Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə61/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   57   58   59   60   61   62   63   64   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
53
alınması və aradan qaldırılmasını, habelə daxili və xarici siyasət vasitələrindən istifadə etməklə və 
müdafiə qabiliyyətini gücləndirməklə ölkənin milli maraqlarının təmin edilməsini nəzərdə tutur.
Professor Əli Həsənov Azərbaycanın milli təhlükəsizlik siyasətinin üç əsas məqsədini qeyd 
etmişdir [13, s.873]: 
1.
Dövlət müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu, vətəndaş hüquqları və onların 
təminatı yolları, mövcud milli ehtiyatların bu işə səfərbər edilməsi proqramı və bəhs olunan sahədə 
məsuliyyətli dövlət idarəçiliyinin yaradılması; 
2.
Xaricdən müdaxilə olmadan ölkənin strateji inkişaf yolunun seçilməsi, konstitusiya 
quruluşunun, daxili həyatın, cəmiyyətin və hər bir vətəndaşın təhlükəsizliyinin, əhalinin firavan 
həyatının təmin edilməsi, milli-vətəndaş birliyinin və ictimai-siyasi sabitliyin qorunması; 
3.
Milli təhlükəsizlik konsepsiyasından irəli gələn məsələlərin həll edilməsi.
Milli təhlükəsizlik siyasəti, həmçinin beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, 
qeyri-qanuni miqrasiya, insan alveri, narkotiklərin nəqli və kütləvi qırğın silahlarının yayılması daxil 
olmaqla xarici və daxili siyasətə olan təhdidlərin çoxölçülü xarakterini nəzərə alır. 
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında bu siyasətin əsas istiqamətləri 
aşağıdakı kimi öz əksini tapmışdır [14, s.113]: 
Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi: 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması; 

Avro-Atlantik strukturlara inteqrasiya; 

beynəlxalq təhlükəsizliyə töhfə

beynəlxalq təşkilatlarla əməkdaşlıq; 

regional əməkdaşlıq və ikitərəfli münasibətlər; 

region ölkələri ilə əməkdaşlıq; 

qeyri-region ölkələri ilə əməkdaşlıq; 

müdafiə qabiliyyətinin möhkəmləndirilməsi. 
Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi: 

demokratiyanın möhkəmləndirilməsi; 

milli və dini tolerantlıq mühitinin qorunması; 

elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması; 

iqtisadi və sosial inkişaf

daxili təhlükəsizliyin möhkəmləndirilməsi; 

sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi; 

miqrasiya siyasəti

enerji təhlükəsizliyi siyasəti; 

nəqliyyat təhlükəsizliyi siyasəti; 

fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi; 

informasiya təhlükəsizliyi siyasəti. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət siyasətini formalaşdırarkən Ulu 
öndər Heydər Əliyevin təhlükəsizliklə bağlı zəngin irsini, bir çox siyasi, iqtisadi, ideoloji, coğrafi, 
mədəni amilləri, daxili siyasi maraqları, müxtəlif sosial-siyasi qüvvələrin manevrlərini və beynəlxalq 
aləmin mümkün reaksiyalarını rəhbər tutmuşdur [11, s.52]. 
Hüquqi, demokratik dövlətin yaradılması, iqtisadiyyatın və sənayenin inkişaf etdirilməsi, 
qlobal layihələrin, daxili və xarici siyasətin uğurla həyata keçirilməsi istiqamətində Azərbaycan 
Respublikasının atdığı addımlar milli maraqların qorunması kimi mühüm strateji xətti də təmin edir 
[14, s.47]. 
Milli təhlükəsizlik orqanları tərəfindən xüsusilə diqqət yetirilməsi tələb olunan təhlükə, təhdid 
və risk faktorları aşağıdakılardır: 

ənənəvi hərbi təhdidlər; 

gizli hərbi və kəşfiyyat xarakterli (təxribat) təhdidlər; 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə