 

əks-kəşfiyyat və polis orqanlarından istifadə etməklə əhalini daxili təhlükələrdən qorumaq. 
Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, onun müstəqilliyi, suverenliyi, ərazi 
bütövlüyü, konstitusiya quruluşu, xalqın və ölkənin milli maraqları, insan, cəmiyyət və dövlətin 
hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması başa düşülür. Milli təhlükəsizliyin 
obyektləri insan, cəmiyyət və dövlətdir. Milli təhlükəsizliyin subyektləri isə insanların, cəmiyyətin 
və dövlətin təhlükəsizlik maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət 
hakimiyyəti orqanlarıdır [10, s.5]. 
Beləliklə, milli təhlükəsizlik üç əsas səviyyədən ibarətdir: 
1. Şəxsiyyətin təhlükəsizliyi. 
2. Cəmiyyətin təhlükəsizliyi. 
3. Dövlətin təhlükəsizliyi. 
XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası, Azərbaycana öz milli təhlükəsizliyinin 
qayğısına qalmaq kimi daimi bir məsuliyyəti də gətirdi. Dövlət müstəqilliyinə 1991-ci ildə nail olunsa 
da, 1993-cü ilə qədər hakimiyyətdə olan qüvvələrin heç biri dövlət və cəmiyyətin milli 
təhlükəsizliyini layiqincə təmin edə bilmədi. Yalnız Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə 
hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətin və vətəndaşların təhlükəsizliyinin bütün 
xarici və daxili təhdidlərdən etibarlı şəkildə müdafiəsinə xidmət edən effektiv milli təhlükəsizlik 
siyasəti həyata keçirilməyə başlandı [11, s.51].
2004-cü ildə “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. 
Burada ilk dəfə qanunvericilik səviyyəsində şəxsiyyət, cəmiyyət və dövlət təhlükəsizliyinin təmin 
olunmasının hüquqi əsasları təsbit edilmiş, təhlükəsizlik sistemi və onun funksiyaları 
müəyyənləşdirilmişdir. Bu qanun özündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 
milli təhlükəsizlik siyasətinin əsas prinsiplərini, məqsəd və vəzifələrini əks etdirir. Nəhayət, 
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə ölkənin milli 
təhlükəsizlik siyasətinin həyata keçirilməsində uzunmüddətli strateji vəzifə və prioritetləri özündə 
əks etdirən milli təhlükəsizlik konsepsiyası təsdiq olunmuşdur [7]. 
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında milli təhlükəsizliyi təmin 
edən orqanlar qarşısında aşağıdakı konkret vəzifələr qoyulmuşdur [12, s.188]:

milli təhlükəsizliyə qarşı yönəlmiş təhdidlərin vaxtında aşkar edilməsi və dəyərləndirilməsi;

təhdidlərin qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi;

milli təhlükəsizliyi təmin edən qüvvə və vasitələrin formalaşdırılması və onların daimi 
hazırlığının təmin edilməsi;

təhdid yarandığı təqdirdə bütün qüvvə və vasitələrin səfərbər edilməsi və müvafiq əks-
tədbirlərin həyata keçirilməsi;

beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasının ümumi və regional 
təhlükəsizliyin təmin edilməsində iştirakı.
Hər bir dövlətin özünün milli təhlükəsizlik siyasəti vardır. Milli təhlükəsizlik siyasətinin 
mövcud və gələcək təhlükələrin qarşısının alınması üçün perspektiv imkanları olmalıdır. Azərbaycan 
Respublikasının milli təhlükəsizlik siyasəti mövcud təhlükəsizlik mühitində təhdidlərin qarşısının 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə